»»

"Əhli-sünnə vəl-cəmaat Əhli-beytə (ə.s) tabedirlərmi?", yaxud "Əhli-beyt (ə.s) elə əhli-sünnə idilərmi?"

Tez-tez qarşılaşdığımız, geniş yayılmış şübhələrdən biri budur ki, guya Əhli-beyt imamlarının (əleyhimussəlam) şiəliklə heç bir əlaqəsi yoxdur və onların əsl əqidələri elə əhli-sünnə mənbələrində öz əksini tapmışdır, çünki bu imamlar (əleyhimussəlam) elə əhli-sünnə imamlarıdır. Bu iddia gülünc görünsə də, əsasən iki məqsədə xidmət edir:

1. Öz ardıcıllarında Əhli-beytə (əleyhimussəlam) sarıldıqları, onların yolunu getdikləri barədə əminlik hissi yaratmaq;

2. Onları Peyğəmbərin iki ağır əmanəti olan "Səqəleyn"ə: Quran və Əhli-beytə sarılan şiələrdən uzaqlaşdırmaq.

Bu məqalədə biz onların həqiqətən də Əhli-beyt (əleyhimussəlam) yolunu gedib-getməmələrini araşdıracağıq. Bunun üçün ən asan yol əhli-sünnənin əməli etiqadının nə dərəcədə Əhli-beyt (əleyhimussəlam) etiqadı ilə üst-üstə düşdüyünü yoxlamaqdır. Hər nə qədər qarşı tərəf bu iddianı etsə də, reallıq tamamilə əksini göstərir.

Tarixə nəzərə yetirdikdə, Əhli-beyt (əleyhimussəlam) yolunu gedən yeganə toplumun şiələr olduğu üzə çıxır. Bunu hətta əhli-sünnə alimləri də etiraf edirlər və məqalədə bir daha şahidi olacaqsınız.

Qarşınızdakı məqalə Seyid Əli qardaşın ingilis dilində hazırladığı material əsasında bəzi əlavə və dəyişiklər edilməklə hazırlanmışdır.

ŞİƏ SÖZÜNÜN MƏNASI

Əvvəlcə "şiə" deyəndə bu gün kimlərin nəzərdə tutulması barədə əhli-sünnə alimlərinin dediklərinə baxaq.

1. Əli ibn Muhəmməd Seyyid Şərif əl-Cürcani

الشيعة: هم الذين شايعوا عليا رضي الله عنه، وقالوا: إنه الإمام بعد رسول الله صلى الله عليه وسلم، واعتقدوا أن الإمامة لا تخرج عنه وعن أولاده.

“Şiələr: Onlar Əlinin (r.a) ardınca gedən şəxslərdirlər. Onlar Allah Rəsulundan (s.ə.s) sonra Əlinin imam olduğunu demiş, imamətin Əli və onun övladlarından başqasına keçə bilməyəcəyinə etiqad etmişlər”.

 

Fotoşəkil: Əli ibn Muhəmməd Seyyid Şərif əl-Cürcani, “Mucəmut-tərifat”, səh.111; “Darul-fadilə”, ər-Riyad, Səudiyyə Ərəbistanı; təhqiq: Muhəmməd Sadiq Mənşavi

2. Muhəmməd əş-Şəhristani

الشيعة: هم الذين شايعوا عليا رضي الله عنه على الخصوص، وقالوا بإمامته وخلافته نصا ووصية، إما جليا وإما خفيا، واعتقدوا أن الإمامة لا تخرج من أولاده

“Şiələr xüsusi olaraq Əlinin ardınca gedən, onun imamətinin gizli və aşkar şəkildə nəss* və vəsiyyət ilə sübuta yetdiyinə inanan və imamətin [ondan və] onun övladlarından başqasına keçə bilməyəcəyinə etiqad edən şəxslərdirlər”.

____________________________

* Nəss: Allah və ya Peyğəmbər tərəfindən bildirilən açıq-aşkar hökm, göstəriş və ya əmr.

 

Fotoşəkil: Muhəmməd əş-Şəhristani, “Əl-Miləl vən-nihəl”, c.1, səh. 144; “Darul-kutubil-ilmiyyə”, Beyrut, 1413/1992

3. Vəliyyəddin Əbdür-Rəhman ibn Muhəmməd ibn Xəldun

اعلم : أن الشيعة لغة : الصحب والأتباع ، ويطلق في عرف الفقهاء والمتكلمين من الخلف والسلف على أتباع علي وبنيه رضي الله عنهم .

“Bil ki, “şiə” sözü lüğətdə əshab və ardıcıl mənasına gəlir. Keçmiş və müasir dövr fəqih və teloqoların (kəlam alimlərinin) terminologiyasında isə Əli və onun övladlarının (Allah onlardan razı olsun) ardıcıllarına deyilir.”

 

Fotoşəkil: Vəliyyəddin Əbdür-Rəhman ibn Muhəmməd ibn Xəldun, Tarixu İbn Xəldun, c.1, səh.246; “Darul-Fikr”, Beyrut, 1421/2000; təhqiq: Cəlil Şəhadə və Süheyl Zəkkar

BİRİNCİ ZİDDİYYƏT:

Dörd əhli-sünnə imamı "Bismillah"ın namazda deyilib-deyilməməsi barədə ixtilaf etmişlər. Maliki məzhəbinin banisi İmam Malik vacib namazlarda "Bismillah"ın deyilməsini tamamilə rədd etmişdir, lakin Əbu Hənifə və Əhməd ibn Hənbəl buna yalnız sakit oxunması şərtilə icazə vermişlər. İmam Şafei isə sakit qılınan namazlarda sakit, ucadan qılınan namazlarda isə ucadan deyilməsinə icazə vermişdir. Əhli-sünnənin maliki məzhəbli məşhur alimlərin olan İbn Rüşd yazır:

4. İbn Rüşd əl-Qurtubi

اختلفوا في قراءة بسم الله الرحمن الرحيم في افتتاح القراءة في الصلاة ، فمنع ذلك مالك في الصلاة المكتوبة جهرا كانت أو سرا ، لا في استفتاح أم القرآن ، ولا في غيرها من السور ، وأجاز ذلك في النافلة .
وقال أبو حنيفة ، والثوري ، وأحمد : يقرؤها مع أم القرآن في كل ركعة سرا ، وقال الشافعي : يقرؤها ولا بد في الجهر جهرا ، وفي السر سرا ، وهي عنده آية من فاتحة الكتاب ، وبه قال أحمد ، وأبو ثور ، وأبو عبيد .

“Alimlər namazda qiraətə başlarkən “bismilləhir-rahmənir-rahim” cümləsinin oxunub-oxunmaması mövzusunda müxtəlif fikirlər söyləmişlər. Malik vacib namazlarda istər “fatihə” surəsində, istərsə də digər surələrdə bu cümlənin aşkar və ya asta səslə oxunmasını icazəli bilməmişdir. Müstəhəb namazlarda isə icazəli bilmişdir. Əbu Hənifə, Səvri və Əhməd demişlər ki, hər rəkətdə “fatihə” ilə birgə asta şəkildə oxunsun. Şafei isə demişdir ki, bu cümlə aşkar səslə qılınan namazda aşkar səslə, asta səslə qılınan namazlarda isə asta səslə oxunmalıdır. Şafeinin nəzərində bu cümlə “fatihə” surəsinin bir parçasıdır. Əhməd, Əbu Səvr və Əbu Übeyd də belə düşünmüşlər”.

 

Fotoşəkil: İbn Rüşd əl-Qurtubi, “Bidayətül-müctəhid və nihayətül-müqtəsid”, səh.151; “Beytül-Əfkar”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 2007; təhqiq: Yusif ibn Əhməd əl-Bəkri

Şübhəsiz ki, bu rəylərin hamısı eyni zamanda düz ola bilməz, bunlardan yalnız biri düzdür. Bəs hansı? Əhli-beytin (əleyhimussəlam) bu barədə fikri nə idi? Gəlin bu suala əhli-sünnə alimlərinin əsərlərindən cavab tapaq.

5. Fəxrəddin ər-Razi

روى البيهقي في " السنن الكبير " عن أبي هريرة قال: كان رسول الله صلى الله عليه وسلم يجهر في الصلاة ببسم الله الرحمن الرحيم، ثم إن الشيخ البيهقي روى الجهر عن عمر بن الخطاب، وابن عباس، وابن عمر، وابن الزبير، وأما أن علي بن أبي طالب رضي الله عنه كان يجهر بالتسمية فقد ثبت بالتواتر، ومن اقتدى في دينه بعلي بن أبي طالب فقد اهتدى، والدليل عليه قوله عليه السلام: اللهم أدر الحق مع علي حيث دار.

“Beyhəqi “əs-Sünənün-kubra” kitabında Əbu Hüreyrədən belə nəql etmişdir: “Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) namazda “bismilləhir-rahmənir-rahim”-i aşkar səslə oxuyardı.” Şeyx Beyhəqi aşkar səslə oxumaq məsələsini Ömər ibn əl-Xəttabdan, İbn Abbasdan, İbn Ömərdən və İbn Zübeyrdən də nəql etmişdir. Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) gəlincə isə, o bu cümləni aşkar səslə oxuyardı. Əlinin belə etməsi mütəvatir şəkildə nəql olunmuşdur. Kim dinində Əliyə tabe olsa, hidayət olar (doğru yolda olar). Buna dəlil, Peyğəmbərin (əleyhissəlam) “İlahi, Əli hara getsə, haqqı onunla birgə et!” kəlamıdır.”

 

Fotoşəkil: Fəxrəddin ər-Razi, “Təfsirul-Kəbir”, c.1, səh. 210; “Darul-fikr”, Beyrut, 1401/1981

Göründüyü kimi, İmam Əlinin (əleyhissəlam) əməlindən göründüyü kimi, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) sünnəsinə əsasən "Bismillah" ucadan oxunmalıdır.

6. Nizaməddin Həsən ibn Muhəmməd ibn Hüseyn əl-Qummi ən-Nişapuri

وكان مذهبه الجهر بها في جميع الصلوات , وقد ثبت هذا منه تواتراً ومن اقتدى به لن يضل. قال صلى الله عليه وسلم: "اللهم أدر الحق معه حيث دار".

“O (Əli ibn Əbu Talib) bütün namazlarda “bismilləhir-rahmənir-rahim”-i aşkar səslə oxuyardı. Bu məsələ mütəvatir şəkildə nəql olunmuşdur. Kim ona tabe olsa, əsla azmaz. Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurmuşdur ki: “İlahi, hara getsə, haqqı onunla birgə et”.”

 

Fotoşəkil: Nizaməddin Həsən ibn Muhəmməd ibn Hüseyn əl-Qummi ən-Nişapuri, “Təfsirü-ğəraibil-Quran və rəğaibil-furqan”, c.1, s.89; “Darul-kutubil-ilmiyyə”, Beyrut.

7. Əbu Bəkr əl-Beyhəqi

Əbu Bəkr əl-Beyhəqi Peyğəmbər (s.ə.a) ailəsinin “bismilləhir-rahmənir-rahim”-in aşkar səslə deyilməsi barədə yekdil fikirdə olduğunu rəvayət etmiş, sonda doğru olan fikrin də bu olduğunu bildirmişdir.

وَرُوِّينَا عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ، أَنَّهُ قَالَ: " اجْتَمَعَ آلُ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْجَهْرِ بِ {بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ} [الفاتحة: 1] " وَرُوِّينَا عَنْ عَطَاءٍ، وَطَاوُسٍ، وَمُجَاهِدٍ، وَسَعِيدِ بْنِ جُبَيْرٍ، وَعِكْرِمَةَ، وَالزُّهْرِيِّ. وَأَمَّا حَدِيثُ أَنَسِ بْنِ مَالِكٍ فِي افْتِتَاحِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَغَيْرِهِ بِ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ فَإِنَّهُ إِنَّمَا قُصِدَ بِهِ بَيَانُ ابْتِدَائِهِمْ بِسُورَةِ الْفَاتِحَةِ قَبْلَ مَا يُقْرَأُ بَعْدَهَا وَمَنْ رُوِيَ عَنْهُ أَنَّهُ لَمْ يَجْهَرْ بِهَا فَإِنَّهُ لَمْ يَسْمَعْهُ، وَمَنْ رُوِيَ عَنْهُ الْجَهْرَ فَإِنَّهُ أَدَّى مَا سَمِعَ، وَالْقَوْلُ قَوْلُ مَنْ سَمِعَ دُونَ مَنْ لَمْ يَسْمَعْ، ثُمَّ هُوَ مِنَ الِاخْتِلَافِ الْمُبَاحِ، وَاللَّهُ أَعْلَمُ )

Bizə Cəfər ibn Muhəmmədin [İmam Baqirin] belə dediyi nəql olunmuşdur: “Muhəmməd (sallallahu əleyhi [və alihi] və səlləm) ailəsi “bismilləhir-rahmənir-rahim”-in aşkar səslə deyilməsi üzərində icma etmişdir”.

Bizə Əta, Tavus, Mücahid, Səid ibn Cübeyr, İkrimə və Zühridən də [namazda “bismilləhir-rahmənir-rahim”-in aşkar səslə deyilməsinin vacibliyi] nəql olunmuşdur. Ənəs ibn Malikin Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) və başqalarının namaza “əlhəmdulilləhi rabbil-aləmin” ayəsi ilə başladığını bildirən hədisinə gəlincə isə, bununla onların başqa surələrlə deyil, məhz fatihə surəsi ilə namaza başladıqları nəzərdə tutulmuşdur.

Peyğəmbərin “bəsmələ”ni aşkar səslə oxumadığını nəql edən şəxslər, Peyğəmbərin aşkar səslə oxumasını eşitməmişlər, Peyğəmbərin “bəsmələ”ni aşkar səslə oxuduğunu nəql edən şəxslər isə eşitdiklərini nəql etmişlər. Buna əsasən, doğru olan Peyğəmbərin “bəsmələ”ni aşkar səslə oxuduğunu eşidənlərin nəzəridir.”

 

Fotoşəkil: Əbu Bəkr əl-Beyhəqi, "Əs-Sünənüs-suğra", c.1, s.155; 1410/1989, Kəraçi, Pakistan; təhqiq: Əbdül-Müni Əmin əl-Qələci

Əhli-sünnənin əksinə olaraq, şiə fiqhinə görə "Bismillah" ucadan oxunmalıdır.

8. Şeyx Tusi

Qədim şiə alimlərindən olan Şeyx Tusi yazır:

يجب الجهر ببسم الله الرحمن الرحيم في الحمد، وفي كل سورة بعدها، كما يجب بالقراءة هذا فيما يجب الجهر فيه، فإن كانت الصلاة لا يجهر فيها استحب أن يجهر ببسم الله الرحمن الرحيم

“Həmd surəsini və ondan sonra oxunacaq hər bir surəni oxuyarkən “bismilləhir-rahmənir-rahim”-i aşkar səslə oxumaq vacibdir. Bu, aşkar səslə qılınması vacib olan namazlarda belədir. Aşkar səslə qılınmayan namazlara gəlincə isə, bu namazlara “bismilləhir-rahmənir-rahim”-i aşkar səslə oxumaq müstəhəbdir.”

