Əgər əhli-beyt (ə) məktəbinə qarşı hücumlar bu əsrdə, xüsusilə son illərdə daha şiddətli və kəskin olmasını desəm mübaliğə etmiş olmaram. Bu hücumların əksəriyyəti məhz sələfilər və dünya malına tamah salan bəzi ardıcıllarının tərəfindən həyata keçirilir. Bu hücumlar sələfi dövləti tərəfindən maliyyələşdirilir. Onlar şiəliyi daxildən parçalamaq, insanları şəkkə salacaq çoxlu sayda şübhələr yaratmaq istəyirlər. Nəticədə cəhalət zülmətini parçalamaq üçün araşdırma aparan insanlar qarşısında maneə yaradılır! Bununla da həmin şəxs təkfirçiyə çevrilərək insanları şirkdə ittiham edir və baş kəsən cəllada çevirilir!
Şeyx Səduq “Sifatuş-şiə” kitabında, səh. 15 və 16- da belə nəql edir: “İmam Cəfər Sadiq (ə) buyurub: “Biz əhli-beyt doğru danışanlarıq. Sizin məqsədiniz dininizin təlimləri, düşmənlərinizin məqsədləri isə sizsiniz. Onların qəlbləri sizə nifrətlə doludur. Sizdən eşitdikləri hər bir şeyi təhrif edirlər. Sizin üçün şirk qondarır və sizə böhtan atırlar. Allah yanında günah qazanmaları onların cəzası üçün yetər”.
Əvvəlcədən planlaşdırmadan təsadüfən sələfi Fərrac Suheybinin video çarxı ilə rastlaşdım. İmamiyyə məzhəbində İmam Cəfər Sadiq (ə) elmi irsi barədə şübhələr yaratmağa səy edirdi.
Həmin şübhə xülasə olaraq belədir: Şiələr İmam Cəfər Sadiqdən (ə) təqribən 23 min rəvayət nəql etmişlər. Halbuki ondan nəql edən ravilər küfəlilərdir. İmam Cəfər Sadiq (ə) isə Mədinədə yaşayırdı. Bu necə ola bilər?!
Bu şübhə yeni şübhə deyil. Əvvəldə bu şübhə ilə rastlaşmışdım. Bu şübhənin həddindən artıq zəif olması ilə yanaşı onu cavablandıracam ki, möminlə onun şübhəsinin təsiri altına düşməsinlər və istədikləri vaxt cavab əllərində olsun.
Nəqzi cavab:
Kufəlilər müxtəlif əqidələrə sahib olmalarına baxmayaraq İmam Cəfər Sadqidən (ə) rəvayətlər nəql etmişlər. Əhli sünnə rical alimlərinin bir çoxu bu həqiqəti etiraf etmişlər. Aşağıda onların bəzilərindən iqtibaslar qeyd edirik:
İbn Həcər belə deyir: “Məhəmməd bin Mucib Səqəfi. Kufəli zərgər. Bağdadda yaşamışdır. Cəfər bin Məhəmməddən nəql etmişdir”. 1
Muzzi İmam Cəfər Sadiqin (ə) tərcümeyi-halı barədə danışarkən ondan nəql edən raviləri qeyd edir. Onların bəziləri Kufə sakinlərindəndir. Onlar bunlardır: Əban bin Təğlub, Hatəm bin İsmail, Həsən bin Saleh bin Həyy, Əbu Bəkr bin Əyyaşın qardaşı Həsən bin Əyyaş, Həfs bin Ğiyas, Zeyd bin Həsən Ənmati, Süfyan Sovri, Süfyan bin Üyeynə, Məhəmməd bin Məymun Zəfərani, Müaviyə bin Əmmar Dəhni və Əbu Hənifə Noman bin Sabit.
Zəhəbi deyir: “Müaviyə bin Əmmar belə nəql edir: “Cəfər bin Məhəmməddən Quran barəsində soruşdum...”. 2
Yuxarıda adları qeyd edilən ravilər kufəlilərdir. Bəziləri isə imamiyyə məzhəbinə mənsubdurlar. Bəs onlar İmam Cəfər Sadqilə (ə) necə qarşılaşıb ondan rəvayət nəql etmişlər? Halbuki onların yaşadıqları şəhər İmamın yaşadığı şəhərdən uzaq idi. Görəsən Fərrac Suheybi və onun tərəfdarları bu sualı necə cavablandıracaq?
Fərrac Suheybi və onun kimi səthi düşünənlər üçün qeyd olunan cavab yetərlidir. Lakin bu şübhəyə daha müfəssəl cavab verəcəm.
Müfəssəl cavab:
İmam Cəfər Sadiqdən (ə) nəql edən məşhur ravilərin bəziləri həmin dövrdə Hicazda məskunlaşırdılar. Bütün ravilər kufəli deyildi. Bu barədə iki nümunə qeyd edirəm:
1. İbrahim bin Məhəmməd bin Əbu Yəhya (vəfat tarixi 184 h.).
O, İmam Cəfər Sadiqdən (ə) nəql etiklərinə əsasən halal və haram barədə bir kitab yazmışdır. 3
İmamiyyə kitablarında onun İmam Cəfər Sadiqdən (ə) nəql etdiyi çoxlu sayda rəvayətlər qeyd edilmişdir. 4
2. Məhəmməd bin Müslim Taifi.
Seyid Xoyi onun tərcümeyi-halı barədə belə deyir: “Məhəmməd bin Müslim. Bu ad çoxlu rəvayətlərin sənədində qeyd edilmişdir. Həmin rəvayətlərin sayı 2074 rəvayətdir. Əbu Cəfərdən (ə) və Əbu Abdullahdan (ə) hədis nəql etmişdir... Sonra Kufə şəhərinə köçmüşdür”. 5
Bu etibarlı ravi 2246 rəvayət nəql etmişdir. O, kufəli deyil, əksinə hicaz əhalisindən idi. Tərcümeyi-halında qeyd edildiyi kimi sonradan Kufəyə köçmüşdür.
Kufə, Bəsrə, Bağdad və başqa şəhərlərin sakinləri Mədinəyə səfər edərdilər və İmamla (ə) görüşərdilər. Bundan başqa həcc mövsümünü fürsət olaraq istifadə edər Məkkədə və Mədinə ziyarətində İmamla (ə) görüşərdilər. Hədis və rəvayətlər kitablarında bu barədə çoxlu sayda məlumatlar vardır. Həmin rəvayətlərdən bəziləri səhih və mötəbərdir. Məqalənin tələbinə uyğun olaraq bəzi rəvayətləri ixtisarla aşağıda qeyd edirik. Burada məqsədimiz ravilərin İmam Cəfər Sadqilə (ə) necə əlaqə yaratmaları və onunla birlikdə olmalarını bəyan etməkdir:
Kuleyni Hişam bin Həkəmdən belə nəql etmişdir: “Əbu Abdullahdan (ə) Mina çöllüyündə kəlam barədə min məsələ soruşdum...” 6
Əli Sami “Nəşətul-fikril-fəlsəfi fil-islam” kitabında Hişam barəsində belə deyir: “O, Mədinəyə gəlib gedərdi. Bir müddət İmam Cəfər Sadiqin (ə) yanında yaşamışdır”. 7
Hişam bin Salim belə nəql edir: “Mədinədə Bəni Məxzum tayfasından olan bir nəfərlə imamət barədə söhbət etdim. O, mənə dedi: “Bu gün imam kimdir?” Mən dedim: “Cəfər bin Məhəmməd”...
Hişam bin Salim kufəli olan ravilərdəndir. Seyid Xoyi belə deyir: “Hişam bin Salimin adı çoxlu rəvayətlərin sənədlərində qeyd edilmişdir. Həmin rəvayətlərin sayı 663 rəvayətdir”. 8
İbn Babaveyh Qummi belə nəql edir: “Yezid bin Səlit Zeydi belə nəql edir: “Məkkə yolunda Əbu Abdullahla (ə) qarşılaşdıq. Biz bir dəsdə adam idik. Mən ona dedim...” 9
Kuleyni yazır: “Yəhya bin Yəsar belə nəql edir: “Həcc ziyarətini etdik və Əbu Abdullah (ə)-ın yanına gəldik. Belə dedi: “Allahın evinə həccə gələnlər! Peyğəmbərinin (s) qəbrinin zəvvarları! Ali Muhəmmədin şiələri! Xoş olsun sizin halınıza!” 10
Səduq belə nəql edir: “Əbu Ubeydə Hiza belə nəql edir: “Mən Məkkə ilə Mədinə arasında ikən Əbu Abdullah (ə) mənimlə rastlaşdı...” 11
Usul əl-Kafi kitabında deyilir: “Əli bin Mənsur belə nəql edir: “Hişam bin Həkəm mənə belə dedi: “Misirdə bir zindiq (dinsiz) vardı. Ona Əbu Abdullah (ə) barədə xəbərlər çatmışdı. İmamla elmi mübahisə aparmaq üçün Mədinəyə gəlmiş və orada imamı tapmamışdır. Ona imamın Məkkəyə getdiyi deyilmişdi. O da Məkkəyə gəlmişdir. Biz Əbu Abdullah ilə birlikdə idik. Biz Əbu Abdullahla (ə) birlikdə tavafda olarkən o, bizimlə rastlaşdı...” 12
Şeyx Tusi belə deyir: “Həssan Cəmmal 13 belə nəql edir: “Əbu Abdullahı (ə) Mədinədən Məkkəyə apardım. Məscidul-ğədirə çatdıqda məscidin sol tərəfinə baxaraq belə dedi: “Bax ora Rəsulullahın (s) “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” sözlərini söyləyərək dayandığı yerdir”. 14
Hişam bin Salimdən belə nəql olunur: “Mən və Sahibi-Taq Əbu Abdullahın (ə) vəfatından sonra Mədinədə idik...” 15
Abdullah bin Vəlid Kindi belə nəql edir: “Mərvanın zamanında Əbu Abdullahın (ə) yanına gəldik. Bizə belə dedi: “Siz kimsiniz?” Biz dedik: “Kufə əhlindənik”. (İmam) belə dedi: “Kufə əhlindən daha çox bizi sevən başqa bir şəhər yoxdur...”. 16
Kamiluz-ziyarat kitabında yazılıb: “Abdullah bin Bukeyr belə nəql edir: “Əbu Abdullahla (ə) birlikdə həcc ziyarəti etdik...”. 17
Cəfər bin İsa belə nəql edir: “Əbu Abdullah (ə) Məkkəyə gəldi və məndən Abdullah bin Əyun barəsində soruşdu...”. 18
Səduq ət-Tovhid kitabında belə yazır: “Fəth bin Yezid Curcani belə nəql edir: “Məkkədən ayrılıb Xorasana gedərkən onunla (ə) yolda rastlaşdıq...” 19
Kuleyni əl-Kafi kitabında belə yazır: “Əbu Həmzə Somali belə nəql edir: “Əbu Abdullahla (ə) Məkkə Mədinə arasındakı yolda idik...” 20
Səid bin Əmr Cofi belə nəql edir: “Məkkəyə getdim. İnsanlar içərisində vəziyyət baxımından ən pis olan mən idim. Vəziyyətimdən Əbu Abdullaha (ə) şikayət etdim...” 21
Huzeyfə bin Mənsur belə nəql edir: “Əbu Abdullah (ə) Məkkəyə yola düşərkən onunla yol yoldaşı oldum...” 22
Əban bin Təğlub belə nəql edir: “Əbu Abdullahla (ə) birlikdə yola çıxdım. Biz Məkkə ilə Mədinə arasında olanda belə dedi: “Sizə gəlincə, gəncsiniz təxirə salırsınız. Mən isə qocayam və önə keçirirəm. O, gecə namazını gecənin əvvəlində qılardı”. 23
Əbu Ubeydə Hiza belə nəql edir: “Əbu Abdullahın (ə) belə dediyini eşitdim: “Kim bir məscid inşa edərsə, Allah-təala ona Cənnətdə bir ev inşa edər”. Əbu Ubeydə belə nəql edir: “Məkkə yolunun üstündə Əbu Abdullah (ə) mənimlə rastlaşdı. Mən orada daşlardan bir məscid düzəltmişdim. Ona belə dedim: “Fəda olum sənə! Bu məscidin də həmin məscidlərdən omasını arzulayıram”. (İmam) dedi: “Bəli (bu da həmin məscidlərdəndir)”. 24
Şeyx Səduq Abdullah bin Səbayədən belə nəql edir: “Yeddi nəfər yola düşüb Mədinəyə gəldik. Birlikdə Əbu Abdullahın (ə) yanına gəldik...”
