Bismillahir-Rəhmanir-Rəhim. Və sallalahu əla Muhəmmədin və Alihit-təyyibinət-tahirin. Rəbbi işrəh li sadri və yəssir li əmri vəhlul uqdətən min lisani yəfqəhu qəvli (Bağışlayan və mehriban Allahın adı ilə. Allahın salavat və salamı Muhəmməd və onun pak Əhli-Beytinin üzərinə olsun. Ey Rəbbim, sinəmi genişləndir. İşimi asanlaşdır. Dilimdən düyünü aç ki, sözümü başa düşsünlər).
Yeni bir şübhə və sual vardır. Bu sual meydana atılır və biz də bunu çox eşidirik. Bəzi qərəzli insanlar deyirlər ki, şiələrdə “Müs’həf” (kitab) vardır. Bu “Müs’həf” də “Fatimənin Müs’həfi” adlanır. Əlbəttə ki, məqsədləri də budur ki, guya bu “Müs’həf” müsəlmanların əllərində olan Qurandan fərqli bir Qurandır. İndi də gəlin mənlə birgə bu məsələni Əhli-beyt əleyhimussəlamın rəvayətlərində, kitablarda və Şiə alimlərinin rəylərində araşdıraq və həqiqətən olub-olmadığına baxaq. İlk olaraq başlanğıcda “Müs’həf” sözünün tərifini verməli, rəvayətlərdə, kitablarda və rəylərdə qarşımıza çıxan bu sözün nə anlam daşıdığını bilməliyik. Həqiqiətən də “Müs’həf” sözünü eşidən kimi zehnimizə kimi bunun olduğu gəlməlidir, yoxsa ki, alimlərin bu haqda söylədikləri başqa bir söz gəlməlidir? İlk olaraq ibn Mənzurun “Lisanul-Ərəb” kitabından başlayaq və “Müs’həf” sözünün şərhinə baxaq.
Mənbə: “Lisanul-Ərəb” kitabı. Səkkizinci cild. Səhifə: 203.
Mətn: “Müs’həf” sözü ona görə müshəf adlandırılmışdır ki, o səhifələnmişdir. Yəni iki üzlük (abloşka) arasında yazılmış səhifələr bir toplu kimi qərar verilmişdir.
Onun bu sözləri aydındır. Səhifələrdir, yazılıb və iki üzlük arasında toplanmış, adı da “Müs’həfdir”. Daha demir ki, bu Quran anlamındadır. Sadəcə səhifələrdir, vərəqlərdir. Yaxşı. İndi də “Müs’həfu Fatimə”nin nə olduğuna baxaq. Hansı ki, bu haqda daim əleyhimizə danışırlar. Çalışırlar ki, şiələri alçaltsınlar. Bəzilərini çaşqınlığa salırlar. Guya ki, Şiədə elə bir Quran vardır ki, həqiqi Qurandan fərqlidir. Bununla da şiələri təkfir edirlər. İndi də rəvayətlərə baxaq və görək bu kitab və ya “Müs’həf” nədir.
Mənbə: “Məvsuətu Əhadisi Əhlil-Beyt (Allahın salamı onların üzərinə olsun)” kitabı. 10-cu cild. Səhifə: 301, 302.
Bu rəvayətdə bir nəfər İmam Sadiq əleyhissəlamdan bəzi kitablar və Əhli-Beyt əleyhimussəlama nisbət verilən bəzi şeylər haqqda soruşur. Onun suallarından biri də “Müs’həfu Fatimə” barəsində soruşduğu sualıdır. Gəlin mənlə birgə İmam Sadiq əleyhissəlamın cavabına diqqətlə qulaq asaq. Belə ki, indiki zamanda dolaşan bu sual həmin zamanda da dolaşırdı. İmamın (əleyhis-səlamın) savabı bu məsələnin şər olduğunu bəyan edir. İndiyə qədər bəziləri elə danışırlar ki, Əhli-Beyt (əleyhimus-səlam) məzhəbi barəsində çaşqınlıq yaratsınlar. İndi də birlikdə rəvayəti oxuyaq. Belə ki, sual verən deyir:
Mətn: Bəs Fatimənin (əleyhəs-səlamın) Müs’həfi necə?
