Təxminən 1400 il əvvəl baş verdiyi rəvayət edilən Ayın ikiyə bölünməsi inanılmaz və heyranedici bir hadisədir. Bəs, həqiqətən də belə bir şey baş veribmi? Bunu təqdim edə biləcəyimiz elmi dəlillər varmı? Əgər Ay həqiqətən də ikiyə bölünübsə, bunu niyə bütün dünya deyil, yalnız Məkkə və ətrafındakı insanlar görüb? Əgər bu bir yalandırsa, inananlar niyə bu cür qəribə və asanlıqla təkzib edilə bilən bir hekayə uydursunlar? Bütün bu sualların cavabını araşdırarkən hadisə ilə bağlı bəzi yanlış təsəvvürlərə də aydınlıq gətirəcək və hər hansı elmi sübutun olub-olmadığını nəzərdən keçirəcəyik.
Ancaq əvvəlcə gəlin hekayənin əvvəlinə gedək.
Hər şey sonuncu peyğəmbər Həzrəti Muhəmməd sallallahu əleyhi və alihi və səlləmin dövründə, İslamın yayılmağa və insanlara təbliğ edilməyə başlandığı vaxtlarda baş verdi. Təbii ki, İslama inananlar olduğu kimi, ona qarşı çıxanlar da çox idi. Rəvayətlərə görə, inanmayanlardan bəziləri Məkkənin çöllük bir ərazisində toplaşaraq O Həzrəti qarşısına çıxdılar.
Onlar peyğəmbərdən, əsla edə bilməyəcəyini düşündükləri bir şeyi istədilər. Beləliklə, onun peyğəmbər olmadığını şahidlərin gözü önündə sübut edərək onu inkar edəcəkdilər. Onlar dedilər: "Əgər həqiqətən peyğəmbər olduğunu deyirsənsə, o təpənin üzərindəki Ayı iki yerə böl." Allah Rəsulu salavatullah onlara dedi: "Əgər bunu etsəm, iman gətirəcəksiz?". Onlar isə istehza ilə "Bəli, iman gətirəcəyik" deyə cavab verdilər. Ayın bədirlənmiş, yəni tam ay şəklində olduğu bir axşam vaxtı idi. Hz. Muhəmməd sallallahu əleyhi və alihi və səlləm Allaha dua etdi və Ay gözlənilmədən iki yerə ayrıldı və o, dərhal yanındakılara dönərək "Şahid olun!" dedi. Qısa bir müddət sonra Ay yenidən əvvəlki vəziyyətinə qayıtdı. Bu zaman müşriklər gözlərinə inana bilmədilər və öz aralarında danışaraq "O, gözlərimizə sehr etdi, bizi ovsunladı" dedilər. Onların arasından Əbu Cəhil belə bir təklif irəli sürdü: "Kənardan gələn səyyahlardan soruşun, görək onlar da bu hadisəni görüblərmi? O, bizi ovsunlamış ola bilər, amma kənardakı insanlar onun yanında deyildilər." Kənardan gələnlərdən soruşduqda onlar da bu hadisəni gördüklərini təsdiqlədilər. Bu dəfə müşriklər "Deməli, onun sehri bütün səmaya yayılıb, göyə baxan hər kəsin gözü ovsunlanıb" dedilər və göstərilən möcüzəyə baxmayaraq ona inanmadılar.
Hər şey belə başladı. Bu hadisə şəqqul-qəmər, yəni Ayın yarılması, ikiyə bölünməsi adlandırıldı. Hadisələr hədislərdə bu şəkildə nəql edildiyi halda, Qurani-Kərimdə baş verən hadisənin davamı "Qəmər" surəsində belə yazılmışdır:
"Qiyamət yaxınlaşdı və Ay yarıldı." "Onlar bir möcüzə görsələr, dərhal üz çevirər və.. .. 'Bu, çoxdan bəri bilinən bir sehrdir' deyərlər."
Bu nöqtədə ayə ilə bağlı bəzi yanlış təfsirlərin olduğu müşahidə edilir. Bəziləri bu ayəyə əsaslanaraq qiyamət qoparkən Ayın bölünəcəyini söyləyirlər. Bu, tamamilə yanlış bir təfsirdir. Qiyamət zamanı Ayın sadəcə ikiyə bölünməsi deyil, digər bütün səmavi cisimlər kimi tamamilə məhv olacağı gözlənilir. Bundan əlavə, ayədə Ayın "bölünəcəyi" deyil, "bölündüyü" ifadə edilir. Davamında isə bəzi insanların buna inanmadığı və onu "sehr" adlandırdığı bildirilir ki, bu da birbaşa daha əvvəl təsvir edilən tarixi rəvayətlə əlaqəlidir.
