»»

“Ləvlakə” qüdsi hədisi hansı şiə və sünni mənbələrində

“Əgər sən olmasaydın, fələkləri (aləmləri) yaratmazdım” qüdsi hədisi iki məzmunda nəql olunmuşdur. Birinci məzmun budur ki, Allah bu sözü yalnız Peyğəmbər (sallalahu əleyhi və alih) barəsində demişdir. Digər məzmun isə budur ki, bu söz Əhli-beyt (əleyhimussalam) haqqında deyilmişdir.

Birinci məzmun

Qeyd edək ki, birinci məzmunda olan mətn şiələrin və sünnülərin bir çox kitablarında açıq şəkildə qeyd olunmuşdur. Bəziləri (sənədli və sənədiz şəkildə) bu mətni rəvayət kimi nəql etmiş, bəziləri isə bu mətndən dəlil kimi istifadə etmişdir.

Hədis kimi nəql olunan yerlər

  1. Hakim Nişapuri

Sünnilərin böyük alimlərindən olan Hakim Nişapuri bu hədisin məzmununa bənzəyən hədisi iki yerdə nəql etmiş və o hədislərə səhih hökmünü vermişdir.

1) Həzrət Adəmin Peyğəmbərə təvəssül etməsi barədə olan hədis

حدثنا أبو سعيد عمرو بن محمد بن منصور العدل حدثنا أبو الحسن محمد بن إسحاق بن إبراهيم الحنظلي حدثنا أبو الحارث عبد الله بن مسلم الفهري حدثنا إسماعيل بن مسلمة أنبأ عبد الرحمن بن زيد بن أسلم عن أبيه عن جده عن عمر بن الخطاب رضي الله عنه قال قال رسول الله صلي الله عليه وسلم لما اقترف آدم الخطيئة قال يا رب أسألك بحق محمد لما غفرت لي فقال الله يا آدم وكيف عرفت محمدا ولم أخلقه قال يا رب لأنك لما خلقتني بيدك ونفخت في من روحك رفعت رأسي فرأيت علي قوائم العرش مكتوبا لا إله إلا الله محمد رسول الله فعلمت أنك لم تضف إلي اسمك إلا أحب الخلق إليك فقال الله صدقت يا آدم إنه لأحب الخلق إلي ادعني بحقه فقد غفرت لك ولولا محمد ما خلقتك .

هذا حديث صحيح الإسناد

Ömər ibn Xəttabdan Peyğəmbərin belə buyurduğu nəql olunur: “Adəm xətaya mürtəkib olduqda dedi: “Ya Rəbb, səni and verirəm Muhəmmədə məni bağışla!” Allah dedi: “Ey Adəm, Muhəmmədi yaratmadığım halda onu necə tanıdın?” Adəm cavab verdi: “Ya Rəbb, məni öz əlinlə (qüdrətinlə) yaratdıqda, öz ruhundan mənə üfürdükdə, başımı qaldırdım və ərşin sütunlarında belə yazıldığını gördüm “Allahdan baqşa Allah yoxdur, Muhəmməd Onun rəsuludur” və bildim ki, sən yalnız sənə ən sevimli olan məxluqun adını öz adına birləşdirərsən”. Allah buyurdu: “Doğru dedin, ey Adəm. O, həqiqətən də məxluqatın ən sevimlisidir. Məni onun haqqına and verməklə çağır. Artıq səni bağışladım. Əgər Muhəmməd olmasaydı, səni yaratmazdım”.

Hakim Nişapuri: Bu hədisin sənədi səhihdir. [1]

Mərhum Əllamə Əmini (rəhmətullahi əleyh) bu hədisin səhih sənədli olması barədə yazır: “Bu hədisin səhih olmasını Subki “Şifaus-siqam”, səhifə 120-də, Səmhudi “Vəfaul-vəfa”, səhifə 419-da, Qəstəlani “Məvahib”-də, Zərqani öz şərhinin birinci cildi və 44-cü səhifəsində və Əzami “Furqanul-Quran” adlı kitabı, səhifə 117-də təyid etmişdir”[2]

2) Həzrət İsanın Peyğəmbərə təvəssül etməsi barədə olan hədis

حدثنا علي بن حمشاد العدل إملاء حدثنا هارون بن العباس الهاشمي حدثنا جندل بن والق حدثنا عمرو بن أوس الأنصاري حدثنا سعيد بن أبي عروبة عن قتادة عن سعيد بن المسيب عن بن عباس رضي الله عنهما قال أوحي الله إلي عيسي عليه السلام يا عيسي آمن بمحمد وأمر من أدركه من أمتك أن يؤمنوا به فلولا محمد ما خلقت آدم ولولا محمد ما خلقت الجنة ولا النار ولقد خلقت العرش علي الماء فاضطرب فكتبت عليه لا إله إلا الله  محمد رسول الله فسكن

هذا حديث صحيح الإسناد ولم يخرجاه

Səid ibn əl-Musəyyib Abbasdan belə nəql edir: “Allah İsaya belə vəhy etdi: “Muhəmmədə iman gətir və öz ümmətinə əmr ver ki, kim onun dövrünə yetişsə, ona iman gətirsin. Əgər Muhəmməd olmasaydı, Adəmi yaratmazdım, əgər Muhəmməd olmasaydı cənnəti və cəhənnəmi yaratmazdım. Mən ərşi su üzərində yaratmışam. O lərzəyə gəldi və üzərinə belə yazdım “Allahdan başqa ilah yoxdur və Muhəmməd Onun rəsuludur. Bundan sonra aramlıq tapdı”.

Hakim Nişapuri: “Buxari və Müslimin nəql etmədiyinə baxmayaraq, bu hədisin sənədi (onların səhih hədis şərtinə əsasən) səhihdir.”.[3]

2. Təqiyuddin Subki

O da bu iki hədisi nəql etmiş və onların sənədlərini səhih bilmişdir.[4]

3. Qunduzi

Qunduzi də həmçinin, Hakim Nişapurinin nəql etdiyi hədisləri və onun bu hədislərini səhih bilməyini qeyd etmiş və buna heç bir irad bildirməmişdir.[5]

4. Salehi Şami

O da öz kitabının əvvəlində Həzrət İsayla bağlı olan hədisi, Hakim Nuşapurinin, Bəlqinin və Subkinin bu hədisi səhih bilməklərini qeyd etmişdir. Bir neçə səhifə sonra isə Həzrət Adəmlə bağlı olan rəvayəti qeyd etmişdir.[6]

5. Zeyni Dəhlan

Bu alim də öz kitabında Həzrət Adəmlə bağlı olan hədisi və Hakim Nişapurini bu hədisi səhih bilməyini qeyd etmişdir.[7]

6. Sələbi

O, öz təfsirində İsa peyğəmbərin hədisini nəql etmişdir.[8]

7. Əbu-Şeyx əl-Ənsari

369-cu ildə vəfat edən və “Təbəqat-ul-muhəddisin” kitabının müəllifi olan Əbuş-Şeyx Ənsari də Həzrət İsa haqqında olan hədisi nəql etmişdir.[9]

8. Suyuti

O da “Xəsais” kitabının əvvəlində Həzrət İsayla bağlı olan hədisi mənbəsiylə və Həzrət Adəmlə bağlı olan hədisi, Hakim Nişapurinin o hədisə səhih dediyini və Zəhəbinin ravilərdən birini tanımaması barədə olan iradını yazır.[10] (Yəni, zahirən hədis səhihdir. Çünki, Zəhəbinin iradı onunla bağlıdır ki, o, ravilərdən birini tanımır. Hədisin bundan başqa iradı yoxdur. Lakin, bir halda ki, Hakim Nişapuri onun səhih qəbul etmişdir, deməli o ravini tanıyır.) 

