• Yaşayan və gizli İmam (Canlı Höccət)

    Yaşayan və gizli İmam (Canlı Höccət)

    Həm əqli həm də nəqli dəlillərə əsasən yer üzərində həmişə Allahın dinini diri saxlayan və daima yaşayan höccətləri olmalıdır. Bu bəşər tarixinin ilk günündə də belə idi, o gündən bugünə kimi də belə olub və dünyanın sonuna kimi də belə olacaqdır. Bu höccətlər və vəsilər Allah tərəfindən hidayət olunmuşlar və Allah tərəfindən hidayət edənlərdirlər. Bu Allahın dininin heç bir şübhə içərisində olmamasına habelə bu dinin sağlam, etibarlı və möhkəm olması üçündür. Əgər belə olmasa idi müəyyən zaman içərisində olsa belə Allahın dininin özbaşına və pərakəndə qalması, həmçinin istənilən şəxsin özünü haqq hidayət edən bilməsi haqdan olardı. Necə ki, bu məsələyə soyuq yanaşanların öz halları və yalnız özlərinə aid hissəsi hal-hazırda belədir, ancaq bu haqdan deyildir. Çünki Allah heç bir zamanda insanları özbaşına buraxmamışdır və onlara heç bir bəhanə yeri qoymamışdır. “Açıq-aydın şəkildə höccəti tamamlamaq (heç bir söz yeri qoymamaq) Allaha məxsusdur” (Allah höccətini tamamlayandır) (Ənam surəsi,149)

    İbn Teymiyyənin tövhid inancı - Yəhya Əbdülhəsən Duxi

    Bu mövzunun tədqiq olunmasında hədəf və metodumuz.

    Tövhid dinin və şəriətin dərk olunması üçün əsas prinsipdir. Bu əqidə barədə böyük ixtilaf baş vermişdir. İbn Teymiyyə düşüncə tərzinin ardıcılları onun təqdim etdiyi metodun tövhid əqidəsini nəzəri və əməli baxımdan dərk etməyin ən düzgün metodu hesab edirlər. Onların nəzərində digər müsəlmanlar istər nəzəri, istərsə də əməli cəhətdən səhvə yol vermişlər. Beləki, tövhid əqidəsini din və şəriətin məqsədlərinə uyğun olmayan formada tətbiq etmişlər. Nəticədə bu təfəkkürün ardıcılları islam məzhəblərini bidətə yol verməkdə ittiham etmişlər. Buna əsasən də başqa məzhəblərin tövhid əqidələrinin kamil olmamasını, İbn Teymiyyənin prinsiplərinə, düşüncələrinə və metoduna uyğun olmadığını deyirlər. Artıq bu metod müsəlmanları və başqalarını təkfir etmək və onların qanlarını halal bilməkdə meyarı olub. Nəticədə İslam aləmi bütövlükdə bu düşüncənin ağrı-acılarını çəkmək məcburiyyətində qalmış və terrorimz və radikalizm kimi ittihamlara məruz qalmışdır.

  • Səvaiqul-ilahiyyə fir-rəddi aləl-Vahabiyyə

    VAHABİLƏRƏ RƏDD CAVABI OLAN İLAHİ
    İLDIRIMLAR(Səvaiqul-ilahiyyə fir-rəddi aləl-Vahabiyyə) - Qardaşı Muhəmməd bin Əbdülvahaba rəddiyyə

    Bir şəxs düşünün ki, kəlimeyi-şəhadət söyləyən müsəlman qardaşlarını təkfir edir, tərəfdarları isə müsəlmanları heç bir səbəb olmadan qətlə yetirir, mal və namuslarını özünlərə halal hesab edirlər. Bir zamanlar Xəvaric tayfasının müsəlmanlara qarşı törətdiklərinin daha artığını 18-ci əsrdə bu şəxs və tərəfdarları həyata keçirirlər. Sözügedən şəxs Muhəmməd ibn Əbdülvəhhab ən-Nəcdidir. Bu kitab isə Şeyx Süleyman ibn Əbdülvəhhab tərəfindən öz doğma qardaşı Muhəmməd ibn Əbdülvəhhaba yazdığı rəddiyədir. Düşünün ki, "küfr", "şirk", "bidət" kimi sözlərlə öz məzhəbini bəzəyən bir şəxsə ilk rəddiyəni öz doğma qardaşı yazır. Beləliklə, vəhhabi zehniyətinin başına yağan ilahi ildırımların şahidi olmaq üçün bu kitabı oxumağınızı şiddətlə tövsiyə edirik.