İmam (əleyhis-səlam) da cavab verir. Rəvayətdə belə deyilir.
Mətn: Uzun uzadı susdu. Sonra da belə dedi.
Yəni İmam (əleyhis-səlam) buyurdu:
Mətn: Siz istədiyiniz və istəmədiyiniz bir şey haqda axtarış aparırsınız. Həqiqətən də Fatimə Allah Rasulundan (sallallahu aleyhi va alihi va səlləmdən) sonra yetmiş beş gün yaşadı. Atasına görə onun qəlbinə həddən artıq kədər daxil olmuşdu. Cəbrail (əleyhis-səlam) onun yanına gələr və atasına görə ona gözəl tərzdə başsağlığı verər, qəlbini rahatlayar, atasının məkanından və ondan sonra zürriyəsinə nələrin üz verəcəyindən xəbər verərdi. Əli (əleyhis-səlam) də bunları yazardı. “Müs’həfu Fatimə” də elə budur”.
Güman edirəm ki, İmamın (əleyhis-səlamın) Fatimənin (əleyhəs-səlamın) müs’həfi barəsindəki bu cavabı heç bir təfsirə və izaha ehtiyac duymur. Mələkdən Zəhraya ötürülən kəlamları İmam Əli (əleyhis-səlam) yazır. Bununla da səhifələr halına gəlir. O da bunları topladı və beləliklə də “Müs’həf” oldu. Zəhraya da nisbət verildi. Çünki bu kəlamları mələk Zəhraya (əleyhəs-səlama) ötürmüşdür. Bu cümlələr də gələcək hadisələrdən danışır. Onda nə Quran var, nə ayələr var, nə də onlar buna görə kədərlənməlidirlər. Camaatın dilində dolaşan kəlamn mənşəyini bilmirik. Yaxşı. Şeyx Hadi ən-Nəcəfi də bu rəvayət barəsindəki qeydlərində deyir:
Mətn: Rəvayətin isnadı səhihdir.
Bu rəvayət səhihdir və bununla da “Müs’həf”in mənasını izah etmiş olduq. İndi də Şiə alimlərinin Fatimənin (əleyhəs-səlamın) Müshəfi barəsindəki rəylərinə baxaq.
Mənbə: “Siratun-Nəcat” kitabı. Səhifə: 441.
Bu kitabda Şiə alimlərindən və mərcelərin birindən soruşurlar. Belə ki, sual verən deyir:
Mətn: Fatimənin (əleyhəs-səlamın) “Müs’həf”indən məqsəd nədir?
Şeyx Təbrizi də belə cavab verir:
Mətn: Fatimənin(əleyhəs-səlamın) “Müs’həf”indən məqsəd Kafi kitabında varid olan mötəbər rəvayətlərə əsasən məqsəd budur ki, mələklərdən biri Zəhraya (əleyhəs-səlama) atası vəfat etdikdən sonra nazil olar, ona təsəlli verər və olacaq hadisələrdən xəbər verərdi. Əli (əleyhis-səlam) də bu söhbəti yazardı. Beləliklə də yazılanlar “Müs’həfu Fatimə (əleyhəs-səlam)” adlandırıldı. O, xəyal edildiyi kimi nə Qurandır, nə də ki, özündə şəri hökmləri ehtiva edir. Bu xəyal da rəvayətlərə ziddir. Mələklərin də Zəhra (əleyhəs-səlam) ilə söhbət etməsi qəribə deyildir. Çünki Quran özü mələklərin İmran qızı Məryəmlə söhbət etdiyini qeyd etmişdir.
