»»

Azanda “həyyə əla xəyril-əməl” kəliməsi bidət ya fəzilət?

Heç bir müasir əhli-sünnə firqəsi azanda "həyyə əla xəyrul-əməl" cümləsini demir. Yalnız və yalnız Əhli-beyt (əleyhimussəlam) ardıcılları deyirlər. Bu barədə Sələfi fətva mərkəzi deyir:

A. Fətaval-ləcnətid-daiməti lil-buhusil-ilmiyyəti vəl-ifta

Səudiyyə Ərəbistanının və dolayısı ilə sələfilərin baş fətva mərkəzi olan Elmi araşdırmalar və fətva üzrə daimi komitənin saytında və Komitənin rəsmi nəşr etdirdiy kitabda yazılır:

وأما قول المؤذن في أذان الصبح: (حي على خير العمل)، فليس بثابت، ولا عمل عليه عند أهل السنة ، وهذا من مبتدعات الرافضة

“Azançının sübh azanında “həyyə əla xəyril-əməl” (“ən yaxşı əmələ tələsin”) deməsinə gəlincə, bu, sübuta yetməmişdir. Əhli-sünnə buna əməl etmir. Bu, məhz rafizilərin bidətlərindəndir”.

 

 

 

“Fətaval-ləcnətid-daiməti lil-buhusil-ilmiyyəti vəl-ifta”, c.6, səh. 95-96; “Darul-müəyyəd”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1424/2004; təhqiq: Əhməd ibn Əbdür-Rəzzaq əd-Düveyş

Fətva komitəsinin üzvləri:

Abdullah Muni, Abdullah ibn Ğədyan və Əbdür-Rəzzaq əl-Əfifi.

Fətvanın internet ünvanı:

http://www.alifta.net/Fatawa/fatawaDetails.aspx?BookID=3&View=Page&PageNo=1&PageID=1886

B. Əbdül-Əziz ibn Baz

1993-1999-cu illər ərzində Səudiyyə Ərəbistanının baş müftisi olmuş məşhur sələfi (vəhhabi) alimi Əbdül-Əziz ibn baz yazır:

قول بعض الشيعة في الأذان : ( حي على خير العمل ) بدعة ، لا أصل له في الأحاديث الصحيحة .

“Bəzi şiələrin azanda “həyyə əla xəyril-əməl” deməsinə gəlincə, bu, bidətdir və bunun səhih hədislərdə heç bir əsli (əsası) yoxdur.”

 

 

 

Fotoşəkil: Əbdül-Əziz ibn Baz, “Məcmuul-fətava və məqalatun mutənəvvia”, c.10, səh.335; “Darul-Qasim”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1420/2000; təhqiq: Muhəmməd ibn Səud əş-Şuvəyir

Göründüyü kimi, əhli-sünnə vəl-cəmaat azanda "həyyə əla xəyril-əməl" deyilməsini bidət hesab edir. Yəni, bunun dində əsli yoxdur. Halbuki, Əhli-beyt (əleyhimussəlam) və bəzi səhabələr buna əməl edirdilər.

1. Muhəmməd ibn Əli əş-Şəvkani

Digər bir məşhur əhli-sünnə alimi əş-Şəvkani yazır:

وَالْحَدِيثُ لَيْسَ فِيهِ ذِكْرُ حَيَّ عَلَى خَيْرِ الْعَمَلِ، وَقَدْ ذَهَبَتْ الْعِتْرَةُ إلَى إثْبَاتِهِ، وَأَنَّهُ بَعْدَ قَوْلِ الْمُؤَذِّنِ: حَيَّ عَلَى الْفَلَاحِ، قَالُوا: يَقُولُ مَرَّتَيْنِ: حَيَّ عَلَى خَيْرِ الْعَمَلِ، وَنَسَبَهُ الْمَهْدِيُّ فِي الْبَحْرِ إلَى أَحَدِ قَوْلَيْ الشَّافِعِيِّ وَهُوَ خِلَافُ مَا فِي كُتُبِ الشَّافِعِيَّة،ِ فَإِنَّا لَمْ نَجِدْ فِي شَيْءٍ مِنْهَا هَذِهِ الْمَقَالَةَ بَلْ خِلَافُ مَا فِي كُتُبِ أَهْلِ الْبَيْتِ، قَالَ فِي الِانْتِصَارِ: إنَّ الْفُقَهَاءَ الْأَرْبَعَةَ لَا يَخْتَلِفُونَ فِي ذَلِكَ يَعْنِي فِي أَنَّ حَيَّ عَلَى خَيْرِ الْعَمَلِ لَيْسَ مِنْ أَلْفَاظِ الْأَذَانِ، وَقَدْ أَنْكَرَ هَذِهِ الرِّوَايَةَ الْإِمَامُ عِزُّ الدِّينِ فِي شَرْحِ الْبَحْرِ وَغَيْرُهُ مِمَّنْ لَهُ اطِّلَاعٌ عَلَى كُتُبِ الشَّافِعِيَّةِ، واحْتَجَّ الْقَائِلُونَ بِذَلِكَ بِمَا فِي كُتُبِ أَهْلِ الْبَيْتِ "كآمالي أَحْمَدَ بْنِ عِيسَى وَالتَّجْرِيدِ، وَالْأَحْكَامِ وَجَامِعِ آلِ مُحَمَّدٍ" مِنْ إثْبَاتِ ذَلِكَ مُسْنَدًا إلَى رَسُولِ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ -، قَالَ فِي الْأَحْكَامِ: وَقَدْ صَحَّ لَنَا أَنَّ حَيَّ عَلَى خَيْرِ الْعَمَلِ كَانَتْ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - يُؤَذَّنُ بِهَا، وَلَمْ تُطْرَحْ إلَّا فِي زَمَنِ عُمَرَ، وَهَكَذَا قَالَ الْحَسَنُ بْنُ يَحْيَى رُوِيَ ذَلِكَ عَنْهُ فِي جَامِعِ آلِ مُحَمَّدٍ، وَبِمَا أَخْرَجَ الْبَيْهَقِيُّ فِي سُنَنِهِ الْكُبْرَى بِإِسْنَادٍ صَحِيحٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّهُ كَانَ يُؤَذِّنُ بِحَيَّ عَلَى خَيْرِ الْعَمَلِ أَحْيَانًا، وَرَوَى فِيهَا عَنْ عَلِيِّ بْنِ الْحُسَيْنُ أَنَّهُ قَالَ هُوَ الْأَذَانُ الْأَوَّلُ، وَرَوَى الْمُحِبُّ الطَّبَرِيُّ فِي أَحْكَامِهِ عَنْ زَيْدِ بْنِ أَرْقَمَ أَنَّهُ أَذَّنَ بِذَلِكَ

“İtrət [Əhli-Beyt] “həyyə əla xəyril-əməl” cümləsinin azanda var olduğunu və onun “həyyə ələl-fəlah” (“nicat və qurtuluşa tələsin”) cümləsindən sonra gəldiyini demişdir. Onlar demişlər ki, “azanda iki dəfə “həyyə əla xəyril-əməl” deyilməlidir”.

Mehdi “əl-Bəhr” kitabında (azanla bağlı Şafeidən nəql olunan) iki nəzərin birində Şafenin bu fikri qəbul etdiyini demişdir, lakin, bu məlumat şafeilərin kitablarında olanın ziddinədir. Belə ki, biz şafei kitablarında belə bir şey tapmamışıq. Hətta Əhli-Beyt kitablarında belə bunun əksi deyilmişdir. Məsələn, “əl-İntisar” kitabında deyilir ki: “Dörd fəqih bu barədə ixtilaf etməmişdir”. Yəni, “həyyə əla xəyril-əməl”-in azanın sözlərindən olmadığı barəsidə ixtilaf etməmişlər. İmam İzzəddin “əl-Bəhr” kitabının şərhində və şafeilərin kitabları ilə tanışlığı olan digər şəxslər öz kitablarında Mehdinin bu sözünü inkar etmişlər.

“Həyyə əla xəyril-əməl” cümləsinin azanın bir hissəsi olduğu fikrini dəstəkləyənlər Əhməd ibn İsanın “Əmali” kitabı, “ət-Təcrid” kitabı, “əl-Əhkam” kitabı və “Camiu-Ali-Muhəmməd” kitabı kimi “Əhli-Beyt” kitablarında gələn və Allah Rəsulundan (sallallahu əleyhi [və alihi] və səlləm) sənədli şəkildə nəql olunan hədislərə əsaslanmışlar. “Əl-Əhkam” kitabının müəllifi bu kitabda belə deyir:

“Bizim nəzərimizdə sübuta yetmişdir ki, “həyyə əla xəyril-əməl” cümləsi Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) zamanında oxunurdu və o, yalnız Ömərin zamanında tərk edilmişdir. Həsən ibn Yəhya də belə demişdir. Bu məlumat ondan “Camiu-Ali-Muhəmməd” kitabında nəql olunmuşdur”.

