»»Tədqiqat

Peyğəmbərin (s) itrəti ailəsi və qohumları olan Bəni Haşimdir? - Osman Əl-Xəmisin iddiasına cavab

Osman əl-Xəmis deyir: “Peyğəmbərin itrəti kimlərdir? Kişinin itrəti onun ailə üzvləridir. Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) itrəti də sədəqə yemələri haram olan şəxslər, yəni Bəni-Haşimdir. Peyğəmbərin itrəti bunlardır” (“Tarixdən bir an”: səh.203)

İmamlar (ə) Osman ibn Əffanı tərifləyib şübhəsinə cavab

İhsan Zahirin iddiasına görə, Əhli-Beyt (ə) nümayəndələri Osmanı tərifləyirdilər. Bu iddiaya isə Şeyx Səduqa, Şeyx Kuleyniyə, Əllamə Məclisiyə, İmam Həsən Əskəriyə istinad edilən təfsirə, Məsudinin “Tarix”inə nisbət verdiyi rəvayətləri dəlil göstərir. İhsan Zahir deyir:

İSLAM PEYĞƏMBƏRİNİN (S) MERACI BARƏDƏ ŞÜBHƏLƏRƏ CAVAB

Müsəlmanlara görə, İslam Peyğəmbərinin (s) meracı dinin qəti məsələlərindəndir və Qurani-Kərimdə ona aydın şəkildə toxunulmuşdur. Merac səfəri Qurani-Kərimin iki surəsində – biri “İsra”, digəri isə “Nəcm” surəsində (1-18-ci ayələrdə) qısa şəkildə qeyd olunmuşdur. Biz bu yazıda öncə “merac” sözünün mənası, sonra isə “merac” dastanından söz açacağıq:

“Ləvlakə” qüdsi hədisi hansı şiə və sünni mənbələrində

“Əgər sən olmasaydın, fələkləri (aləmləri) yaratmazdım” qüdsi hədisi iki məzmunda nəql olunmuşdur. Birinci məzmun budur ki, Allah bu sözü yalnız Peyğəmbər (sallalahu əleyhi və alih) barəsində demişdir. Digər məzmun isə budur ki, bu söz Əhli-beyt (əleyhimussalam) haqqında deyilmişdir.

Hənəfilik məzhəbinin banisi Əbu Hənifə kimdir?

Təhqiqatçılar çox yaxşı bilirlər ki, fiqhdə çox sayda əhli-sünnə imamı olmuşdur. Yeddinci hicri-qəməri əsrində həmən vaxtın hökümətinin göstərişinə əsasən əhli-sünnənin fiqhi məzhəblərinin aşağıdakı dörd məzhəbdən ibarət olmasına qərar verildi:

Əhli-sünnə mənbələrində Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsi

Məşhur vəhhabi təbliğçilərindən olan Osman əl-Xəmis iştirak etdiyi bəzi televiziya proqramlarında dəfələrlə belə iddia etmişdir ki, guya Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsinə dair bircə dənə də olsun rəvayət nəql olunmamışdır. Guya Bəni-Üməyyə heç vaxt Bəni-Haşimdən heç kəsi təhqir etməmiş, onlara düşmən olmamışdır. Bəni-Üməyyə ilə Bəni-Haşimin arasında məhəbbət, xoş münasibət olmuşdur. O, çıxışlarının birində Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsinə dair bir rəvayət gətirilməsini tələb edir. Bununla da o, Müaviyəyə müxalif olan müsəlmanlara meydan oxuyur və heç kəsin bircə dənə belə bu barədə rəvayət gətirə bilməyəcəyini iddia edir. Halbuki, Əhli-sünnənin mənbələrində Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsi, onu lənətləməsi və camaata da İmam Əlini (əleyhissalam) təhqir etməyi, lənətləməyi əmr etməsi barədə çox saylı rəvayətlər mövcuddur. Biz bu məqaləmizdə Allahın tovfiqi ilə onlardan bəzilərini sizlərə təqdim edəcəyik. Müvəffəqiyyət Allahdandır!

İmam Əli (ə) niyə sükut etmişdi?

Xanım Zəhranın (səlamullahi-əleyha) evinə edilən hücum, zərbətlənməsi və bunun nəticəsində şəhid olması kimi tarixi həqiqətlər barəsində zaman zaman bir çox suallar verilmişdir. Bu məqalənin mövzusu da hadisə barədə çox soruşulan suallardan birinin cavabı haqqındadır.

Allahın haqqı Ömərin dilində qərar verib - iddiasına cavab

Allahın haqqı Ömərin dilində qərar verib - iddiasına cavab

İhsan Zahir iddia edir ki, İmam Əlinin (ə) etiqadına görə, Uca Allah haqqı Ömərin dilində və qəlbində qərar vermişdir. Həmçinin Ömərin Peyğəmbərin sözləri ilə danışan şəxs olduğunu düşünürdü. Bu iddiasına dəlil olaraq isə daha böyük bir iddia ortaya atmış, İmamın (ə) Ömərin hətta əhəmiyyətsiz əməl və davranışların addım atmadığını söyləmişdir. İkinci iddiasına Dinəvərinin “Əxbarut-tivar” kitabından nəql etdiyi rəvayəti, Seyyid Mürtəzaya nisbət verdiyi sözləri göstərmiş və şiə kitablarından olduğu iddiası ilə daha üç rəvayətlə bunu təsdiqləməyə çalışmışdır.

Ömər ümmətin arasında Peyğəmbərdən (s) və Əbu Bəkrdən sonra ən xeyirli şəxs idi?

Ömər ümmətin arasında Peyğəmbərdən (s) və Əbu Bəkrdən sonra ən xeyirli şəxs idi?