 

Fotoşəkil: Şeyx Tusi, “əl-Xilaf”, c.1, səh.331; “Müəssəsətün-nəşril-islami”, Qum

Əgər haqq yolçularının yolunda olsanız, İslamın prinsipləri sizə aydın olacaq. Allah Rəsulunun da (sallallahu əleyhi və alihi və səlləm) bildirdiyi kimi, haqq hər zaman Əli (əleyhissəlam) ilədir. Bunu əhli-sünnə kitablarında səhih rəvayətlərdə də görmək olar.

9. Nurəddin əl-Heysəmi

وَعَنْ زَيْدِ بْنِ وَهْبٍ قَالَ: بَيْنَا نَحْنُ حَوْلَ حُذَيْفَةَ إِذْ قَالَ: كَيْفَ أَنْتُمْ، وَقَدْ خَرَجَ أَهْلُ بَيْتِ نَبِيِّكُمْ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - فِرْقَتَيْنِ، يَضْرِبُ بَعْضُهُمْ وُجُوهَ بَعْضٍ بِالسَّيْفِ؟ فَقُلْنَا: يَا أَبَا عَبْدِ اللَّهِ، وَإِنَّ ذَلِكَ لَكَائِنٌ؟ فَقَالَ بَعْضُ أَصْحَابِهِ: يَا أَبَا عَبْدِ اللَّهِ، فَكَيْفَ نَصْنَعُ إِنْ أَدْرَكْنَا ذَلِكَ الزَّمَانَ؟ قَالَ: انْظُرُوا الْفِرْقَةَ الَّتِي تَدْعُوا إِلَى أَمْرِ عَلِيٍّ فَالْزَمُوهَا، فَإِنَّهَا عَلَى الْهُدَى.

Zeyd ibn Vəhbdən belə nəql olunur: Biz Hüzeyfənin başına yığışmışdıq. Hüzeyfə dedi:

– Peyğəmbərinizin (sallallahu əleyhi [və alihi] və səlləm) Əhli-Beyti iki dəstəyə ayrılıb bir-birlərinin üzərinə qılınc çəkdikləri vaxt nə edəcəksiniz?

Biz dedik:

– Ey Əbu Abdullah, belə bir şey olacaq?

Onun yoldaşlarından biri dedi:

– Ey Əbu Abdullah, o zamanı görsək, necə hərəkət edək?

Dedi:

– Baxın görün hansı firqə Əlinin işinə tərəf dəvət edirsə, o firqəyə tabe olun; həqiqətən də o firqə doğru yoldadır”.

Ardınca Heysəmi deyir:

رَوَاهُ الْبَزَّارُ، وَرِجَالُهُ ثِقَاتٌ.

“Bunu Bəzzar nəql etmişdir. Raviləri siqədir”.

 

Fotoşəkil: Nurəddin əl-Heysəmi, “Məcməüz-zəvaid”, c.7, səh.339, hədis 12033; “Darul-kutubil-ilmiyyə”, Beyrut

Digər bir yerdə yazır:

وَعَنْ أَبِي ذَرٍّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - لِعَلِيٍّ: " يَا عَلِيُّ، مَنْ فَارَقَنِي فَارَقَ اللَّهَ، وَمَنْ فَارَقَكَ يَا عَلِيُّ فَارَقَنِي".

Əbu Zərdən belə nəql olunur:

Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Əliyə dedi: “Ey Əli, kim məndən ayrılsa, Allahdan ayrılar. Kim səndən ayrılsa, məndən ayrılar”.”

Ardınca Heysəmi deyir:

رَوَاهُ الْبَزَّارُ، وَرِجَالُهُ ثِقَاتٌ.

“Bunu Bəzzar nəql etmişdir. Raviləri siqədir”.

 

Fotoşəkil: Nurəddin əl-Heysəmi, “Məcməüz-zəvaid”, c.9, səh.130, hədis 14771; “Darul-kutubil-ilmiyyə”, Beyrut

İKİNCİ ZİDDİYYƏT:

Heç bir müasir əhli-sünnə firqəsi azanda "həyyə əla xəyrul-əməl" cümləsini demir. Yalnız və yalnız Əhli-beyt (əleyhimussəlam) ardıcılları deyirlər. Bu barədə Sələfi fətva mərkəzi deyir:

10. Fətaval-ləcnətid-daiməti lil-buhusil-ilmiyyəti vəl-ifta

Səudiyyə Ərəbistanının və dolayısı ilə sələfilərin baş fətva mərkəzi olan Elmi araşdırmalar və fətva üzrə daimi komitənin saytında və Komitənin rəsmi nəşr etdirdiy kitabda yazılır:

وأما قول المؤذن في أذان الصبح: (حي على خير العمل)، فليس بثابت، ولا عمل عليه عند أهل السنة ، وهذا من مبتدعات الرافضة

“Azançının sübh azanında “həyyə əla xəyril-əməl” (“ən yaxşı əmələ tələsin”) deməsinə gəlincə, bu, sübuta yetməmişdir. Əhli-sünnə buna əməl etmir. Bu, məhz rafizilərin bidətlərindəndir”.

 

“Fətaval-ləcnətid-daiməti lil-buhusil-ilmiyyəti vəl-ifta”, c.6, səh. 95-96; “Darul-müəyyəd”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1424/2004; təhqiq: Əhməd ibn Əbdür-Rəzzaq əd-Düveyş

Fətva komitəsinin üzvləri:

Abdullah Muni, Abdullah ibn Ğədyan və Əbdür-Rəzzaq əl-Əfifi.

Fətvanın internet ünvanı:

http://www.alifta.net/Fatawa/fatawaDetails.aspx?BookID=3&View=Page&PageNo=1&PageID=1886

11. Əbdül-Əziz ibn Baz

1993-1999-cu illər ərzində Səudiyyə Ərəbistanının baş müftisi olmuş məşhur sələfi (vəhhabi) alimi Əbdül-Əziz ibn baz yazır:

قول بعض الشيعة في الأذان : ( حي على خير العمل ) بدعة ، لا أصل له في الأحاديث الصحيحة .

“Bəzi şiələrin azanda “həyyə əla xəyril-əməl” deməsinə gəlincə, bu, bidətdir və bunun səhih hədislərdə heç bir əsli (əsası) yoxdur.”

 

Fotoşəkil: Əbdül-Əziz ibn Baz, “Məcmuul-fətava və məqalatun mutənəvvia”, c.10, səh.335; “Darul-Qasim”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1420/2000; təhqiq: Muhəmməd ibn Səud əş-Şuvəyir

Göründüyü kimi, əhli-sünnə vəl-cəmaat azanda "həyyə əla xəyril-əməl" deyilməsini bidət hesab edir. Yəni, bunun dində əsli yoxdur. Halbuki, Əhli-beyt (əleyhimussəlam) və bəzi səhabələr buna əməl edirdilər.

12. Muhəmməd ibn Əli əş-Şəvkani

Digər bir məşhur əhli-sünnə alimi əş-Şəvkani yazır:

وَالْحَدِيثُ لَيْسَ فِيهِ ذِكْرُ حَيَّ عَلَى خَيْرِ الْعَمَلِ، وَقَدْ ذَهَبَتْ الْعِتْرَةُ إلَى إثْبَاتِهِ، وَأَنَّهُ بَعْدَ قَوْلِ الْمُؤَذِّنِ: حَيَّ عَلَى الْفَلَاحِ، قَالُوا: يَقُولُ مَرَّتَيْنِ: حَيَّ عَلَى خَيْرِ الْعَمَلِ، وَنَسَبَهُ الْمَهْدِيُّ فِي الْبَحْرِ إلَى أَحَدِ قَوْلَيْ الشَّافِعِيِّ وَهُوَ خِلَافُ مَا فِي كُتُبِ الشَّافِعِيَّة،ِ فَإِنَّا لَمْ نَجِدْ فِي شَيْءٍ مِنْهَا هَذِهِ الْمَقَالَةَ بَلْ خِلَافُ مَا فِي كُتُبِ أَهْلِ الْبَيْتِ، قَالَ فِي الِانْتِصَارِ: إنَّ الْفُقَهَاءَ الْأَرْبَعَةَ لَا يَخْتَلِفُونَ فِي ذَلِكَ يَعْنِي فِي أَنَّ حَيَّ عَلَى خَيْرِ الْعَمَلِ لَيْسَ مِنْ أَلْفَاظِ الْأَذَانِ، وَقَدْ أَنْكَرَ هَذِهِ الرِّوَايَةَ الْإِمَامُ عِزُّ الدِّينِ فِي شَرْحِ الْبَحْرِ وَغَيْرُهُ مِمَّنْ لَهُ اطِّلَاعٌ عَلَى كُتُبِ الشَّافِعِيَّةِ، واحْتَجَّ الْقَائِلُونَ بِذَلِكَ بِمَا فِي كُتُبِ أَهْلِ الْبَيْتِ "كآمالي أَحْمَدَ بْنِ عِيسَى وَالتَّجْرِيدِ، وَالْأَحْكَامِ وَجَامِعِ آلِ مُحَمَّدٍ" مِنْ إثْبَاتِ ذَلِكَ مُسْنَدًا إلَى رَسُولِ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ -، قَالَ فِي الْأَحْكَامِ: وَقَدْ صَحَّ لَنَا أَنَّ حَيَّ عَلَى خَيْرِ الْعَمَلِ كَانَتْ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - يُؤَذَّنُ بِهَا، وَلَمْ تُطْرَحْ إلَّا فِي زَمَنِ عُمَرَ، وَهَكَذَا قَالَ الْحَسَنُ بْنُ يَحْيَى رُوِيَ ذَلِكَ عَنْهُ فِي جَامِعِ آلِ مُحَمَّدٍ، وَبِمَا أَخْرَجَ الْبَيْهَقِيُّ فِي سُنَنِهِ الْكُبْرَى بِإِسْنَادٍ صَحِيحٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّهُ كَانَ يُؤَذِّنُ بِحَيَّ عَلَى خَيْرِ الْعَمَلِ أَحْيَانًا، وَرَوَى فِيهَا عَنْ عَلِيِّ بْنِ الْحُسَيْنُ أَنَّهُ قَالَ هُوَ الْأَذَانُ الْأَوَّلُ، وَرَوَى الْمُحِبُّ الطَّبَرِيُّ فِي أَحْكَامِهِ عَنْ زَيْدِ بْنِ أَرْقَمَ أَنَّهُ أَذَّنَ بِذَلِكَ

“İtrət [Əhli-Beyt] “həyyə əla xəyril-əməl” cümləsinin azanda var olduğunu və onun “həyyə ələl-fəlah” (“nicat və qurtuluşa tələsin”) cümləsindən sonra gəldiyini demişdir. Onlar demişlər ki, “azanda iki dəfə “həyyə əla xəyril-əməl” deyilməlidir”.