Həmçinin, “həyyə əla xəyril-əməl” cümləsinin azanın bir hissəsi olduğu fikrini dəstəkləyənlər Beyhəqinin “əs-Sünənül-kubra” kitabında səhih sənədlə Abdullah ibn Ömərin bəzi vaxtlar azanda “həyyə əla xəyril-əməl” deməsi ilə bağlı nəql etdiyi rəvayətə əsaslanırlar. Həmçinin, Beyhəqi Əli ibn Hüseynin “ilk azan budur”, - deməsini nəql etmişdir.

Həmçinin, Muhib ət-Təbəri “Əhkam” kitabında Zeyd ibn Ərqəmin azanda “həyyə əla xəyril-əməl” cümləsini oxuduğunu nəql etmişdir”.

 

 

 

Fotoşəkil: Muhəmməd ibn Əli əş-Şəvkani, “Neylül-əvtar min əsrari-müntəqal-əxbar”, c.3, səh.216-218; “Daru-İbn əl-Cəvzi”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Muhəmməd Sübhi ibn Həsən Həllaq

Göründüyü kimi, “Həyyə əla xəyril-əməl” Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) və Əhli-beyt imamlarının (əleyhimussəlam) sünnəsi olmuşdur, lakin Ömər ibn əl-Xəttab tərəfindən ləğv edilmişdir.

Həmçinin qeyd edilməlidir ki, əş-Şövkaninin “Əhli-beyt kitabları” olaraq tanıtdırdığı əsərlər on iki imamçı şiə kitabları deyil.

2. İbn Əbu Şeybə

İbn Əbu Şeybə öz hədis külliyatında yazır:

حدثنا : حاتم بن إسماعيل ، عن جعفر ، عن أبيه ، ومسلم بن أبي مريم ، أن علي بن حسين ، كان يؤذن ، فإذا بلغ حي على الفلاح ، قال : حي على خير العمل ، ويقول : هو الأذان الأول.

“Bizə Hatim ibn İsmayıl Cəfərdən, o da atasından və Müslim ibn Əbu Məryəmdən belə nəql etmişdir:

Əli ibn Hüseyn azan oxuyardı. “Həyyə ələl-fəlah” cümləsini oxuduqdan sonra “həyyə əla xəyril-əməl” cümləsini oxuyardı. Və deyərdi ki, bu, ilk azandır”.

 

 

 

Fotoşəkil: İbn Əbu Şeybə, “əl-Müsənnəf”, c.2, səh.27, hədis 2251; “Məktəbətür-rüşd”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1425/2004

3. İbn Həzm

وقد صح عن ابن عمر وأبي أمامة بن سهل بن حنيف: أنهم كانوا يقولون في أذانهم "حي على خير العمل"

“İbn Ömər və Əbu Ümamə ibn Səhl ibn Hüneyfdən səhih şəkildə nəql olunmuşdur ki, onlar (səhabələr) azanlarında “həyyə əla xəyril-əməl” deyirmişlər.”

 

 

 

Fotoşəkil: İbn Həzm, “Əl-Mühəlla”, səh. 287; “Beytül-Əfkar”, ər-Riyad, Səudiyyə Ərəbistanı; təhqiq: Həssan Əbdül-Mənnan

4. Muhəmməd əd-Dusuqi

كان علي رضي الله عنه يزيد حي على خير العمل بعد حي على الفلاح وهو مذهب الشيعة الآن

“Əli (Allah ondan razı olsun) azanda “həyyə ələl-fəlah” cümləsindən sonra “həyya əla xəyril-əməl” cümləsini artırırdı. Hal-hazırda şiələrin etiqadı da məhz budur.”

 

 

 

Fotoşəkil: Muhəmməd əd-Dusuqi, “Haşiyətud-Dusuqi əlaş-şərhil-kəbir”, c.1, səh.193; “Daru-ihyail-kutubil-arabiyyə”, Beyrut

Beləliklə, məlum olur ki, Əhli-beyt (əleyhimussəlam) məktəbi azanda “həyyə əla xəyril-əməl” oxuyurlar. Əhli-sünnə isə bu məsələdə onlara əks mövqe tuturlar. Bununla da kifayətlənməyərək, İbn Ömər və Zeyd ibn Ərqəm kimi səhabələrin əməl etdiyi bir işi, yəni azanda “həyyə əla xəyril-əməl” deməyi bidət hesab edirlər.

313NEWS.NET

Рейтинг

В этом разделе