»»

Allah-Təalanın (Qaləm surəsi, 42-də) buyurduğu “Baldır” kəlamının Şiə və sələfilərə görə mənası.

Allah-Təala belə buyurur:

يَوْمَ يُكْشَفُ عَنْ سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ

“Baldırın açılacağı gün onlar səcdə etməyə çağırılacaqlar. Lakin (buna) qadir olmayacaqlar”. (Qaləm surəsi, 42)


عن الحسين بن سعد، عن أبي الحسن (عليه السلام) في قوله عز وجل: (يوم يكشف عن ساق) قال: حجاب من نور يكشف، فيقع المؤمنون سجدا، وتدمج أصلاب المنافقين فلا يستطيعون السجود

ŞİƏ MƏNBƏLƏRİNDƏ:

Huseyn ibn Səid İmam Rzadan (ə) Allahın “Baldırın açılacağı gün...” (Qaləm surəsi, 42) sözləri barədə nəql edir: “İmam (ə) buyurdu: “(Həmin gün) nurdan olan bir pərdə açılacaq, möminlər (dərhal) səcdəyə qapanacaqlar. Münafiqlərin isə belləri birləşdiriləcək (daşlaşacaq) (buna görə də) səcdə etməyə qadir olmayacaqlar”.

Şeyx Səduq, “ət-Tovhid”, bab 14, səhifə 246, hədis 1. Bakı çapı 2021.


عن محمد بن علي الحلبي، عن أبي عبد الله (عليه السلام) في قوله عز وجل: (يوم يكشف عن ساق) قال: تبارك الجبار، ثم أشار إلى ساقه فكشف عنها الإزار، قال: ويدعون إلى السجود فلا يستطيعون، قال: أفحم القوم ودخلتهم الهيبة، وشخصت الأبصار، وبلغت القلوب الحناجر، خاشعة أبصارهم ترهقهم ذلة وقد كانوا يدعون إلى السجود وهم سالمون.

Muhəmməd ibn Əli Hələbi İmam Sadiqdən (ə) Allahın “Baldırın açılacağı gün...” sözləri barədə nəql edir: “İmam (ə) buyurdu: “Cəbbar (olan Allah hər cür nöqsandan) münəzzəhdir!” - buyurub öz baldırına işarə edərək paltarın (ucunu) onun üzərindən çəkdi və (yenə) buyurdu: “Onlar səcdəyə çağırılacaqlar, lakin (buna) qadir olmayacaqlar. (Qaləm surəsi, 42) (Həmin) dəstə (açıq-aşkar dəlillə) susdurulacaq, içlərinə qorxu düşəcək, gözləri dikilib qalacaq, ürəkləri boğazlarına gələcək, (Əhzab surəsi, 10) baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağlam olduqları ikən səcdəyə dəvət olunurdular”. (Qaləm surəsi, 43)

قال محمد بن علي مؤلف هذا الكتاب: قوله (عليه السلام): تبارك الجبار وأشار إلى ساقه فكشف عنها الإزار، يعني به: تبارك الجبار أن يوصف بالساق الذي هذا صفته

Kitabın müəllifi Muhəmməd ibn Əli (Şeyx Səduq) deyir: “Cəbbar (olan Allah hər cür nöqsandan) münəzzəhdir! Sonra öz baldırına işarə edərək paltarın ucunu onun üzərindən çəkdi” - o deməkdir ki, Cəbbar Allah bu cür bir baldırla vəsf olunmaqdan pak və münəzzəhdir!”

Şeyx Səduq, “ət-Tovhid”, bab 14, səhifə 246-247, hədis 2. Bakı çapı 2021.


عن عبيد بن زرارة، عن أبي عبد الله (عليه السلام) قال: سألته عن قول الله عز و جل: (يوم يكشف عن ساق) قال: كشف إزاره عن ساقه، ويده الأخرى على رأسه فقال: سبحان ربي الأعلى.

Ubeyd ibn Zurarə deyir: “İmam Sadiqdən (ə) Allahın “Baldırın açılacağı gün...” (Qaləm surəsi, 42) sözləri barədə soruşdum. O, paltarın ucunu baldırının üzərindən çəkdi, digər əli isə başının üzərində olduğu halda buyurdu: “Uca Rəbbim (hər cür nöqsandan) pak və münəzzəhdir!”

قال مؤلف هذا الكتاب: معنى قوله: (سبحان ربي الأعلى) تنزيه لله عز وجل أن يكون له ساق.

Kitabın müəllifi (Şeyx Səduq) deyir: İmamın (ə): “Uca Rəbbim (hər cür nöqsandan) pak və münəzzəhdir!” - deməsinin mənası uca vəz izzətli Allahı baldıra sahib olmaqdan uzaq bilməkdir”.

Şeyx Səduq, “ət-Tovhid”, bab 14, səhifə 247, hədis 3. Bakı çapı 2021.

 

Ayədə keçən “baldır” kəlməsi Qiyamət günü işlərin (əməllərin haqq-hesabı) çox çətin, şiddətli və əzəmətli olacağını ifadə edən məcazdır.

1. Şeyx Səduq (r.a) deyir:

وفي القرآن: يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ، والساق: وجه الأمر وشدته

Və Quranda: “Baldırın açılacağı gün onlar səcdə etməyə çağırılacaqlar” (Qaləm surəsi, 42) — burada “baldır”: İşin həqiqəti və onun şiddətidir”.

