»»

Möhsin b. Əli (ə.s) kimdir?

BİSMİLLAHİR RƏHMANİR RƏHİM

 

Hz.Möhsin (ə.s) xanım Fatimənin (s.ə) 4-cü övladıdır. Raşidi xəlifələrin zülmü nəticəsində ana bətnində ikən həlak olmuşdur. Rəsuli-Əkrəm (s) Möhsin (ə.s) hələ dünyaya gəlməzdən öncə, onun adını qoymuşdur. Əhli-xilaf rəvayətlərin də isə, Möhsinin dünyaya gəldikdən sonra, Peyğəmbərin (s) ona ad verməsini və uşağ yaşlarında vəfat etməsini qeyd etmişlər. Həmin rəvayətlərdən bəzilərini qeyd edirik.
Şiə mənbəli hədislər:
Şeyx Kuleyni (r.a) yazır:

kafi üz1kafi c6 üz2kafi üz3kafi 14


عدة من أصحابنا، عن أحمد بن محمد، عن القاسم بن يحيى، عن جده الحسن ابن راشد، عن أبي بصير، عن أبي عبد الله عليه السلام قال: حدثني أبي عن جدي قال: قال أمير المؤمنين عليه السلام: سمو أولادكم قبل أن يولدوا فأن لم تدروا أذكر أم أنثى فسموهم بالأسماء التي تكون للذكر والأنثى فإن أسقاطكم إذا لقوكم يوم القيامة ولم تسموهم يقول السقط لأبيه: ألا سميتني وقد سمى رسول الله صلى الله عليه وآله محسنا قبل أن يولد

“Bizə əshabımızdan bir neçə nəfər, onlar Əhməd b. Məhəmməddən, o Qasim b. Yəhyadan, o da babası Həsən b. Raşiddən, o da Əbu Bəsirdən, o da Əbu Əbdullahdan (ə.s) rəvayət edərək dedi: “Mənə babalarım rəvayət etdi ki, Əmirəl-Möminin (ə.s) belə buyurmuşdur: “ Övladlarınıza dünyaya gələmədən öncə ad qoyun. Əgər, onun oğlan və yaxud qız olacağını bilmirsinizsə, həm qız həm də oğlana dair adlar seçin. Əgər, onlar ad qoymadan öncə ölərlərsə, Qiyamət günü atalarına deyəcəklər: “Nəyə görə mənə ad qoymadınız?” Həmçinin, Peyğəmbər (s) belə, Möhsin (ə.s) dünyaya gəlməmişdən əvvəl ona ad qoymuşdur”.
 
Əbu Cəfər əl-Kuleyni Məhəmməd b. Yaqub b. İshaq, “Əl-Kafi” kitabı, 6-cı cild, 14-cü səhifə, 10-cu bab, 2-ci hədis, Nəşr: “Mənşuratul-Fəcr”, Beyrut, Lübnan, 1428/2007, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
 
Hədisin sənədində olan bütün ravilər siqa şəxslərdir. Yalnız, Qasim b. Yəhya barəsində Şeyx Hilli (r.a) “Xulasətul-Əqval” kitabında 1563-cü nömrədə onun zəif olduğunu söyləmişdir. Lakin, Şeyx Səduq (r.a) və Şeyx İbn Qəvləvi (r.a) Qasim b. Yəhyanı siqa hesab etmişlər. Belə ki, hədisin səhhəti də həsən dərəcəsinə düşmüş olur. 

 

 

Əhli-xilaf mənbəli hədislər:
Hakim ən-Nişapuri yazır:

müstədrək c3 üz1müstədrək üz2müstədrək 180

أَخْبَرَنَا أَبُو الْعَبَّاسِ مُحَمَّدُ بْنُ أَحْمَدَ الْمَحْبُوبِيُّ بِمَرْوَ، ثنا سَعِيدُ بْنُ مَسْعُودٍ، ثنا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى، أَنَا إِسْرَائِيلُ، عَنْ أَبِي إِسْحَاقَ، عَنْ هَانِئِ بْنِ هَانِئٍ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: لَمَّا وَلَدَتْ فَاطِمَةُ الْحَسَنَ جَاءَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: «أَرُونِي ابْنِي مَا سَمَّيْتُمُوهُ؟» قَالَ: قُلْتُ: سَمَّيْتُهُ حَرْبًا، قَالَ: «بَلْ هُوَ حَسَنٌ» فَلَمَّا وَلَدَتِ الْحُسَيْنَ جَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «أَرُونِي ابْنِي مَا سَمَّيْتُمُوهُ؟» قَالَ: قُلْتُ: سَمَّيْتُهُ حَرْبًا، فَقَالَ: «بَلْ هُوَ حُسَيْنٌ» ثُمَّ لَمَّا وَلَدَتِ الثَّالِثَ جَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: «أَرُونِي ابْنِي مَا سَمَّيْتُمُوهُ؟» قُلْتُ: سَمَّيْتُهُ حَرْبًا، قَالَ: «بَلْ هُوَ مُحْسِنٌ» ثُمَّ قَالَ: إِنَّمَا سَمَّيْتُهُمْ بِاسْمِ وَلَدِ هَارُونَ شَبَرٌ وَشُبَيْرٌ وَمُشْبِرٌ
“Bizə Əbül-Əbbas Məhəməd b. Əhməd əl-Məhbubi Mərvada[1] xəbər verdi və dedi: “Bizə Səid b. Məsud rəvayət etdi və dedi: “Bizə Ubeydullah b. Musa rəvayət etdi və dedi: “Bizə İsrail rəvayət etdi və dedi: “Əbu İshaqdan, o Hani b. Hanidən, o da Əli (ə.s) dan rəvayət edərək dedi: “Fatimə (s.ə) Həsəni (ə.s) dünyaya gətirdiyi zaman, Peyğəmbər gəldi və dedi: “Oğlumu mənə göstərin. ona nə ad qoydunuz?” Əli (ə.s) dedi: “Hərb”. Peyğəmbər (s) dedi: “Xeyr, onun adı Həsəndir”. Əli (ə.s) dedi: “Hüseyn dünyaya gələn zaman, Peyğəmbər (s) gəldi və dedi: “Mənə oğlumu göstərin, ona nə ad qoydunuz?” Əli (ə.s) dedi: “Hərb”. Peyğəmbər dedi: “Xeyr, onun adı Hüseyndir”. Əli (ə.s) dedi: “Sonra, 3-cü oğlum dünaya gələn zaman, Peyğəmbər (s) gəldi və dedi: “Mənə oğlumu göstərin, ona nə ad qoydunuz?” Əli (ə.s) dedi: “Hərb”. Peyğəmbər dedi: “Xeyr onun adı Möhsindir”. Sonra dedi: “Həqiqətən, mən onların adlarını Şəbir, Şübeyr, və Muşəbir isimləri ilə adlandırdım”.
 