Kəşşi belə deyir: “Kufə məscidində bizim səhabələrimizdən olan Kufə əhlindən çoxlu insanlar vardı. Onların hər biri Əbu Abdullahdan (ə) nəql edirdi. Bəziləri onun adını çəkir bəziləri isə künyəsini qeyd edirdi”. 25
Hüseyn bin Əli bin Ziyad Vəşa belə nəql edir: “Mən bu məsciddə - Kufə məscidində - doqquz yüz şeyxə rast gəldim. Onların hər biri deyirdi: “Cəfər bin Muhəmməd mənə belə söylədi”. 26
Kəşşi belə nəql edir: “Abdullah bin Bukeyr Məhəmməd bin Nomandan belə nəql edir... Əbu Abdullah (ə) Kufəyə gəlmişdi. O, Əbu Cəfər Mənsurun yanında idi. Mən Əbu Abdullahın (ə) yanına gəldim...” 27
Cəfər bin Mhəmməd Qovləveyh Kamiluz-ziyarat kitabında belə nəql edir: “Musa bin Qasim Həzrəmi belə nəql edir: “Əbu Abdullah (ə) Əbu Cəfərin xəlifəliyinin ilk vaxtında (İraqa) gəldi və Nəcəfdə qaldı...” 28
Əban bin Təğlub belə nəql edir: “Əbu Abdullahla (ə) birlikdə idim. Kufənin kənarından (Nəcəfdən) keçdikdə orada dayanıb iki rükət namaz qıldı...” 29
Səfvan Cəmmal belə nəql edir: “Əbu Abdullahı (ə) ikinci dəfə Kufyə apardım. Əbu Cəfər Mənsur orada idi...” 30
Həfs belə nəql edir: “Əbu Abdullahı (ə) Kufə bostanlarında gördüm. Bir xurma ağacının yanına gəlib dəstəmaz alıb orada namaz qıldı”. 31
Mufəzzəl bin Ömər belə nəql edir: “Əbu Abdullah (ə) Kufədə Əbulabbasın yanıa gəldiyi vaxt mən onun yanında idim. Kənasəyə gəlbi çatdıqda belə dedi: “Bax burada əmim Zeyd – Allah ona rəhm eləsin – çarmıxa çəkilmişdi”. 32
Kufəlilər İmamla məktublaşır, bəzən isə hökmünü bilmədikləri məsələləri yazıb ondan soruşardılar.
Kəşşi belə yazır: “Kufə əhlindən bir neçəsi İmam Sadiqə (ə) yazaraq ondan belə soruşdular...” 33
Bu cavabı insaflı olan hər bir kəsə təqdim edirəm ki, bəzi telekanallarda tərviz olunan şübhələrə aldanmasınlar. Allah-təaladan mədəd deiləyirik. Həqiqətən də O, ən xeyirli yardımçı və kömək edəndir!
1. Lisanul-mizan, c. 7, səh. 374
2. Siyəru əlamin-nubəla, c. 6, səh. 260
3. Fihrəsti əsmai musənnifi şiə, səh. 14, 15
4. Mucəmi ricalil-hədis, c. 1, səh. 182, 183
5. Mucəmi ricali şiə, c. 18, səh. 261, 262
6. Əl-Kafi, c. 1, səh. 262
7. Nəşətul-fikril-fəlsəfi fil-islam, c. 2, səh. 169
8. Mucəmi ricalil-hədis, c. 20, səh.329
9. Əl-İmamə vət-Təbsirə, səh. 77, 78
10. Əl-Kafi, c. 4, səh. 549
11. Mən la yəhzuruhul-fəqih, c. 1, səh. 235
12. Əl-Kafi, c. 1, səh. 400, 441
13. Həssan kərvanbaşı idi. Onun çoxlu dəvələri vardı
14. Şeyx Tusi, Təhzibul-əhkam, c. 3, əsh. 263
15. Əl-Kafi, c. 1, səh. 351
16. Əl-Kafi, c. 8, səh. 81
17. Kamiluz-ziyarat, səh. 206
18. Təhzibul-əhkam, c. 3, səh. 202
19. Şeyx Səduq, ət-Tovhid, səh. 61
20. Əl-Kafi, c. 6, səh. 553
21. Əl-Kafi, c. 5, səh. 138
22. Əl-Kafi, c. 4, səh. 287
23. Əl-Kafi, c. 3, səh. 440
24. Əl-Kafi, c. 3, səh. 368
25. İxtiyaru mərifətir-rical, c. 2, səh. 745
26. Nəcaşi, “əl-Fihrist”, səh. 40
27. İxtiyaru mərifətir-rical, c. 2, səh. 572, 573
28. Kamiluz-ziyarat, c. 1, səh. 282
29. Əl-Kafi, c. 4, səh. 572
30. Əl-Kafi, c. 4, səh. 455
31. Əl-Kafi, c. 8, səh. 143
32. Əl-Kafi, c. 8, səh. 279, 280
33. İxtiyaru mərifətir-rical, c. 2, səh. 619