Şeyx Səduq, “əl-Etiqadat”, bab 1, səhifə 43.


2. Şeyx Mufid (r.a) deyir: 

قال الشيخ المفيد: معنى قوله تعالى: يوم يكشف عن ساق يريد به يوم القيامة يكشف فيه عن أمر شديد صعب عظيم، وهو الحساب والمداقة على الأعمال، والجزاء على الأفعال، وظهور السرائر و انكشاف البواطن، والمداقة على الحسنات والسيئات،

“Uca Allahın “Baldırın açılacağı gün” (Qaləm surəsi, 42) sözünün mənası budur ki, O, bununla Qiyamət gününü nəzərdə tutur. Həmin gündə çox şiddətli, çətin və böyük bir iş açılacaq. Bu da hesab, əməllər üzərində dəqiqləşdirmə, əməllərə görə cəza, sirrlərin aşkar olması, batini gizlinlərin üzə çıxması və yaxşı əməllərlə pis əməllər üzərində dəqiqləşdirmədir”.

Şeyx Mufid, “Təshihul Etiqadil-İmamiyyə”, səhifə 28-29.

 

ƏHLİ-SÜNNƏ MƏNBƏLƏRİNDƏ:

 

Vəhhabilər (sələfilər) bu cür ayələri təvil etmədən zahiri mənada başa düşərək Allaha əl, ayaq, göz kimi üzvlər nisbət verirlər. Beləliklə Allahı cismə, məxluqa bənzətmiş və Onu yaratdıqlarının sifətləri ilə vəsf edərək “təşbih” (oxşatma) və “təcsim” (cismləşdirmə) xətasına düşmüş olurlar. Halbuki, pak və uca olan Allah bütün bu xüsusiyyətlərdən münəzzəhdir və heç bir məxluqa bənzəməz! 

Sözü gedən həmin “hədis”i təqdim edirik:

عن أبي سعيد الخدري قال: قلنا: يا رسول الله، هل نرى ربنا يوم القيامة؟ ... قال: فيأتيهم الجبار في صورة غير صورته التي رأوه فيها أول مرة، فيقول: أنا ربكم، فيقولون: أنت ربنا، فلا يكلمه إلا الأنبياء، فيقول: هل بينكم وبينه آية تعرفونه، فيقولون: الساق، فيكشف عن ساقه، فيسجد له كل مؤمن

Əbu Səid əl-Xudri dedi: “Biz dedik: “Ey Allahın Rəsulu! Qiyamət günü Rəbbimizi görəcəyikmi?” .... O dedi: “Sonra Cəbbar (Allah) onlara ilk dəfə gördükləri surətdən fərqli bir surətdə gələr və deyər: “Mən sizin Rəbbinizəm”. Onlar deyərlər: “Sən bizim Rəbbimizsən”. Peyğəmbərlərdən başqa heç kim Onunla danışmaz. Sonra (Allah) deyər: “Sizinlə Onun arasında Onu tanıdığınız bir əlamət varmı?” Onlar deyərlər: “Baldır”. Sonra O, baldırını açar və hər bir mömin Ona səcdə edər..”

Əhli-sünnə mənbəsi:

Muhəmməd ibn İsmayıl, “Səhih Buxari”, səhifə 1836, hədis 7439. Nəşriyyat: Dar İbn Kəsir, Beytur/Diməşq, 1423/2002.




İradlar və suallar:

1. Bu hansı Allahdır ki, bir surətdən başqa bir surətə düşür?

2. Məhşər yerində olan şəxslər Allahı əsl forması ilə necə tanıyırlar? Görəsən onlar Allahı əsl formasında harada görüblər ki, Onu bu forma ilə tanıyırlar? 

3. Məhşər yerində olan şəxslər Allahın baldırını haradan tanıyırlar? Onlar bu ayağı harada görüblər ki, onun Allahın ayağı olduğunu bilirlər? 

4. Allahın ayağının həcmi nə qədərdir? Sonsuzdurmu? Əgər sonsuzdursa, o zaman məhdud gözlər bu sonsuzluğu necə görür? Məhduddurmu? Əgər məhduddursa, o zaman Allahın məhdud cismdən təşkil olunduğunu necə deyə bilirsiniz?!

Deyəcəksiniz ki, “Bu, Allahın öz əzəmətinə və şəninə layiqdir, Onun tayı, bərabəri, bənzəri yoxdur”. Lakin biz elə bəhsi burada aparırıq ki, bu iddia özü artıq Allahı məxluqa bənzətmək deməkdir. Çünki insan sürətindən söhbət düşür ki, gəlir, şalvarını çəkir və baldırı görünür. Onlara görə isə, bütün bunlar Allaha keyfiyyət vermək deyil və Allahı məxluqa bənzətmə sayılmır. Amma onların “məntiq”incə, əsl bənzətmə yalnız “bu insandakı kimidir” deyildiyi zaman baş verə bilər. Bu hansı dindir? Bu hansı ağıla, məntiqə sığır?!

Nə yaman “tövhid” imiş. Tövhidin həqiqi mənbəyi olan Peyğəmbərin (s) pak Əhli-Beytini (ə) qoyub, şirkin, təcsimin (cismləşdirmənin) və təşbihin (bənzətmənin) mənbəyi olan xaxam və keşişlərə üz tutmaq, şübhəsiz ki, bu cür ağır sonluqla nəticələnməli idi...

 

(c) @imamrza_xadimi

Рейтинг

В этом разделе