Hakim ən-Nişapuri rəvayəti nəql etdikdən sonra yazır:

هَذَا حَدِيثٌ صَحِيحُ الْإِسْنَادِ وَلَمْ يُخَرِّجَاهُ

“Bu hədisin isnadı səhihdir. Lakin, onlar (əl-Buxari və Müslim) bu hədisi (öz “Səhih”-lərində) rəvayət etməyiblər”.

 

Daha sonra Şəmsəd-Din əz-Zəhəbi “Ət-Təlxis”-də 4773-cü rəvayətin səhhəti barədə yazır:

صَحِيحُ

“Səhihdir”.
 
Əbu Əbdullah əl-Hakim Məhəmməd b. Abdullah b. Məhəmməd b. Həmdəvi b. Nueym əd-Dabbi, ən-Nişapuri, “Əl-Mustədrək əla əs-Səhiheyn” kitabı, 3-cü cild, 180-ci səhifə, 4773-cü hədis, Təhqiq: Mustafa Əbdül-Qadir Əta, Nəşr: “Darul-Kutubul-İlmiyyə”, 1422/2002, 2-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan   
Online mənbə

 

 

Əhməd b. Hənbəl yazır:

müsnəd 2c üz1müsnəd c1 üz2müsnəd üz3müsnəd 159

 

Hədis eyni məzmun daşıdığından təkrar olaraq qeyd etmirik. Yalnız, kitabın təhqiqatçısı Şueyb əl-Arnautun hədisin səhhəti barədə yazdığı rəyini təqdim edirik:

إسناده حسن

“İsnadı Həsəndir”.
 
Əbu Əbdullah Əhməd b. Məhəmməd b. Hənbəl b. Hilal b. Əsəd əş-Şeybani, “Musnədul-İmam Əhməd b. Hənbəl” kitabı, 2-ci cild, 159-cu səhifə, 769-cu hədis, Təhqiq: Şueyb əl-Arnaut, Adil Mürşid və digərləri, Nəşr: “Muəssətur-Risalə”, Beyrut, Lübnan, 1418/1997, 1-ci çap (online pdf) 
Kitabı yükləmək üçün ünvan
Online mənbə
 
Hər iki məzhəbin qeyd etdiyi rəvayətlərə əsasən, imam Əlinin (ə.s) Möhsin (ə.s) adlı oğlu olmuşdur. Lakin, əhli-xilaf hədislərində Möhsinin (ə.s) dünyaya gəldiyini qeyd olunmuşdur və bu səbəblə də, Möhsinin (ə.s) doğulmamışdan öncə vəfat etdiyini təkzib etmək istəyirlər. Bu isə, sadəcə mövzudan qaçış yoludur.

 

Son olaraq, əhli-xilaf alimi Müslim b. Quteybənin imam Əlinin (ə.s) övladlarının adları barədə qeyd etdiyi yazını təqdim edirik:

məruf  c1 üz1məruf 210məruf 211


فولد «عليّ» الحسن، والحسين، ومحسّنا، وأم كلثوم الكبرى، وزينب الكبرى- أمهم: فاطمة بنت رسول الله صلّى الله عليه وسلّم

“Əli (ə.s) övladları: “Həsən (ə.s), Hüseyn (ə.s), Möhsin (ə.s), Ümmü Gülsüm, Zeynəb (s.ə). Onların anası Peyğəmbər (s) qızı Fatimədir (s.ə)”.

 

Daha sonra, Müslim b. Quteybə Möhsinin (ə.s) vəfatını bu şəkildə qeyd edir:

وأما «محسّن بن عليّ» فهلك وهو صغير.

“Lakin, Möhsin b. Əli həlak olmuşdur. O, Əlinin (ə.s) ən balaca övladı idi”.
 
Əbu Məhəmməd Abdullah b. Müslim b. Quteybə əd-Deynəvəri, “Əl-Məaruf” kitabı, 1-ci cild, 210,211-ci səhifələr, Təhqiq: Sərvət Əkaşə, Nəşr: “Darul-Məaruf”, Misir, Qahirə,  4-cü çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
 
Görəsən, nəyə görə İbn Quteybə Möhsini (ə.s) “həlak olmuşdur” deyə vəsf etmişdir?! Məgər İbn Quteybə dəmi bu hadisəni qəbul edirdi?!

 

____________________________

[1] Yer adıdır

 

(c) beqiyyetullah.wordpress.com

Рейтинг

В этом разделе