    Lillahi və lilhəqiqəh (1-2cild).pdf

    Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabının tərcüməsi

  • Abdullah ibn Səbə | Şeyx Əli Ali-Muhsin

    Bəzi islam məzhəbləri nəzərində Abdullah ibn Səbə şəxsiyyəti nəinki Osmanın zamanında baş vermiş “fitnə” hadisələrində iştirak etmiş bir yəhudidən ibarətdir, eyni zamanda o, digər tarixi şəxsiyyətlərin sahib olmadıqları böyük bir əhəmiyyətə sahib olan bir kəsdir. Məhz bu səbəbdən istər şiə, istərsə də sünni müəllifləri tərəfindən bu şəxsiyyətlə bağlı inkar və təsdiq məzmunlu müxtəlif kitablar yazılmışdır.


    Abdullah ibn Səbə şəxsiyyətinin aktuallığı onun Osmanın zamanında baş verən fitnələrin səbəbkarı, Osmanın qətlə yetirilməsinə gətirib çıxaran hadisələrin əsas təhrikçisi və bu hadisələrdən sonra baş vermiş minlərlə insanın həyatını itirdiyi qanlı müharibələrin mənşəyi olması iddiası ilə əlaqələnir. Bununla yanaşı, şiə düşmənləri şiə məzhəbinin əsl qurucusunun, rəcət, Əli ibn Əbu Talibin canişinliyi və s. kimi şiəliyin mühüm etiqadlarının məhz yəhudi Abdullah ibn Səbə tərəfindən icad edildiyini etmiş, bununla da mövzu daha fərqli əhəmiyyət kəsb etmişdir.

    Sələfilərin baxışında ağıl - Əli Əsğər Rizvani

    İslamın düşüncə tarixi tənəzzül və tərəqqiyə məruz qalmış, müxtəlif dəyişiklik və nəticələrlə əhatələnmişdir. Bu çox dəyişkən tarixdə müxtəlif düşüncə və əsaslara söykənən firqə və məzhəblər üzə çıxmışdır. Onların bəzisi unudulmuş, bəzisi isə müxtəlif dəyişikliklə İslam cəmiyyətində öz rolunu oynamışdır. Lakin bu arada qeyd etmək lazımdır ki, tarixin bu keşməkeşində meydana çıxan vəhhabi firqəsi tamam başqa axarda cərəyan edir. Buna görə də vəhhabilik İslam mütəfəkkirləri arasında heç bir güclü əsasa malik olmayan bir firqə kimi tanınır. Bununla belə onlar bəzi müsəlmanlara əsassız və quru ideologiyalarını sırımaqla, özlərini İslam təfəkkür meydanının yeganə sahibləri kimi qəbul etdirmək istəyirlər. Buna görə də, bu firqənin ideologiyasını və müxtəlif düşüncələrini müəyyən etmək üçün, elə bir işdir ki, möhtərəm Ustad Əli Əsğər Rizvani kimi, davamlı səylərlə, bir çox mənbə və qaynaqlardan istifadə etməklə aparılan tədqiqat işləri nəticəsində bu təfəkkürün gizli və aşkar cəhətləri araşdırılmalı və düşüncələri təhlil edilməlidir.

  • VƏHHABİ ALİMİ OSMAN ƏL-XƏMİSƏ CAVAB - cild 2

    Oxucu qardaşım, qarşındakı bu kitab on iki imam şiələrinin başda Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhis-səlam) olmaqla ümumən Əhli-Beytin (əleyhimus-səlam) imamətinin isbatına dair əsaslandıqları dəlillər barədə Şeyx Osman əl-Xəmisin “Hiqbətün minət-tarix” (“Tarixdən bir an”) adlı kitabında qeyd etdiyi bir sıra şübhələrə cavabdır. Mən bu kitabda onun bu mətnləri istər sənəd, istərsə də dəlalət baxımından gözdən salmaq cəhdlərinə cavab vermişəm. Müvəffəqiyyət əta etdiyinə görə uca olan Allah həmd olsun. Qeyd: Kitab ümumən 2 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz PDF fayl 2-ci cilddir.

    VƏHHABİ ALİMİ OSMAN ƏL-XƏMİSƏ CAVAB - cild 1

    VƏHHABİ ALİMİ OSMAN ƏL-XƏMİSƏ CAVAB - cild 1

    Oxucu qardaşım, qarşındakı bu kitab on iki imam şiələrinin başda Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhis-səlam) olmaqla ümumən Əhli-Beytin (əleyhimus-səlam) imamətinin isbatına dair əsaslandıqları dəlillər barədə Şeyx Osman əl-Xəmisin “Hiqbətün minət-tarix” (“Tarixdən bir an”) adlı kitabında qeyd etdiyi bir sıra şübhələrə cavabdır. Mən bu kitabda onun bu mətnləri istər sənəd, istərsə də dəlalət baxımından gözdən salmaq cəhdlərinə cavab vermişəm. Müvəffəqiyyət əta etdiyinə görə uca olan Allah həmd olsun. Qeyd: Kitab ümumən 2 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz PDF fayl 1-ci cilddir.