İhsan Zahir iddia edir ki, Ömər Peyğəmbərdən (s) və Əbu Bəkrdən sonra ümmətin ən xeyirli şəxsidir. Öz iddiasına dəlil olaraq bir rəvayəti Seyyid Mürtəzaya, digərini Şeyx Tusiyə, üçüncüsünü isə Şeyx Səduq və “İmam Həsən Əskərinin (ə) təfsiri”nə nisbət verib. İhsan Zahir deyir:

İmam Əli (ə) Ömərin keşiyində dayanır və onun həyatını qoruyurdu - iddiasına cavab

İmam Əli (ə) Ömərin keşiyində dayanır və onun həyatını qoruyurdu - iddiasına cavab

İhsan Zahir iddia edir ki, İmam Əli (ə) Ömərin müdafiəsində dayanır və onun həyatını qoruyurdu. Buna “Nəhcül-Bəlağə”dən dəlil göstərmiş, elə zənn etmişdir ki, buradakı sözlər Əhli-Sünnə kitablarında Ömərin fəziləti ilə bağlı nəql edilən sözlərin eynisidir. İhsan Zahir deyir:

Aişə insanlar arasından Peyğəmbərə (s) ən sevimli şəxsdir?

Aişə insanlar arasından Peyğəmbərə (s) ən sevimli şəxsdir?

Bu iddianın yanlışlığına şübhə yoxdur. Çünki iddianı əhli-sünnənin “Səhih”lərindəki səhih rəvayətlər inkar edir. Onlar Əlinin, Fatimənin, Həsən və Hüseynin (Allahın salamı olsun onlara!) məxluqlar arasında Allaha və Peyğəmbərinə (s) ən sevimli şəxslər olduğuna dəlalət edir.

Kisa hədisi (Əhzab,33) mötəbər əhli-sünnə mənbələrində

Kisa hədisi (təthir ayəsi) mötəbər əhli-sünnə mənbələrində

Əhli-Beytin məxsusi olaraq “Kisa” əhli ilə məhdudlaşdığını bildirən rəvayətlər az qala mütəvatir həddinə çataraq geniş yayılmış və səhih mötəbər yollarla nəql edilmişdir. Bu hədisi İmam Həsən (ə), Cəfər ibn Əbu Talib, İbn Abbas, Səd ibn Əbu Vəqqas, Əbu Səid Xudri, Ənəs ibn Malik, Vasilə ibn Əsqə, Zeyd ibn Ərqəm, Ömər ibn Əbu Sələmə, Əbu Həmra, Bəra ibn Azib, Ümmü Sələmə və Aişə kimi dövrün böyük səhabələri nəql etmiş, eləcə də böyük hədis alimlərindən Müslim öz “Səhih”ində, Əhməd ibn Hənbəl “Müsnəd”də, İbn Əbu Şeybə “Müsənnəf”də, Bəzzar “Müsnəd”ində, İbn Əbu Asim “Sünnə”də, Tirmizi və Nisai “Sünən”lərindən, Təbəri “Təfsir”ində, Təbərani “əl-Möcəm”lərdə, Hakim “Müstədrək”ində, Əbu Nəim İsbəhani, Beyhəqi, Xətib Bağdadi və digərləri kitablarında bu hədisi bir çox səhabədən və fərqli sənədlərlə qeyd etmişlər. Nümunə olaraq həmin rəvayətləri səhabələrdən nəql edirik:

Bidətin mənaları və onun əsasları

1. «Bidət»in lüğət baxımından mənası

Lüğətçilər əvvəl olmayıb, ondan əsər-əlamət də olmayan, sonra vücuda gələn hər şeyə bidət deyirlər. Cövhəri yazır:

البدعه: إنشاء الشيء لا على مثال سابق، واختراعه وابتكاره بعد أن لم يكن.

Bidət əvvəl olmayan bir şeyi icad etmək və nümunəsi olmayan bir şeyə təşəbbüs göstərib onu ixtira etməkdir.

əl-Cövhəri, Sihah əl-lüğəh, c. 3, s. 113

Qiyamətdəki şahidlər

Mərhəmətli, rəhmli Allahın adı ilə! “Şahidlik” gözü ilə gördüyü və ya bildiyi bir hadisə və ya iş haqqında bir şəxsin məlumat verməsi, şahid durması (olması) deməkdir. Məhkəmədə şahidin verdiyi məlumat “Şəhadət” adlanır. Şəhadət həm də “Fiqh” elminin sahələrindən biridir. Şəhadət üçün müxtəlif şərtlər və təlimləri öyrənmək üçün Fiqh elminin “şəhadat” babına müraciət etmək lazımdır. Burada iki məfhumun izahı labüddür: “Şəhadətin  təhəmmülü”; yəni bir şeyin həqiqiliyini, düzlüyünü təsdiq etmək üçün bir işdə iştirak etmək (şahidliyə xatir əziyyətə (zəhmətə) qatlaşmaq) və “şəhadətin ədası”; məhkəmədə öz gözü ilə gördüyü bir şey, hadisə haqqında ifadə, məlumat verməklə onun doğru olub-olmadığını göstərmək (şahid durmaq) mənasını daşıyır.

Qiyamət günü şəfaətçilər neçə qrupdur?

Qısa cavab:

Quran ayələrindən və çoxsaylı hədislərdən aydın olur ki, qiyamət günü şəfaət edənlər müxtəlif olacaqlar. Hədislərdə bu məsələyə geniş yer verilib. Sayca az olmayan bu hədislərə nəzər saldıqda şəfaətçilər arasında Məhəmməd peyğəmbəri (s), digər peyğəmbərləri, mələkləri, imamları və onların həqiqi davamçılarını, şəhidləri, alimləri, Quranı və ibadətləri onların arasında görə bilərik.

Страница 1 из 212»