»»

Hidayət olanlar 79 - Şəhid Həsən Şəhatə

Adı: Həsən Şəhatə

Ölkə: Misir

Keçmiş dini (Məzhəbi): Əhli-Sünnə

 

 

 

Aparıcı: Misir. Fatimiyyələrin Misiri. Afrikanın şimalındakı bir diyar. Paytaxtı da Qahirədir. Hansı ki, onu Fatimiyyələr inşa etmişlər. Fatimiyyə dövləti öz adını Fatimeyi-Zəhra (səlamullahi əleyhadan), əzəmətli Peyğəmbərin (sallallahu aleyhi va alihinin) qızından götürmüşdür. Tarix Fatimiyyə dövləti kimi elmlərə, fənlərə və ticarətə önəm verən başqa bir dövlət görmədi. Onların hakimiyyəti dövründə “Zəha” (səlamullahi əleyha) universiteti təsis edildi. Hansı ki, elm və mərifət bayrağını əsrlər boyu daşıdı. Bu gün bu universitet “Əl-Əzhər universiteti” adlanır.      

Salahəddin Əyyubi Misir torpaqlarına hücum etdi. Şiələrə qarşı soyqırım edib onların əlyazmalarını yandırdı. Bununla da şiələr keçən əsrə qədər özləri üçün əmin-amanlıq və fikir azadlığını qoruya bilmədilər. İndi isə zülm və haqsızlıq, şiələrin qətliyamı ilə dolu qara tarixdən sonra Əzhər aıimlərindən biri şiələri və onların hüquqlarını müdafiə etmək üçün meydana çıxdı. Bu da Həsən Şəhatədir.     

O, hicrətin 1365-ci ilində, miladi tarixlə 1954-cü ildə Misirin şərqindəki Hərbit şəhərində əhli-sünnənin Hənəfi məzhəbli bir ailəsində anadan olmuşdu.   

İsam İmad:  Həqiqətdə bu məsələlər onun uşaqlıq həyatına bağlıdır. Belə ki, o, digərlərindən seçilmişdir. Anası o hələ bətnində olarkən nəzr etmişdi ki, Quran müəllimi olsun. Elə ki, anası (Allah ona rəhmət eləsin) onu dünyaya gətirdi, atası uşağı götürüb Quran müəlliminin yanına apardı və dedi ki, bu oğlumun Quran müəllimi olmasını nəzir etmişəm. Həmin vaxt şeyxin iki yaşı vardı və süddən təzə ayrılmışdı. O, beş yaşına çatanda Quranı əzbərləmişdi.       

Aparıcı: O, atasından tərbiyə aldı və ilk təhsilini elə ondan aldı. Sonra təhsilini davam etdirdi. Hətta Misirdəki “Quran elmləri universitetində” Quran elmləri sahəsində maqistratura diplomunu aldı.    

Şeyx Muhəmməd Həssun: Qahirəyə köçəndən sonra “əl-Əzhər” universitetinə daxil oldu və orada təhsili aldı. Hətta əl-Əzhər universtetini bitirib Quran elmləri sahəsində “Maqister” diplomunu aldı.

İsam İmad: Onu xüsusiyyətlərindən biri bu idi ki, hazırlıq mərhələsində - əl-Əzhərin bir hazırlıq mərhələsi var və orada daxil olmaq istəyənlər həmin bu mərhələdə təhsil alardılar – ən yüksək pilləyə yetişdi. Bu da onun Əzhərki ilk təhsili oldu.   

Aparıcı: Ömrünün üçüncü yarısında kəndindəki məsciddə ilk cümə xütbəsini etdi. Bu xütbə silahlı qüvvələrə yetişdi. O, Misir ordusunda mənəvi dəyərlər üzrə məsul şəxs idi. Həmçinin onun “Allahın gözəl adları” adlı elmi toplantıları da olmuşdu. Hansı ki, bu xütbələr Misirin birinci televiziya kanalında yayımlanırdı.   

İsam İmad: Başqalarından seçilmək və bununla yanaşı onun özünə məxsus mühüm bir xüsusiyyəti vardı. Bu da Allahın kitabına mərifətli olması idi. O, Quranı təfsir edərdi, onun Misir televiziyasında “Allahın gözəl adları” adlı verilişləri vardı. Bu verilişə dünyadakı Əhli-Sünnədən milyonlarla insan baxardı.  

Aparıcı: O – “Əllamə şey Həsən Şəhadə” adlandırılırdı. əl-Əzhərin alimi və Qahirənin ən böyük məscidlərinin birində imam camaat idi.  

Ziya Muhərrəm: Sənə deyim ki, şeyx Həsən Şəhadə alim idi və Əhli-Sünnənin ən böyük təbirinə nail olmuşdu. Yəni o, bir məsciddə cümə xətibi idi. Hansı ki, bu məscid Qahirədə İsrail səfirliyinin qarşısında yerləşirdi. O, Misir ordusuna bir çox xütbələr etmişdi. Belə ki, onu aparırdılar ki, ordunu həvəsləndirsin, onlara cihad fikrini aşılasın. Beləliklə də o, elmi baxımdan yüksək pilləyə yetişmiş, əlbəttə ki, Quranı da əzbərləmişdi. Bununla da Əhli-Sünnənin dini elmlərində böyük alimlərindən oldu.   