9. Beyhəqi

Beyhəqi də Həzrət Adəmlə bağlı olan hədisi nəql etmişdir.[11]

10. Hələbi

Əli ibn Burhanud-din Hələbi məşhir sirə kitabında Həzrət Adəmin hədisini nəql etmişdir.[12] Daha sonra isə başqa bir hədisi nəql etmişdir:

وذكر صاحب كتاب شفاء الصدور في مختصره عن علي بن أبي طالب رضي الله تعالي عنه عن النبي صلي الله عليه وسلم عن الله عز وجل أنه قال يا محمد وعزتي وجلالي لولاك ما خلقت أرضي ولا سمائي ولا رفعت هذه الخضراء لا بسطت هذه الغبراء وفي رواية عنه ولا خلقت سماء ولا أرضا ولا طولا ولا عرضا

“Şifaus-sudur” kitabının müəllifi Əli ibn Əbu Talibdən, o, Peyğəmbərdən Allahın peyğəmbərə belə buyurduğunu nəql etmişdir: “Ey Muhəmməd, izzət və cəlalıma and olsun, əgər sən olmasaydın yerimi və səmamı yaratmazdım, bitkiləri böyütməz, yer üzərini döşəməzdim”. Və Peyğəmbərdən nəql olunan digər bir hədisdə belə deyilir: “(Əgər sən olmasaydın) Göyü, yeri, uzunluğu və eni yaratmazdım”.[13]

 

[1] Hakim Nişapuri, “əl-Mustədrək ələs-Sahiheyn”, c.2, səh.672, hədis 4228

[2] Əllamə Əmini, “əl-Ğədir”, c.5, səh.435

[3] Hakim Nişapuri, “əl-Mustədrək ələs-sahiheyn”, c.2, səh.671, hədis 4227

[4] Subki, “Şifaus-siqam”, səh.295, “Adəmin Peyğəmbərə təvəssül etməsi” babı

[5] Qunduzi, “Yənabiul-məvəddə”, c.2, səh.336, hədis 980 və 981

[6] Salehi Şami, “Subulul-huda vər-rəşad”, c.1, səh.74 və 85

[7] Zeyni Dəhlan, “əd-Durərus-səniyyətufir-rəddi ələl-vəhhabiyə”, səh.9

[8] Sələbi, “Təfsirus-Sələbi”, c.7, səh.61

[9] Əbuş-Şeyx Ənsari, “Təbəqatul-muhəddisinə biəsbihan”, c.3, səh.287

[10] Suyuti, “əl-Xəsaisul-kubra”, c.1, səh.12 və 14

[11] Beyhəqi, “Dəlailun-nubuvvə”, c.5, səh.489

[12] Hələbi, “Sirətul-Hələbiyyə”, c.1, səh.354

[13] Həmin mənbə, səh.357

 

 

11. İbn Kəsir

İbn Kəsir də özünün məşhur “əl-Bidayə vən-nihayə” kitabının iki yerində Həzrət Adəmin hədisini nəql etmişdir.[1]

12. Əcluni

Əcluni öz kitabında Deyləmidən, o da İbn Ömərdən belə nəql edir:

أتاني جبريل فقال يا محمد لولاك ما خلقت الجنة ولولاك لما خلقت النار رواه الديلمي عن ابن عمر

“(Peyğəmbər buyurdu) Cəbrail mənim yanıma gəlib, dedi: “Ey Muhəmməd, sən olmasaydın cənnəti və cəhənnəmi yaratmazdım”.[2]

13. Loknəvi Hindi

O belə yazır:

قال علي القاري في تذكرة الموضوعات حديث لولاك لما خلقت الأفلاك قال العسقلاني موضوع كذا في الخلاصة لكن معناه صحيح فقد روي الديلمي عن ابن عباس مرفوعا أتاني جبريل فقال قال الله يا محمد لولاك ما خلقت الجنة ولولاك ما خلقت النار انتهي

“Molla Əli Qari öz “Təzkirətul-movzuat” kitabında yazır ki, Əsqalani “Sən olmasaydın, fələkləri yaratmazdım” hədisini uydurma bilir. “Xulasə” kitabında da bu mətləb gəlmişdir. Lakin, bu hədisin mənası səhihdir. Çünki, Deyləmi İbn Abbasdan Peyğəmbərin belə buyurduğunu nəql etmişdir: “Cəbrəil mənim yanıma gəldi və dedi: “Ey Muhəmməd, sən olmasaydın cnnəti və cəhənnəmi yaratmazdım”.[3]

14. Muhəddis Qavqəçi

Ayətullah Mərəşi Nəcəfi “İhqaqul-həqq” kitabının birinci cildi, 430-cu səhifəsində Loknəvinin Molla Əli Qaridən nəql etdiyinə oxşar bir şeyi Muhəddis Qavqəçinin “əl-Lulul-Mərsu” kitabının Misirdə çap olunan nəşrində 66-cı səhifədən nəql edir.

Bu mətndən dəlil kimi istifadə olunan yerlər

1.Əbu Bəkr Dəmyati

Şafei məzhəbinin məşhur alimlərindən olan Dəmyati belə yazır:

بل هو أصل الايجاد لكل مخلوق ، كما قال ذو العزة والجلال : لولاك لولاك لما خلقت الأفلاك

“Peyğəmbər yaradılışın əslidir. Allah təalanın buyurduğu kimi: “Əgər sən olmasaydın, fələkləri yaratmazdım”.[4]

2.İbn Şəhr Aşub

O, öz “Mənaqib” kitabında yazır:

وقال للحبيبلولاك لما خلقت الأفلاك ، وقيل للخليل " وفديناه"

“(Allah) Peyğəmbərə belə dedi: “Əgər sən olmasaydın, fələkləri yaratmazdım”. İbrahim peyğəmbərə də belə deyilmişdi: “Biz ona əzəmətli bir qurban verdik”.[5]

3.Əllamə Məclisi

Yuxarıda qeyd olunan mətləbin eynisini Əllamə Məclisi də zikr etmişdir.[6]

4.Alusi

Alusi öz təfsir kitabında bu hədisə işarə edərək deyir:

 رب السموات والأرض وما بينهما بدل من لفظ ربك وفي إبداله تعظيم لا يخفي وإيماء علي ما قيل إلي ما روي في كتب الصوفية من الحديث القدسي لولاك لما خلقت الأفلاك

Bu ayədə “Sənin rəbbin” yerinə “Göylərin, yerin və onların arasında olanların rəbbi” işlədilmişdir. Bu yerdəyişmə təzim mənası verir. Həmçinin, sufi kitablarında nəql olunan “Sən olmasaydın, fələkləri yaratmazdım” qüdsi hədisinə işarədir. [7]

5.Qunduzi

Qunduzi öz kitabında belə yazır:

وقال في حديثه القدسي  لولاك لما خلقت الأفلاك.

“(Allah) Qüdsi bir hədisdə dedi: “Əgər sən olmasaydın, fələkləri yaratmazdım”.[8]

6.Əllamə Təbatəbai

Əllamə belə yazır:

وبذلك يستصح ما ورد في الحديث القدسي من خطابه تعالي لنبيه صلي الله عليه وآله وسلم ( لولاك لما خلقت الأفلاكفإنه صلي الله عليه وآله وسلم( أفضل الخلق .

