»»

İmam Mehdinin (ə) zamanındakı İlahi ədalət dövləti və heyvanlar haqqında

وفي البحار: عن أمير المؤمنين في وصفه: وتصطلح في ملكه السباع، وتخرج الأرض نبتها، وتنزل السماء بركتها

“Biharul-Ənvar” kitabında belə nəql olunur: “Möminlərin Əmiri (ə) onun (Qaimin) vəsfi barədə belə buyurmuşdur: “Onun hakimiyyəti zamanı vəhşi heyvanlar bir-biri ilə barışacaq, yer bitkilərini çıxaracaq və göy öz bərəkətini endirəcək”.

Seyid Muhəmməd Təqi Musəvi İsfahani, “Mikyalul-Məkarim”, cild 1, səhifə 150, hədis 221. (Şəkil 1)

وعن أمير المؤمنين (عليه السلام) قال: لو قد قام قائمنا لأنزلت السماء قطرها ولأخرجت الأرض نباتها ولذهبت الشحناء من قلوب العباد واصطلحت السباع والبهائم حتى تمشي المرأة بين العراق والشام لا تضع قدميها إلا على النبات وعلى رأسها زينتها لا يهيجها سبع ولا تخافه.

Əmirəl-Möminin (ə) buyurub: “Qaimimiz (ə) qiyam etdikdə göy yağışını endirəcək, yer bitkilərini çıxaracaq, bəndələrin qəlbindən kin-küdurət gedəcək, vəhşi heyvanlar və ev heyvanları bir-biri ilə barışacaq. O həddə qədər ki, bir qadın İraq və Şam arasında ayağını yalnız bitkilər üzərinə qoyaraq başında zinət əşyaları ilə gedəcək, nə onu bir vəhşi heyvan qorxudacaq, nə də o, qorxacaq”.

Seyid Muhəmməd Təqi Musəvi İsfahani, “Mikyalul-Məkarim”, cild 1, səhifə 150-151, hədis 225. (Şəkil 2)

عن مجاهد، عن ابن عباس في قوله عز وجل ليظهره على الدين كله ولو كره المشركون قال: لا يكون ذلك حتى لا يبقى يهودي ولا نصراني ولا صاحب ملة الا صار الى الإسلام، حتى تأمن الشاة والذئب والبقرة و (الأسد) والإنسان والحية و حتى لا تقرض الفأرة جرابا

Mucahid İbn Abbasın Allah-Təalanın “Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün..." (Tövbə surəsi, 33) — ayəsi barədə belə dediyini nəql edir: “Bu, o zaman olacaq ki, nə yəhudi, nə xristian, nə də başqa din sahibi olan elə bir şəxs qalmayacaq İslam dininə daxil olmasın. Hətta qoyun canavarla, inək şirlə və insan ilanla bir yerdə olacaq. Siçan (un kisəsini) belə dişləməyəcək...”

Seyid Haşim Bǝhrani, “əl-Məhəccə fi ma nəzələ fil-Qaimil-Huccə”, səhifə 86-87. (Şəkil 3)

في البحار عن ابن عباس في قوله تعالى: (ليظهره على الدين كله ولو كره المشركون) قال: لا يكون ذلك حتى لا يبقى يهودي ولا نصراني ولا صاحب ملة إلا دخل في الإسلام حتى يأمن الشاة والذئب والبقرة والأسد والإنسان والحية وحتى لا تقرض فأرة جرابا (الخبر إلى أن قال) وذلك يكون عند قيام القائم.

“Bihərul-Ənvar” kitabında İbn Abbasın Allah-Təalanın “Onu bütün dinlərə üstün etsin, müşriklər xoşlamasa da” (Səff surəsi, 9) – ayəsi barədə belə dediyi nəql olunur: “Bu, yalnız bütün yəhudi, xristian və digər din sahibləri İslama daxil olduqdan sonra olacaq. (O vaxt) hətta qoyun və canavar, inək və aslan, insan və ilan bir-birindən əmin olacaq, siçan torbanı gəmirməyəcək”. Ta ki, buraya çatıb dedi: “Bu, Qaimin (ə) qiyamı zamanı olacaq”.

Seyid Muhəmməd Təqi Musəvi İsfahani, “Mikyalul-Məkarim”, cild 1, səhifə 149-150, hədis 220. (Şəkil 4)

من كتاب سعد السعود نقلا عن صحف إدريس (عليه السلام): وألقي في تلك الزمان الأمانة على الأرض فلا يضر شئ شيئا ولا يخاف شئ من شئ ثم تكون الهوام والمواشي بين الناس فلا يؤذي بعضهم بعضا وأنزع حمة كل ذي حمة من الهوام وغيرها وأذهب سم كل ما يلدغ وأنزل بركات من السماء والأرض وتزهر الأرض بحسن نباتها، ويخرج كل ثمارها وأنواع طيبها وألقي الرأفة والرحمة بينهم

“Biharul-ənvar” kitabında “Sədus-suud” kitabından, İdrisin (ə) səhifələrindən belə nəql olunur: “O zaman yer üzünə əmanət qoyulacaq, heç bir şey birbirinə zərər verməyəcək və heç bir şey digər şeydən qorxmayacaq. Sonra həşəratlar və heyvanlar insanların arasında olacaq, biri digərinə zərər verməyəcək. Hər cür zəhərli varlıqların zəhəri çıxarılacaq və sancan hər şeyin zəhəri aradan qaldırılacaq. Göydən və yerdən bərəkətlər enəcək, yer öz bitkiləri ilə çiçəklənəcək, bütün meyvələrini və hər cür ətirlərini çıxaracaq, onların arasında şəfqət və mərhəmət qoyulacaq...”.

