»»

“İfk” ayələri – Nur surəsinin 11-12-ci ayələri - Mariya, yoxsa Aişə barəsində nazil olub?

"İfk" ayələri:

Allah-taala Nur surəsinin 11 və 12-ci ayələrində buyurur:

“Həqiqətən, yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir. Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir! Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!”– demədilər?”.

Ayələrin mənası:

1. “Həqiqətən, yalan xəbər gətirənlər...” (innəlləzinə cəu bil-ifki): bu cümlənin zahirindən belə başa düşülür ki, yalan xəbəri uyduran fail bir nəfər deyil, bir qrup şəxsdir. Əlbəttə, bu yalan xəbəri uyduranın bir nəfər olduğu da deyilə bilər. Belə ki, bir nəfərin bu yalanı uydurub ortaya atması, ardınca da bir qrup şəxsin bu yalanı yayması mümkündür. Belə olduqda, onların hamısı bu işdə şərik sayılar və sanki yalan xəbəri hamılıqla gətirmiş kimi olarlar. Bəlkə də məhz buna görə ayədə “iftəalu” (qondaranlar) feili deyil, “cəu” (gətirənlər) feili işlənmişdir. Yəni, bir nəfər qondarmış, qalanları isə yayıb gətirmişlər.

“Yalan xəbər” (əl-ifk): “ifk” yalan deməkdir. Bununla Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) xanımlarından birinin zina ilə – Allaha pənah – ittiham olunması nəzərdə tutulur. Ayədə ona görə “ittiham” (qəzf) ifadəsi deyil, “yalan” (ifk) ifadəsi işlənib ki, ittiham bəzən doğru, bəzən isə yalan ola bilər. Yalan ittiham üçün “ifk” sözü işlədilir.

2. “...sizdən olan bir zümrədir” (usbətun minkum): “usbə”, dəstə, camaat, qrup və zümrə deməkdir. Bəziləri “usbə”-nin üç ilə on arası nəfərdən, bəziləri on ilə qırx arası nəfərdən, bəziləri də daha fərqli rəqəmlərdən ibarət olduğunu demişlər.

“Sizdən olan” (minkum): yəni, kafir ərəblərdən və s.-dən deyil, məhz Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) səhabələrindən olan. Çünki, ayədəki xitab məhz onlara ünvanlanıb. Bu onu göstərir ki, bəzi səhabələr böyük günahlara mürtəkib olmuşlar. Bu da öz növbəsində ona dəlalət edir ki, Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) görüb ona iman gətirən və bu imanla ölən hər şəxs adil və saleh deyildir. Çünki, ədalət böyük günahlara mürtəkib olmaqla aradan gedir və yalnız tövbə edildiyi zaman geri qayıdır.

3. “Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir”: şübhəsiz ki, namuslu mömin qadınlara zina ittihamı vurmaq ən böyük günahlardan biridir. Allah-taala bu barədə belə buyurur: “Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir” (Nur surəsi, 23-cü ayə). Elə isə düşünün, ittiham olunan qadın Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) xanımlarından biri olsa, necə olar. Şübhəsiz ki, günah ikiyə qatlanar; çünki, kişinin arvadını zinada ittiham etmək kişiyə əzab və əziyyət verir, üstəlik bu iş öz-özlüyündə də çirkin bir işdir; buna əsasən, bu iş Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) də narahat edib incitmişdir. Deməli bu işin günahı iki qat ağır olmalıdır, çünki Allah-taala Peyğəmbəri incidənlərə lənət və əzab vədi vermişdir: “Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab hazırlamışdır!” (Əhzab surəsi, 57-ci ayə).

Bu böhtan onu uyduranlar üçün şər olsa da, Quranın dediyi kimi, başqaları üçün bir xeyirdir. Bəlkə də bu işin xeyiri ondadır ki, bu hadisə ilə iftiraya məruz qalmış Peyğəmbər xanımının paklığı ortaya çıxmış, habelə bütün səhabələrin ədalətli olması iddiasının batilliyi aşkar olmuşdu.

4. “O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır”: yəni, yalan xəbər gətirən, onu yayıb rəvac verən hər bir şəxsin gördüyü işə (yalanı uydurmaq, onu yaymaq və s.) uyğun günahı və cəzası vardır. Bu ona dəlalət edir ki, hətta Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) səhabəsi olsa belə, Allah heç bir günahkar şəxsə Cəhənnəm odundan amanda qalmaq zəmanəti verməmişdir, habelə, savab və cəza qaydaları ümumi olub heç bir fərq olmadan bütün insanlara eyni dərəcədə şamil olur.

5. “Onlardan günahın böyüyünü öz üstünə götürəni isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir”: yəni, bu iftiranı qondarmaqda və ya yaymaqda böyük rol oynayan şəxsi çox böyük bir əzab gözləyir. Ayədəki “çox böyük bir əzab” (azəbun azim) ifadəsi Qurani-Kərimdə tez-tez işlədilir və onunla adətən axirətin şiddətli əzabı nəzərdə tutulur.

6. “Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!”– demədilər?”: ayədəki “nə üçün” (ləu lə) sözü tənbeh və məzəmmət xarakteri daşıyır. Bununla qarşı tərəfi danlamaq, yaxud sözü gedən işi görməməsinə görə peşman olması lazım gəldiyini ona hiss etdirmək istənilir.

Həmçinin, bu ayə bir kəs barəsində ittiham eşitdiyi zaman möminin necə davranması gərəkdiyini açıqlayır. Ayəyə əsasən, belə bir vəziyyətdə mömin iki iş görməlidir. Bunlardan biri qəlbə, digəri isə əmələ aiddir:

Qəlbə aid olana gəlincə: mömin şəxs ittihama uğrayan mömin kişi və qadınlara qarşı hüsnü-zənn etməli, onlar barəsində yaxşı şey düşünməli, onlarla bağlı deyilən pis və əxlaqsız işləri təsdiq etməməli və onların pak olduqlarını düşünüb baş verənləri ən yaxşı yerə yozmalıdır;

Əmələ aid olana gəlincə: atılan ittihamı dili ilə inkar etməli və onu rədd edib təkzib etməlidir.

Burada bir neçə məsələyə diqqət çəkmək istəyirik:

1. Mömin və möminələri zinada ittiham etmək ən böyük günahlardandır. Allah bu günah üçün böyük bir əzab vəd etmişdir. İnsan belə bir iş görməkdən ciddi şəkildə çəkinməlidir. Bu, ittiham olunan şəxsə əzab vermək, özünü isə şiddətli axirət əzabına və ilahi lənətə düçar etməkdir.

2. İttihamı yayan, onun camaat arasında məşhur edən və ümumiyyətlə, bu işə daxil olan hər bir kəs ittihamı qondaran adamın çirkin işində onunla şərikdir. Onların arasında ən böyük günah və lənət qazanan isə, əlbəttə ki, ittihamı ilk ortaya çıxaran şəxsdir.

3. Hər hansı bir mömin kişi və ya qadın barəsində ittiham eşidən mömin ittiham olunan şəxs barəsində hüsnü-zənn etməli, ittihamı təkzib edib rədd etməlidir.

4. Mömin gözünün gördüyü, qulağının eşitdiyi şeyləri camaat arasında yaya bilməz. Muhəmməd ibn Humranın İmam Sadiq (əleyhissəlam)-dan nəql etdiyi səhih bir hədisdə deyilir ki:

من قال في أخيه المؤمن ما رأته عيناه، وسمعته أذناه، فهو من الذين قال الله عز وجل: (إِنَّ الَّذِينَ يُحِبُّونَ أَنْ تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ في الدنيا والآخرة).

“Kim mömin qardaşı barədə gözünün gördüyü və qulağının eşitdiyi bir şeyi danışarsa, o şəxs “Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab var¬¬dır. Allah bilir, siz isə bilmirsiniz” (Nur surəsi, 19-cu ayə) ayəsində bildirilən şəxslərdən olar”. (“Əmalis-Səduq”: səh.276, “Əl-Kafi”: 2/357).

5. Əgər mömin öz gözünün görüb qulağının eşitdiyi şeyi danışa bilməzsə, onda doğru olub-olmadığı bilinməyən şayiələri necə danışa bilər?! Əgər mömin şəxs danışılan şayiəni yayıb ona rəvac versə, onda möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyən şəxslərdən sayılar.

6. Çox təəssüflər olsun ki, bir çox şəxslər heç bir dəlil-sübut olmadan camaatın namusu barədə çox rahat şəkildə danışa bilirlər. Belə şəxslər dəlil olmayan şeyi dəlil sayır, yalan ola biləcək faktı dəlil hesab edirlər. Bütün bunlar dini baxımdan qadağan olan işlərdir. Mömin olan şəxs belə işlərdən uzaq durmalıdır.

7. Ən yaxşısı odur ki, mömin şəxs bildiyini danışmasın. Çünki, zatən bildiyini danışmaq ona vacib deyildir. Hətta, əksinə, bəzən gözü ilə gördüyünü danışan şəxs şəriət nəzərində “ittihamçı” (qazif) sayıla bilər. Məsələn, əgər bir şəxs bir kişi ilə bir qadını zina edən yerdə görsə, lakin yanında əlavə 3 şahid olmasa, sonra gəlib bunu xəbər versə, onda həmin şəxs doğru desə belə, Allah yanında ittihamçı sayılar. Buna əsasən, ittihamçı, doğruçu olsa belə, istənilən halda zərər görəndir.