“Bununla da hədisi qüdsidə Allahın peyğəmbərə buyurduğu bu məzmun səhih olur: “Əgər sən olmasaydın, fələkləri yaratmazdım”. Həqiqətən də Peyğəmbər məxluqatın ən fəzilətlisiydi”.[9]

7.Seyid Bədruddin Huseyni Amuli “Usulul-kafi” kitbına yazdığı haşiyədə

كما هو صريح " لولاك لما خلقت الأفلاك "

“…Necə ki, bu (mətləb) aşkardır: “Əgər sən olmasaydın, fələkləri yaratmazdım”.[10]

8.Molla Muhəmməd Saleh Mazandarani “Usulul-kafi” kitabına yazdığı şərhdə

كما في الحديث القدسي لولاك لما خلقت الأفلاك

“Hədisi-qüdsidə də gəldiyi kimi: Əgər sən olmasaydın, fələkləri yaratmazdım.[11]

İkinci məzmun

Qeyd etdiyimiz kimi bu hədis mənbələrdə iki məzmunda gəlmişdir. Bura qədər olan hədislər yalnız Peyğəmbərlə (sallallahu əleyhi və alih) bağlı idi. İndi isə Əhli-beytlə, yəni, “sən olmasaydın” xitabının Əhli-beytə edildiyi mənbələri qeyd edirik. Bu məzmunda olan hədislər şiə kitablarında gəlmiş və müxtəlif kitablarda bir neçə kitabdan nəql olunmuşdur.

1.”Kəşful-yəqin”

Əllamə Məclisi bu hədisi “Biharul-ənvar” kitabında adını qeyd etdiyimiz kitabdan nəql edir:

36 - كشف اليقين : عن أبي جعفر بن بابويه برجال المخالفين رويناه من كتابه كتاب أخبار الزهراء ، عن محمد بن الحسن بن سعيد ، عن فرات بن إبراهيم ، عن محمد بن علي الهمداني ، عن أبي الحسن بن خلف بن موسي ، عن عبد الاعلي الصنعاني عن عبد الرزاق ، عن معمر ، عن أبي يحيي ، عن مجاهد ، عن ابن عباس قال : ... يا محمد وعزتي وجلالي لولاك لما خلقت آدم ، ولولا علي ما خلقت الجنة ، لأني بكم أجزي العباد يوم المعاد بالثواب والعقاب

“Kəşful-yəqin” kitabında Əbu Cəfər ibn Babəveyh sünni raviləriylə nəql edir: “Biz bu hədisi “Əxbaruz-Zəhra” kitabında Muhəməd ibn Həsən ibn Səiddən, o, Furat ibn İbrahimdən, o, Muhəmməd ibn Əli Həmdanidən, o, Əbu Həsən ibn Xələf ibn Musadan o, Əbdul-Əla Sənanidən, o, Əbdür-Rəzzaqdan, o, Məmərdən, Məmər Əbu Yəhyadan, o Mucahiddən, o da İbn Abbasdan bu hədisi nəql edir: “Ey Muhəmməd, izzət və cəlalıma and olsun, əgər sən olmasaydın Adəmi yaratmazdım, əgər Əli olmasaydı cənnəti yaratazdım. Çünki, qiyamət günü mən bəndələrimə sizə görə savab və əzab verəcəyəm”.[12]

Qeyd edək ki, burada sünni ravilərdən nəql olunmağı hədisin səhihliyinə xələl gətirmir. Çünki, onlar Əhli-beytin, məxsusən də Həzrət Əlinin (əleyhimussalam) fəzilətlərinə dair hədis uydurmağa heç də həvəsli deyildilər.

2.”Məanil-əxbar”

1) Bu hədisi Mərhum Şeyx Səduq “Peyğəmbərin Əlini daşımasının  mənası” babında aşağıdakı sənədlə qeyd edir:

حدثنا أحمد بن عيسي المكتب ، قال : حدثنا أحمد بن محمد الوراق ، قال : حدثني بشر بن سعيد بن قيلويه المعدل بالمرافقة قال : حدثنا عبد الجبار بن كثير التميمي اليماني قال : سمعت محمد بن حرب الهلالي أمير المدينة يقول : سألت جعفر بن محمد عليهما السلام …فأوحي الله عز وجل إليهم : هذا نور من نوري أصله نبوة وفرعه إمامه ، أما النبوة فلمحمد عبدي ورسولي ، وأما الإمامة فلعلي حجتي ووليي ولولاهما ما خلقت خلقي

“Əhməd ibn İsa əl-Məktəb Əhməd ibn Muhəmməd əl-Vəraqdan, o, Bəşər ibn Səid ibn Qiləveyh əl-Mudəldən (bil-murafiqa), o, Əbdül-Cəbbar ibn Kəsir əl-Təmimi əl-Yəmanidən, o, Muhəmməd ibn Hərb əl-Hilalidən, o da Cəfər ibn Muhəmməddən (əleyhissalam) belə nəql edir: “Allah onlara vəhy etdi: “Bu nur mənim nurumdandır. Onun əsli nübüvvət, fəqi (qolları) isə imamətdir. Nübüvvət mənim bəndəm və rəsulum olan Muhəmmədin, imamət isə mənim hüccətim və vəlim olan Əlinindir. Əgər o ikisi olmasaydılar, məxluqatımı yaratmazdım”.[13]

2) Şeyx Səduq (rəhiməhullah) digər bir hədisi kitabın “Adəm və Həvvanın yediyi ağacın mənası” babında bu sənədlə nəql edir:

حدثنا عبد الواحد بن محمد بن عبدوس النيسابوري العطار - رحمه الله - قال : حدثنا علي بن محمد بن قتيبة ، عن حمدان بن سليمان ، عن عبد السلام بن صالح الهروي ، قال : قلت للرضا عليه السلام ... قال آدم : يا رب من هؤلاء ؟ فقال ، عز وجل : يا آدم هؤلاء ذريتك وهم خير منك ومن جميع خلقي ولولاهم ما خلقتك ولا خلقت الجنة والنار ولا السماء و الأرض

“Əbdul-Vəhid ibn Muhəmməd ibn Əbdus ən-Nisaburi əl-Əttar Əli ibn Muhəmməd ibn Quteybə Həmdan ibn Süleymandan, o, Əbdus-Səlam ibn Saleh əl-Hərvidən, o da İmam Rzadan (əleyhissala) nəql edir: “... Adəm dedi: “Ey Rəbb, onlar kimlərdir?” Allah buyurdu: “Onlar sənin zürriyyəndəndir və səndən və bütün məxluqatdan daha xeyirlidirlər. Əgər onlar olmasaydı səni, cənnəti, cəhənnəmi, göyü və yeri yaratmazdım”.

3) Bu hədisi Şeyx Səduq kitabın “Göylərə, yerə və dağlara təqdim olunun əmanətin mənası” babında belə nəql edir:

حدثنا أحمد بن محمد بن الهيثم العجلي - رضي الله عنه - قال ، حدثنا أبو العباس أحمد ين يحيي بن زكريا القطان ، قال : حدثنا أبو محمد بكر بن عبد الله بن حبيب ، قال : حدثنا تميم بن بهلول ، عن أبيه ، عن محمد بن سنان ، عن المفضل بن عمر ، قال : قال أبو عبد الله عليه السلام...فقال الله جل جلاله : لولا هم ما خلقتكما ، هؤلاء خزنة علمي ، وأمنائي علي سري

“Müfəzzəl ibn Ömər İmam Sadiqən belə nəql edir: “... Allah buyurdu: “Əgər onlar olmasaydılar, siz ikinizi yaratmazdım. Onlar elmimin xəzinələri və sirrimin əmanətdarlarıdırlar”.

