»»

Səhih Buxari həqiqətən Qurandan sonra ən səhih kitabdır??

Zəhmət olmasa Osman əl-Xəmis əhli-sünnənin Allahın kitabından sonra ən səhih kitab hesab etdikləri “Səhihül-Buxari” kitabına bir nəzər salsın.

Bu kitabın müəllifi Muhəmməd ibn İsmayıl əl-Buxari bu kitabı sona çatdırmadan, onu nizama salmadan dünyadan köçmüşdür. Ondan sonra başqaları bu kitabı sona çatdırıb onu tərtib etməyə başlamışlar. Bilinmir onu sona çatdırıb tərtibləyən şəxslər kitaba nə əlavə edib, nə azaltmışlar! Görəsən kitabın hamısı Buxarinin öz şeyxlərindən nəql etdiyi rəvayətlərdən ibarətdir, yoxsa tamamlayıcılar özlərindən nələrsə əlavə etmişlər?!

 

İbn Həcər “Fəthul-Bari” kitabının müqəddiməsində demişdir: “Əbu İshaq İbrahim ibn Əhməd əl-Mustəmli belə demişdir: Buxarinin kitabını onun yoldaşı olan Muhəmməd ibn Yusif əl-Firəbrinin yanındakı orijinal nüsxədən köçürdüm. Lakin onun hələ tamamlanmadığını gördüm. Orada çoxlu ağ hissələr var idi. Bu ağ hissələrin bəzisi ardınca heç bir şey yazılmayan tərcümeyi-hallar idi. Bəziləri də hədislər idi ki, tərcümeyi-halları yazılmamışdı. Bunların bəzilərini bəzilərinə əlavə etdik.” ( “Fəthul-Bari”nin müqəddiməsi: səh.6. )

 

Əbu Vəlid əl-Baci demişdir: “Bu sözün səhihliyinə dəlalət edən şeylərdən biri də budur ki, Əbu İshaq əl-Mustəmlinin rəvayəti, Əbu Muhəmməd əs-Sərəxsinin rəvayəti, Əbul-Heysəm əl-Kəşmihəninin rəvayəti və Əbu Zeyd əl-Mərvəzinin rəvayəti təqdim və təxir (Yəni, bu şəxslərin nəql etdikləri nüsxələrin bəzilərində müəyyən bir hədis öndə gəldiyi halda, digər nüsxədə arxada gəlmişdir. Təqdim: önə çəkmək, təxir: geriyə çəkmək. (Tərc.)) baxımından bir-birlərindən fərqlənirlər, halbuki, onlar bir mənbədən köçürmüşlər. Bunun səbəbi odur ki, onların hər biri elə zənn etmişlər ki, hansısa əlavə bir vərəqdə və ya kağız parçasında olan (bir hədis) bu kitabın hansısa bir yerindəndir. Ona görə də onu kitaba əlavə etmişlər. Buna dəlalət edən şeylərdən biri də budur ki, siz iki və daha artıq tərcümeyi-halın birləşik olduğunu və aralarında heç bir hədis olmadığını görə bilirsiniz.” (Həmin mənbə. )

 

Şeyx Muhəmməd Əbu Riyyə özünün “Ədva aləs-sunnətil-muhəmmədiyyə” kitabında “Buxarinin rəvayətləri say baxımından fərqlənir” başlığı altında belə demişdir:

“Firəbrinin nəql etdiyi “Səhihül-Buxari”dəki hədislər İbn Məqil (ُ لِّقْعَم) ən Nəsfinin nəql etdiyi “Səhihül-Buxari”dəki hədislərdən iki yüz ədəd çoxdur. İbn Məqil ən-Nəsfinin nəql etdiyi “Səhihül-Buxari”dəki hədislər də Həmmad ibn Şakir ən-Nəsfinin nəql etdiyi “Səhihül-Buxari”dəki hədislərdən yüz ədəd çoxdur. Necə ki, əl-İraqi belə demişdir” (“Ədva aləs-sunnətil-muhəmmədiyyə”: səh.307)

 

Vəziyyəti bu cür olan bir kitab “Allahın kitabından sonra ən səhih kitab” olmaq bir yana, ümumiyyətlə səhih kitab necə olur?!

 

Şeyx Həsən Abdullah əl-Əcmi , "VƏHHABİ ALİMİ OSMAN ƏL-XƏMİSƏ CAVAB ", cild 1,

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе