Adı: Tobias Klarskov
Ölkə: Danimarka
Keçmiş dini (inancı): Ateizm
Salam. Mənim adım Tobias Klarskovdur. Mənim 27 yaşım var. Mən İslamla təxminən 3-4 il əvvəl tanış olmuşam. Peşəkar dülgərəm. Məndə belə bir fikir var idi ki, əgər mən kilsələrin inşasına başlasam onda mən özümə yaxşı nüfuz qazanaram. Sonra mən bir şirkətlə işləməyə başladım. Bu şirkət Rolskit kilsəsinin yenilənməsi prosesini həyata keçirirdi. Mən bu layihəylə maraqlanmağa başladım. Düşündüm ki, burada iştirak edə bilsəm yaxşı nüfuz qazana bilərəm.
Bir neçə il sonra mən başqa bir şirkətdə çalışırdım. Və şirkətdəki bütün işçilər çağrılaraq toplantı keçirtdilər. Şirkətin fəaliyyət istiqamətləri haqqında, işlədiyi sahələr və müxtəlif layihələr barədə danışıldı. Və baş dülgər bizə dedi ki, biz Danimarkanın ilk məscidinin tikintisinə başlamalıyıq. Məndə belə bir hissiyat yarandı ki, fərqi yoxdur kilsə olsun ya məscid, bu, elə mənim işlədiyim sahədir. Bu, mənimçün fərq etmirdi. Buna görə də mən baş ustaya dedim ki, mən məscidin tikintisində iştirak etmək istəyirəm. O, yarım ildən sonra məni çağırdı və dedi ki, məscidin tikintisi başlamaq üzrədir. Məndən soruşdu ki, mən hələ də burada iştirak etməkdə maraqlıyammı. Əlbəttə, mən maraqlı idim. Məsciddə 2-3 ay idi ki, işləyirdim, bir gün oradan evə gələndə yolda təsadüfən köhnə bir tanışımla rastlaşdım. Onunla 5 ildən çox olardı ki, görüşmürdük. Biz dayandıq və bir müddət söhbət etdik. O, müsəlman idi və müsəlman kimi doğulmuşdu və hicab geyinirdi. Mən o zamanlar bu barədə heç nə bilmirdim. Mənimçün onunla orada qarşılaşmaq tam təsadüfi idi. Biz dayanıb bir müddət müxtəlif məsələlərdən danışdıq. Söhbət əsnasında ona dedim ki, mən məscidin tikintisi prosesində iştirak edirəm. Çünki o zaman düşündüm ki, o, müsəlman olduğu üçün bu onunçun çox maraqlı olar. Həqiqətən də o, bundan çox heyrətləndi və mənə İslam haqqında bir az danışmağa başladı. Və məndən soruşdu ki, mənim İslama hər hansı bir marağım varmı?! Lakin o zaman mənim həqiqətən də İslama marağım və ya onun haqqında mediada olanlardan başqa məlumatım yox idi. O, bir az izah etdi və mən düşündüm ki, məscidin binasının tikintisi prosesində iştirak etdiyim üçün onun haqqında bilmək maraqlı olardı. Sonra o, mənə müsəlman gənclər qrupunu təqdim etdi və mən onların kontaktlarını götürdüm. Və ona təşəkkür etdim ki, bununla maraqlanacam.
Təxminən 1 həftə sonra biz görüşdük və müsəlman gənclər qrupuna getdik. O, qardaş və bacılara bölünürdü, qız və oğlanlar ayrı idi. Bura gələndə çox heyrətləndim. Çünki o, bacılar olan yerə getdi, mən isə qardaşlar olan yerə getdim. Mən ora danimarkalı kimi getmişdim. Ordakılar hamısı xaricilər və gəlmələr idi. Onlar məni lap başlanğıcdan çox xoş qarşıladılar. Çox istiqanlı və gözəl insan idilər. Onlar yaxınlaşıb mənimlə salamlaşdılar. Və məndən burada nə işlə məşğul olduğumu və bura niyə gəldiyimi soruşdular. Onlara məsələni izah etdim və onlar həqiqətən də çox sevindilər ki, mən məscidin tikinti prosesində iştirak edirəm. Sonra biz söhbət etdik və axşama qədər İslam və müxtəlif şeylər haqqında müzakirələr etdik. Müzakirələrdən sonra onlar mənimlə mənim haqqımda, həyatım haqqında söhbət etdilər. Onlarla çox danışdıqca anladım ki, mənim bu insanlarla çox ortaq cəhətlərimiz var. Mən gördüm ki, mənim tərbiyəm və yaşayış tərzimə uyğun olaraq onlarla insan necə olmalıdır və başqa məsələlərlə bağlı çox fikirlərimiz üst-üstə düşür.