Sonra da cavabı tamamlayır. Yaxşı. Bu da Şiə alimlərinin kəlamlarıdır. Kim şühbə edir ki, Müs’həf başqa bir Qurandır, o zaman rəvayətlərə, alimlərin rəylərinə müraciət etsin. Bir mühüm məsələ daha qalıb. Ola bilsin ki, kimsə sual versin və irad bildirsin ki, axı Zəhra (əleyhəs-səlam) peyğəmbər deyildi. Necə olur ki, mələk nazil olur və onunla söhbət edir. Necə olur ki, mələk nazil olur və onunla danışır. Bu mümkündürmü? Cavab iki hissədən ibarətdir. Birincisi: Ağıl baxmdan bu mümkünsüz olmasına dəlil varmı? Dəlil yoxdur. Ağıl bunu inkar etmir. Səndə elə bir əqli dəlil varmı ki, mələk nazil olub kimlə gəldi danışa bilməz? Belə bir mümkünsüzlüyə heç bir dəlil yoxdur. İkincisi: Həmçinin Şiə alimlərindən başqaları da etiraf etmişlər ki, mələklər sadə bəşər övladlarına nazil olmuş və onlarla danışmışdır. Hansılar ki, onlar peyğəmbər olmamışlar. Məsələn bunu ibn Teymiyyə “Nübüvvat” kitabında deyir.
Mənbə: “Nübüvvat” kitabı, səhifə: 240. İbn Teymiyyə deyir:
Mətn: Ümumi vəhy edilən hər kəs peyğəmbər deyildir. Çünki bəzən insan olmayanlara da vəhy nazil olmuşdur. Belə ki, Allah Təala buyurur: Və Rəbbin bal arısına vəhy etdi ki: “Dağlardan, ağaclardan və qurulan çardaqlardan (özünə münasib) evlər götür!”. Nəhl surəsi: 68. Həmçinin Allah Təala buyurur: və hər bir göydə onun işlərini vəhy etdi. Fussilət surəsi: 12. Həmçinin Yusuf balaca ikən Allah Təala onun barəsində belə buyurur: Beləliklə, оnu aparıb quyunun dibinə atmaq qərarına gəldilər. Və Biz Yusufa vəhy etdik ki, sən оnlara, оnlar bilmədən bu işlərindən xəbər verəcəksən. Yusuf surəsi: 15. Həmçinin Allah Təala buyurur: Biz Musanın anasına sirli və sürətli bir şəkildə ilham etdik: “Onu əmizdir”. Qəsəs surəsi: 7. Həmçinin Allah Təala buyurur: Həvarilərə “Mənə və Mənim peyğəmbərimə iman gətirin” deyə vəhy göndərdiyim zaman. Maidə surəsi: 111.
Şərh: Bu ayələri gətirdikdən sonra İbn Teymiyyə haşiyədə deyir:
Mətn: “Peyğəmərlərə, muhəddəslərə və ilham edilmiş digər insanlara vəhy edilir. Necə ki, iki səhih kitabda Peyğəmbərdən belə nəql edilmişdir: “Sizdən əvvəlki ümmətlərdə muhəddəslər olmuşlar. Əgər ümmətimdə də belə birisi olarsa, o da Ömərdir”.
Yaxşı. İbn Teymiyyənin sözlərindən belə nəticəyə gəlirik ki, həqiqətən də vəhy peyğəmbərlərdən başqalarına də edilə bilər. Məsələn sadə insanlara. Bunda heç bir müşkül yoxdur. Deməli, əgər Zəhraya (əleyhis-səlama) vəhy edilirsə, hansı ki, o, sadə insanlardandır, övliyalardandır, səhabələrdəndir, Əhli-Beytdəndir, aləmlərin xanımlarının xanımıdır, Cənnət xanımlarının xanımıdır. Allahın salavat və salamı onun üzərinə olsun. Bu iradı ortaya atan şəxs, hansı ki, bunu şiələrə yönəldir, onları gözdən salmağa çalışır, “sizdəki Müs’həf bizim Qurandan başqa Qurandır” deyir. Axı niyə bunu edir? Şiə məzhəbini Sünnü qardaşlarımızın gözündən salmaq istəyir? Axı niyə? Bunun məqsədi nədir? Düşmənçilik salmaqdır, fitnə yaratmaqdır? Bizim naqis olduğumuzu bildirməkdir? Dünyada baş verənlər elə yetərlidir. Bütün bu mübahisələr yetərlidir. Ola bilməz ki, sullarınızla elmi müzakilər edəsən? Deməli, mələklərin peyğəmbərlərdən başqa bəşər övladı ilə söhbət etməsi varid olmuşdur.