İndi bu hissə aydın oldusa, gəlin görək bu hadisənin elmi sübutu varmı.
Bu bölmədə diqqətimizi dini mətnlərdən elmi araşdırmalara yönəldəcəyik.
İlk potensial dəlil 1679-cu ilə aiddir. Müasir astronomiya ilə məşğul olan italyan alim Covanni Domeniko Kassani müşahidələrindən sonra çəkdiyi Ay rəsmində qeyri-adi bir detal təsvir etmişdir. Onun 1679-cu ildə çəkdiyi bu rəsmdə Ay səthində qeyri-adi şəkildə düz bir xətt üzrə hərəkət edən nizamlı bir cizgi yəni xətt və ya çat görünür. Ay səthinə düşən çoxsaylı meteorit yağışları səbəbindən xəttin nə qədər uzandığını tam görmək mümkün deyil.
Bu uzun və düz xətt meteroidlərin düşməsinin nəticəsi ola bilməz. Bəlkə də Kassani bəzi xətalar edib və ya yanlış görüb. Bu çatı təsdiqləmək üçün real bir fotoşəkil lazım idi. İllər sonra, 1967-ci ildə NASA tərəfindən kosmosa göndərilən Orbiter 4 peyki tərəfindən çəkilən şəkillər bunu göstərə bilərdi. 67 1805 seriya nömrəli peykdən çəkilən şəkil ilə Kassaninin gördüyü arasında inanılmaz bir bənzərlik var idi. Təxminən 2 il sonra, 1969-cu ildə Apollo 10 missiyası zamanı çəkilən NASA peyk şəkli, indicə gördüyümüz düz xəttin daha yaxından çəkilişini təqdim etdi. Bununla belə, bu fotoşəkillər Ayın bölündüyünə dair qəti sübut hesab edilməyə bilər. Bunun üçün daha çox dəlilə ehtiyacımız var, ayın dərinliklərinə enməyimiz lazımdır.
Aradan keçən 50 il sonrasında texnologiyanın inkişafı Ayı daha dərindən tədqiq etməyə kömək edəcək. 2009-cu ilin iyun ayından bəri Ayın orbitində fırlanan kosmik gəmi (Lunar Reconnaissance Orbiter) Ay səthini dərindən araşdırmaq və gələcək Ay səyahətlərinə kömək etmək məqsədi daşıyırdı. Toplanan 2 illik məlumatların nəticəsi təəccüblü oldu:
- Ayın kiçildiyini lobat çatların (lobate scarps) izlərinə ətraflı baxaraq anlaya bilərik.
- Bu yara izləri, Ayın qabıq materiallarının bir-birinə sıxışdırılması nəticəsində yaranır və bu, Ayın büzülməsinə və ya kiçilməsinə səbəb olan bir prosesin baş verdiyini göstərir.
- Bu yarıqlar geoloji baxımdan gəncdir; milyard ildən daha az, bəlkə də bir neçə yüz milyon il və ya daha gənc ola bilərlər.
Geoloji keçmişdəki bir zamanda ayın kiçildiyinə dair dəlillər tapıldı. Bu tapıntılar, Ayın bölünməsi zamanı ondan qopan parçaların izləri ola bilər. Yəni, bölünmə nəticəsində Ayın hissə itirməsi və yenidən birləşərkən bir qədər kiçilməsi fikrini dəstəkləyir. Ay üzərində gördüyümüz bu 240 km-ə çatan düz şəkildəki yarıqlar tektonik hərəkətlərlə əmələ gələn bir çat deyil.
2014-cü ildə Aydakı dərin araşdırmalarını tamamlayan NASA visual tapıntıları paylaşanda 2014-cü ilin Yanvar buraxılışında Nature jurnalının üz qabığında "Rifting in the Moon" (Aydakı Yarılma) kimi təqdim edilmiş, məqalə isə "Rifting On The Moon" (Ayda Yarıqların Əmələ Gəlməsi) başlığı ilə dərc olunmuşdur. İndi bu mövzuda geologiya professor Halil Murat Özlerin etdiyi araşdırmaların nəticəsi ilə tanış olacaqsınız.