 

[1] İbn Kəsir, “əl-Bidayətu vən-nihayə”, c.1, səh.81 və c.2, səh.322

[2] Əcluni, “Kəşful-xifa”, c.1, səh.46

[3] Ləknəvi Hindi, “əl-Asarul-mərfuətu lil-Loknəvil-Hindi”, səh.44

[4] Dəmyati, “İanətut-talibin”, c.1, səh.13

[5] İbn Şəhr Aşub, “Mənaqibu Ali Əbi Talib”, c.1, səh.186

[6] Əllamə Məclisi, “Biharul-ənvar”, c.16, səh.406

[7] “Təfsiru Alusi”, c.30, səh.19

[8] “Yənabiul-məvəddəti lizəvil-qurba”, c.1, səh.24

[9] “əl-Mizan”, c.10, səh.152

[10] “əl-Haşiyətu əla Usulul-kafi”, səh.58

[11] “Şərhu Usulil-kafi”, c.9, səh.61

[12] “Biharul-ənvar”, c.40, səh.18-21

[13] “Məanil-əxbar”, səh.350, hədis 1

 

 

3.”İləluş-şəraye”

1) Şeyx Səduq yuxarıda qeyd etdiyimiz hədisi eyni sənədlə qeyd olunan kitabın 139-cu babında nəql etmişdir.[1]

2) Digər bir hədisi isə kitabın “Nəbilərin, rəsulların və huccətlərin mələklərdən üstün olma səbəbi” babında nəql edir:

حدثنا الحسن بن محمد سعيد الهاشمي قال : حدثنا فرات بن إبراهيم ابن فرات الكوفي قال : حدثنا محمد بن أحمد بن علي الهمداني قال : حدثني أبو الفضل العباس بن عبد الله البخاري قال : حدثنا محمد بن القاسم بن إبراهيم بن محمد بن عبد الله بن القاسم بن محمد بن أبي بكر قال : حدثنا عبد السلام بن صالح الهروي عن علي بن موسي الرضا عن أبيه موسي بن جعفر عن أبيه جعفر بن محمد عن أبيه محمد بن علي عن أبيه علي بن الحسين عن أبيه الحسين بن علي عن أبيه علي ابن أبي طالب عليهم السلام قال : قال رسول الله صلي الله عليه وآله يا علي لولا نحن ما خلق الله آدم ولا حواء ولا الجنة ولا النار ، ولا السماء ولا الأرض

“İmam Əli Peyğəmbərin (sallallau əleyhi və alih) belə buyurduğunu nəql edir: “Ey Əli, əgər biz olmasaydıq, Allah Adəmi, Həvvanı, cənnəti, cəhənnəmi, yeri və göyləri yaratmazdı”.[2]

4.”Uyunu-əxbar”

Şeyx Səduq kitabın iki yerində yuxarıda qeyd etdiyimiz hədisi nəql etmişdir.[3]

5.”Kəmalud-din”

Şeyx Səduq “İləluş-şəraye” kitabından zikr etdiyimiz ikinci hədisi “Kəmalud-din” kitabında da nəql etmişdir.[4]

6.Sünni alimi Qunduzi ”Yənabiul-məvəddə” kitabı

Maraqlısı budur ki, hənəfi alimi Qunduzi həmin hədisi öz kitabında nəql etmişdir.[5]

7.İmam Həsən Əskəriyə nisbət verilən təfsir kitabı

فقال لها رسول الله صلي الله عليه وآله : دعوتك لتشهدي لي بالنبوة بعد شهادتك لله بالتوحيد ثم تشهدي [ بعد شهادتك لي ] لعلي عليه السلام هذا بالإمامة ، وأنه سندي وظهري وعضدي وفخري [ وعزي ] ، ولولاه ما خلق الله عز وجل شيئا مما خلق .

“Peyğəmbər (ağaca) dedi: “Səni Allahın təkliyinə şəhadətdən sonra mənim nübüvvətimə, sonra isə bu Əlinin imamətinə şəhadət verməyə dəvət edirəm. Əli mənim arxa-dayağım, gücüm və fəxrimdir. Əgər o, olmasaydı, Allah yaratdıqlarından bir şey belə yaratmazdı”.[6]

8.Qazi Numan Məğribinin “Şərhul-əxbar” kitabı

1) O, aşağıdakı hədisi munqəti sənədlə Əbu Hureyrədən nəql edir:

قال : هؤلاء خمسة من ولدك لولاهم ما خلقتك ولا خلقت الجنة ولا النار ولا العرش ولا الكرسي ولا السماء ولا الأرض ولا الملائكة ولا الانس ولا الجن

“(Allah buyurdu) O beş nəfər sənin nəslindəndir ki, əgər onlar olmasaydılar səni, cənnəti, cəhənnəmi, ərşi, kürsini, səmanı, yeri, mələkləri, insanları və cinləri yaratmazdım”.[7]

2) Bu hədisdə həmin kitabda nəql olunmuşdur:

قال : يا آدم صفوتي من خلقي لولاهم ما خلقت الجنة ولا النار ، خلقت الجنة لهم ولمن والاهم ، والنار لمن عاداهم

“(Allah buyurdu) Ey Adəm, onlar məxluqatımın seçilmişləridir. Əgər onlar olmasaydılar, cənnəti və cəhənnəmi yaratmazdım. Mən cənnəti onlar və onların sevənləri üçün, cəhənnəmi isə onların düşmənləri üçün yaratdım”.[8]

9.“Qisasul-ənbiya”

Qutb Ravəndi “Şərhul-əxbar” kitabında qeyd olunan birinci hədisi tam sənədlə Şeyx Səduqdan nəql edir. Tam sənəd budur:

وعن ابن بابويه أخبرنا إبراهيم بن هارون الهيتي ، أخبرنا أبو بكر أحمد بن محمد بن عيسي ، أخبرنا محمد بن يزيد القاضي ، أخبرنا قتيبة بن سعيد ، أخبرنا الليث بن سعد وإسماعيل بن جعفر عن أبيه ، عن أبي هريرة

“İbn Babəveyh İbrahim ibn Harun əl-Heytidən, o, Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn İsadan, o, Muhəmməd ibn Yezid əl-Qazidən, o Quteybə ibn Səiddən, o, Leys ibn Səddən, o İsmayıl ibn Cəfərdən, o da atasından, atası isə Əbu Hureyrədən nəql edir…”.[9]

10.”Fəraidus-səmteyn”

“Şərhul-əxbar” kitabından qeyd etdiyimiz birinci hədisi sünni alimi Həmuni də öz kitabında nəq edir.[10]

11. “Ərcəhul-Mətalib”

Sünni alimi Amərtsəri öz “Ərcəhul-Mətalib” kitabında “Şərhul-əxbar” kitabında qeyd etdiyimiz birinci hədisi Əbu Hureyrədən nəql edir.[11]

12.”Bəhrul-məarif”

