»»

Niyə namazı öz dilimizdə qılmırıq?

Sual: Axı nә üçün hamı namazı әrәb dilindә qılmalıdır? Mәgәr hәrә öz dilindә namaz qılsa, İslam dini daha sürәtlә yayılmazmı?

Cavab: Әslindә namazın әrәb dilindә qılınması onun ümumbәşәri olması әlamәtidir. Çünki bir cәrgәdә dayanmış, bir cәbhәdә fәaliyyәt göstәrәn cәmiyyәt eyni bir dildә danışmağa mәcburdur. Hәr bir insanın ana dilindәn әlavә ümumdünyәvi bir dilә dә ehtiyacı var. Belә bir dil olmadan cәmiyyәtdә kamil birliyi tәmin etmәk mümkünsüzdür.

 

Bu gün dünyanın bir çox mütәfәkkirlәri belә bir әqidәdәdirlәr ki, dünya vahid dövlәt halına gәlәnәdәk bәşәriyyәt hәqiqi xoşbәxtliyә çatası deyil. Bu mәqsәdlә müxtәlif proqramlar hazırlanmışdır. Hәmin proqramın bir maddәsi dә beynәlmilәl dildir.

 

Bir sözlә, bütün dünya müsәlmanlarının vahid bir dildә ibadәt etmәsi birlik nişanәsidir. Mütәxәssislәrin fikrincә, әrәb dili dünyanın әn geniş vә imkanlı dillәrindәndir. Bütün müsәlmanlar әrәb dilindәn beynәlmilәl bir dil kimi istifadә etmәklә islami birliyi tәmin edә bilәrlәr.

 

Bundan әlavә, namazın vahid bir dildә qılınması onu tәhriflәrdәn, xürafatdan qoruyur. Mәlum mәsәlәdir ki, müxtәlif sәviyyәli tәrcümәlәr ilkin mәtni dәqiq şәkildә ifadә edә bilmir. Namazın әrәb dilindә qılınması ilә onun ruhu qorunur. Ona görә dә hәr bir müsәlman imkan daxilindә әrәb dilini öyrәnmәlidir. İstәnilәn bir millәtin nümayәndәsi namazın bir sәhifәlik tәrcümәsini qısa bir zamanda öyrәnә bilәr.

 

Bir sözlә, İslamın bütün etiqadi vә әmәli mәsәlәlәrinin әsasını tövhid tәşkil edir. Namaz vahid qiblәyә doğru, müәyyәn vaxtda, vahid bir dildә qılınır. Bütün bunlar vәhdәt nişanәsidir.

 

Әgәr hәcc mәrasimi zamanı Mәkkәdә olsaq, ayrı-ayrı millәtlәrin bir cәrgәdә duraraq eyni bir dildә “Әllahu Әkbәr” sәdasını eşitsәk, bu vәhdәtin әzәmәtini duyarıq. Әgәr hәmin mәrasimdә eyni bir cümlәni hәrә öz dilindә deyәrdisә, uyğun әzәmәtdәn әsәr-әlamәt qalmazdı.

 

Mənbə - "Dini suаllаrа cаvаblаr" kitabı, Аyәtullаh-üzма Мәkаriм Şirаzi Аyәtullаh Cәfәr Sübhаni 

Рейтинг

В этом разделе