»»

“Ümmətimin alimləri Bəni-israil peyğəmbərləri kimidir” sözü hədis deyil, sufi uydurmasıdır.

BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

 İnsanlar arasında hədis olaraq bilinən və məşhur olan sözlərdən biri də Nəbi (s)-ə nisbət edilən “ümmətimin alimləri Bəni-israil peyğəmbərləri kimidir” sözüdür. Halbuki bu söz nə İslami (Şiə) və nə də sünni olsun, heç bir hədis kitabında rəvayət edilməmiş, sonradan ortaya çıxmış bir sözdür. Bunun heç bir mənbəyi və sənədi mövcud deyil. Bundan ötəri həm İslam (Şiə) alimləri və həm də sünni alimlər bu sözün uydurma olduğunu bəyan etmişdirlər. İndi həm şiə və həm də sünni alimlərin bu rəvayət haqqındakı sözlərini sizlərlə paylaşacağıq.

 

1. Şiə mühəddislər: Bunun sufi mənbəli uydurmalardan olduğunu deyən şiə hədisçilərdən biri “Vəsailuş-Şiə” kitabının müəllifi Şeyx Hürr əl-Amuli (r.ə)-dir. O özünün “Fəvaid ət-Tusiyyə” adlı kitabında bu uydurma rəvayət haqqında deyir:

alimler-hurrul-amuli alimler-hurrul-amuli1

Şəkildə gördüyünüz Şeyx Hürr əl-Amuli (r.ə)-nin “Fəvaid ət-Tusiyyə” adlı kitabıdır. İşarələdiyimiz yerdə bu ifadələr var:

فائدة ( 85 ) حديث علماء أمتي كأنبياء بني إسرائيل

85-ci Faidə: “Ümmətimin alimləri Bəni-İsrail peyğəmbərləri kimidir” rəvayəti.

لا‌ يحضرني‌ ‌إن‌ أحدا ‌من‌ محدثينا رواه‌ ‌في‌ ‌شيء‌ ‌من‌ الكتب‌ المعتمدة ‌نعم‌ نقله‌ ‌بعض‌ المتأخرين‌ ‌من‌ علمائنا ‌في‌ ‌غير‌ كتب‌ الحديث‌ و كأنه‌ ‌من‌ روايات‌ العامة ‌أو‌ موضوعاتهم‌ ليجعلوه‌ وسيلة ‌إلي‌ الاستغناء بالعلماء ‌عن‌ الأئمة عليهم‌ السّلام‌ و لأنه‌ يناسب‌ طريقتهم‌ فقد افرطوا ‌في‌ تعظيم‌ علمائهم‌ ‌مع‌ علمهم‌ بفسق‌ أكثرهم‌، و اعتقادهم‌ فيهم‌ ‌لا‌ تقصر ‌عن‌ اعتقاد الإمامية ‌في‌ أئمتهم‌ ‌بل‌ ربما زاد ‌عليه‌ ‌کما‌ يظهر لمن‌ خالطهم‌ ‌أو‌ تأمل‌ كتبهم‌ و ‌کما‌ دل‌ ‌عليه‌ الحديث‌ ‌ألذي‌ رواه‌ الطبرسي‌ ‌في‌ الاحتجاج‌ ‌عن‌ العسكري‌ ‌عليه‌ السّلام‌ ‌في‌ التقليد و ‌هو‌ طويل‌ و لأنهم‌ يعتقدون‌ ‌إن‌ العلماء يغنون‌ ‌عن‌ الامام‌ ‌کما‌ أشار ‌إليه‌ القاضي‌ ‌عبد‌ الجبار ‌في‌ المغني‌ و هم‌ يطلقون‌ ‌علي‌ علمائهم‌ لفظ الأئمة و ‌علي‌ كثير منهم‌ لفظ الامام‌ ‌کما‌ ‌في‌ كتب‌ رجالهم‌ و ‌غيره‌ ‌من‌ كتبهم‌ و يحتمل‌ كونه‌ ‌من‌ روايات‌ الصوفية ‌أو‌ موضوعاتهم‌ لإرادة إثبات‌ ‌ما يدعونه‌ ‌من‌ الكشف‌ و ‌ما يترتب‌ ‌عليه‌ ‌من‌ المفاسد ‌الّتي‌ ‌ليس‌ ‌هذا‌ محل‌ ذكرها