NASA-nın 2012-ci ildə başladığı "The Grail Mission" adlı əkiz peyklər vasitəsilə bütün Ay səthi dərindən skan edildi. Geologiya professoru Halil Murat Özlerin izah etdiyi kimi, geofizikada qravimetr adlanan ölçmələrlə, sanki bir insanın tomoqrafiya müayinəsindən keçməsi kimi, Ayın təxminən 50 km dərinliyinə qədər bütün detalları ilə skan edilmişdir. Bu araşdırmanın nəticələri 2014-cü ilin yanvar sayında Nature jurnalının üz qabığında "Rifting in the Moon" (Aydakı Yarılma) kimi təqdim edilmiş, məqalə isə "Rifting On The Moon" (Ayda Yarıqların Əmələ Gəlməsi) başlığı ilə dərc olunmuşdur. Tədqiqatlar Ayın bölünməsini açıq şəkildə ortaya qoyan yarıqlar tapmışdır. Dünyamızda 100-dən çox rift vadisi olduğu halda, Ayda yalnız bir dənə belə bir quruluşun olması heyrətamiz bir inkişafdır. Və tam da peyğəmbərimizin möcüzəsini təsdiqləyəcək tərzdə Ayı əhatə edir. Əvvəlki müşahidələrdə tam görünməyən bu yarılmanın izləri, bu geofiziki texnologiya ilə Ayın daxilində aydın şəkildə müəyyən edilmişdir.
Bəs əgər Ay həqiqətən də bölünmüşdüsə, dünyanın bir çox fərqli yerində buna dair yazıları və ya qeydləri niyə görə bilmirik? Əslində bu çoxunun maraq göstərdiyi və inanmağı rədd etdiyi situasiyalardan biridir. Bu bölmədə belə monumental bir hadisənin niyə bütün sivilizasiyalar tərəfindən qeydə alınmadığına dair skeptik suala cavab verən məntiqi izahlar təqdim edilir.
- Ayın bölündüyü gün hadisənin baş verdiyi yer olan Məkkə və ətrafında gecə vaxtı idi. Məkkədə gecə olanda, Yerin bəzi hissələrində gündüz idi. Bu səbəbdən, təbii olaraq, hər kəs Ayın bölünməsini görməmişdir.
- Bu hadisə çox qısa müddət ərzində baş verdiyi üçün, yalnız həmin qısa anda göyə və Aya baxan insanlar buna şahid olmuşdur. Əminəm ki, siz də gəzəndə yuxarı baxaraq gəzmirsiniz.
- Bir çox bölgədə havanın buludlu olması səbəbindən göy üzü görünmürdü və bu hadisə baş verən anda bunu görə bilməyənlər də olacaqdı.
- Bu hadisəni görənlərdən neçəsinin bunu qeyd etdiyi və ya şahid olduqları hadisəni başqalarına danışaraq onları inandıra bildiyi şübhəlidir. Əgər kimsə sizə gəlib "Mən Ayın bölündüyünü gördüm" desəydi, neçə nəfər buna inanardı?
Bütün bu şərtlər nəzərə alındıqda, bu hadisənin hər coğrafiyada qeydə alınmaması ağlabatan görünür. Lakin bunu görüb qeydə alan ölkələr də var. Məsələn, Cənub-Şərqi Asiyada, İndoneziyanın Malabar racası adlanan bölgədə bu hadisənin qeydə alındığını göstərən sənədlərin olduğu deyilir. Bundan əlavə, Hindistanda tapılan bir heykəlin üzərində "Ayın bölündüyü ildə hazırlanmışdır" yazısı mövcuddur.
Əgər bu sadəcə bir uydurma olsaydı, saysız-hesabsız möcüzələrlə dolu zəngin bir mifologiyanın yaranması gözlənilərdi. Lakin əsas mənbələr – Quran və hədislərdə bu cür hadisələrdən çox az bəhs edir ki, bu da tərəfdarlarının fikrincə, hekayənin həqiqiliyinə dəlalət edir.
Əlbəttə, məsələnin başqa bir tərəfi də var. Belə bir hadisənin baş verdiyinin elan edilməsi və bunun Quranda əvvəlcədən bildirildiyinin bilinməsi bütün dünyanı şoka sala bilər, bəlkə də İslama olan inam və etibar arta bilər. Təbii ki, bunun baş verməsini əsla istəməyənlər də olacaqdır.