وروي في بحر المعارفلولاك لما خلقت الأفلاك ، ولولا علي لما خلقتك . وفي ضياء العالمين للشيخ أبي الحسن الجد الأمي للشيخ محمد حسن صاحب الجواهر بزيادة فقرة : ولولا فاطمة لما خلقتكما . ونحوه من كتاب المرندي

“Bəhrul-məarif” kitabında belə nəql olunur: “Əgər sən olmasaydın fələkləri yaratmazdım. Əgər Əli olmasaydı səni yaratmazdım”. “Cəvahirul-kəlam” kitabının müəllifi Şeyx Muhəmməd Həsənin ana babası olan Şeyx Əbul-Həsən öz “Ziyaul-aləmin” kitabında hədisi bu ibarənin artırılması ilə nəql edir: “Əgər Fatimə olmasaydı, sizin ikinizi yaratmazdım”. Mərəndinin də kitaında bunun oxşarı nəql olunmuşdur”.[12]

13. Şeyx Fazil Mərəndinin “Məcməun-nureyn” kitabı

1) Şeyx Əli Namazi Şahrudinin “Mustədrək” kitabında “Məcməun-nureyn” kitabından nəqli:

كتاب مجمع النورين للفاضل المرندي قال : وفي الحديث القدسي : لولاك لما خلقت الأفلاك ، ولولا علي لما خلقتك ، كما ذكره الوحيد البهبهاني .وروي في بحر المعارف : لولاك لما خلقت الأفلاك ، ولولا علي لما خلقتك . وفي ضياء العالمين للشيخ أبي الحسن الجد الأمي للشيخ محمد حسن صاحب الجواهر بزيادة فقرة : ولولا فاطمة لما خلقتكما . ونحوه من كتاب المرندي

Şeyx Fazil Mərəndinin “Məcməun-nureyn” kitabında nəql olunur: “(Allah buyurdu) Əgər sən olmasaydın fələkləri yaratmazdım, Əli olmasaydı səni yaratmazdım”. Bunu Şeyx Vəhid Bəhbəhani də zikr etmişdir. “Cəvahir” kitabının müəllifi Şeyx Muhəmməd Həsənin ana babası olan Şeyx Əbul-Həsən öz “Ziyaul-aləmin” kitabında bu ibarənin artırılması ilə nəql edir: “Əgər Fatimə olmasaydı, sizin ikinizi yaratmazdım”.[13]

2) “Şifaus-sudur” kitabının haşiyəsində eynən “Məcməun-nureyn” kitabında qeyd olunan mətn nəql olunmuşdur.[14]

3) Şeyx Muhəmməd Fazilin “Əsrarul-Fatimiyyə” kitabında “Məcməun-nureyn” kitabından nəql:

فاطمة الزهراء عليها السلام العلة الغائية يا أحمد لولاك لما خلقت الأفلاك ، ولولا علي لما خلقتك ، ولولا فاطمة لما خلقتكما ) (الجنة العاصمة : 148 ، مستدرك سفينة البحار : 3 / 334 عن مجمع النورين : 14 ، عن العوالم : 44 . ) هذا الحديث من الأحاديث المأثورة التي رواها جابر بن عبد الله الأنصاري عن رسول الله صلي الله عليه وآله وسلم عن الله تبارك وتعالي

“Xanım Zəhra yaradılış səbəbi kimi: “Ey Əhməd, əgər sən olmasaydın fələkləri yaratmazdım. Əgər Əli olmasaydı sizin ikinizi yaratmazdım. Əgər Fatimə olasaydı sizin heç birinizi yaratmazdım”. (Nəql olunub: “Cənnətul-asimə”, səh.148; “Mustədrək səfinətil-bihar”, cild 3, səhifə 334-də “Məcməun-nureyn” kitabının 14-cü səhifəsindən, o kitabda da “Əvalim” kitabının 44-cü səhifəsindən). Bu hədis Cabir ibn Əbdullah əl-Ənsarinin Peyğəmbərdən nəql etdiyi hədislərdəndir.[15]

 

[1] “İləluş-şərae”, c.1, səh.173, hədis 1

[2] Həmin mənbə, c.1, səh.5, hədis 1

[3] “Uyunu əxbarər-Rza”, c.2, səh.237, hədis 22 və c.2, səh.274, hədis 67

[4] “Kəmalud-din”, səh.254, hədis 4

[5] Qunduzi, “Yənabiul-məvəddə”, c.3, səh.378

[6] İmam Həsən Əskriyə nisbət verilən təfsir kitabı, səh.169

[7] “Şərhul-əxbar”, c.2, səh.500, hədis 884

[8] Həmin mənbə, c.3, səh.6, hədis 923

[9] Qutb Ravəndi, “Qisasul-ənbiya”, səh.57, hədis 10

[10] Həmuni, “Fəraidus-səmteyn”, səh.5 (əlyazma) və c.1, səh.36 (çap). Müraciət üçün: “Şərhu İhqaqil-həqq”, c.9, səh.254 və “Nəfəhatul-əzhar”, c.4, səh.213

[11] “Ərcəhul-Mətalib”, səh.461, Lahor çapı, (müraciət üçün: “Şərhu İhqaqil-həqq”, c.9, səh.203)

[12] Şeyx Əli Namazi Şahrudi, “Mustədrəku səfinətil-bihar”, c.3, səh.169

[13] Həmin mənbə, c.3, səh.168

[14] Mirza Əbul-Fəzl Tehrani, “Şifaus-sudur fi şərhi ziyarətil-aşur” kitabının haşiyəsi, c.2, səh.83

[15] Şeyx Muhəmməd Fazil əl-Məsudi, “Əsrarul-Fatimiyyə”, səh.231

 

 

14. Mir Cəhaninin “Cənnətul-asimə” kitabında “Kəşful-liali”-dən nəql

Bu nəql etmə aşağıdakı mənbələrdə qeyd olunmuşdur:

1.“Şifaus-sudur” kitabından nəql

كفي في سمو شأن الزهراء سلام الله عليها كلام خالقها لولا فاطمة لما خلقتكما :

 روي عن الشيخ ابراهيم  بن الحسن الذراق ، عن الشيخ علي بن هلال الجزائري ، عن الشيخ احمد بن فهد الحلي ، عن الشيخ زين الدين علي بن الحسن الخازن الحائري ، عن الشيخ أبي عبد الله محمد بن مكي الشهيد بطرقه المتصلة الي أبي جعفر محمد بن علي بن موسي بن بابويه القمي بطريقه الي جابر بن يزيد الجعفي ، عن جابر بن عبد الله الانصاري عن رسول الله صلي  الله عليه وآله عن الله تبارك وتعالي انه قال : يا احمد لولاك لما خلقت الافلاك ، ولولا علي لما خلقتك ، ولولا فاطمة لما خلقتكما . ثم قال جابر هذا من الاسرار أمرنا رسول الله صلي الله عليه وآله بكتمانه الا من أهله . كشف اللئالي لصالح بن عبد الوهاب بن العرندس - جنة العاصمة لمير جهاني 149

 .مؤلف كتاب كشف اللئالي من علماء القرن التاسع من علماء الشيعة كان عالما ناسكا زاهدا ورعا أديبا شاعرا توفي سنة 840 ودفن في حله هيفاء ومدفنه مزار يتبرك به ورجال الحديث من كبار الشيعة - راجع جنة العاصمة 149

“Xanım Zəhranın məqamının ucalığında bunu demək kifayət edər ki, onu yaradan onun haqqında belə buyurmuşdur: “Əgər Fatimə olmasaydı sizin heç birinizi yaratmazdım”.