Mühəddislərimizdən hər hansı birinin etimad olunan hədis kitablarında bu mövzuda rəvayət etdiyi hər hansı bir şeyə rast gəlmədim. Bəli, ammə (sünni) rəvayətlərindən və uydurmalarından olmasına baxmayaraq mütəahhirun alimlərimizdən bəziləri bunu hədis sahəsinə girməyən qaynaqlarda rəvayət etmişlər. Onlar (sünnilər) bu rəvayətləri Əhli-Beyt imamları (ə.s)-ə ehtiyac olmadığına bir vəsilə hesab etmişlər. Çünki bu rəvayətlər onların metodlarıyla da uyğundur. Bir çoxunun fasiq olduğunu bilmələrinə baxmayaraq öz alimlərinə hörmət göstərmədə işi ifrata vardırmışlardır. Onların alimlərin haqqındakı inanclarının imamiyyənin imamları haqqındakı inanclarından aşağı qalar tərəfi yoxdur. Hətta hərdənbir daha çox olduğu görülər. Necə ki onlarla oturub-duran və ya qələmə aldıqları əsərləri üzərində düşünən kimsə bunu görər. Təbərsinin “əl-İhticac” adlı əsərində əl-Əsgəri (imam Həsəni əl-Əsgəri (ə.s)-dən təqlid haqqında rəvayət etdiyi hədisdə buna dəlalət etməkdədir. Hədis uzundur. Onlar, alimlərinin imama ehtiyacının olmadığına inanmaqdadırlar. Necə ki Qazı Əbdülcabbar “əl-Muğni” adlı əsərində buna işarə etmişdir. Onlar da alimləri haqqında imamlar sözcüyünü istifadə etməkdədirlər. Rical qaynaqlarında olsun, digər əsərlərində olsun bir çoxu haqqında imam sözcüyünü istifadə edirlər. Bunun sufi rəvayətlərindən və ya uydurmalarından olması böyük bir ehtimaldır. Çünki iddia etdikləri kəşf və bunun xarab nəticələndirərinin isbatı üçün bu rəvayəti uydurmuş ola bilərlər. Kəşfin xarab nəticələrini zikr etmək mövzumuza uyğun düşməməkdədir.

Şeyx Hürr əl-Amuli (r.ə), “Fəvaid ət-Tusiyyə”, səhifə 376, 85-ci faidə

 

2. Sünni mühəddislər: Sünnilərdən ibni Hacər, Dərami, əz-Zərkəşi və b. hədis alimləri bu hədisin uydurma olduğunu söyləmişdirlər. Biz aşağıda son dövr hədis alimlərindən əl-Albaninin bu rəvayət haqqındakı sözlərini qeyd etməklə kifayətlənəcəyik.

alimler-albani alimler-albani1

Şəkildə gördüyünüz əl-Albaninin “Silsiləti əhadisus-zaifə vəl-məvdua” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

“علماء أمتي كأنبياء بني إسرائيل”

Ümmətimin alimləri Bəni-israil peyğəmbərləri kimidir.

لا أصل له. باتفاق العلماء، وهو مما يستدل به القاديانية الضالة على بقاء النبوة بعده صلى الله عليه وسلم، ولوصح لكان حجة عليهم كما يظهر بقليل من التأمل

Üləmanın ittifaqı ilə bu sözün əsli yoxdur. Və Qədyanilər öz pozğunluqlarından olan Nəbi (s)-dən sonra peyğəmbərlik iddialarına bunu dəlil göstərmişdirlər.

əl-Albani, “Silsiləti əhadisus-zaifə vəl-məvdua”, 1/679-680, 466-cı hədis

 

(c) saqaleyn.wordpress.com

Рейтинг

В этом разделе