»»

İmam Mehdi (ə) harada yaşayır?

Əhli-Beytdən (ə) nəql olunan hədislərdə buyrulur ki, İmam Mehdi (ə) böyük qeyb dövründə bizim aramızda yaşayır, evlərimizə ayaq basır və bazarlarımızdan keçir. Necə ki, İmam Sadiqdən (ə) nəql olunan şərif bir hədisdə oxuyuruq.

 

عن سدير الصيرفي قال سمعت أبا عبد الله الصادق عليه السلام يقول: …فما تنكر هذه الأمة أن يكون الله يفعل بحجته ما فعل بيوسف و أن يكون صاحبكم المظلوم المجحود حقه صاحب هذا الأمر يتردد بينهم و يمشي في أسواقهم و يطأ فرشهم و لا يعرفونه حتی يأذن الله له أن يعرفهم نفسه كما أذن ليوسف حين قال له إخوته إنك لأنت يوسف قال أنا يوسف

Sudeyr Seyrəfi belə rəvayət edir: “İmam Sadiq (ə) buyurdu: “...Bu camaat Allahın Yusufa (ə) etdiyini Öz höccətinə də edə biləcəyini necə inkar edir? Onlar sizin məzlum və haqqı tapdanan ağanız olan bu işin sahibini (İmam Mehdi ə.f) onların arasında dolaşmasını, küçə-bazarlarında gəzməsini, evlərinə ayaq basmasını, lakin bu zaman onların onu tanımamasını necə inkar edə bilərlər? Ta o zamana qədər ki, Allah-Təala ona özünü tanıtdırmaq izni verər. Necə ki, Yusufa (ə) izn vermişdi: “(Qardaşları soruşdular:) Həqiqətən də, sən Yusufsən? Dedi: “(Bəli) mən Yusufam!” (Yusuf surəsi, 90)

Şeyx Numani, “Kitabul-Ğeybət”, bab 10, fəsil 3, səhifə 167, hədis 4. (Şəkil 1)

 

حتی إذا بقيت الأمة حياری و تدلهت و أكثرت في قولها إن الحجة هالكة و الإمامة باطلة فو رب علي إن حجتها عليها قائمة ماشية في طرقها داخلة في دورها و قصورها جوالة في شرق هذه الأرض و غربها تسمع الكلام و تسلم علی الجماعة تری و لا تری إلی الوقت و الوعد و نداء المنادي من السماء ألا ذلك يوم فيه سرور ولد علي و شيعته

Möminlərin Əmiri Əli ibn Əbu Talib (ə) buyurub: “Beləcə, ümmət sərgərdan qalıb azacaq və elə hey “höccət həlak oldu”, “imamət batil oldu” deyəcəklər. Halbuki Əlinin (ə) Rəbbinə and olsun ki, Höccət (ə) mövcud olub yer üzünün yollarında gəzəcək, evlərə və qəsrlərə daxil olacaq, bu yer üzünün şərqi və qərbində dolaşacaq, sözləri eşidəcək, camaata salam verəcək və vəd verilən vaxta kimi – bir carçı səmadan nida edib “bilin, bu gün Əli (ə) övladları və şiələrinin sevinc günüdür” deyən zamana kimi – camaatı görəcək, lakin özü görülməyəcək”.

Şeyx Numani, “Kitabul-Ğeybət”, bab 10, səhifə 146, hədis 3. (Şəkil 2)

أبا عبد الله عليه السلام: أن يكون يسير فيما بينهم ويمشي في أسواقهم ويطأ بسطهم وهم لا يعرفونه حتى يأذن الله عز وجل له أن يعرفهم نفسه

İmam Sadiq (ə) buyurub: “(İmam Mehdi) Onlar arasında gəzişər, bazarlarında yol gedər, döşədiklərinin üzərinə ayaq qoyar, ancaq onlar onu tanımazlar, o vaxta qədər ki, Allah-Təala ona özünü onlara tanıtdırmağa izn verər”.