Bir ateist kimi mən Allahdan heç nə istəyə bilməzdim, çünki düşünmürdüm ki, biz daha böyük nəsə var. Məndə nəsə istəyəndə belə bir fikir yarandı ki, bir şeyi istəyəndə şükür etməliyik, çünki biz tez-tez nəsə istəyirik. Onda biz nə istədiyimiz haqqında düşünmürük. Bir müddət sonra işlərimiz yaxşı gedəndə biz nə istədiyimizi unuduruq. Və səhvimizlə birgə xoşbəxt yaşamağa davam edirik. Amma indi bir müsəlman kimi nə istədiyimi bilirəm. Və daha Allahdan kömək istəməkdən qorxmuram. Namazımı qıldıqdan sonra Allahdan kömək istəyirəm və bunun olduğunu hiss edirəm. Bir neçə dəfə bunu yaşamışam. Bir neçə gün keçib kömək almışam.
Çox adam məndən soruşub ki, mən müsəlman olduqdan sonra ateist olduğum zamandan daha xoşbəxtəmmi? Mən deyirəm ki, bəli, mən belə hiss edirəm. Çünki görürsən ki, bu dünyada etdiyin hər şeyin bu və ya digər şəkildə mənası var. Hətta mən müsəlmanlar və İslam haqqında öyrənməmişdən əvvəl də məndə həmişə belə bir fikir olub ki, nə baş verməsindən asılı olmayaraq sən ancaq hesabına pis əməllər yaza bilərsən, sən pis əməllərlə ölə bilərsən. Fərqi yoxdur donuz əti yeməklə, pis sözlər deməklə, müəyyən cür davranmaqla və ya pis insanlarla bir arada olmaqla. Beləliklə sən İslamda bütün müsbət şeyləri tapmağa başlayanda görürsən ki, nə qədər yaxşı əməllər qazana bilərsən.
Mən Allahdan istəmişdim ki, mənə sünni və ya şiə olmaqla bağlı yol göstərsin. Mən hiss etdim ki, Allah mənə lap başlanğıcdan şiəliyi verdi. Və bir zaman mən sual edirdim ki, bu, digərindən daha doğrudur və ya mənimçün doğru hansıdır? Mən İslamı 2 il öyrəndim və son 4 aydır ki, mən müsəlmanam. Mənimçün İslamı öyrənmək daha vacibdir. Həmçinin mənim ətrafımda çoxlu yaxşı qardaşlar var. Onlar mənə şiələr və sünnilərin bir-birinə olan münasibətini öyrədirlər. Məni daha çox məmnun edən və bunları mənim üçün asan edən şey isə odur ki, mən hansını seçməyimdən asılı olmayaraq onlar həmişə mənə deyirdilər ki, sən bizim nə dediyimiz və necə davrandığımız haqqında düşünməməlisən. Əgər bizim dediyimiz maraqlı səslənirsə gedib onu özün araşdır və sonra qərar verəcəksən ki, kim düz deyir. Mənim müsəlmandan qeyri müsəlmana çağırışım isə odur ki, biz bilmədiyimiz şey haqqında qorxmamalıyıq.
Düşünürəm ki, mən hər iki düşərgədə olmuşam və aşkar etmişəm ki, elə şeylər var ki, sənin onun haqqında məlumatsızsan və onun arxasındakı məlumatı öyrənməyə çox qorxursan. Mən düşünürəm ki, biz daha açıq olmalıyıq və müsəlmanlar haqqında daha çox öyrənməliyik. Mediada və başqa yerlərdə uydurulan xurafat və stereotiplərə inanmamalıyıq. Əgər hər hansı bir xurafatla rastlaşsanız o zaman gərək gedib onu müsəlmanlardan öyrənməlisiniz. Bu faktı da bilməlisiniz ki, əgər qara saçlı və qonur gözlü birini görəndə bu, o demək deyil ki, o, müsəlmandır. Çünki müsəlman olmaq, bir-birinizlə nəzakətlə danışmaq və yoldaşlarına qarşı yaxşı davranmaq deməkdir. İslamda biz bacı və qardaşlarıq və həmçinin insanlıqda da biz bacı və qardaşlarıq. Buna görə də biz bütün insanlara qarşı layiqincə davranmalıyıq.