Aparıcı: Şeyx Həsən Şəhatə təkcə əl-Əzhərin alimi deyildi, əksinə, oranın bir çox alim və imamların ustadı olmuşdu. Hansılar ki, onun şagirdləri olmuşlar və onun elmindən bəhrələnmişlər.  

O, Əhli-Sünnə alimləri ilə diskusiyalar edər, onları Əhli-Beyt (aleyhimus-səlamın) məzhəbinə etiqad etməyə dəvət edərdi. O məzhəbə ki, ona uzun müddətli axtarış və təhqiqatdan sonra əlli yaşında üz tutmuşdu. Bu da o deməkdir ki, artıq şiə olmasını elan etmişdir.  

Şeyx Muhəmməd Həssun: Şeyx Həsən Şəhatə elə ki, elmdə böyük və ali məqama yüksəldi, bu zaman İslam məhzəbləri arasındakı ixtilaf problemi ilə üzləşdi. Odur ki, İslam məzhəbləri arasındakı ixtilafın səbəbini və hansı məzhəbin haqq olduğunu öyrənməyə və onun dərinliklərinə getməyə başladı. O, uzun müddət elmi axtarışlarda çətinliklər yaşadı. O vaxta qədər ki, Əhli-Beyt (əleyhimus-səlamın) məzhəbinin haqlı olmasına qane oldu, şiəliyi qəbul etdi və bunu açıq-aydın elan etdi. Miladi tarixlə 1996-cı ildə nicat gəmisinə, Əhli-Beytin (əleyhimus-səlamın) gəmisinə mindiyini söylədi.  

Aparıcı: Şeyx Həsən Şəhatə Əmirəl-mömininin (əleyhis-səlamın) vilayətini uca səslə söyləyər, çıxdığı hər bir minbərdə və müxtəlif informasiya vasitələrində onun düşmənlərindən bəraət alardı. Hətta bu geniş rezonans doğurdu və nəticəsi də yüzlərlə insanın ondan haqqı eşitdiklərində arxasınca düşməsi oldu. Onu haqq məzhəbindəki fəaliyyətlərinə gəlincə Misrin qəzet və məqalələrinin yazdıqları kifayətdir ki, o, ən mübahisə və çox səs-küy yaradan şeyxlərdən biri olmuşdu.

Əli Kurani: Məzhəbibin dəyişməsini elan etməmişdi. Lakin Əmirəl-möminini və Əhli-Beyti (əleyhimus-səlamı) mədh edirdi. Başqalarını da tənqid edirdi. Onlar da dedilər ki, şiəliyi qəbul edib. Məsələn ondan ilk dəfə müsahibə alan Ruzəl Yusuf olmuşdur. Ruzəl Yusuf yazmışdı ki, imam Həsən Şəhatə Şəliyi təfsilatı ilə qəbul edir. Bu da 94-cü ldə olmuşdu. 1994-cü ildə təxminən.   

Aparıcı: Dəyişmək və yenilənmək iki həqiqətdir ki, şeyx Həsən Şiəliyi qəbul etdikdən sonra üz-üzə qaldı. Onun Şiəliyi qədul etdiyi ərəfələr Hüsnü Mübarəkin Misirdəki hakimiyyəti vaxtında təsadüf etdiyi üçün üç il müddətində həbs edildi. Onun ölkəni tərk etməsinə qadağa qərarı çıxdı. Miladi tarixlə 1997-ci ildə həbsxanadan azad edildi. Lakin ona yönəlmiş ittihamların geri götürülmədi.  

Ziya Muhərrəm: Hətta şeyx Muhəmməd Şəhatə danışırdı ki, Mübarəkin hakimiyyət zamanı həbsxanaların birində olduğu müddətdə təhqiqat aparılarkən onunla təhqiqatı keçmiş daxili işlər naziri Həbib əl-Adili aparırdı. Ona demişdi ki, biz səni hazırlayırdıq ki, şeyx Şəravinin davamçısı olasan. Yəni bu dərəcədə hesab edirdilər ki, onun cəmiyyətdə böyük nüfuzu, xarizması, gözəl üslubu və camaat üçün cazibədar diskusiyası var. Bu, ona tənə vuranların tam əksidir, hansı ki, ona nifrət edənlər ona tənə vurardılar. Beləliklə də onlar bu əlaqələri kəsdilər ki, onu mühasirəyə aldılar və çevrəsini daraltdılar ki, Misirdə milyonlarla insanın şiəliyi qəbul etmələrinə səbəb olmasın.     

Aparıcı: Həmçinin o, miladi tarixlə 2006-cı ildə ikinci dəfə həbsə məruz qaldı. Lakin bu dəfə tək o deyil, onun yanında olan 300-dən çox şilələrlə birgə. Sonra o, azadlığa buraxıldı və ömrünün sonuna qədər Misirdən kənara çıxmasına qadağa qoyuldu.    

Şeyx Muhəmməd Həssun: Bundan daha çoxu onun Misirdə iki dəfə həbs edilməsi oldu. 1996-cı ildə və 2000-ci ilin əvvəllərində. Onun həbsi hansı ittihamla olmuşdu? O ittihamla ki, Əmirəl-mömininin (əleyhis-səlamın) vilayətini elan etmişdi. 

Рейтинг

В этом разделе