Biz bu fenomeni bir çox fərqli mənbədən əldə edilən məlumatlarla aydınlatmağa çalışdıq. Bunun həqiqət olduğuna inanmaq və ya inanmamaq sizin seçiminiz olacaq. Əlbəttə ki, öz gözləri ilə görüb inanmayan insanların yanında, bu gün sadəcə eşitdikləri və bir neçə məlumata əsaslanaraq inanmayanlar da ola bilər. Bu, onsuz da bir inam məsələsidir.
Əlavə olaraq bu mövzuda sizə "Dini suallara cavab" kitabından qısa açıqlamanı qeyd edirik:
Sual: Deyirlәr ki, İslam Peyğәmbәrinin möcüzәlәrindәn biri ayın parçalanması (“şәqqül-qәmәr”) olmuşdur. Bu doğrudurmu? Cavab: Bu mәsәlәni tam aydınlaşdırmaq üçün bәzi digәr mәsәlәlәrә nәzәr salmaq lazım gәlir: 1. Kifayәt qәdәr böyük hәcmә malik olan ay kimi bir sәma cismi parçalanıb yenidәn birlәşә bilәrmi? 2. Ayın parçalanma imkanı aydınlaşdırıldıqdan sonra, bu hadisәnin hәzrәt Peyğәmbәr (s) dövründә bir möcüzә kimi baş vermәsinә dәlil varmı? 3. Әgәr belә bir möcüzәnin baş vermәsi sübuta yetәrsә, bu proses necә baş vermişdir?
- Şәqqül-qәmәr, ayın parçalanması hadisәsinin mümkün bir iş olduğunu qәbul etmәk üçün günәş daxilindә baş verәn partlayışları, parçalanmaları nәzәrdәn keçirmәk kifayәtdir:
- a) Asteroidlәr günәş sistemi әtrafında dövr edәn böyük daş parçalarıdır. Bәzәn onları planetә oxşar kiçik kürә dә adlandırırlar. Onlardan bәzilәrinin diametri 35 kilometrә çatır. Alimlәrin fikrincә, bu sәma cisimlәri bir zaman günәş sistemindә hәrәkәt etmiş, sonradan parçalanmış planetin hissәlәridir. Bu planetin parçalanma sәbәblәri hәlә ki kәşf olunmamışdır. Hәr halda bu hadisә sәma cisimlәrinin parçalana bilmәsinә bir nümunәdir.
- b) Günәş әtrafında xüsusi bir orbitdә böyük sürәtlә dövr edәn metiorlar mövcuddur. Bәzәn onların orbiti yerin orbitinә yaxınlaşdığından yer tәrәfindәn cәzb olunurlar. Alimlәrin fikrincә, bu böyük daş parçaları namәlum sәbәbdәn parçalanmış quyruqlu ulduzların hissәlәridir. Sәma cisimlәrinin parçalana bilmәsinә bu da bir nümunәdir.
- v) Laplas vә bir çox başqa alimlәrin fikrincә, günәş sistemi günәşdә baş vermiş böyük partlayış nәticәsindә yaranmışdır. Bildirilir ki, günәş sistemindәki planetlәr vә günәş әvvәlcә vahid bir kütlә olmuşdur. Sonra hәr bir planet tәdricәn günәşdәn ayrılmışdır. Amma bu partlayışın da sәbәbi qaranlıq qalır. Parçalanmanın sәbәblәrinә münasibәtdә alimlәr arasında fikir ayrılığı olsa da, belә bir partlayışın baş vermәsini bütün alimlәr yekdilliklә qәbul edirlәr. Yuxarıda deyilәnlәrdәn belә bir nәticә әldә edirik ki, sәma cisimlәrindә parçalanma baş verә bilәr vә elm bunu inkar etmir. Әlbәttә ki, belә bir hadisәnin baş vermәsi üçün parçalanan kütlәdә böyük enerji yaranmalıdır. Bәzi sәma partlayışlarının sәbәblәri müәyyәn olunsa da, bir çox partlayışların sәbәbi hәlә dә qaranlıq qalır. Şübhәsiz ki, Şәqqül-qәmәr hadisәsinin dә sәbәbi olmuşdur. Bu hadisә haqqında danışan әksәr alimlәr bildirirlәr ki, bu işin sәbәbi hәzrәt Peyğәmbәrin fövqәltәbii bir gücdәn faydalanması olmuşdur. Kimsә iddia etmir ki, hәzrәt Peyğәmbәr (s) öz vücudunun enerjisi ilә belә bir işi görmüşdür. Әgәr belә bir iddia olmuş olsaydı, uyğun hadisәni şübhә altına almağa dәyәrdi. Amma başqa bir sualı da cavablandırmaq lazım gәlir ki, ayın yenidәn birlәşmәsi mümkündürmü? Qeyd etmәliyik ki, әgәr parçalama amili şiddәtli olmazsa, parçalanan kütlәnin hissәlәri әtrafa sәpilmәz. Parçalanmış ayın yenidәn birlәşmәsi hәmin parçalanmış hissәlәrin cazibәsinin tәsirindәn dә baş verә bilәr. Nyutonun mәşhur cazibә qanununa әsasәn, cismlәr bir-birlәrini cәzb edirlәr. Onların arasındakı fasilә azaldıqca aralarındakı cazibә qüvvәsi dә çoxalır. Ona görә dә ayın parçalanmış hissәlәrinin arasında mәsafәnin az olması onun tez bir vaxtda yenidәn birlәşmәsini tәmin edә bilәr. Deyilәnlәrdәn belә bir nәticә әldә olunur ki, Şәqqül-qәmәr hadisәsindә elmin qәbul etmәdiyi heç bir nöqtә yoxdur. 2. Şәqqül-qәmәr hadisәsinin baş vermәsinin әsas dәlillәrindәn biri Qurani-kәrimin “Qәmәr” surәsinin ilk ayәlәridir: “Qiyamәt yaxınlaşdı, ay parçalandı; әgәr müşriklәr bir möcüzә görsәlәr üz döndәrib deyәrlәr: “Bu uzun müddәt davam edәn bir sehrdir.” Onlar (ayın parçalanmasını) tәkzib etdilәr vә nәfs istәklәrinә uydular. Halbuki, hәr bir iş qәrarlaşdırılmışdır.” Şiә vә sünni tәfsirçilәri qәti şәkildә bildirirlәr ki, yuxarıdakı ayәlәr Şәqqül-qәmәr hadisәsinә işarәdir. “Tәfsire-bәyan”, “Mәcmәul-bәyan”, “Әbul-Futuh Razi”, “Minhаcus-Sadiqin”, “Safi”, “Bürhan”, “Nurus-sәqәlәyn” kimi şiә, “Tәfsire-Tәbәri”, “Dürrül-mәnsur”, “Fәxre-razi”, kimi sünni tәfsirlәrindә hәzrәt Peyğәmbәrin möcüzә olaraq ayı parçalaması tәsdiq edilir. Mәrhum Tәbәrsi uyğun ayәlәr haqqında buyurur: “Bütün tәfsirçilәr bu ayәni hәzrәt Peyğәmbәrin dövründә Şәqqül-qәmәr möcüzәsinә aid bilirlәr.” Sünni tәfsirçisi Fәxri Razi uyğun ayәlәr haqqında deyir: “Bütün tәfsirçilәr bu әqidәdәdirlәr ki, ayәlәrdә Peyğәmbәr dövründә ayın parçalanması hadisәsindәn danışılır.” Bundan әlavә, şiә vә sünni rәvayәt kitablarında qırxdan çox rәvayәtdә Şәqqül-qәmәr hadisәsi haqqında danışılır. Bu rәvayәtlәrin әksәriyyәtindә bildirilir ki, yuxarıdakı ayәlәr Şәqqül-qәmәr hadisәsi ilә bağlı nazil olmuşdur. Demәk, yuxarıdakı ayәlәr belә bir möcüzәnin baş verdiyini tәsdiq etdiyindәn şübhәyә yer qalmır.
- Zikr olunmuş ayә vә rәvayәtlәrdәn mәlum olur ki, hәzrәt Peyğәmbәrin dövründә müşriklәrin istәyi ilә belә bir möcüzә baş vermişdir. Yәni Allahın qüdrәti ilә ay parçalanmış vә yenidәn әvvәlki halına qayıtmışdır. Bu hadisәnin necә baş vermәsi bәzi kitablarda nәql olunsa da, bu barәdә geniş araşdırmalara ehtiyac var. Amma hadisәnin necә baş vermәsi bir o qәdәr dә zәruri olmadığından, deyilәnlәrlә kifayәtlәnirik. İndi isә bu mәsәlә ilә bağlı bәzilәrindә şübhә yaradan mәqama aydınlıq gәtirәk: Bәzilәri iddia edirlәr ki, әgәr Şәqqül-qәmәr hadisәsi hәqiqәt olsaydı, o, dünya tarixindә qeyd olunmalı idi. Hansı ki, tarixi nәzәrdәn keçirәrkәn belә bir hadisә ilә rastlaşmırıq. Bu iradın cavabını yetәrincә aydınlaşdırmaq üçün aşağıdakı mәsәlәni nәzәrdәn keçirmәk lazımdır:
- Nәzәrdәn qaçırmamalıyıq ki, ay bütün yer üzündә görünmür. Onu yalnız yerin yarı hissәsindә görmәk mümkündür.