Necə ki, bu, Qurani Kərimdə, Əhli-Sünnə alimlərinin rəylərində və Şiə alimlərimin rəylərində keçmişdir. Habelə, Şiənin səhih rəvayəti dəlalət edir ki, bu Müshəf Quran deyildir. Sadəcə olaraq baş verən hadislərdən söhbət açır. Sohbətimizin sonunda, verilişimizin sonunda müxtəsər olaraq demək istəyirik ki, əgər bütün mənbələrə və rəylərə müraciət etsək görərik ki, Müs’həf sözü ilə Quran sözü arasında heç bir bağlılıq yoxdur. Necə ki, bunu ixtilaf yaradanlar deyilrlər. Belə ki, hər hansı bir rəvayəti götürür, sənə tənə vurur və deyir ki, “Şiələrdə Müs’həf vardır, Fatimənin müs’həfi”. Bununla da çalışır ki, sənə sübut eləsin ki, bu Müs’həf müsəlmanların əllərində olan Qurandan fərqli bir Qurandır. Sanki başqa səmavi bir dindir. Bu da əsla varid olmamşdır. Nə rəvayətlərdə, nə də ki, təfsirlərdə. Alimlər də təfsirdə deyirlər ki, Müs’həf yazılmış səhifələrdir ki, iki üzlüyün arasında cəm edilir. Onda nə yazılırsa yazılsın. Deməli belə. Zəruri deyil ki, hər bir Müshəf Quran olsun. Lakin Quran özü Müs’həfdir. Çünki Quran iki üzlük arasında yazılmış vərəqlərdir. Buna görə də ona “Müs’həf” deyilir. Həmçinin zəruri deyil və aralarında heç bir bağlılıq yoxdur ki, deyək vəhy etməklə və ya vəhylə peyğəmbərlik arasında bağlılıq vardır. Onlar nə deyirlər? Deyirlər ki, “vəhy necə nazil ola bilər? Zəhra ilə mələk söhbət edə bilər? Axı Peyğəmbərdən sonra vəhy kəsilmişdir”.
Alimlər bu iki məsələ arasında fərq qoyurlar. Hətta ibn Teymiyyə özü də deyir ki, peyğəmbərdən başqasına vəhy edilməsinin heç bir problemi yoxdur. Lakin bu vəhy risalət deyildir. Peyğəmbərlik deyildir. Sadəcə bir məsələ, hadisələrdir. Necə ki, baş vermişdir. İbn Teymiyyə də bunlara ayələrlə misal çəkdi: Ummu Musa, Həvarilər və digərlərini. Burada müşkül nədir ki? Heç bir bağlılıq yoxdur ki, vəhy olundusa, mütləq peyğəmbərə olmalıdır. Əlbəttə, Peyğəmbərə vəhy olunması mütləqdir. Axı o, vəhysiz necə peyğəmbər ola bilər? Lakin əgər adi bir insana vəhy edilərsə, zəruri deyil ki, həmin şəxs peyğəmbər olsun. Vəssəlam. Siz deyirsiniz ki, Zəhraya vəhy edilir, bu vəhydir və nəticədə peyğəmbərlikdir. Bunlar arasında heç bir bağlılıq yoxdur. Az öncə alimlərin də rəylərini gördük.
Arzu edərdim ki, fitnə-fəsad törətmək istəyənlər, şübhə yaratmaq istəyənlər, avam camaatda çaşğınlıq yaratmaq istəyənlər, ziddiyyət və nifrət yaratmaq istəyənlər, az da olsa belə suallardan çəkinsinlər. Bura qədər verilişimizin sonuna çatdıq. İnşallah bizi “ağılların pıçıltısı” verilişinin növbəti iradlara cavablar silsilələrində gözləyin. O vaxta qədər sizi Allaha əmanət edirik. Vəssələmu aleykum və rəhmətullahi və bərəkətuh.