Mehdi “əl-Bəhr” kitabında (azanla bağlı Şafeidən nəql olunan) iki nəzərin birində Şafenin bu fikri qəbul etdiyini demişdir, lakin, bu məlumat şafeilərin kitablarında olanın ziddinədir. Belə ki, biz şafei kitablarında belə bir şey tapmamışıq. Hətta Əhli-Beyt kitablarında belə bunun əksi deyilmişdir. Məsələn, “əl-İntisar” kitabında deyilir ki: “Dörd fəqih bu barədə ixtilaf etməmişdir”. Yəni, “həyyə əla xəyril-əməl”-in azanın sözlərindən olmadığı barəsidə ixtilaf etməmişlər. İmam İzzəddin “əl-Bəhr” kitabının şərhində və şafeilərin kitabları ilə tanışlığı olan digər şəxslər öz kitablarında Mehdinin bu sözünü inkar etmişlər.

“Həyyə əla xəyril-əməl” cümləsinin azanın bir hissəsi olduğu fikrini dəstəkləyənlər Əhməd ibn İsanın “Əmali” kitabı, “ət-Təcrid” kitabı, “əl-Əhkam” kitabı və “Camiu-Ali-Muhəmməd” kitabı kimi “Əhli-Beyt” kitablarında gələn və Allah Rəsulundan (sallallahu əleyhi [və alihi] və səlləm) sənədli şəkildə nəql olunan hədislərə əsaslanmışlar. “Əl-Əhkam” kitabının müəllifi bu kitabda belə deyir:

“Bizim nəzərimizdə sübuta yetmişdir ki, “həyyə əla xəyril-əməl” cümləsi Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) zamanında oxunurdu və o, yalnız Ömərin zamanında tərk edilmişdir. Həsən ibn Yəhya də belə demişdir. Bu məlumat ondan “Camiu-Ali-Muhəmməd” kitabında nəql olunmuşdur”.

Həmçinin, “həyyə əla xəyril-əməl” cümləsinin azanın bir hissəsi olduğu fikrini dəstəkləyənlər Beyhəqinin “əs-Sünənül-kubra” kitabında səhih sənədlə Abdullah ibn Ömərin bəzi vaxtlar azanda “həyyə əla xəyril-əməl” deməsi ilə bağlı nəql etdiyi rəvayətə əsaslanırlar. Həmçinin, Beyhəqi Əli ibn Hüseynin “ilk azan budur”, - deməsini nəql etmişdir.

Həmçinin, Muhib ət-Təbəri “Əhkam” kitabında Zeyd ibn Ərqəmin azanda “həyyə əla xəyril-əməl” cümləsini oxuduğunu nəql etmişdir”.

 

Fotoşəkil: Muhəmməd ibn Əli əş-Şəvkani, “Neylül-əvtar min əsrari-müntəqal-əxbar”, c.3, səh.216-218; “Daru-İbn əl-Cəvzi”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Muhəmməd Sübhi ibn Həsən Həllaq

Göründüyü kimi, “Həyyə əla xəyril-əməl” Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) və Əhli-beyt imamlarının (əleyhimussəlam) sünnəsi olmuşdur, lakin Ömər ibn əl-Xəttab tərəfindən ləğv edilmişdir.

Həmçinin qeyd edilməlidir ki, əş-Şövkaninin “Əhli-beyt kitabları” olaraq tanıtdırdığı əsərlər on iki imamçı şiə kitabları deyil.

13. İbn Əbu Şeybə

İbn Əbu Şeybə öz hədis külliyatında yazır:

حدثنا : حاتم بن إسماعيل ، عن جعفر ، عن أبيه ، ومسلم بن أبي مريم ، أن علي بن حسين ، كان يؤذن ، فإذا بلغ حي على الفلاح ، قال : حي على خير العمل ، ويقول : هو الأذان الأول.

“Bizə Hatim ibn İsmayıl Cəfərdən, o da atasından və Müslim ibn Əbu Məryəmdən belə nəql etmişdir:

Əli ibn Hüseyn azan oxuyardı. “Həyyə ələl-fəlah” cümləsini oxuduqdan sonra “həyyə əla xəyril-əməl” cümləsini oxuyardı. Və deyərdi ki, bu, ilk azandır”.

 

Fotoşəkil: İbn Əbu Şeybə, “əl-Müsənnəf”, c.2, səh.27, hədis 2251; “Məktəbətür-rüşd”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1425/2004

14. İbn Həzm

وقد صح عن ابن عمر وأبي أمامة بن سهل بن حنيف: أنهم كانوا يقولون في أذانهم "حي على خير العمل"

“İbn Ömər və Əbu Ümamə ibn Səhl ibn Hüneyfdən səhih şəkildə nəql olunmuşdur ki, onlar (səhabələr) azanlarında “həyyə əla xəyril-əməl” deyirmişlər.”