Şeyx Səduq, “Kəmalud-Din”, səhifə 145, hədis 11. (Şəkil 3)

 

عن المفضل بن عمر، قال: قال أبو عبد الله (عليه السلام): خبر تدريه خير من عشر ترويه، إن لكل حق حقيقة، ولكل صواب نورا، ثم قال: إنا والله لا نعد الرجل من شيعتنا فقيها حتى يلحن له فيعرف اللحن، إن أمير المؤمنين (عليه السلام) قال على منبر الكوفة: إن من ورائكم فتنا مظلمة عمياء منكسفة لا ينجو منها إلا النومة. قيل: يا أمير المؤمنين، وما النومة؟ قال: الذي يعرف الناس ولا يعرفونه. واعلموا أن الأرض لا تخلو من حجة لله عز وجل، ولكن الله سيعمي خلقه عنها بظلمهم وجورهم وإسرافهم على أنفسهم، ولو خلت الأرض ساعة واحدة من حجة لله لساخت بأهلها، ولكن الحجة يعرف الناس ولا يعرفونه، كما كان يوسف يعرف الناس وهم له منكرون، ثم تلا: (يا حسرة على العباد ما يأتيهم من رسول إلا كانوا به يستهزؤون

Mufəzzəl ibn Ömər nəql edir ki, İmam Sadiq (ə) buyurub: “Başa düşdüyün bir hədis rəvayət etdiyin (lakin başa düşmədiyin) on hədisdən yaxşıdır. Hər bir haqqın bir həqiqəti, hər bir doğrunun bir nuru var. Allaha and olsun ki, biz öz şiələrimizdən olan bir kəsi o zaman fəqih hesab edərik ki, ona işarə edildiyi zaman işarəni başa düşsün. Həqiqətən də, Möminlərin Əmiri Əli (ə) Kufə minbərində belə buyurmuşdur: “Qarşıda sizin üçün elə zülmət, tutqun və qaranlıq fitnələr var ki, ondan yalnız “novmə”lər xilas olacaqlar”. Soruşdular: “Ey Möminlərin əmiri, “novmə” nədir?” İmam Əli (ə) buyurdu: “O şəxs ki, insanları tanıyır, lakin insanlar onu tanımırlar. Bilin ki, yer üzü Allah-Təalanın höccətindən xali olmaz, lakin zülmləri, haqsızlıqları və özlərinə qarşı həddi aşmaları səbəbindən Allah onu Öz bəndələrindən gizlədəcək. Əgər yer üzü ilahi höccətsiz bircə an qalsa, heç şübhəsiz, öz əhlini udar. Lakin höccət insanları tanıyar, onlar isə onu tanımazlar. Necə ki, Yusuf (ə) da camaatı tanıyır, onlar isə onu inkar edirdilər (onun sağ olmadığını deyirdilər)”. Sonra İmam (ə) bu ayəni tilavət etdi: “Vay bu bəndələrin halına! Onlara elə bir elçi gəlmədi ki, ona daim istehza etməsinlər”. (Yasin surəsi, 30)

Şeyx Numani , "Kitabul-Ğeybət" kitabı, bab 10, səhifə 143-144, hədis 2. (Şəkil 4)

 

Bəs İmam Mehdi (ə) özünün böyük qeyb dövründə harada yaşayır?

1.. Bəzi hədislər onun Teybədə olduğuna işarə edir. Hansı ki İmam Mehdi (ə) böyük qeybi dövründə ora gəlib, gedir.

عن أبي بصير عن أبي جعفر عليه السلام قال: لابد لصاحب هذا الامر من عزلة ولابد في عزلته من قوة وما بثلاثين من وحشة ونعم المنزل طيبة

Əbu Bəsir İmam Baqirin (ə) belə buyurduğunu nəql edib: “Bu işin Sahibinin (İmam Mehdinin ə.f) kənara çəkilməsi qaçılmazdır. Kənara çəkildikdə qüvvə toplaması gərəkdir. Üç yüz nəfərlə vəhşət (və qorxu) yoxdur. Taybə nə gözəl mənzildir”.

Şeyx Tusi (r.ə) həmin səhifənin haşiyəsində deyir:

اسم للاعتزال والطيبة اسم المدينة الطيبة، فيدل على كونه عليه السلام غالبا فيها وفي حواليها وعلى أن معه ثلاثين من مواليه وخواصه إن مات أحدهم قام آخر مقامه.

“Taybədən məqsəd Mədinədir. Buna əsasən, məlum olur ki, İmamın (ə) Mədinə və ətrafında dolaşması daha çoxdur. Üç yüz nəfərin varlığı ilə qorxu yoxdur – deməsinə gəlincə, ola bilər bu mənadadır ki, həmişə hər yerdə onun üç yüz xüsusi əshabı var. Əgər onlardan biri ölsə, yerinə başqa bir canişin gələr”.

Şeyx Tusi, “əl-Ğeybət”, səhifə 162, hədis 121. (Şəkil 5)

 

2.. Bəzi hədislər isə “Həmd evi” adlı evə işarə edir. Hansı ki bu ev, onun böyük qeyb dövründə yaşadığı yerdir. Lakin onun yerini kimsə bilmir.

