»»

Əhli-sünnəyə görə Peyğəmbərlərdən (s) qeyrisi məsum ola bilərmi?

Əhli-sünnənin məsumluqla bağlı görüşü.

1 - Zəhəbi.

والعِصمةُ للأنبیاءِوالصدیقین وحُکَّام القِسْط.

“Məsumluq peyğəmbərlər, siddiqlər və ədalətli hakimlər üçündür”.

Yəni, peyğəmbərlər, siddiqlər və ədalətli hakimlər məsum ola bilərlər.

(“əl-Muqizatu fi ilmi-mustalahil-hədis”: səh.63)


2 - Mübarəkpuri.

فالعصمة واجبة فی حق الأنبیاء, ممکنة فی حق غیره.

“Məsumluq peyğəmbərlər üçün vacib, digərləri üçünsə, mümkündür”.

(“Minnətül-Munim fi şərhi-səhihi-Müslim”: c.4, səh.83)


3 - Mübarəkpuri.

لِأَنَّهَا فِی حَقِّ النَّبِیِّ وَاجِبَةٌ وَفِی حَقِّ غَیْرِهِ مُمْکِنَةٌ .....

“...Məsumluq peyğəmbər üçün vacib, ondan qeyriləri üçünsə, mümkündür...”.

(“Tuhfətul-əhvəzi”: c.10, səh.179)


4 - İbn Həcər.

 لِأَنَّهَا فِی حَقِّ النَّبِیِّ وَاجِبَةٌ وَفِی حَقِّ غَیْرِهِ مُمْکِنَةٌ

“Məsumluq peyğəmbər üçün vacibdir, ondan qeyriləri üçünsə, mümkündür”.

(“Fəthül-Bari”: c.7, səh.47).


5 - Bulqeyni.

وقال البلقینی فی منهج الأصولیین: العصمة واجبة لصفة النبوة والملائکیة وجائزة لغیرهما، ومن وجبت له العصمة فلا یقع منه کبیرة ولا صغیرة

“Bulqeyni “Mənhəcul-usuliyyin” kitabında demişdir: Məsumluq peyğəmbər və mələklər üçün vacib, onlardan başqaları üçünsə, mümkündür. Kimə məsumluq vacib olsa, ondan böyük və ya kiçik günah sadir olmaz”.

(“əl-Həbaik fi əxbaril-məlaik” (Süyuti): səh.253-254.)

Deməli, peyğəmbərlərdən qeyriləri də məsum ola bilərlər.


Bu kontekstdə əhli-sünnə qardaşlarımızın səhabələr barədə inancları da maraq doğurur. Biz onların səhabələr barədə inanclarına nümunə olaraq aşağıdakı misalları göstərməklə kifayətlənirik:

1 - İbn Həcər əl-Heytəmi.

... يجب اعْتِقَاده من جلالة الصَّحَابَة وبراءتهم من كل نقص...

“…Səhabələrin uca məqamlı olmalarına və hər bir nöqsandan uzaq olmalarına inanmaq gərəkdir”.

(“əs-Səvaiqul-muhriqa”: c.2, səh.640.)


2 - Təftəzani.

واحتج أصحابنا على عدم وجوب العصمة بالإجماع على إمامة أبی بکر وعمر وعثمان رضی الله عنهم مع الإجماع على أنهم لم تجب عصمتهم وإن کانوا معصومین بمعنى أنهم منذ آمنوا کان لهم ملکة اجتناب المعاصی مع التمکن منها

“Bizim əshabımız (sünni alimləri) xəlifənin məsum olmasının qeyri-vacib olmasına dəlil kimi, Əbu Bəkr, Ömər və Osmanın imamətləri üzərində icma edilməsi faktını göstərmişlər. Bununla yanaşı, onlar demişlər ki, bu şəxslərin məsum olmaları vacib deyildir, baxmayraq ki, onlar məsum olmuşlar, bu mənada ki, iman gətirdikləri gündən bəri günah etməyə bacarıqları olduğu halda, günahdan çəkinmə vərdişinə sahib olmuşlar!”

(“Şərhül-məqasid”: c.5, səh.249)


3 - İbn Əbu Hatim.

فنفى عنهم الشك والکذب والغلط والریبة والغمز وسماهم عدول الأمة...

“Allah şəkki, yalanı, səhvi, şübhəni və nöqsanı onlardan (səhabələrdən) uzaqlaşdıraraq, onları “ümmətin adil şəxsləri” adlandırmışdır”.

(“əl-Cərh vət-tədil”: c.1, səh.7)


4 - Təftəzani.

وذهبوا إلى أنهم محفوظون عما یوجب التضلیل والتفسیق صونا لعقائد المسلمین عن الزیغ والضلالة فی حق کبار الصحابة سیما المهاجرین منهم والأنصار والمبشرین بالثواب فی دار القرار

 “Əhli-sünnə alimləri müsəlmanların inanclarını böyük səhabələr – xüsusən də mühacirlər, ənsarlar və axirətdə savab vədəsi verilmiş səhabələr – barədə  azğınlıq və zəlalətə düşməkdən qorumaqdan ötrü, səhabələri azğınlıq və fasiqlik gətirəcək işlərdən qorunmuş olduqlarını demişlər”.

(“Şərhül-məqasid”: c.5, səh.311)


313news.net

Рейтинг

В этом разделе