Şeyx İbrahim ibn həsən əl-Zəraq Şeyx Əli ibn hilal Cəzairidən, o, Şeyx Əhməd ibn Fəhd Hillidən, o, Zeynud-din Əli ibn Həsən Xazin əl-Hairidən, o, Şəhid Şeyx Əbu Əbdullah Muhəmməd ibn Məkkidən, o da öz müttəsil sənədi ilə Əbu Cəfər Muhəmməd ibn Əli ibn Musa ibn Babəveyh Qummidən, o da öz sənədiylə Cabir ibn Yəzid Cufidən, o da Cabir ibn Əbdullah əl-Ənsaridən və Cabir də Peyğəmbərdən Allahın belə buyurduğunu nəql edir: “Ey Əhməd, əgər sən olmasaydın fələkləri yaratmazdım.Əgər Əli olasaydı səni yaratmazdım. Əgər Fatimə olmasaydı sizin heç birinizi yaratmazdım”. Daha sonra Cabir dedi: “Bu həmin sirlərdən idi ki, Peyğəmbər onu əhli olmayan şəxslərdən gizlətməyi əmr etmişdi”. Mir Cəhaninin “Cənnətul-asimə” kitabı, səhifə 149-da Saleh ibn Əbdul-Vəhhabın “Kəşful-liali” kitabından nəqli.

“Kəşful-liali” kitabının müəllifi 9-cu əsrin şiə alimlərindəndir ki, alim, dindar, zahid və çox böyük təqvaya malik olmuşdur. Eyni zamanda ədəbiyyatçı, şair olmuşdur. Heyfə məntəqəsində dəfn olunmuş və dəfn olunduğu yer ziyarət olunur, insanlar onun qəbrindən təbərrük edirlər. O, şiənin böyük hədis alimlərindən olmuşdur ki, bu barədə “Cənnətul-asimə” kitabının 149-cu səhifəsinə müraciət edə bilərsiz”.[1]

2) Şeyx Muhəmməd Fazilin “Əsrarul-Fatimiyyə” kitabında olan nəqlin mətni Şeyx Fazil Mərəndinin “Məcməun-nureyn” kitabından qeyd etdiyimiz nəqllərin üçüncü hissəsində keçdi.[2]

15. Şəhid Əvvəlin ustadı Əbul-Həsən əl-Bəkrinin “Misbahul-ənvar” kitabı

Bu rəvayəti qeyd etdiyimiz kitabdan nəql edən mənbələr aşağıdakılardır:

1)”əl-Mustədrəku səfinətil-bihar” kitabı

ما الحديث القدسي" لولاك لما خلقت الأفلاك " فقد روي أبو الحسن البكري أستاذ الشهيد الثاني في  كتاب الأنوار عن أمير المؤمنين ( عليه السلام ) : أنه قال : كان الله ولا شئ معه ، فأول ما خلق نور حبيبه محمد ( صلي الله عليه وآله ) قبل خلق الماء والعرش والكرسي والسماوات والأرض واللوح والقلم - إلي أن قال : - والحق تبارك وتعالي ينظر إليه ويقول : يا عبدي أنت المراد والمريد ، وأنت خيرتي من خلقي وعزتي وجلالي لولاك لما خلقت الأفلاك . من أحبك أحببته . ومن أبغضك أبغضته - الخبر .

“Əgər sən olmasaydın, fələkləri yaratmazdım” qüdsi hədisinə gəlincə Şəhid Saninin ustadı Əbul-həsən əl-Bəkri bu hədisi “əl-Ənvar” kitabında İmam Əlidən (əleyhissalam) bu cür nəql edir: “Allah var idi və onunla bərabər heç nə yox idi. Allahın suyu, ərşi, kürsini, səmaları, kürsini, yeri və lövhü yaratmamışdan qabaq ən birinci yaratdığı şey onun məhbubu Muhəmmədin (sallallahu əleyhi və alih) nuru idi... Allah ona baxdı və dedi: “Ey mənim qulum, sən istənilən və istəyənsən. Sən məxluqatımın ən xeyirlisisən. İzzət və cəlalıma and olsun ki, sən olmasaydın, fələkləri yaratmazdım. Hər kim səni sevsə, mən də onu sevərəm. Hər kim sənə düşmən olsa, mən də sənə düşmən olaram”.[3]

2) “Şifaus-sudur” kitabı

حديث لولاك لما خلقت الافلاك ولولا علي لما خلقتك وحديث لولا رسول الله وعلي لما خلقت العالم وحديث لولا اهل البيت لما خلقت العالم وحديث لولا فاطمة لما خلقتكما ) : روي ابن الحسن البكري استاد شهيد الثاني ( ره ) في كتاب ( الانوار ) عن امير المؤمنين ( ع ) انه قال كان الله ولا شئ معه ، فاول ما خلق نور حبيبه محمد قبل خلق الماء والعرش والكرسي والسموات والارض واللوح والقلم . . . والحق تبارك وتعالي ينظر اليه ويقول : يا عبدي انت المراد والمريد وانت خيرتي من خلقي وعزتي وجلالي لولاك لما خلقت الافلاك من احبك احببته ، ومن ابغضك ابغضته ...

“Əgər sən olmasaydın, fələkləri yaratmazdım” hədisi və “Əgər Fatimə olmasaydı sizin heç birinizi yaratmazdım” hədisi Şəhid Saninin ustadı Əbul-Həsən Bəkrinin “əl-Ənvar” kitabında İmam Əlidən (əleyhissalam) (belə) nəql olunmuşdur: “Allah var idi və onunla bərabər heç nə yox idi. Allahın suyu, ərşi, kürsini, səmaları, kürsini, yeri və lövhü yaratmamışdan qabaq ən birinci yaratdığı şey onun məhbubu Muhəmmədin (sallallahu əleyhi və alih) idi... Allah ona baxdı və dedi: “Ey mənim qulum, sən istənilən və istəyənsən. Sən məxluqatımın ən xeyirlisisən. İzzət və cəlalıma and olsun ki, sən olmasaydın, fələkləri yaratmazdım. Hər kim səni sevsə, mən də onu sevərəm. Hər kim sənə düşmən olsa, mən də sənə düşmən olaram”.[4]

3) Ağa Bozorq Tehraninin “əz-Zəriə” kitabı

( مصباح الأنوار ) للشيخ أبي الحسن البكري ، أستاذ الشهيد ، كما ينقل عنه السيد محمد القطب في تصانيفه ، منها في ( فصل الخطاب ) نقل عنه حديث أول ما خلق الله نور حبيبه وقال له لولاك لما خلقت الأفلاك

“Misabhul-ənvar” Şəhid Saninin ustadı, Şeyx Əbul-Həsən Bəkrinindir. Seyid Muhəmməd əl-Qutb öz “Təsanif” kitabında nəql etmişdir. O nəqllərdən biri də “Fəslul-xitab” kitabında nəql olunan Allahın suyu, ərşi, kürsini, səmaları, kürsini, yeri və lövhü yaratmamışdan qabaq ən birinci yaratdığı şey onun məhbubu Muhəmmədin (sallallahu əleyhi və alih) nuru idi...” hədisidir”.[5]

16. “Ziyaul-aləmin” kitabı

وفي ضياء العالمين للشيخ أبي الحسن الجد الأمي للشيخ محمد حسن صاحب الجواهر بزيادة فقرة : ولولا فاطمة لما خلقتكما . ونحوه من كتاب المرندي