Seyid Muhəmməd Təqi Musəvi İsfahani, “Mikyalul-Məkarim”, cild 1, səhifə 150, hədis 224. (Şəkil 5)

Bu hədislərdə bildirilir ki, İmam Mehdinin (ə) zühurunun bərəkətlərindən biri də işlərin ilkin vəziyyətinə qayıtmasıdır.

عن أبي سعيد الخدري، عن النبي صلى الله عليه وسلم قال: تأوي إليه أمته كما تأوي النحلة يعسوبها، يملأ الأرض عدلا كما ملئت جورا، حتى يكون الناس على مثل أمرهم الأول، لا يوقظ نائما ولا يهرق دما.

Əbu Səid Xudri nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: “Ümmət onun ətrafında, arıların öz şahı ətrafında toplandığı kimi toplanacaq. Yer üzü zülmlə dolduğu kimi ədalətlə dolacaq. İnsanlar ilkin vəziyyətlərinə qayıdacaqlar; nə yatan oyadılacaq, nə də qan töküləcək”.

Seyid Şahabuddin Mərəşi Nəcəfi, “İhqaqul-Həqq”, cild 29, səhifə 247. (Şəkil 6)

Bəzi hədislərdə isə bildirilir ki, ilkin dövrdə heyvanlar yırtıcı deyildilər və ovlanma sonradan yaranmış bir haldır.

عن حماد بن عثمان عن أبي عبد الله عليه السلام قال كانت الوحوش و الطير و السباع و كل شيء خلق الله عز و جل مختلطا بعضه ببعض فلما قتل ابن آدم أخاه نفرت و فزعت فذهب كل شيء إلی شكله

Həmmad ibn Osman nəql edir ki, İmam Sadiq (ə) buyurub: “Vəhşi heyvanlar, quşlar, yırtıcılar və Allah-Təalanın yaratdığı hər bir şey biri-digərinə qarışmış şəkildə yaşayırdılar. Adəmin (ə) oğlu öz qardaşını öldürdükdə isə, (onların hamısı) qorxuya düşdü və ürküb (bir-birindən) ayrıldılar. Beləcə, hər bir şey öz şəklinə (yəni müvafiq cinsinə) sarı getdi”.

Şeyx Səduq, “İləluş-Şəraye”, cild 1, bab 5, səhifə 12, hədis 1. (Şəkil 7)

Beləliklə, Mövlamız İmam Mehdi (ə) zühur etdikdə, zülm aradan qalxdıqda və haqlar sahiblərinə qaytarıldıqda, heyvanların da həmin ilkin, sülhsevər təbiətə qayıtması və ovlanmanın aradan qalxması mümkündür.

Qeyd etməyə dəyər ki, bu məzmunda olan mətnlər yalnız İslam qaynaqları ilə məhdudlaşmır, eyni məzmun qeyri-müsəlmanların irsində də yer almışdır.

Bibliyada “Yeşaya” kitabında deyilir:

“O, Rəbb qorxusunda sevinc tapacaq. Gözlərinin gördüyü ilə hökm etməyəcək, Qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq. Lakin o, yoxsullara haqq ilə hökm edəcək, yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Pis adamları ağzının nəfəsi ilə öldürəcək. O, belini salehliklə qurşayacaq, sədaqəti kəmər kimi taxacaq. O gün qurdla quzu bir yerdə yaşayacaq, Bəbirlə çəpiş birgə yatacaq, Dana, gənc aslan və bəslənmiş mal-qara yan-yana duracaq, onları balaca uşaq gəzdirəcək. İnəklə ayı bir yerdə otlayacaq, onların balaları bir yerdə yatacaq. Şir də buğa tək saman yeyəcək. Südəmər körpə əfi ilanın yuvası üstündə oynayacaq. Süddən kəsilmiş uşaq əlini gürzənin yuvasına salacaq. Müqəddəs dağımın heç bir yerində heç kimə zərər dəyməyəcək. Heç bir kəs o birisini məhv etməyəcək. Çünki sular dənizi bürüdüyü kimi dünya Rəbbin biliyi ilə dolacaq”. (Bibliya; Yeşaya, 11:3-9) (Şəkil 8)


İSTİNAD:

Şəkil 1:

Şəkil 2:

Şəkil 3:

Şəkil 4:

Şəkil 5:

Şəkil 6:

Şəkil 7:

Şəkil 8:

 

 

(c) t.me/imamrza_xadimi

Рейтинг

В этом разделе