عن سلام بن أبي عمرة قال قال أبو جعفر عليه السلام لصاحب هذا الأمر بيت يقال له بيت الحمد فيه سراج يزهر منذ يوم ولد إلی أن يقوم بالسيف

Səllam ibn Əbu Əmrə İmam Baqirin (ə) belə buyurduğunu nəql edib: "Bu işin sahibinin (İmam Mehdi (ə)) bir evi var ki, adına "Həmd evi" deyilər. O evdə bir çıraq var ki, dünyaya gəldiyi gündən qılıncla qiyam edəcəyi günədək sönmədən işıq saçar".

Şeyx Tusi, “əl-Ğeybət”, səhifə 467, hədis 483. (Şəkil 6)

3.. İmam Mehdi (ə) Şeyx Mufidə (r.a) yazdığı məktubların birində işarə etmişdir ki, onun qeyb dövründə yaşadığı yer, zalımların yaşadığı yerlərdən uzaqdadır və onun orada yaşaması insanların gözlərindən gizlidir.

نحن وإن كنا ثاوين بمكاننا النائي عن مساكن الظالمين، حسب الذي أراناه الله تعالى لنا من الصلاح ولشيعتنا المؤمنين في ذلك ما دامت دولة الدنيا للفاسقين

İmam Mehdi (ə) Şeyx Mufidə (r.ə) yazdığı məktubda buyurur: “Biz uzaq məkanımızla zalımların məskənlərindən uzaq olmağımıza baxmayaraq, Allahın bizə göstərdiklərinə əsasən, biz və mömin şiələrimiz üçün bu məsələdə mənfəət və fayda var; baxmayaraq ki, dünya dövləti fasiqlərin əlindədir”.

Əllamə Təbərsi, “əl-İhticac”, cild 2, səhifə 271. (Şəkil 7)

 

Çünki İmam Mehdi (ə), atası İmam Həsən Əskərinin (ə) vəsiyyətini yerinə yetirir.

İmam Mehdi (ə) bu barədə ibn Məhziyara söyləmiş və belə buyurmuşdur:

قال إن أبي ع عهد إلي أن لا أوطن من الأرض إلا أخفاها و أقصاها إسرارا لأمري و تحصينا لمحلي لمكايد أهل الضلال و المردة من أحداث الأمم الضوال فنبذني إلى عالية الرمال و جبت صرائم الأرض

“Atam (ə) mənə vəsiyyət etmişdi ki, yer üzündə yalnız ən gizli və ən uzaq məkanlarda məskunlaşım; işimi gizli saxlayım və azğın ümmətlərin fitnə-fəsad törədən azğınlarının hiylə və tələlərindən məkanımı möhkəmləndirim. Bu səbəbdən məni qumlu səhraların ən ucqar yüksəkliklərinə atdı və mən də yer üzünün sərt, keçilməsi çətin yollarını yararaq dolaşdım”.

Şeyx Səduq, “Kəmalud-Din”, cild 2, bab 43, səhifə 440, hədis 19. (Şəkil 8)

Beləliklə də İmam Mehdinin (ə) böyük qeyb dövründə yaşadığı yer bizim üçün naməlum olaraq qalır. Bu qeyb dövründə o Həzrətin (ə.f) yerindən onun əmrini yerinə yetirən xidmətçisi istisna olmaqla heç kimin xəbəri olmaz. Necə ki, İmam Huseyn (ə) özü buna işarə etmişdir.

Lakin İmam Mehdinin (ə) hər il dəqiq hazır olduğu yer həcc mövsümündə Məkkədir.

عن عبيد الله بن زرارة، قال: سمعت أبا عبد الله (عليه السلام) يقول: يفقد الناس إمامهم، يشهد الموسم يراهم ولا يرونه.

Ubeydullah ibn Zurarə İmam Sadiqdən (ə) belə nəql edir: “İnsanlar öz imamlarını itirəcəklər (və ya axtaracaqlar). Həcc mövsümündə onları görəcək, onlar isə onu görməyəcəklər”.

Şeyx Təbəri, "Dəlailul-İmamət", səhifə 531, hədis 509. (Şəkil 9)


İSTİNAD:

Şəkil 1:

Şəkil 2:

Şəkil 3:

Şəkil 4:

Şəkil 5:

Şəkil 6:

Şəkil 7:

Şəkil 8:

Şəkil 9:

 

 

(c) t.me/imamrza_xadimi

Рейтинг

В этом разделе