“Cəvahirul-kəlam” kitabının müəllifi Şeyx Muhəmməd Həsənin ana babası olan Şeyx Əbul-Həsən öz “Ziyaul-aləmin” kitabında bu ibarənin artırılması ilə nəql edir: “Əgər Fatimə olmasaydı, sizin ikinizi yaratmazdım”. Mərəndinin də kitaında bunun oxşarı nəql olunmuşdur”.[6]

17. “Kifayətul-əsər” kitabı

Hicri 5-ci əsrin alimlərindən olan Mərhum Xəzzaz Qummi öz kitabında bu barədə iki hədis nəql edir:

1)Birinci hədis:

قال هارون : وحدثنا حيدر بن محمد بن نعيم السمرقندي ، قال حدثني أبو النصر محمد بن مسعود العياشي ، عن يوسف بن المشحت البصري ، قال حدثنا إسحاق بن الحارث ، قال حدثنا محمد بن البشار ، عن محمد بن جعفر ، قال حدثنا شعبة ، عن هشام بن يزيد ، عن أنس بن مالك قال : كنت أنا وأبو ذر وسلمان وزيد بن ثابت وزيد بن أرقم عند النبي صلي الله عليه وآله وسلم     أوحي الله إلي : يا محمد إني اطلعت إلي الأرض اطلاعة فاخترتك منها فجعلتك نبيا ، ثم اطلعت ثانيا فاخترت منها عليا فجعلته وصيك ووارث علمك والإمام بعدك ، وأخرج من أصلابكما الذرية الطاهرة والأئمة المعصومين خزان علمي ، فلولاكم ما خلقت الدنيا ولا الآخرة ولا الجنة ولا النار

“Harun Heydər ibn Muhəmməd ibn Nəim əl-Səmərqəndidən, o, Əbu Nəsr Muhəmməd ibn Məsud əl-Əyyaşidən, o, Yusif ibn Məşhət əl-Bəsridən, o, İshaq ibn Harisdən, o, Muhəmməd ibn Bəşşardan, O Muhəmməd ibn Cəfərdən, o, Şöbədən, o, Hişam ibn Yəziddən, o da Ənəs ibn Malikdən belə nəql edir: “Mən, Əbuzər, Zeyd ibn Sabit və Zeyd ibn Ərqəm Peyğəmbərin yanında idik. (O belə dedi) “Allah mənə belə vəhy etdi: “Ey Muhəmməd, mən yer üzərinə nəzər saldım və səni oradan seçib peyğəmbər qəra verdim. Daha sonra yenə də yer üzünə nəzər saldım və Əlini seçdim. Onu sənin vəsin, elminin varisi və səndən sonra imam qərar verdim. Sizin sülblərinizdən pak nəsil və elmimin xəzinələri olan məsum imamlar çıxartdım. Əgər siz olmasaydınız dünyanı, axirəti,cənnəti və cəhənnəmi yaratmazdım”.[7]

2)İkinci hədis:

ثم قال لي : يا علي أنت الإمام والخليفة من بعدي ، حربك حربي وسلمك سلمي ، وأنت أبو سبطي وزوج ابنتي ، من ذريتك الأئمة المطهرون ، فأنا سيد الأنبياء [ وأنت سيد الأوصياء ، وأنا وأنت من شجرة واحدة ] ، ولولانا لم يخلق الجنة والنار ولا الأنبياء ولا الملائكة

“(İmam Əli buyurur) Daha sonra Peyğəmbər mənə buyurdu: “Ey Əli, sən məndən sonra imam və mənim xəlifəmsən. Sən iki nəvəmin atası və qızımın yoldaşısan. Pak imamlar sənin nəslindəndir. Mən nəbilərin, sən isə vəsilərin seyidisən. Mən və sən bir ağacdanıq. Əgər biz olmasaydıq, cənnət, cəhənnəm, nəbilər və mələklər yaradılmazdı”.[8]

Bunlar şiə və sünni mənblərindən “Əgər sən olmasaydın, fələkləri yaratmazdım” hədisi və ona oxşar hədislərdən bəziləri və bəzi sünni alimlərinin bu hədis haqqında səhih hökmünü verməkləri barədə idi.

“Vəliyyi-əsr” təhqiqat müəssisəsi

Qeyd: “Ey Əhməd, əgər sən olmasaydın fələkləri yaratmazdım. Əgər Əli olmasaydı, səni yaratmazdım. Əgər Fatimə olmasaydı sizin ikinizi yaratmazdım” – hədisi barədə böyük alimlərimizdən bir hissəsinin rəyini əziz oxucularımızın diqqətinə çatdırırıq:

 

[1] Mirza Əbul-Fəzl Tehrani, “Şifaus-sudur fi şərhi ziyarətil-aşur”, c.1, səh.225, 1-ci haşiyə

[2] Şeyx Muhəmməd Fazil əl-Məsudi, “Əsrarul-Fatimiyyə”, səh.231

[3]Şeyx Əli Namazi Şahrudi, “Mustədrəku səfinətil-bihar”, c.3, səh.166

[4] Mirza Əbul-Fəzl Tehrani, “Şifaus-sudur fi şərhi ziyarətil-aşur”, c.2, səh.83, 2-ci haşiyə

[5] Ağa Bozorq Tehrani, “əz-Zəriə”, c.21, səh.102

[6] Şeyx Əli Namazi Şahrudi, “Mustədrəku səfinətil-bihar”, c.3, səh.169

[7] “Kifayətul-əsər”, səh.70

[8] “Kifayətul-əsər”, səh.157

 

 

Ayətullahul-uzma Seyid Sadiq Ruhaniyə ünvanlanmış bir sual:

“Əgər sən olmasaydın fələkləri yaratmazdım. Əgər Əli olmasaydı, səni yaratmazdım. Əgər Fatimə olmasaydı sizin ikinizi yaratmazdım” qüdsi hədisi sənəd və mətn baxımından nə dərəcədə səhihdir?”

Cavab: “Allahın adı ilə. Qeyd olunmuş hədisin mətni mötəbər sənədlə bizə çatmasa da, onun məzmunu bir çox hədislərimizdə səhih sənədlə nəql olunmuşdur. Bu barədə məşhur “Kisa” hədisini qeyd etmək kifayət edər”.[1]

Ayətullah Seyid Şubeyri Zəncaniyə ünvanlanmış bir sual:

“Həzrət Zəhranın fəzilətləri barədə “Əgər sən olmasaydın” hədisi məşhurdur. Bu barədə sizin nəzəriniz nədir?”