  • Şübhələrin kəşfi: İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə (3-cü cild)

    Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız. Kitab ümumən 3 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz PDF fayl isə sonuncu cilddir.

    Şübhələrin kəşfi: İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə (2-ci cild)

    Şübhələrin kəşfi: İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə (2-ci cild)

    Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız. Kitab 3 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz isə 2-ci cilddir.

  • Şübhələrin kəşfi: İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə (1-ci cild)

    Şübhələrin kəşfi: İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə

    Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız.

    Allaha atılmış iftira: "Ərşin səsi" hədisi - Muhəmməd Əli Həsən

    Mən bundan əvvəl “Ərşin səsi” hədisi barədə müxtəsər bir tədqiqat yazmışdım. Təcsim (Allahın cismləşdirilməsi) əqidəsində olanların nəql etdikləri ən çirkin hədis məhz bu hədisdir. Həmin vaxt işlərin çoxluğundan bu hədisi geniş şəkildə araşdırmamışdım. Daha sonra bu tədqiqatı daha geniş surətdə hərtərəfli araşdırmaq və onların Allah-taala barədə pis etiqadlarını üzə çıxartmağı qərara aldım. Mündəricatda qeyd olunduğu kimi, mövzunu bir neçə qismə böldüm. Allah-taaladan bu tədqiqatın qəlblərində Allah və Onun haqq dininin qeyrətini çəkən hər bir müsəlman şəxsə faydalı olmasını diləyirəm. Oxuculardan Ustad İbrahim Naziriyə (Allah ona rəhmət etsin) həmçinin, bu sətirlərin müəllifini dua etməyi unutmamalarını rica edirəm. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

    Muhəmməd Əli Həsən

  • İfrat və həddi aşma - Bəhruz Camal

    Tarix boyu peyğəmbərlər və övliyalar barəsində ifrat (quluv) edənlərin varlığı inkar olunmazdır. Hələ yəhudi qövmü zamanında Hz.Üzeyirə (ə), yaxud da məsihilərin Hz.İsa Məsihə (ə) “Allahın oğlu” demələri buna bariz nümunədir. Ancaq əfsuslar olsun ki, bəzi cahil və nadan şəxslər bu böyük günahı 12 imam şiələrinə ünvanlayaraq şiələri ifrat və imamların vəsvində həddlərini aşmaqda ittiham etmişlər. Bu kitabçada bir sıra mühüm iradlara İslami mənbələrlə cavab verməyə çalışmışıq.

    Səqəleyn: tərk edilmiş peyğəmbər vəsiyyəti - Toyib Olavuyi

    Bu tədqiqat işimizdə Səqəleyn hədisi barədə fərqli fikirləri bir-bir nəzərdən keçirmiş və xüsusilə İbn Teymiyyənin iddialarını ən detallı şəkildə incələmişik. Biz çox sayda mənbələrlə "Səqəleyn" və "Xəlifəteyn" hədislərinin mövcudluğunu və etibarlılığını isbat etmiş, "Səhih Müslim"dən tutmuş bütün ən mötəbər əhli-sünnə kitablarından dəlillər təqdim etmişik. Biz bu rəvayətlərin müxtəlif sənədlərini diqqətlə araşdırmış, həmçinin öndəgedən əhli-sünnə hədis alimlərindən, o cümlədən Əllamə əl-Əlbani, Şeyx əl-Ərnaut  və s.-dən rəvayətlərin etibarlılıq dərəcələri barədə sitatlar gətirmişik. Eynilə də, hər iki rəvayətin mətnini incəliklə tədqiq etmiş, onların həqiqi mənalarını üzə çıxarmaq üçün köməkçi rəvayətlərdən istifadə etmişik. Məqsədimiz budur ki, insanların Qiyamət günün bilməmək, eşitməmək, görməmək kimi bəhanələri olmasın. Səmimi qəlbdən inanırıq ki, bu kitab həqiqətən Allahın doğru yolunu axtaran hər bir insana çox faydası olacaq.