 

Fotoşəkil: İbn Həzm, “Əl-Mühəlla”, səh. 287; “Beytül-Əfkar”, ər-Riyad, Səudiyyə Ərəbistanı; təhqiq: Həssan Əbdül-Mənnan

15. Muhəmməd əd-Dusuqi

كان علي رضي الله عنه يزيد حي على خير العمل بعد حي على الفلاح وهو مذهب الشيعة الآن

“Əli (Allah ondan razı olsun) azanda “həyyə ələl-fəlah” cümləsindən sonra “həyya əla xəyril-əməl” cümləsini artırırdı. Hal-hazırda şiələrin etiqadı da məhz budur.”

 

Fotoşəkil: Muhəmməd əd-Dusuqi, “Haşiyətud-Dusuqi əlaş-şərhil-kəbir”, c.1, səh.193; “Daru-ihyail-kutubil-arabiyyə”, Beyrut

Beləliklə, məlum olur ki, Əhli-beyt (əleyhimussəlam) məktəbi azanda “həyyə əla xəyril-əməl” oxuyurlar. Əhli-sünnə isə bu məsələdə onlara əks mövqe tuturlar. Bununla da kifayətlənməyərək, İbn Ömər və Zeyd ibn Ərqəm kimi səhabələrin əməl etdiyi bir işi, yəni azanda “həyyə əla xəyril-əməl” deməyi bidət hesab edirlər.

Sonrakı dəlillərdən də görəcəyiniz kimi, əhli-sünnə vəl-cəmaat “həyyə əla xəyril-əməl”in yerinə “əs-səlatu xəyrun minən-nəum” deyirlər. Bunun adına təsvib deyilir. Əhli-beyt (əleyhimussəlam) isə bunu bidət hesab etmişdir.

ÜÇÜNCÜ ZİDDİYYƏT:

16. Muhəmməd ibn Əli əş-Şəvkani

وذهبت العترة والشافعي في أحد قوليه إلى أن التثويب بدعة ، قال في البحر : أحدثه عمر ، فقال ابنه : هذه بدعة. وعن علي عليه السلام حين سمعه : لا تزيدوا في الأذان ما ليس منه

“İtrət (Peyğəmbərin ailəsi, nəsli) və Şafei təsvibin* bidət olduğunu demişlər. [Bəzzar] “əl-Bəhr” kitabında “bunu Ömər ortaya çıxarmışdır”, - demiş, oğlu isə, “bu, bidətdir”, - demişdir. Həmçinin, Əlinin bu cümləni eşitdiyi zaman belə dediyini nəql olunmuşdur: “Azana ondan olmayan bir şeyi artırmayın!”

______________________________________

* Təsvib: “Həyyə ələl-fəlah” cümləsindən sonra “əs-səlatu xəyrun minən-nəum” (“namaz yatmaqdan daha xeyirlidir”) cümləsinin iki dəfə təkrarlanması. [Tərc.]

 

Fotoşəkil: Muhəmməd ibn Əli əş-Şəvkani, “Neylül-əvtar min əsrari-müntəqal-əxbar”, c.3, səh.215-216; “Daru-İbn əl-Cəvzi”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Muhəmməd Sübhi ibn Həsən Həllaq

Göründüyü kimi, Əhli-beyt (əleyhimussəlam) təsvibi bidət hesab etmişdir, lakin əhli-sünnə onlara zidd mövqedə durur.

DÖRDÜNCÜ ZİDDİYYƏT:

Əhli-xilafın fikrinə görə, mürtəd şəxs qətlə yetirildikdə və ya öldükdə, onun mal-mülkü müsəlmanlara keçir. İmam Malik və İmam Şafei isə bu məsələdə Həzrət Əli (əleyhissəlam) ilə razılaşmamışlar.

17. İbn Rüşd əl-Qurtubi

وأما مال المرتد إذا قتل أو مات، فقال جمهور فقهاء الحجاز هو لجماعة المسلمين ولا يرثه قرابته، وبه قال مالك، والشافعي، وهو قول زيد من الصحابة. وقال أبو حنيفة، والثوري، وجمهور الكوفيين، وكثير من البصريين يرثه ورثته من المسلمين، وهو قول ابن مسعود من الصحابة، وعلي (رضي الله عنهما).

“Qətlə yetirildiyi və öldüyü təqdirdə mürtədd şəxsin mal-mülkünün nə olacağına gəlincə, hicaz fəqihlərinin cümhuru mal-mülkün müsəlmanlara keçəcəyini, mürtəddin yaxınlarının isə bundan irs ala bilməyəcəklərini demişdir. Malik və Şafei bu nəzəri seçmiş, səhabələrdən Zeyd bunu demişdir.

Əbu Hənifə, Səvri, kufəlilərin cümhuru və bəsrəlilərin bir çoxu isə ölən mürtəddin müsəlman vərəsələlərinin onun malını irs ala biləcəklərini demişlər. Səhabələrdən İbn Məsud və Əli (Allah onlardan razı olsun) bunu demişlər.”