Cavab: “Bu hədisin sənədinə iradlar gəlsə də, mətn baxımından müdafiə olunmağa layiqdir. Əhli-beytin bu hədisi dediklərini fərz etsək belə heç bir müşkül yoxdur. İmam Sadiq (əleyhissalam) da olmasaydı, Allah fələkləri yaratmazdı. Onlar ilahi feyzin vasitələridir. Əgər Xanım Zəhra və onun övladları (əleyhimussalam) olmasaydılar, ilahi hidayıtin nuru bəşəriyyətə çatmayacaqdı. Onlar məxluqat və Xaliq arasında hidayət vasitələridirlər. Dünya insanların Allah təalaya üz tutmaqları üçün yaradılışdır. Buna görə də bütün bunların hamısının müqəddimələri keçilməli idi. Bir peyğəmbər və Xanım Zəhra kimi bir şəxsiyyət gəlməli idi ki, o nəsildən məsumlar dünyaya gəlsin. Bunlar hamısı bir-birinə bağlıdır.[2]

Müasir mərceyi-təqlid müctəhidlərindən olan Ayətullah şeyx Muhəmməd Sənəd də özünün yazdığı “Məqamatu-Fatimətəz-Zəhra fil-kitabi vəs-sünnə” (Quran və sünnədə Fatimeyi-Zəhranın məqamları) adlı kitabında “Əgər sən olmasaydın, fələkləri yaratmazdım. Əgər Əli olmasaydı, səni yaratmazdım. Əgər Fatimə olmasaydı, sizin ikinizi yaratmazdım” hədisini “hədisi-qüdsi” adlandırmış və üç vəchlə hədisi təfsir etmişdir. Biz həmin vəchlərdən birini burada xülasə şəkildə qeyd edirik:

“Hədisə ilk baxışdan Həzrət Əlinin (ə) və ya Xanım Fatimənin (s) Peyğəmbərdən (s) üstün olması başa düşülə bilər. Halbuki bu elə deyil. Çünki Peyğəmbər kainatda olan bütün varlıqlardan üstündür və yaradılmışların seyyididir. İmam Əli (ə) buyurub: “Mən Muhəmmədin (s) qullarından bir qulam”.[3] Yəni ona itaət etməklə əmr olunmuşam. Əksinə bu hədisin mənası hər iki məzhəbin kitablarında nəql olunmuş “Əli məndəndir, mən də Əlidənəm”, “Huseyn məndəndir, mən də Huseyndənəm” kimi hədislərin ifadə etdiyi məna ilə eynidir. Hətta bu hədis üçün başqa mənalar da ehtimal olunur. Onlardan biri budur: Peyğəmbərin (s) bədəninin bu dünyada yaradılmasının əsas məqsəd və ğayəsi yalnız Əlinin (ə) və Fatimənin (s) insanlar üçün hidayət yolunun izahı və bu dinin ayaq üstə qalması üçün yerinə yetirdikləri əməllər vasitəsi ilə kamilləşir. Necə ki, Allah təala Peyğəmbərin (s) İmam Əlini (ə) xəlifə təyin etdiyi Qədir-xum günündə nazil etdiyi ayədə buyurur: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!”[4] Bu ayədə Allah təala Peyğəmbərin (s) risalət təbliğini Həzrət Əlinin (ə) imam təyin edilməsinə bağlı qərar verib. (Yəni Peyğəmbər (s) Həzrət Əlinin (ə) imamətini insanlara çatdırmasaydı, öz peyğəmbərliyini yerinə yetirmiş olmayacaqdı.) Bu da ona görədir ki, həzrət Əli (ə) Peyğəmbərdən (s) sonra dinin yaşaması üçün zəruri olan işləri yerinə yetirməli idi.

Həmçinin Allah təala buyurur: “Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim”.[5] Bu ayə də Qədir-xum günündə nazil edilmişdir. Allahın islamı din olaraq bəyənib seçməsi Əlinin (ə) və onun övladlarının (ə) imamətinə bağlıdır. Həmçinin dinin kamil olması da onlara bağlıdır. Məhz həmin gün Həzrət Əlinin imam təyin edilməsi ilə kafirlər islam dininin aradan getməsindən və dinə hökmranlıq etmək fikirlərindən məyus oldular. Çünki həmin gün məlum oldu ki, Peyğəmbərin (s) dünyasını dəyişməsi ilə dini qoruyan şəxs aradan getmiş olmayacaq. Əksinə dünya durduqca yer üzərində dini qoruyacaq bir şəxs mövcud olacaqdır.

Həmçinin Allah təala buyurur: “De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlarıma (Əhli-beytimə) məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm”.[6] Bu ayədə Allah təala Peyğəmbərin (s) risalətini (peyğəmbərliyini) tərəzinin bir gözünə, Peyğəmbərin (s) qohumlarına məhəbbət bəsləməyi isə tərəzinin digər gözünə bərabər şəkildə qoymuşdur.

Allah təala buyurur: “De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində bir şey istəmişəmsə, onu sizin üçün istəmişəm”.[7] Başqa bir ayədə buyurur: “De: “Mən bunun (risaləti təbliğ etməyimin) müqabilində sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar”.[8] Bu ayələri cəm etdikdə başa düşürük ki, Allah təalaya tərəf aparan yol Peyğəmbər və onun Əhli-beytidir. Buna görə də müsəlmanları fitnə kor etdikdə və o fitnənin zülmətini aradan qaldıran bir şəxs olmadıqda, Xanım Fatimeyi-Zəhranın (s) ayağa qalxıb həqiqəti bəyan etməsi və hidayət yolunu insanlara izah etməsi elə bir iş idi ki, ondan başqa heç kim onun öhdəsindən gələ bilməzdi. Xanım Zəhranın (s) gördüyü iş və tutduğu mövqe həm o dövrdə, həm də sonrakı dövrlərdə, günümüzə qədər gəlmiş və bundan sonra da gələcək bütün müsəlmanlar üçün və bütün nəsillər üçün haqqı batildən ayırmışdır. Bu səbəbdən də “Təthir” ayəsi[9], “Dəhr (İnsan)” surəsi onun haqqında nazil olmuşdur. O, “Atasının anası”[10]dır. “Peyğəmbərin (s) anası” olmaq məqamı, “möminlərin anası” olmaq məqamı ilə müqayisə edilə bilməz. O, Peyğəmbərin (s) sinəsində olan ruhudur[11]. Bütün bu ayə və hədislər hələ də müsəlmanların qulaqlarında səslənən bir sədadır.

Hədisin bu mənası həmçinin Allah təalanın buyurduğu “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım”[12] ayəsinə də yaxındır. Çünki ayədəki ibadət yalnız Allahı tanıdıqdan sonra gerçəkləşə bilər. Bu da yalnız Peyğəmbərin (s), ondan sonra olan İmamların (ə) və Xanım Zəhranın (s) insanları hidayət etmələrinin vasitəsi ilə gerçəkləşə bilər.[13]

Qeyd edək ki, Ayətullah Muhəmməd Əli Gerami bu hədis barədə əlavə bir kitab yazmışdır. O, bu kitabda hədisin mətnini müdafiə etmiş və onu geniş şəkildə izah etmişdir.[14]

Tərcümə etdi: Baqir Cəfəri

Besiret.az

 

[3] Şeyx Kuleyni, “Əl-Kafi”, c. 1, səh. 90

[4] Maidə, 67

[5] Maidə, 3

[6] Şura, 23

[7] Səba, 47

[8] Furqan, 57

[9] Əhzab, 33

[10] Peyğəmbər (s) Xanım Zəhra haqqında “Ümmu əbiha” yəni “atasının anası” sözünü demişdir.

[11] Peyğəmbər (s) Xanım Zəhra (s) haqqında buyurmuşdur: “O, mənim iki tərəfimin ortasında olan ruhumdur”. (Şeyx Səduq, “Əmali”, səh. 113)

[12] Zariyat, 56

[13] Ayətullah Şeyx Muhəmməd Sənəd, “Məqamatu-Fatimətəz-Zəhra fil-kitabi vəs-sünnə”, səh.100

[14] http://www.ayat-gerami.ir/list.asp?L=4&t=Title&gId=28

Рейтинг

В этом разделе