- Yerin ay görünәn yarımkürәsindә dә sәmada baş verәn hadisәlәri bütün insanlar izlәyә bilmir. Çünki gecә keçәndәn sonra әksәriyyәt yuxuda olur. Belә ki, yer kürәsinin dörd bir hissәsindә uyğun hadisә müşahidә oluna bilәr.
- Belә dә ola bilәr ki, hadisә baş verәn zaman yarımkürәnin bir çox hissәsindә sәma buludlu olsun vә ay buludların arxasında qalsın.
- Sәmadakı hadisәlәr yalnız o vaxt insanların diqqәtini cәlb edir ki, ya şimşәk kimi gurultulu olsun, ya da günәş tutulması kimi, hadisә işığın azalması ilә müşayiәt edilsin. Hәtta belә vaxtlarda da hadisә uzun müddәt davam etdikdә insanların diqqәtini cәlb edir. Amma ayın heç bir gurultu, işığın azalması olmadan parçalanması, sonra isә birlәşmәsi az adamın diqqәtini cәlb edә bilәr. Özünüz düşünün, adi vaxtlarda hәtta aydın bir gecәdә göydә bәdrlәnmiş aya nәzәr salıb onun vәziyyәtini izlәyirikmi?!
- Hadisә baş verәn dövrdә tarixi hadisәlәr indiki kimi dәqiq izlәnilmirdi. Qәdim dövrlәrdә, tәbii ki, informasiya bugünkü sürәtlә ötürülmürdü. 6. Qәdim tarixdә qaranlıq nöqtәlәr çoxdur vә keçmişdә baş verәn hadisәlәrin heç dә hamısı qeydә alınmamışdır. Mәsәlәn, Zәrdüşt böyük tarixi şәxsiyyәt olmasına, dünyanın әhәmiyyәtli bir hissәsindә tanınmasına baxmayaraq, bu gün onun anadan olduğu tarix vә yer mәlum deyil. O dövrün inkişaf etmiş ölkәlәrindә mühüm tarixi hadisәlәrin qeydә alınmaması tәәccüb doğurmamalıdır. Bu hadisәnin dә bir çox başqa hadisәlәr kimi tarixә düşmәmәsi normal sayılmalıdır.
Elәcә dә, tarixçilәr bütün hadisәlәri qeyd etmәk fikrindә olmamışlar. Bәşәr tarixindә baş vermiş dәhşәtli zәlzәlәlәrin, tufanların, quraqlıqların yaşayış mәntәqәlәrini viran qoyması tarixdә qeyd edilmәsә dә, inkarolunmaz bir gerçәklikdir.
Әgәr Tәbәrinin tәfsirinә müraciәt etsәniz, görәrsiniz ki, tәqribәn 30 rәvayәtdә “Şәqqül-qәmәr” hadisәsi yad edilmişdir. Amma hәmin bu tәfsiri yazan Tәbәri öz tarixi әsәrlәrindә Şәqqül-qәmәr hadisәsini qeyd etmәmişdir. Bütün bunları nәzәrә alaraq, uyğun hadisәnin tarixdә qeyd edilmәmәsinә tәәccüblәnmәmәliyik. Hәr hansı hadisәnin tarixdә qeydә alınmaması onu baş vermәmәsi demәk deyil.
Bununla belә, bәzi alimlәr bildirirlәr ki, Şәqqül-qәmәr hadisәsi bәzi tarixi mәnbәlәrdә qeyd olunmuşdur. Mәsәlәn, “Tarixe-fereşte” әsәrinin 11-ci mәqalәsindә qeyd olunur ki, Hindistanın Milbar әhli şәqqül-qәmәr hadisәsini müşahidә etmişdir vә yazılı olaraq qeydә almışdır. Mәnbәdә verilәn mәlumata görә hәmin şәhәrin hakimi bu hadisә ilә bağlı araşdırma aparmış vә әmin olmuşdur ki, uyğun hadisә son Peyğәmbәrin möcüzәsidir. Hәmin hakim İslam dinini qәbul etmişdir. Deyilәnlәri nәzәrә alaraq, Şәqqül-qәmәr hadisәsinin tarixә düşmәmәsi fikrindәn daşınmalıyıq.