  • İmam Həsənin (ə) sülhü: reallıq və tarixin zülmü - Yəhya Əbdülmuhsin Duxi

    Əgər İmam Həsənin (əleyhissalam) bağladığı sülhün islam ümmətinin həyatında tarixi dönüş nöqtəsi oynadığı qədər əhəmiyyətli olduğunu desək, mübaliğə etmiş olmarıq. Bu sülh əməvi xəttinin törətdiyi hadisələrə qarşı müsəlmanların zehinlərində fəhm və idrak baxımından yeni mərhələnin yaranmasını formalaşdırdı. İmam Həsən (əleyhissalam) bağladığı sülhün sayəsində Peyğəmbərin uğrunda qiymətli qurbanlar verdiyi dinin təhrif olunmasına və ali dəyərlərin aradan getməsinə səbəb olacaq fırtınaların qarşısını aldı.

    Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib - Muhəmməd Cavad Xəlil

    Bu kitab “Əhli-sünnə hədislərinin müzakirəsi” sərlövhəsində hazırladığım tədqiqat və araşdırmaların bir hissəsidir. Müəyyən səbəblərdən bəzi tədqiqatların müstəqil surətdə çap olunmasını istədim. Bu kitabda mövcud olan tədqiqatlar qeyd olunan araşdırmaların üçüncü hissəsidir. Bu kitabı “Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib” adlandırdım. Allah-taaladan bu silsilə tədqiqatları nəşr etdirməkdə bizi müvəffəq etməsini diləyirəm.

  • Rəcəb ayının fəzilətləri - Şeyx Səduq

    Bu yazı görkəmli alim, böyük mühəddis, məşhur fəqih və sinəsi Əhli-beyt (ə) maarifinin xəzinəsi olan cənab Şeyx Səduqun (305 – 381 hq) “Fəzailu-əşhuris-səlasə”  – (üç mübarək ayın fəzilətləri) – kitabından çıxarışdır.  Belə ki, Şeyx Səduq bu kitabda üç mübarək ayın (Rəcəb, Şəban və Rəməzan) fəzilət və əməlləri barəsində 158 hədis hədis rəvayət etmişdir ki, biz "Rəcəb" ayının daxil olması münasibətilə, bu ayın barəsində olan 18 hədisi tərcümə edib, sizə təqdim edirik.

    Molla Sədra və Məhdəviyyət - Bəhruz Camal

    Bu yazıda ilk olaraq Molla Sədranın nübuvvət və vəhyin qəbuluna, həmçinin  fəlsəfi məktəbindəki imamət mövzusuna işarə etdikdən sonra onun hər bir dövrdə imamın zəruri olması məsələsi barəsindəki arqumentləri bəyan edilmişdir. Bundan başqa Molla Sədranın on ikinci imamın varlığı və qeybəçəkilməsi barədə nəzəri diqqətə çatdırılmışdır. Sonda Molla Sədranın görüşlərini ümumi olaraq Farabi, İbn Sina, Şeyx İşraq, Mirdamad kimi filosofların nəzərləri ilə müqayisə edib Şeyx Müfid, Seyid Mürtəza, Xacə Nəsirəddin Tusi kimi imamiyyə mütəkəllimlərinin də məhdəviyyət mövzusu barəsindəki mövqelərinə işarə edilmişdir.

  • Vilayət ayəsi - Seyid Əli əl-Milani

    Həzrət Əlinin (ə) vilayət və imamətinin "Maidə 55" ayəsi ilə isbatı barədə bir çox əsərlər yazılmışdır. Seyid Əli əl-Hüseyni əl-Milani də özünəməxsus qələmi olan çox dəyərli alimlərdən biridir. Ümid edirik ki, kitab oxucular tərəfindən maraqla qarşılanacaqdır.

    O, peyğəmbər deyildi - Həsən ibn Fərhan əl-Maliki

    Vəhhabilik və Məhəmməd ibn Əbdülvəhhab bərəsində çoxlu elmi və tənqidi əsərlər yazılmışdır. Ancaq onların hamısının həqiqəti əks etdirdiyini demək çətindir. Kitabın müəllifi Şeyx Həsən Səudiyyə Ərəbistanında anadan olmuşdur. Özünün də qeyd etdiyi kimi, dini təhsilini vəhhabilərin arasında almışdır. Bu mühitdə keçirdiyi uzun illər ərzində fikirlərinin vəhhabi ideologiyasına uyğun olmadığı qənaətinə gəlmişdir. Bunun nəticəsi olaraq da, vəhhabiliyə qarşı tənqidi yazılarını qələmə almışdır. Bu əsnada orta yolu təqib etməyə çalışmış, bacardığı qədər ifrat fikirlərdən uzaq durmuş, İslam birliyinə və bərabərliyinə önəm vermişdir. Əsərin Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacağına ümid edərək, onun tərcüməsinə qərar verdik. (Tərcüməçidən)

Страница 1 из 3123»