Şeyx Səduq (Allah ona rəhmət etsin) “Mən la yəhduruhul-fəqih” kitabında (2/399) belə nəql etmişdir:

قال أمير المؤمنين (عليه السلام) في وصيته لابنه محمد بن الحنفية: يا بني لا تقل ما لا تعلم، بل لا تقل كل ما تعلم.

“Əmirəlmöminin (əleyhissəlam) oğlu Muhəmməd ibn əl-Hənəfiyyəyə etdiyi vəsiyyətində demişdir: Ey oğlum, bilmədiyini demə, hər bildiyini də demə”.

“İfk” ayələri hansı səbəblə nazil olub?

İfk ayələri bir qrup səhabənin bir qadını zinada ittiham etdiklərini bildirir. Bütün müsəlmanlar bu qadının həzrət Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) xanımlarından biri olduğunu demişlər. Lakin, onlar bu xanımın kimliyi barəsində ixtilaf etmişlər.

Birinci nəzər

Əhli-sünnə məzhəbi nəzərində məşhur olan fikirə əsasən, zina ittihamı yaxılan qadın Əbu Bəkr qızı Aişədir. Bir qrup əhli-sünnə alimi buna əsaslanaraq bildirmişlər ki, kim Aişənin namusu ilə bağlı nalayiq söz desə və ya onu zinada ittiham etsə, ifk ayələrini inkar etmişdir; kim də Quranın hansısa bir ayəsini inkar edərsə, kafirdir.

İbn Həzm “əl-Mühəlla” əsərində öz sənədi ilə Malik ibn Ənəsdən belə nəql etmişdir:

من سبَّ أبا بكر وعمر جُلد، ومن سبَّ عائشة قُتل. قيل له: لم يقتل في عائشة؟ قال: لأن الله تعالى يقول في عائشة (رضي الله عنها): (يعظكم الله أن تعودوا لمثله أبداً إن كنتم مؤمنين). قال مالك: فمن رماها فقد خالف القرآن، ومن خالف القرآن قتل.

“Kim Əbu Bəkr və Öməri söysə, şallaqlanar. Kim Aişəni söysə, öldürülər. Ona “Aişəni söyən şəxs nə üçün öldürülər?”, - sualı verilincə, belə demişdir: “Çünki, Allah-taala Aişə barəsində “Əgər möminsiznisə, (bilin ki) Allah sizə bir daha belə işlər görməməyi nəsihət edir” deyir. Kim onu (zina və ya əxlaqsız bir işdə) ittiham etsə, Quranı inkar etmiş olar, kim Quranı inkar etmiş olsa, öldürülər.”

Bunun ardınca İbn Həzm demişdir:

قول مالك ههنا صحيح، وهي ردة تامة، وتكذيب لله تعالى في قطعه ببراءتها، وكذلك القول في سائر أمهات المؤمنين ولا فرق؛ لأن الله تعالى يقول: (وَالطَّيِّبَاتُ لِلطَّيِّبِينَ وَالطَّيِّبُونَ لِلطَّيِّبَاتِ أُولَئِكَ مُبَرَّأُونَ مِمَّا يَقُولُونَ) [النور: 26]، فكلهن مبرءات من قول إفك

“Malikin bu sözü doğrudur. Bu iş açıq-aşkar inkar etmək (və ya: dindən dönmək) və Allahın Aişənin paklığını qəti şəkildə sübuta yetirməsini təkzib etməkdir. Bu məsələ digər Peyğəmbər xanımları üçün də keçərlidir. Çünki, Allah-taala onlar barəsində “Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar onların (münafiq və fasiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar”, - deyə buyurur (Nur surəsi, 26-cı ayə). Buna əsasən, onların hamısı çirkin iddiadan uzaqdırlar.”

Ayələrin Aişə barəsində nazil olmasının dəlili

Bu mövzuda ən əsas dəlil Buxari və Müslimin öz “Səhih” adlı kitablarında Aişənin özündən nəql etdikləri bir hədisdir. Həmin hədisdə deyilir ki, Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alihi və səlləm) hərbi yürüşlərdən birinə gedirmiş. Bu zaman xanımları arasında püşk atır və püşk Aişəyə düşür. Bundan sonra Peyğəmbər onu özü ilə aparır. Yürüş bitdikdən sonra geri dönərkən Mədinə yaxınlığında mənzil salmalı olurlar. Bu vaxt Aişə öz boyunbağısını itirir. Bu səbəbdən də boyunbağısını axtarmaq üçün gedir. Lakin bu əsnada karvan tərpənir və müsəlmanlar Aişənin öz kəcavəsində olduğunu zənn edib yola düşürlər. Aişə geri qayıtdıqda karvanın getdiyini görür və olduğu yerdə əyləşib gözləməyə başlayır. Həmin vaxt qoşunun arxasında qalan Səfvan ibn əl-Müəttəl əs-Süləmi adlı səhabə dəvəsi ilə birgə oradan keçir. Səfvan Aişənin qoşun karvanından ayrı düşdüyünü görərək onu öz miniyinə mindirir və özü miniyin önündə gedərək Mədinəyə gəlirlər. Bu vaxt münafiqlər Aişə barədə iftira yaymağa başlayırlar. Bu işdə ən böyük rolu münafiqlərin başçısı Abdullah ibn Übey ibn Səlul alır.

Bu dediyimiz uzun və müfəssəl bir rəvayətin xülasəsi idi. Rəvayətin sonunda deyilir ki, Allah ifk ayələrini nazil edərək Aişəni ona atılan iftiradan təmizə çıxarır.

Bu hədislə bağlı bəzi mülahizələr

Aişənin özündən nəql olunan bu rəvayətlə bağlı həm sənəd, həm də mətn yönündən bir neçə məsələni qeyd etmək istərdik:

Rəvayətin sənədi ilə bağlı mülahizələr:

1. Bu rəvayəti İbn Şihab əz-Zuhri yığıb bir araya toplamışdır. Yəni, Aişə bütün bu uzun əhvalatı bir rəvayətdə nəql etməmişdir. Əksinə, bir nəfər ondan bu hadisənin bir hissəsini, başqası başqa bir hissəsini, bir başqası da başqa bir hissəsini nəql etmişdir. Nəticədə İbn Şihab əz-Zuhri bu rəvayəti dörd ravinin (nəql edənin) dediklərindən bir araya toplayıb ortaya bu rəvayəti çıxarmışdır.

Buxari yazır:

عن ابن شهاب الزهري، عن عروة بن الزبير، وسعيد بن المسيب، وعلقمة بن وقاص الليثي، وعبيد الله بن عبد الله بن عتبة، عن عائشة (رضي الله عنها) زوج النبي (صلى الله عليه وسلم) حين قال لها أهل الإفك ما قالوا، فبرأها الله منه، قال الزهري: وكلهم حدثني طائفة من حديثها، وبعضهم أوعى من بعض وأثبت له اقتصاصاً [أي أحفظ وأحسن إيراداً وسرداً للحديث]، وقد وعيت عن كل واحد منهم الحديث الذي حدثني عن عائشة، وبعض حديثهم يصدِّق بعضاً، زعموا أن عائشة قالت...

İbn Şihab Ürvə ibn Zübeyrdən, Səid ibn əl-Müseyyibdən, Əlqəmə ibn Vəqqas əl-Leysidən və Übeydullah ibn Abdullah ibn Ütbədən, onlar da Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) xanımı Aişədən iftira əhlinin hadisəsini nəql etmişlər.

Zuhri deyir ki: “Bu dörd nəfərin hər biri hadisənin bir hissəsini mənə nəql etdi. Onların bəziləri bəzilərindən daha yaddaşlı və daha dəqiqdirlər. Mən onların Aişədən nəql etdikləri hədisi diqqətlə dinləmişəm. Onların dediklərini bir-birlərini təsdiqləyir. Onlar iddia edirdilər ki.... (əhvalat).”

Əl-Əyni “Ümdətül-qari” kitabında bu fakta işarə edərək nəql olunan əhvalatın Zuhri tərəfindən düzülüb-nizamlanmasının bir problem olmadığını bildirmiş, bu fikrini Zuhrinin hadisəni siqə (etibarlı) şəxslərdən nəql etməsi ilə əsaslandırmışdır. Halbuki, Zuhri “bəlağat” və “idracat”la məşhur olan birisidir. Bu, istənilən halda rəvayət üçün nöqsanlı hal sayılır.

2. Bu rəvayət yalnızca Aişədən nəql olunmuşdur. Bu, çox qəribədir. Çünki, adətən zinada ittiham olunan qadın belə bir hadisəni yayıb danışmaz, əksinə, hadisəni ondan qeyriləri nəql edərlər. Halbuki, biz burada bunun əksini görürük. Habelə, bu iftira hadisəsi ilə bağlı 10 ayə nazil olmuş, Aişənin nəql etdiyinə görə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) minbərə çıxıb bu barədə xütbə etmiş, müsəlmanlar bu münasibətlə toplanıb bir araya gəlmiş, Əvs və Xəzrəc qəbilələri arasında çaxnaşma yaranmış və üç nəfər səhabə “qəzf” (ittiham) cəzasına məruz qalaraq şallaqlanmış, bütün bunlarla yanaşı, bu mühüm hadisəni təkcə Aişə nəql etmişdir. Halbuki, bundan daha az önəmli məsələləri bir neçə səhabə nəql etmişdir.

Bu rəvayətin səhihliyinə əlavə şahid ola biləcək başqa rəvayətlər olsa da, o rəvayətlər də Aişədən nəql olunmuşdur.

Həmin rəvayətlərdən biri Buxarinin öz sənədi ilə Yusif ibn Mahikdən nəql etdiyi aşağıdakı rəvayətdir:

كان مروان على الحجاز، استعمله معاوية، فخطب، فجعل يذكر يزيد بن معاوية، لكي يبايَعَ له بعد أبيه، فقال له عبد الرحمن بن أبي بكر شيئاً، فقال: خذوه، فدخل بيت عائشة، فلم يقدروا، فقال مروان: إن هذا الذي أنزل الله فيه: (وَالَّذِي قَالَ لِوَالِدَيْهِ أُفٍّ لَكُمَا أَتَعِدَانِنِي) [الأحقاف: 17]، فقالت عائشة من وراء الحجاب: ما أنزل الله فينا شيئاً من القرآن إلا أن الله أنزل عذري

“Mərvan Hicazın valisi idi. Onu bu vəzifəyə Müaviyə təyin etmişdi. O, xütbə edib atasından sonra ona beyət edilsin deyə Yezid ibn Müaviyədən danışmağa başladı. Əbdür-Rəhman ibn Əbu Bəkr ona bir söz dedi, Mərvan “tutun onu!”, - deyə əmr etdi. Əbdür-Rəhman (bacısı) Aişənin evinə daxil oldu, buna görə də məmurlar bir şey edə bilmədilər. Bu zaman Mərvan dedi: “Bu (Əbdür-Rəhman) o adamdır ki, Allah onun barəsində “Bəziləri də öz ata-anasına “tfu sizə! Mənə (öldükdən sonra diriləcəyimi) vəd verirsiniz?!”, - deyər” (Əhqaf surəsi, 17-ci ayə) ayəsini nazil etmişdir.” Bu vaxt Aişə örtüyün arxasından dedi: “Allah Quranda bizim barəmizdə mənim bəraətimi bildirən ayədən başqa heç bir şey nazil etməyib.”

Bu rəvayət Aişənin özündən nəql olunmasından əlavə, əhli-sünnənin inandığı başqa bir şeyi də inkar edir. Belə ki, rəvayət Əbu Bəkr barəsində Quranda ayələrin, xüsusən də “mağara ayəsi”nin nazil olması fikrini inkar edir. Çünki, rəvayətdə Aişənin “Allah Quranda bizim barəmizdə mənim bəraətimi bildirən ayədən başqa heç bir şey nazil etməyib”, - dediyi bildirilir, bu isə o deməkdir ki, Quranda Əbu Bəkr və ailəsi ilə bağlı təkcə Nur surəsinin sözü gedən ayələri nazil olub. Aişə bu sözü Müaviyənin hakimiyyətinin axır illərində demişdir.

Digər bir rəvayət Təbəraninin öz sənədi ilə Aişədən nəql etdiyi bu rəvayətdir:

قالت: لما بلغني ما تكلموا به هممت أن آتي قليباً فأطرحَ نفسي فيه.

“Camaatın danışdığı sözlər mənə çatdıqda, bir quyunun başına gəlib özümü quyuya atmaq istədim”.

Bu rəvayət ifk hədisində Aişədən nəql olunan digər sözlə ziddiyyət təşkil edir. İfk hədisində deyilir ki, camaatın danışdığı iftira Aişəyə çatdıqda, Aişə belə demişdi:

والله ما أجد لي ولكم مثلاً إلا أبا يوسف إذ قال: (فَصَبْرٌ جَمِيلٌ وَاللَّهُ الْمُسْتَعَانُ عَلَى مَا تَصِفُونَ) [يوسف: 18]، ثم تحولتُ إلى فراشي، وأنا أرجو أن يبرئنيَ الله

“Allaha and olsun, özüm və sizin üçün yalnız Yusifin atasını nümunə hesab edirəm. O(na) da (pis xəbər çatınca) “Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”, - demişdi. (Yusif surəsi, 18-ci ayə) Sonra Allahın məni təmizə çıxaracağına ümid edər halda öz yatağıma getdim”.

Bu rəvayətdə isə Aişənin ittiham səbəbindən özünü öldürmək istədiyi deyilir. Bu, olduqca qəribə bir işdir. Bu hadisə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) intihar etmək istəməsi ilə bağlı “Səhihül-Buxari” kitabında nəql olunan rəvayətə bənzəyir. Həmin rəvayətdə deyilir ki, hər dəfə vəhy gecikdikdə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) uca bir dağın başına çıxıb özünü yerə atmaq istəyirmiş, lakin hər dəfə Cəbrail (əleyhissəlam) gözünə görünərək, “ey Muhəmməd, sən həqiqətən də Allahın elçisisən”, - deyirmiş!

Bəli, Buxari öz “Səhih” kitabında Aişənin anası Ümmü-Rumanda da bir rəvayət nəql etmişdir. Həmin rəvayətdə Məsruq deyir ki:

سألت أم رُوْمان وهي أم عائشة عما قيل فيها ما قيل، قالت: بينما أنا مع عائشة جالستان إذ ولجت علينا امرأة من الأنصار وهي تقول: فعل الله بفلان وفعل، قالت: فقلت: لم؟ قالت: إنه نما ذكرَ الحديث، فقالت عائشة: أي حديث؟ فأخبرتها. قالت: فسمعه أبو بكر ورسول الله (صلى الله عليه وسلم) ؟ قالت: نعم. فخرت مغشيا عليها، فما أفاقت إلا وعليها حمى بنافض، فجاء النبي (صلى الله عليه وسلم) ، فقال: ما لهذه؟ قلت: حمى أخذتها من أجل حديث تحدث به، فقعدتْ، فقالت: والله لئن حلفت لا تصدقونني، ولئن اعتذرت لا تعذرونني، فمثلي ومثلكم كمثل يعقوبَ وبنيه، فالله المستعان على ما تصفون. فانصرف النبي (صلى الله عليه وسلم) ، فأنزل الله ما أنزل، فأخبرها فقالت: بحمد الله لا بحمد أحد

“Aişənin anası Ümmü-Rumana Aişənin hadisəsi barəsində sual verdim, belə dedi:

Mən Aişə ilə birgə oturduğum vaxt ənsardan olan bir qadın “Allah filankəsi belə-belə etsin!”, - deyə-deyə bizim yanımıza gəldi. Mən dedim:

– Nə üçün?.

Dedi:

– O, söz-söhbət yayıb.

Aişə dedi:

– Hansı söz-söhbəti?.

Qadın hadisəni danışdı.

Aişə dedi:

– Bunu Əbu Bəkr və Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) eşidib?. Qadın dedi:

– Bəli.

Bu zaman Aişə huşunu itirib yerə yıxıldı. Özünə gəldikdə titrəmə və qızma içində idi. Bu vaxt Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) gəlib dedi:

– Buna nə olub?.

Mən dedim:

– Danışılan bir söhbətə görə onu qızdırma tutub.

Bu vaxt Aişə qalxıb oturdu və dedi:

– Allaha and olsun, əgər and içsəm, mənə inanmayacaqsınız, əgər üzr gətirsəm, mənim üzrümü qəbul etməyəcəksiniz. Mənim və sizin məsələniz Yaqub və övladlarının məsəli kimidir. Dediklərinizdən ötrü yalnız Allahdan kömək diləmək lazımdır.

Bundan sonra Peyğəmbər çıxıb getdi. Sonra Allaha məlum ayələrini endirdi. Peyğəmbər bu ayələri Aişəyə xəbər verdikdə Aişə belə dedi: “Heç kəsə yox, Allaha şükürlər olsun!”.

Xətib əl-Bağdadi “Kitabul-mərasil” kitabında belə demişdir:

أخرج البخاري عن مسروق عن أم رومان (رضي الله عنها) وهي أم عائشة طرفاً من حديث الإفك، وهو وهم، لم يسمع مسروق من أم رومان (رضي الله عنها)؛ لأنها توفيت في عهد النبي(صلى الله عليه وسلم) ، وكان لمسروق حين توفيت ست سنين، قال: وخفيت هذه العلة على البخاري، وأظن مسلماً فطن لهذه العلة، فلم يخرجه له، ولو صحَّ هذا لكان مسروق صحابيًّا، لا مانع له من السماع من النبي (صلى الله عليه وسلم) ، والظاهر أنه مرسل... وقال ابن عبد البر: رواية مسروق عن أم رومان مرسلة، وتبعه القاضي عياض، وتبعهما جماعة من المتأخرين.

“Buxari Məsruq yolu ilə Aişənin anası Ümmü-Rumandan ifk hadisəsinin bir hissəsini nəql etmişdir. Lakin, bu, xətadır. Çünki, Məsruq Ümmü-Rumandan şəxsən hədis eşitməmişdir. Çünki, Ümmü-Ruman Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) zamanında vəfat etmiş və o zaman Məsruqun 6 yaşı olmuşdur. Hədisdəki bu nöqsan Buxarinin nəzərindən qaçmışdır. Düşünürəm ki, Müslim bu nöqsanı görmüş və bu səbəbdən bu hədisi nəql etməmişdir. Əgər bu hədis səhih olsa, onda Məsruq səhabə sayılar və Peyğəmbərdən (sallallahu əleyhi [və alihi] və səlləm) hədis eşitməsində bir maneə olmaz (həqiqət isə belə deyildir). Görünən budur ki, hədis mürsəldir...

İbn Əbdül-Bərr də “Məsruqun Ümmü-Rumandan nəql etdiyi rəvayət mürsəldir”, - demiş, Qazi əl-İyad da belə demişdir. Son dövrün alimlərindən olan bir qrup alim də onlar kimi demişdir”. ("Fəthül-bari", 1/373)

Nəticə: Bu rəvayət mürsəldir. Bu səbəbdən də onu qəbul etmək olmaz. Üstəlik, ifk hədisində deyilir ki, bu xəbəri Aişəyə çatdıran şəxs Ümmü-Mistahdır, bu rəvayətdə isə xəbəri çatdıran şəxsin ənsardan olan bir qadın olduğu bildirilir.

Burada bir məsələni də vurğulayaraq demək istərdik ki, hədis elmindən məlumatı az olan bəzi şəxslərin dediyi kimi, əhli-sünnə alimləri hamılıqla “Səhihül-Buxari”nin tamamilə səhih olması üzərində icma etməmişlər.

Bütün bu deyilənlərdən belə nəticəyə gəlirik ki, ifk ayələrinin nazil olma səbəbinə dair Aişədən nəql olunan bu rəvayətin sənədi ilə bağlı bir sıra irad və mülahizələr mövcuddur və bu irad və mülahizələr bu ayələrin Əbu Bəkr qızı Aişə barəsində nazil olması barədə arxayınlıq hasil etmir.

Rəvayətin məzmunu ilə bağlı mülahizələr:

1. Aişənin nəql etdiyi ifk hədisinə görə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Aişənin zina etməsi məsələsində şəkk edibmiş (Allaha pənah). Hədisdə Peyğəmbərin belə dediyi nəql olunur:

أما بعد يا عائشة، فإنه قد بلغني عنك كذا وكذا، فإن كنت بريئة فسيبرئك الله، وإن كنت ألممتِ بذنب فاستغفري الله، وتوبي إليه، فإن العبد إذا اعترف بذنبه، ثم تاب إلى الله، تاب الله عليه

“Ey Aişə, sənin barəndə mənə belə-belə xəbərlər çatıb. Əgər sən bu deyilənlərdən uzaqsansa, onda Allah səni təmizə çıxaracaq. Yox əgər bir günah etmisənsə, onda Allahdan bağışlanma diləyib tövbə et; əgər bəndə öz günahını etiraf edib Allaha tövbə etsə, Allah onun tövbəsini qəbul edər.”

Vəhhabiliyin ideoloqu İbn Teymiyyə əl-Hərrani də “Minhacüs-sünnə” kitabında (7/80) Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alihi və səlləm) Aişə barədə şübhə etdiyini demişdir. İbn Teymiyyə deyir:

وفي الصحيحين أنه قال لعائشة رضي الله عنها في قصة الإفك قبل أن يعلم النبي براءتها وكان قد ارتاب في أمرها فقال: يا عائشة أن كنت بريئة فسيبرئك الله، وإن كنت ألممتِ بذنب فاستغفري الله.

“İki səhih kitabda nəql olunur ki, Peyğəmbər Aişənin ittihamdan uzaq olduğunu bilməzdən qabaq Aişə barəsində şübhəyə düşmüş və ona “ey Aişə, əgər sən bu deyilənlərdən uzaqsansa, onda Allah səni təmizə çıxaracaq. Yox əgər bir günah etmisənsə, onda Allahdan bağışlanma dilə”, - demişdir”.

Bu, qəbulolunmaz bir şeydir. Çünki, Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alihi və səlləm) Allah-taalanın öz peyğəmbərlərini əxlaqsız qadınla ailə qurmaqdan uzaq saxladığını və bütün peyğəmbər xanımlarını zina və s. bu kimi iffətsiz əməllərə mürtəkib olmaqdan qoruduğunu bilirdi. Elə isə hansısa bir münafiqin və başqa birisinin sözünə görə öz xanımı barəsində necə şəkkə düşə bilər?

2. Aişənin nəql etdiyi hədisə görə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Aişəni haqsız yerə cəzalandırmış, Aişənin zinaya mürtəkib olub-olmadığını bilmədən düz bir ay Aişəni tərk etmiş, Aişəyə baş çəkməyə gəldikdə də, onun adını çəkmədən evdəkilərdən sadəcə “o necədir?”, - deməklə kifayətlənmiş və Aişənin yanına daxil olmamışdır.

Bu da qəbul edilməz bir işdir. Çünki həyat yoldaşı barədə şəkk etmək onu tərk etməyə və hüquqlarını pozmağa əsas vermir. Xüsusən də nəzərə almaq lazımdır ki, sonradan Aişənin təmiz olduğu üzə çıxmışdır; deməli Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) heç bir doğru üzr olmadan günahsız bir adamı cəzalandırmışdır. Bu isə, Peyğəmbər kimi bir şəxsiyyət barəsində düşünülə bilməz.

3. Aişənin hədisinə görə, Əbu Bəkr Aişəni Peyğəmbərə xəyanət etməkdə ittiham etmişdir. Təbəraninin “əl-Mucəmul-əvsət” kitabında (23/117) Aişədən nəql etdiyi bir hədisdə deyilir:

جاء أبو بكر فدخل عليَّ، فقال: يا رسول الله ما تنتظر بهذه التي خانتك وفضحتني

“Əbu Bəkr gəlib mənim olduğum otağa daxil oldu və dedi: “Ey Allahın Rəsulu, sənə xəyanət edib məni rüsvay edən bu qadın barəsində daha nəyi gözləyirsən?!”

Halbuki, əxlaqsız bir işdə ittiham edilən bir qadını ərinə xəyanət etmiş və atasını rüsvay etmiş kimi təqdim etmək doğru deyildir. Buna rəğmən, biz bu hədisdə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Əbu Bəkrə etiraz etmədiyini, əksinə, susub heç bir söz demədiyini görürük.

4. Aişənin hədisinə görə, Səd ibn Muaz həmin hadisələr vaxtı sağ imiş. Aişə deyir:

فقام سعد بن معاذ الأنصاري، فقال: يا رسول الله أنا أعذرك منه، إن كان من الأوس ضربتُ عنقه، وإن كان من إخواننا من الخزرج أمرتنا، ففعلنا أمرك... الخ.

“Səd ibn Muaz ayağa qalxıb dedi: “Ey Allahın Rəsulu, mən o şəxsi (ittiham atanı) cəzalandıraram. Əgər Əvs qəbiləsindən olsa, boynunu vuraram, əgər xəzrəcli qardaşlarımızdan olsa, onda bizə əmr edərsən, biz sənin dediyini edərik...”.

Halbuki, Səd ibn Muaz Bəni-Qüreyzə döyüşündən sonra hicrətin 4-cü ilində vəfat etmişdir. İfk hadisəsi isə İbn Kəsir (“əl-Bidayə vən-nihayə”: 4/161) və başqalarının qeyd etdiyi kimi, hicrətin 6-cı ilində baş vermişdir.

İbn Həcər əl-Əsqəlani deyir:

قال عياض: في ذكر سعد بن معاذ في هذا الحديث إشكال، لم يتكلم الناس عليه، ونبَّهنا عليه بعض شيوخنا، وذلك أن الإفك كان في المريسيع، وكانت سنة ست فيما ذكر ابن إسحاق، وسعد بن معاذ مات من الرمية التي رميها بالخندق، فدعا الله، فأبقاه حتى حكم في بني قريظة، ثم انفجر جرحه فمات منها، وكان ذلك سنة أربع عند الجميع، إلا ما زعم الواقدي أن ذلك كان سنة خمس، قال: وعلى كل تقدير فلا يصح ذكر سعد بن معاذ في هذه القصة.

“İyad demişdir: Bu hədisdə Səd ibn Muazın adının çəkilməsi irad doğurur. İnsanlar bu məsələyə diqqət yetirməmişlər. Bizə də bunu şeyxlərimizdən biri demişdir. Sədin adının çəkilməsi ona görə irad doğurur ki, ifk hadisəsi Müreysi döyüşünün baş verdiyi ildə baş vermişdir. Müreysi döyüşü də, İbn İshaqın dediyinə əsasən, hicrətin 6-cı ilində baş vermişdir. Səd ibn Muaz isə Xəndək döyüşündə atılan bir ox səbəbindən ölmüşdür; o, ox yarası aldıqdan sonra Allaha dua etmiş, (Bəni-Qüreyzənin məğlub olmasını və özünün Bəni-Qüreyzəyə hakim olmasını görüncəyə qədər canını almamasını istəmiş,) Allah da onu Bəni-Qüreyzəyə hakim olanadək sağ saxlamışdı. Bəni-Qüreyzəyə qalib gəldikdən sonra yarası partlamış və bunun nəticəsində ölmüşdür. Bu hadisə bütün tarixçilərin nəzərincə, hicrətin 4-cü ilində baş vermişdir. Bircə Vaqidi bu hadisənin hicrətin 5-ci ilində baş verdiyini demişdir. İstənilən halda, Səd ibn Muazın adının bu hadisədə çəkilməsi doğru deyildir.” (“Fəthül-Bari”: 8/580).

Bu səbəbdən də İbn Əbdül-Bərr, İbn əl-Ərəbi, Qurtubi və başqaları kimi bir sıra əhli-sünnə alimi bu məsələyə öz etirazlarını bildirmişlər.

İbn Həcər əl-Əsqəlani deyir:

واستشكله ابن حزم؛ لاعتقاده أن الخندق قبل المريسيع، وتعرض له ابن عبد البر فقال: رواية من روى أن سعد بن معاذ راجع في قصة الإفك سعد بن عبادة وهم وخطأ، وإنما راجع سعد بن عبادة أسيد بن حضير كما ذكره ابن إسحاق، وهو الصحيح، فإن سعد بن معاذ مات في منصرفهم من غزوة بني قريظة لا يختلفون في ذلك، فلم يدرك المريسيع ولا حضرها. وبالغ ابن العربي على عادته فقال: اتفق الرواة على أن ذكر ابن معاذ في قصة الإفك وهم، وتبعه على هذا الإطلاق القرطبي.

“Xəndək döyüşünün Müreysi döyüşündən öncə baş verdiyinə inandığına görə İbn Cəzm bu hədisdə Sədin adının çəkilməsini iradlı hesab etmişdir. İbn Əbdül-Bərr də bu məsələyə toxunaraq demişdir: “İfk hadisəsi zamanı Səd ibn Muazın Səd ibn Übadə ilə höcətləşməsi faktı səhv və xətadır. Səd ibn Übadə ilə höcətləşən şəxs İbn İshaqın qeyd etdiyi kimi, Üseyd ibn Hudeyrdir. Doğru olan məhz budur. Çünki, Səd ibn Muaz Bəni-Qüreyzə döyüşündən qayıdarkən vəfat etmişdir. Bu barədə heç kəs ixtilaf etmir. Səd ibn Muaz Müreysi döyüşü zamanı həyatda olmayıb və bu döyüşdə iştirak etməyib.” İbn əl-Ərəbi isə adəti üzrə ifrata vararaq “hədis nəql edənlər hamılıqla demişlər ki, bu hədisdə Səd ibn Muazın adının çəkilməsi səhvdir”, - demişdir. Qurtubi də elə onun kimi demişdir”. (“Fəthül-Bari”: 8/581).

Bundan başqa, sual doğuran digər bir məqam odur ki, Səd ibn Muaz ilə Səd ibn Übadə arasında, həmçinin, Əvs ilə Xəzrəc arasında baş verənlər məsciddə baş vermiş və bu zaman Aişə orada olmamışdır. Elə isə, Aişə məsciddə yox evdə olduğu və özünün də dediyi kimi, başı özünə qarışdığı halda, bütün bunları necə bilmişdir?

5. Aişə öz hədisində içlərində Həssan ibn Sabit, Bədr döyüşündə iştirak etmiş Mistah ibn Üsasə, Himnə binti Cəhş və başqaları kimi şəxslərin olduğu bir qrup səhabənin həlak olduğunu deyir. Bu, əhli-sünnənin inandığı bütün səhabələrin ədalətli olması, onların hamısının cənnətlik olması və Allahın onların hamısından razı qalması inancı ilə ziddiyyət təşkil edir.

Maraqlıdır ki, bəzi cahillər şiələri Aişə barəsində uydurulan iftiranı təsdiq etməkdə ittiham edərək onları kafir bilir, lakin bu iftiranı uydurub yayanları kafir bilmirlər. Əgər kimsə təkfir edilməlidirsə, onda iftiranı çıxaranları nə üçün təkfir etmirlər?

Bizə gəlincə, bizim nəzərimizdə kiminsə Aişəni zinada (Allaha pənah) ittiham etdiyi sübuta yetsə, biz o şəxsi xətakar bilib onu son dərəcə şiddətlə təkzib etsək də, etdiyi işi Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) ləkə gətirmək məqsədiylə etmədiyi və etdiyi işi kişinin xanımını zinada ittiham etməklə kişiyə ləkə gətirmək arasındakı əlaqəyə diqqət yetirmədən etdiyi təqdirdə, onu kafir bilmərik. Aişənin hədisində də Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) zina ittihamını yayan şəxslərdən kimisə kafir hesab etdiyini bildirilməmişdir.

6. İfk hadisəsinə dair əhli-sünnə rəvayətlərində başqa bir ziddiyyət də gözə çarpır. Belə ki, onların rəvayətlərinin bir qismi Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bu iftiranı uyduranlara cəza tətbiq etdiyini bildirdiyi halda, digər qismi bu məsələdən ümumiyyətlə söz açmır.

7. Aişənin hədisinə görə, Aişənin anası Ümmü-Ruman Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) digər həyat yoldaşlarını Aişəni zinada ittiham etməkdə təqsirləndirmişdir. Hədisdə Ümmü-Rumanın Aişəyə belə dediyi qeyd olunur:

يَا بُنَيَّةُ هَوِّنِي عَلَيْكِ، فَوَاللَّهِ لَقَلَّمَا كَانَتِ امْرَأَةٌ قَطُّ وَضِيئَةً عِنْدَ رَجُلٍ يُحِبُّهَا لَهَا ضَرَائِرُ إِلاَّ كَثَّرْنَ عَلَيْهَا.

“Ey qızım, sakit ol. Ərinin sevimlisi olan elə bir gözəl qadın yoxdur ki, ərinin digər xanımları onun barəsində pis söz-söhbət çıxarmasınlar”.

Halbuki, Aişənin nəql etdiyi bu uzun rəvayətin heç bir yerində Peyğəmbər xanımlarından hansısa birinin bu ittihamın qondarılmasında iştirak etdiyinə işarə olunmur. Ümmü-Rumanın digər Peyğəmbər xanımlarını belə bir işdə ittihamı etməsi olduqca qəribədir.

Buxarinin nəql etdiyi başqa bir rəvayətdə isə Ümmü-Rumanın belə dediyi nəql olunur:

فإنه والله، لقلما كانت امرأة حسناء عند رجل يحبّها، لها ضرائر، إلا حسدنها وقيل فيها.

“Allaha and olsun, ərinin bir neçə xanımı arasında ən sevimlisi olan az gözəl qadın olur ki, ərinin digər xanımları ona həsəd aparıb barəsində söz-söhbət çıxarmasınlar”.

8. Aişənin hədisinə görə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) ifk hadisəsini minbər üstündə nəql edərək Abdullah ibn Übey ibn Səlulun onu incitdiyini (əziyyət verdiyini) demiş, bu zaman Səd ibn Muaz ayağa qalxaraq belə demişdir:

يا رسول الله أنا أعذرك منه، إن كان من الأوس ضربت عنقه، وإن كان من إخواننا من الخزرج، أمرتنا ففعلنا أمرك.

“Ey Allahın Rəsulu, mən o şəxsi (ittiham atanı) cəzalandıraram. Əgər Əvs qəbiləsindən olsa, boynunu vuraram, əgər xəzrəcli qardaşlarımızdan olsa, onda bizə əmr edərsən, biz sənin dediyini edərik”.

Bu zaman Abdullah ibn Übeyin öldürülməsi üstündə az qala Əvs ilə Xəzrəc arasında böyük bir fitnə çıxacaqmış. Halbuki, alimlər hamılıqla bildirirlər ki, iffətli və təmiz bir qadını zinada ittiham edən şəxs qətlə yetirilməz, əksinə, ona iftira cəzası olaraq 80 şallaq vurular. Ənsarlılar doğru olmayan bir iş üstündə az qala bir-birləri ilə döyüşəcəkmişlər. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) isə Sədin bu sözünü eşitmiş, amma onun xəta etdiyini bildirməmiş, səhvini ona göstərməmişdir. Peyğəmbərin yanlış bir söz eşitdiyi zaman susub ona etiraz etməməsi mümkün iş deyil.

9. Aişənin hədisi Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) - Allaha pənah - çaşqın, nə etdiyini bilməyən, vəziyyətdən çıxış yolunu tanımayan, buna görə də məşvərətlərində heç bir fayda olmayan kişi və qadınlarla məşvərət edən bir şəxs kimi təqdim edir. Məsələn, Aişənin hədisinə əsasən, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Himnə binti Cəhş ilə məsləhətləşir:

Aişə deyir:

وكان رسول الله يسأل زينب ابنة جحش عن أمري، فقال: يا زينب ماذا علمت أو رأيت؟ فقالت: يا رسول الله، أحمي سمعي وبصري، ما علمت إلا خيراً.

“Himnə dedi: Ey Allahın Rəsulu, mən gözümü və qulağımı qoruyuram (hər deyilənə inanmıram). Mən (Aişə barəsində) xeyirdən başqa heç nə bilmirəm”.

Həmçinin, Üsamə ibn Zeyd və İmam Əmirəlmöminin (əleyhissəlam) ilə məsləhətləşir:

فأما أسامة بن زيد فأشار على رسول الله بالذي يعلم من براءة أهله، وبالذي يعلم لهم في نفسه من الود، فقال: يا رسول الله، أهلك، وما نعلم إلا خيراً، وأما علي بن أبى طالب فقال: يا رسول الله، لم يضيق الله عليك، والنساء سواها كثير، وإن تسأل الجارية تصدقك.

“Üsamə ibn Zeydə gəlincə, o, Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) zövcəsinin təmiz olduğunu düşündüyünü, ürəyində Peyğəmbər ailəsinə qarşı məhəbbət bəslədiyini bildirdi. O dedi ki: “Ey Allahın Rəsulu, o sənin həyat yoldaşındır. Biz sənin yoldaşın barəsində xeyirdən başqa bir şey bilmirik”. Əli ibn Əbu Talibə gəlincə isə, o belə dedi: “Ey Allahın Rəsulu, Allah sənin üçün məhdudiyyət qoymayıb; Aişədən başqa da çoxlu xanımlar var. Əgər (Aişənin) xidmətçi(sin)dən soruşsan, o sənə həqiqəti deyər”.

Hətta, Aişənin hədisinə görə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Aişənin xidmətçisi olan Bərirə adlı qadınla da məşvərət edib:

فقال لها: أي بريرة، هل رأيت عليها من شيء يريبك؟ قالت بريرة: لا والذي بعثك بالحق، إن رأيت عليها أمرا أغمصه عليها أكثر من أنها جارية حديثة السن، تنام عن عجين أهلها، فتأتي الداجن فتأكله.

“Ey Bərirə, Aişədə səni şübhəyə salan bir şey görmüsən? Bərirə dedi: “Səni haqq ilə göndərənə and olsun ki, xeyr. Onda gördüyüm yeganə nöqsanlı hal budur ki, o, azyaşlı bir qızdır, evdəkilər üçün xəmir yoğurur, sonra yuxuya gedib yatır, bu zaman ev qoyunu gəlib xəmiri yeyir.”

Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Allahın bu məsələdəki hökmünü bilirdi. Hökm budur ki, hər bir mömin şəxs zina ittihamı atılan təmiz və iffətli qadını bu ittihamdan uzaq bilməlidir. Buna əsasən, Peyğəmbərə gedib camaatdan xanımı barədə soruşmaq əvəzinə öz xanımını bu iftiradan uzaq bilməli idi.

Hətta Bərirənin və ya başqa bir şəxsin “mən Aişədən şübhələnirəm”, - dediyini fərz etsək belə, yenə də bu, heç bir şeyi dəyişdirməyəcəkdi. Çünki, bu cür məsələlərdə şübhə ilə şəri hökm hasil olmur və belə işlərdə şübhənin heç bir dəyəri yoxdur. Hətta, Bərirə “Aişənin zina etdiyini gördüm”, - desəydi belə, yenə bir şey dəyişməyəcəkdi; çünki, onun sözü ilə zina məsələsi sübuta yetmir. Ona görə ki, zinanın sübuta yetməsi üçün dörd nəfər adil kişinin şahidlik etməsi lazımdır. Üstəlik, şahidliyin də bir sıra şərtləri vardır. Məsələn, bu dörd şəxs, kişi ilə qadının zina etdiyini öz gözləri ilə tam dəqiqliyi ilə görməlidirlər; həmin yerdə zinaya baxmaq üçün yox, hər hansısa bir başqa səbəb üçün toplanmalıdırlar; hakimin yanında hamısı eyni vaxtda şahidlik etməlidirlər, əgər başqa-başqa vaxtlarda şahidlik etsələr, şahidlikləri qəbul olunmaz. Qısası, zina hökmünün sübuta yetməsi üçün bu və bunun kimi fiqh kitablarında yazılan başqa şərtlər ödənmiş olmalıdır.

Bütün bunlara əsasən, Nur surəsinin 11-12-ci ayələri ilə bağlı Aişənin nəql etdiyi əhvalatın məzmunu insanda bu əhvalatın doğruluğu ilə bağlı şübhə oyandırır, insan zinada ittiham olunan və Allah tərəfindən təmiz olduğu bildirilən şəxsin Aişə olmadığı qənaətinə gəlir. Bəlkə də bu hədis Aişənin adından uydurulmuşdur; çünki bu hədisin qələmə alındığı zamanlarda yalan geniş yayılmış, müsəlmanların kitablarına heç bir əsası olmayan uydurma və saxta hədislər yol tapmışdı. Üstəlik nəzərə almaq lazımdır ki, ifk hədisi Aişədən müxtəlif formalarda və ciddi fərqliliklər ilə nəql olunmuşdur, bu da öz növbəsində hədisi qüvvə və etibardan salır.

İkinci nəzər

İfk ayələrinin hansı Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) xanımı barədə nazil olması ilə bağlı ikinci nəzər görə, zinada ittiham olunan qadın Peyğəmbər xanımı qibti Mariyadır (Allah ondan razı olsun). Bu nəzəri bir sıra rəvayətlər dəstəkləyir. Onlara misal olaraq aşağıdakıları göstərə bilərik:

1. Müslim “Səhih” kitabında (4/2139) Ənəs ibn Malikdən belə nəql etmişdir:

أن رجلاً كان يُتَّهم بأم ولد رسول الله ، فقال رسول الله لعلي: اذهب فاضرب عنقه. فأتاه علي فإذا هو في رَكِيٍّ ـ أي بئر - يتبرَّد فيها، فقال له علي: اخرج. فناوله يده فأخرجه، فإذا هو مجبوب ليس له ذكر، فكف عليٌّ عنه، ثم أتى النبي ، فقال: يا رسول الله إنه لمجبوب، ما له ذكر.

Bir kişi Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) övladının anası ilə (zina etməkdə) ittiham olunurdu. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Əliyə dedi: “Get onun boynunu vur”. Əli onun yanına gəldi. Gəldiyi zaman onun bir quyuda sərinləndiyini gördü. Əli ona dedi: “Çıx”. Bunu deyib onun əlindən yapışaraq onu çölə çıxardı. Bu zaman onun məcbub olduğu; cinsiyyət orqanının olmadığını gördü. Bu səbəbdən də əl saxladı. Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) yanına gəlib dedi: “Ey Allahın Rəsulu, o, məcbubdur, onun cinsiyyət orqanı yoxdur”.

Buradakı “Peyğəmbərin övladının anası” (ümmü-vələd) sözü ilə Mariya əl-Qibtiyyə nəzərdə tutulur. “Ümmü-vələd” ağasından övlad dünyaya gətirən kəniz deməkdir. Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) övlad dünyaya gətirən kəniz isə məhz Mariya əl-Qibtiyyədir. İttiham olunan kişi də başqa rəvayətlərin də bildirdiyi kimi, onun qibti əmisi oğludur.

İbn Həcər “əl-İsabə” kitabında (8/311) belə deyir:

ومن طريق عمرة عن عائشة قالت: ما غرتُ على امرأةٌ إلا دون ما غرتُ على مارية، وذلك أنها كانت جميلة جعدة، فأعجب بها رسول الله وسلم، وكان أنزلها أول ما قدم بها في بيتٍ لحارثة بن النعمان، فكانت جارتنا، فكان عامة الليل والنهار عندها، حتى فزعنا لها، فجزعت، فحوَّلها إلى العالية، وكان يختلف إليها هناك، فكان ذلك أشد علينا.

“Ümrə yolu ilə Aişədən belə nəql olunur:

Mariyanı qısqandığım qədər heç bir qadını qısqanmamışam. Çünki Mariya gözəl və buruq saçlı idi. Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) ondan xoşu gəlmişdi. Onu ilk dəfə gətirdiyində Harisə ibn Numanın evində yerləşdirmişdi. O, bizim kənizimiz idi. Peyğəmbər bütün gecə-gündüzü onun yanında keçirirdi. Biz bundan qorxuya düşdük. Mən incidim. Peyğəmbər də onu Aliyə məntəqəsinə yerləşdirdi. Peyğəmbər onun yanına oraya gedərdi. Bu isə bizə çox ağır gəlirdi”.

Hakim “əl-Müstədrək” kitabında (4/41) öz sənədi ilə Aişədən belə nəql edir:

أهديت مارية إلى رسول اللهومعها ابن عم لها، قالت: فوقع عليها وقعة فاستمرت حاملاً، قالت: فعزلها عند ابن عمها، قالت: فقال أهل الإفك والزور: «من حاجته إلى الولد ادَّعى ولد غيره»، وكانت أمه قليلة اللبن، فابتاعت له ضائنة لبون، فكان يغذى بلبنها، فحسن عليه لحمه، قالت عائشة رضي الله عنها: فدخل به عليَّ النبي ذات يوم، فقال: كيف ترين؟ فقلت: من غذي بلحم الضأن يحسن لحمه، قال: ولا الشبه؟ قالت: فحملني ما يحمل النساء من الغيرة أن قلت: ما أرى شبهاً. قالت: وبلغ رسول الله ما يقول الناس، فقال لعلي: خذ هذا السيف، فانطلق فاضرب عنق ابن عم مارية حيث وجدته. قالت: فانطلق، فإذا هو في حائط على نخلة يخترف رطباً، قال: فلما نظر إلى علي ومعه السيف استقبلته رعدة. قال: فسقطت الخرفة، فإذا هو لم يخلق الله عز وجل له ما للرجال شيء ممسوح.

“Mariya əmisi oğlu ilə birlikdə Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) hədiyyə olundu. Peyğəmbər onunla bir dəfə yaxınlıq etdi və o, hamilə qaldı. Peyğəmbər onu əmisi oğlunun yanında qoydu. (Uşaq dünyaya gəldikdən sonra) yalançı və iftiraçılar (Peyğəmbər barəsində) “uşağa olan ehtiyacı üzündən başqasının uşağını öz adına çıxır”, - dedilər. Uşağın anasının südü az idi. Ona görə də uşaq üçün südlü bir qoyun aldı. Uşaq bu qoyunun südü ilə qidalanırdı. Buna görə də əti-canı yaxşı idi. Bir gün Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) uşağı mənim yanıma gətirib dedi: “Necədir?”. Mən dedim: “Kim qoyun südü ilə qidalansa, ətli-canlı olar”. Peyğəmbər dedi: “Mənə oxşamır?”. Aişə deyir: Bu zaman qadın qısqanclığı mənə qalib gəldi, dedim: “Heç bir oxşarlıq görmürəm!”. Camaatın danışdığı söz-söhbət Peyğəmbərə çatdı. Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) Əliyə dedi: “Götür bu qılıncı, get Mariyanın əmisi oğlunu harada tapsan boynunu vur”. Əli Mariyanın əmisi oğlunun dalınca getdi. Onun yanına gəldikdə, onun bir bağın içində bir xurma ağacına çıxıb xurma dərdiyini gördü. O, Əlini qılıncla görüncə, titrəməyə düşdü, nəticədə belinə bağladığı fitə yerə düşdü. Bu zaman onun kişi cinsiyyət üzvünə sahib olmadığı görüldü.”

Əlbani “Silsilətül-əhadisid-daifə” (10/701) kitabında bu rəvayəti zəif hesab etmişdir. Deyir:

وللحديث أصل صحيح، زاد عليه ابن الأرقم هذا زيادات منكرة، تدل على أنه سيِّئ الحفظ جداً، أو أنه يتعمّد الكذب والزيادة؛ لهوى في نفسه، ثم يحتج بها أهل الأهواء.

“Hədisin səhih bir əsası vardır. Lakin İbn Ərqəm ona xoşagəlməz əlavələr etmişdir. Bu əlavələr onun olduqca pis bir yaddaşa malik olduğuna, həmçinin nəfsi istəklərinə görə hədislərə bilərəkdən yalan və əlavələr edən bir şəxs olduğuna dəlalət edir, sonra da nəfsi istəklərin əsiri olan şəxslər onun hədislərindən istifadə edirlər”.

Sonra deyir (10/702):

وأشدها نكارة ما ذكره عن عائشة أنها قالت: ما أرى شبهاً!

“Bundan daha betəri onun Aişədən “heç bir oxşarlıq görmürəm”, - dediyini nəql etməsidir”.

Belə görünür, Əlbani və onun kimilər Süleyman ibn Ərqəmi başqa şeyə görə deyil, məhz bu hədisi nəql etdiyinə görə zəif bilib xoşagəlməz əlavələr etməkdə ittiham etmişlər.

Halbuki, bu əlavələri təkcə Süleyman ibn Ərqəm nəql etməmiş, ondan başqaları da bunu qeyd etmişlər.

İbn Səd “Ət-Təbəqatul-kubra” kitabında (1/137) bu hədisi bu əlavələrlə Muhəmməd ibn Ömər əl-Vaqidi → Muhəmməd ibn Abdullah → Zuhri → Ürvə → Aişə yolu ilə nəql etmişdir.

Həmçinin, hədisi bu əlavə ilə İbn Əbu Asim “Əl-Ahad vəl-məsani” kitabında (səh.615) Muhəmməd ibn Yəhya əl-Bahili → Yaqub ibn Muhəmməd → Yaqubun adını çəkdiyi bir nəfər → Leys ibn Səd → Zuhri → Ürvə → Aişə yolu ilə nəql etmişdir.

Şiələrə gəlincə, onlar hamılıqla zina ittihamı atılan qadının Mariya əl-Qibtiyyə (Allah ondan razı olsun) olduğunu demişlər. Buna bir sıra rəvayətlər dəlalət edir. Onlara misal olaraq aşağıdakıları göstərə bilərik:

1. Seyyid Mürtəza (Allah rəhmət etsin) öz sənədi ilə İmam Əmirəlmöminin (əleyhissəlam)-dan belə nəql edir:

كان قد كثر على مارية القبطية أم إبراهيم في ابن عم لها قبطي، كان يزورها، ويختلف إليها، فقال لي النبي عليه الصلاة والسلام: خذ هذا السيف، وانطلق به، فإن وجدته عندها فاقتله. قلت: يا رسول الله، أكون في أمرك كالسكة المحماة، أمضي لما أمرتني، أم الشاهد يرى ما لا يرى الغائب. فقال النبي عليه الصلاة والسلام: بل الشاهد يرى ما لا يرى الغائب. فأقبلت متوشِّحاً بالسيف، فوجدته عندها، فاخترطت السيف، فلما أقبلت نحوه علم أني أريده، فأتى نخلة، فرقي إليها، ثم رمى بنفسه على قفاه، وشغر برجليه، فإذا إنه أجب أمسح، ما له مما للرجال قليل ولا كثير، فغمدت السيف، ورجعت إلى النبي فأخبرته، فقال: الحمد لله الذي يصرف عنا أهل البيت.

“İbrahimin anası qibti Mariya barəsində qibti əmisi oğlu ilə bağlı söz-söhbətlər çoxalmışdı. Onun əmisi oğlu ona baş çəkər, onu yanına gələrdi. Peyğəmbər (əleyhissəlatu vəssəlam) mənə dedi: “Bu qılıncı götür, get onun yanına. Əgər onu Mariyanın yanında görsən, öldür onu”. Dedim: “Ey Allahın Rəsulu, sən əmrin barəsində qızğın dəmir parçası kimi olub əmr etdiyini (qeyd-şərtsiz, dərhal) yerinə yetirim, yoxsa “hadisə yerində olan olmayanın görmədiyini görür” (məsəlinə uyğun hərəkət edim)?”. Peyğəmbər (əleyhissəlatu vəssəlam) dedi: “Yox, hadisə yerində olan olmayanın görmədiyini görür (məsəlinə uyğun hərəkət et)”. Mən qılıncımı götürüb yola düşdüm. Qibtinin Mariyanın yanında olduğunu gördüm. Qılıncımı sıyırdım. Ona tərəf addımladıqda onu öldürmək istədiyimi başa düşüb bir xurma ağacına tərəf qaçdı və ağaca çıxdı. Sonra özünü ağacdan yerə atdı. Yerə düşəndə ayaqlarını araldı, bu zaman onun məcbub və cinsiyyət orqanından məhrum olduğunu gördüm. Onda kişilərdə olan üzvün azı və ya çoxu yox idi. Mən qılıncımı qınına qoyub Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) yanına qayıtdım. Hadisəni ona xəbər verdim. Peyğəmbər dedi: “(Xoşagəlməzlikləri) biz Əhli-Beytdən uzaqlaşdıran Allaha həmd olsun”.” (“Əmalil-Mürtəza”: 1/77).

2. Şeyx Səduq (Allah rəhmət etsin) “Əl-Xisal” kitabında Əmirəlmöminin (əleyhissəlam)-dan belə nəql edir:

نشدتكم بالله هل علمتم أن عائشة قالت لرسول الله : إن إبراهيم ليس منك، وإنه ابن فلان القبطي، قال: يا علي اذهب فاقتله، فقلت: يا رسول الله إذا بعثتني أكون كالمسمار المحمى في الوبر أو أتثبَّت؟ قال: لا، بل تثبَّت، فذهبت فلما نظر إلي استند إلى حائط، فطرح نفسه فيه، فطرحت نفسي على أثره، فصعد على نخل، وصعدت خلفه، فلما رآني قد صعدت رمى بإزاره، فإذا ليس له شيء مما يكون للرجال، فجئت فأخبرت رسول الله ، فقال: الحمد لله الذي صرف عنا السوء أهل البيت.

“Sizi and verirəm Allaha, məgər bilmirsiniz ki, Aişə Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) “İbrahim səndən deyil, o, filan qibtidəndir”, - dedi? Həmin vaxt Peyğəmbər mənə dedi: “Ey Əli, get onu öldür”. Mən dedim: “Ey Allahın Rəsulu, kürkə (dəriyə, xəzə) sancılmış qızğın mismar kimi olum, yoxsa, (yeri gəlsə) araşdırıb əmin olum?” Peyğəmbər dedi: “Xeyr, araşıdırb əmin ol.” Mən qibtinin yanına getdim. O məni görüncə bir bağa tərəf qaçıb özünü bağa atdı. Mən də onun ardınca bağa girdim. O bir xurma ağacına çıxdı, mən də onun ardınca ağaca çıxdım. O mənim də ağaca çıxdığımı görüncə belindəki fitəni atdı. Bu zaman onda kişilərdə olan üzvdən heç bir əsər əlamət olmadığını gördüm. Gəlib bunu Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) xəbər verdim, Peyğəmbər dedi: “Pisliyi bizdən uzaqlaşdıran Allaha həmd olsun”.” (“Əl-Xisal”: 2/563).

3. Şeyx Müfid (Allah rəhmət etsin) bu hədis barədə deyir:

والحديث مشهور، وتفصيله عند أهل العلم مذكور. فقال السائل: هذا الخبر عندكم ثابت، صحيح؟ قلت: أجل، هو خبر مسلَّم، يَصطلح على ثبوته الجميع.

“Bu hədis məşhurdur. Elm əhli onu geniş şəkildə (öz kitablarında) qeyd etmişlər.

Sual verən dedi: “Bu hədis siz şiələrin nəzərində səhih və sabitdir?”

Mən dedim: “Bəli. Bu, hamı tərəfindən qəbul olunmuş bir hədisdir. Hamı onun sabit hədis olduğunu deyir”. (“Risalətun həvlə xəbəri-Mariya”: səh.18).

İttiham olunan xanımın Mariya olduğunu bildirən rəvayətləri digər növ hədislərdən üstün edən amillər

1. İttiham olunan xanımın Mariya olduğunu bildirən rəvayətlər Mariyanın özündən deyil, başqa səhabələrdən nəql olunmuşdur. Bunlar Ənəs ibn Malik (“Səhihül-Buxari”), Aişə (“Müstədrək) və İmam Əmirəlmöminindir (“Əmali”, “Xisal”) (əleyhissəlam). Həmçinin şiələr bu hadisəni İmam Baqir, İmam Sadiq və İmam Rzadan (əleyhimussəlam) nəql etmişlər. Bundan əlavə, bu hadisəni şiələr və sünnilər səhih sənədlərlə və demək olar ki, eyni ifadələrlə nəql etmişlər.

Bu fakt bu rəvayətləri yalnız Aişədən nəql edilən və Zuhri tərəfindən toplanıb ərsəyə gətirilən digər rəvayətdən üstün edir.

2. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) xanımlarından birinin zinada ittiham edilməsi o xanımın təmizliyinə dair 10 ayənin nazil olmasını vacib etmir; belə ki, bu vəziyyətdə təkcə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) öz xanımının təmiz olduğunu xəbər verməsi o xanımın təmiz olmasına hökm etmək üçün kifayət edir. Lakin, Mariyanın hadisəsi belə deyildir. Belə ki, burada Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) oğlu İbrahimin Peyğəmbərin deyil, qibti kişinin oğlu olduğu iddia edilir. Belə vəziyyətdə Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Mariyanın təmiz olduğunu və İbrahimin öz oğlu olduğunu desəydi belə, iftiraçılar, Aişənin hədisində də deyildiyi kimi, “övlada olan ehtiyacına görə başqasının övladını öz adına çıxarır”, - deyəcəkdilər. Buna görə də, bu məqamda Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) sözünü dəstəkləyən başqa dəlillərə ehtiyac duyulacaqdı. Məhz bu nöqteyi-nəzərdən, 10 ayənin Aişə barəsində deyil, Mariya barəsində nazil olması daha məntiqli görünür.

3. Aişənin zinada ittiham olunması üçün mühüm səbəblər mövcud deyil. Aişənin, ipini Səfvanın çəkdiyi bir dəvənin üstündə gəlməsi onun zinada və çirkin işdə ittiham edilməsini gərəkli etmirdi. Çünki belə bir vəziyyət, hətta anormal cəmiyyətlərdə belə adətən zina ilə ittiham olunmağa səbəb vermir. Heç kəs onları xəlvətdə görməmiş, yaxud yaramaz bir halda müşahidə etməmişdi, elə isə hansı əsasla belə bir ittiham ortaya atıla bilərdi?

Mariyanın ittiham olunması isə belə deyildir. Belə ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) xanımları arasında qısqanclıq mövcud idi. Xüsusilə Aişə bir neçə hədisdə digər Peyğəmbər xanımlarına qarşı güclü qısqanclıq duyduğunu dilə gətirmişdir. Məsələn, bir rəvayətdə Peyğəmbəri-Əkrəmə (sallallahu əleyhi və alihi və səlləm) müraciətlə həzrət Xədicəyə (Allahın salamı olsun ona) qarşı duyduğu qısqanclığı belə ifadə edir:

ما تذكر من عجوز من عجائز قريش حمراء الشدقين، هلكت في الدهر، قد أبدلك الله خيراً منها

“Niyə həlak olub getmiş qırmızı ağız Qüreyş qarısını xatırlayırsan?! Allah sənə ondan daha yaxşısını verib”. (“Səhihül-Buxari”: 3/1168).

Həmçinin, başqa bir rəvayətə əsasən, Zeynəb binti Cəhşə qarşı duyduğu qısqanclıq səbəbindən Peyğəmbərin digər həyat yoldaşı Həfsə ilə birləşərək Zeynəbin evində bal yeyən Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) yalandan, “səndən məğafir iyi gəlir”, - demişdir. (“Səhihül-Buxari”: 3/1567).

Əgər Aişə Peyğəmbər onun evində bal yeyib deyə Zeynəb binti Cəhşi qısqanırdısa, görəsən Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) üçün övlad dünyaya gətirən Mariyanı qısqanmazdımı?!

Mariyanın rəvayətinə tutulan iradlar

1. Bu rəvayətə əsasən, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) İmam Əliyə (əleyhissəlam) qibtini öldürməyi əmr etmişdir. Halbuki, qibti atılan iftiradan uzaq idi. Deməli, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) günahsız bir insanın öldürülməsini əmr etmişdir. Bu isə qeyri-mümkün olduğuna görə, bu rəvayəti qəbul etmək olmaz.

Cavab:

Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) İmam Əliyə qibtinin öldürülməsini əmr edərkən ona həm də belə demişdir: “hadisə yerində olan olmayanın görmədiyini görür”. Yəni, baxmayaraq ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) zahirdə qitbtinin öldürülməsini əmr etmişdi, lakin Əmirəlmömininə (əleyhissəlam) məsələni araşdırıb yəqinə çatmağı göstəriş verərkən qibtinin öldürülməyəcəyini və Allahın həqiqəti aşkara çıxaracağını bilirdi. Buna əsasən, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) zahirdə belə bir əmr verməsinin heç bir problemi yoxdur. Nəzərə almaq lazımdır ki, əgər Peyğəmbər həmin qibtinin ittihamdan uzaq olduğunu bildirsəydi, iftiraçılar, daha öncə də deyildiyi kimi, Peyğəmbərin sözündə şəkk edib onun övlad sevgisinə görə belə davrandığını iddia edəcəkdilər. Bu səbəbdən də o (sallallahu əleyhi və alihi və səlləm), zahirdə qibtinin öldürülməsini əmr edərək onun atılan ittihamdan uzaq olduğunu camaata sübut etdirmək və iftiraçıların bəhanələrini kəsmək istədi. Buna görə də zahirdə Əmirəlmömininə – öldürməmişdən qabaq məsələni dəqiqləşdirməyi əmr etməklə bərabər – qibtini öldürməyi əmr etdi.

Üstəlik, qibtinin öldürülməsinə əmr edilməsi məsələsi təkcə şiə kitablarında deyil, həmçinin sünni kitablarında da gəlmişdir. Məhz bu səbəbdən də mən “Səhihü-Müslim” kitabını şərh edən Nəvəvinin (“Şərhün-Nəvəvi”: 17/118), Qazı İyadın (“İkmalul-müəllim bi-fəvadi-səhihi-Müslim”: 8/308) və başqalarının bu məsələyə görə hədisi zəif hesab etdiklərini görməmişəm.

2. Zinanın cəzası öldürülmək deyildir. Amma Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Əliyə qibtini öldürməyi əmr etmişdir. Əgər qibti ittihamdan uzaq idisə, onda öldürülə bilməzdi, yox əgər həqiqətən də zina etməsi sübuta yetmişdisə, onda da əgər ailəli deyildisə, 100 şallaq vurulmalı, ailəli idisə, daş-qalaq olunmalı idi. Elə isə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) onun qılıncla öldürülməsini necə əmr edə bilər?!

Cavab:

Daha öncə də dediyimiz kimi, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bu hərəkəti zahirdə göründüyü kimi qəbul edilməməlidir. Peyğəmbərin bu işi bir neçə mənaya yozula bilər:

Birinci məna: Bir qədər əvvəl qeyd etdiyimiz kimi, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) qibtinin öldürülməsini istəməmiş, sadəcə onun təmizliyini insanlara göstərmək istəmişdir.

İkinci məna: Qazı İyadın dediyi kimi, qibtinin müsəlman olduğu sübuta yetməmişdir. Peyğəmbər ona Mariya ilə danışmağı qadağan etmiş, o da bu qadağanı pozmuşdur. Belə olunca da ya qadağanı pozduğuna görə, ya da Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) incitdiyinə görə – ki, Peyğəmbəri incidən öldürülməyə layiq olan məlun və kafirdir – öldürülməyə layiq olmuşdur. (“İkmalul-müəllim”: 8/803). Üstəlik, bu “irad” təkcə şiələrə deyil, sünnilərə də ünvanlanır, çünki eyni şey onların kitablarında da gəlmişdir.

3. Allah-taala ifk ayələrində yalan xəbər gətirənlərin “üsbə” olduğunu bildirmişdir. “Üsbə” bir qurp şəxs deməkdir. Bəziləri “usbə”-nin üç ilə on arası nəfərdən, bəziləri on ilə qırx arası nəfərdən, bəziləri də daha fərqli rəqəmlərdən ibarət olduğunu demişlər. Mariyanın ittihamı ilə bağlı olan şiə rəvayətləri isə Mariyanı ittiham edən şəxsin bir nəfər olduğunu – Aişə olduğunu bildirir. Bu isə ayədə qeyd olunanla uyğun gəlmir.

Cavab:

Ayədə qeyd olunan “yalan xəbər gətirən zümrə” (“üsbə”) ifadəsi ilə yalan xəbəri qondaran və ona rəvac verib camaat arasında yayan şəxslər nəzərdə tutulur. Bütün yalanları əvvəldə bir nəfər qondarır, sonra başqaları onu yaymağa başlayırlar. Beləcə bu işdə onunla şərik sayılırlar. Çünki, şəriət bu cür şeyləri danışıb yaymamağı əmr edir, kim bu əmrə uymayıb bu cür şeyləri yayarsa, onda onları qondaranlarla şərik olar. Buna görə də, ayədə “yalan xəbər gətirən zümrə” ifadəsinin bu yalanı qondaranın bir nəfər olması ilə bir ziddiyyəti yoxdur.

Şeyx Əli Ali-Muhsin

313news.net

Рейтинг

В этом разделе