 

Fotoşəkil: İbn Rüşd əl-Qurtubi, “Bidayətül-müctəhid və nihayətül-müqtəsid”, səh.884; “Beytül-Əfkar”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 2007; təhqiq: Yusif ibn Əhməd əl-Bəkri

İmam Əlinin (əleyhissəlam) bu mövqeyi bu gün şiə fiqhin mövqeyidir.

18. Şeyx Tusi

Qədim şiə alimlərindən olan Şeyx Tusi yazır:

والمسلم الذي ولد على الإسلام، ثم ارتد، فقد بانت منه امرأته، ووجب عليها عدة المتوفى عنها زوجها، وقسم ميراثه بين أهله. ولا يستتاب بل يقتل على كل حال.

“İslam üzərə (yəni, müsəlman ailəsində) dünyaya gələn, lakin sonradan mürtədd olan müsəlmanın arvadı ondan ayrılar. Ayrılmış arvad əri ölmüş qadının iddəsi* qədər iddə saxlayar. Onun (mürtəddin) mal-sərvəti isə ailə üzvləri arasında bölüşdürülər.”

_______________________________

* İddə: gözləmə müddəti. Qadının ərindən ayrıldığı və ya əri öldüyü zaman gözlədiyi müddət. [Tərc.]

 

Fotoşəkil: Şeyx Tusi, “Ən-Nihayə fi mücərrədil-fiqh vəl-fətava”, səh.666; “Enteşarate-Qodse-mohəmmədi”

BEŞİNCİ ZİDDİYYƏT:

Əhli-sünnə dəstəmaz zamanı ayaqlarını yuyurlar. Quran isə ayaqlara məsh çəkilməsini əmr edir.

Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin. (Maidə, 6)

19. Fəxrəddin ər-Razi

فإذا عطفت الأرجل على الرءوس جاز في الأرجل النصب عطفا على محل الرءوس ، والجر عطفا على الظاهر ، وهذا مذهب مشهور للنحاة .

“Əgər dəstəmaz ayəsindəki “ərcul” (ayaqlar) sözü “ruus” (başlar) sözünə aid edilsə, onda “ərcul” sözü həm – “ruus” sözünün məhəllinə aid edildiyi təqdirdə – nəsb ilə (“ərculəkum”), həm də – “ruus” sözünün zahirinə aid edildiyi təqdirdə – cərr ilə (“ərculikum”) oxuna bilər. Bu, qrammatika alimləri arasında məşhur olan bir qaydadır...”.

Qeyd: Ərəb dilində “və” bağlayıcısından sonra gələn söz özündən əvvəl gələn sözün “məhəllinə” və ya “zahir”inə aid edilməsindən asılı olaraq, fərqli hərəkə ala bilər.

“Məhəll” dedikdə, sözün cümlədəki qrammatik yeri – sözün cümlədə mübtəda, xəbər və ya tamamlıq yerində olması nəzərdə tutulur. Sözün cümlədə mübtəda, xəbər və ya tamamlıq yerində olmasından asılı olaraq onun hərəkəsi dəyişə bilər. “Zahir” dedikdə isə, sözün özünün zahiri vəziyyəti nəzərdə tutulur.

Əgər “və”-dən sonrakı sözü “və”-dən öncəki sözün məhəllinə aid etsək, onda “və”-dən sonrakı söz “və”-dən öncəki sözün məhəllinə uyğun hərəkə alacaq.

Əgər “və”-dən sonrakı sözü “və”-dən öncəki sözün zahirinə aid etsək, onda da “və”-dən sonrakı söz “və”-dən öncəki sözün zahiri vəziyyətinə uyğun hərəkə alacaq.

Dəstəmaz ayəsində “vəmsəhu” (yuyun) felindən sonra “bi-ruusikum” (başlarınızı) sözü işlənmiş, ardınca bu sözə “və” bağlayıcısı ilə “ərcul*kum” sözü əlavə edilmişdir.

Əgər biz “ərcul” sözünü “ruus” sözünün məhəllinə aid etsək, onda “ərcul” sözünün hərəkəsi “ə” olacaq (“ərculƏkum”). Çünki, “ruus” sözünün “məhəll”i, yəni cümlədəki qrammatik yeri tamamlıqdır. Tamamlıq yerində olan sözün də son hərəkəsi “ə” (əgər samit qalın samitdirsə: “a”) olmalıdır.

Yox əgər “ərcul” sözünü “bi-ruus” sözünün zahirinə bağlasaq, onda da “ərcul*kum” sözünün hərəkəsi “i” olacaq (“ərculİkum”). Çünki “ruus” sözünün önündə “bi” önqoşması vardır və bu önqoşma səbəbindən “ruus” sözünün son hərəkəsi “i” olub (bi-ruusİkum). “Ərcul” sözünü də “bi-ruusikum” sözünün zahirinə bağladıqda, “bi” önqoşması “ərcul” sözünə təsir edərək onun sonunu da “i” edəcək (“ərculİkum”).

Deməli, Razinin də dediyi kimi, “ərcul” sözü “ruus” sözünün məhəllinə aid etdiyimiz təqdirdə nəsb ilə (“ərculəkum”), “ruus” sözünün zahirinə aid etdiyimiz təqdirdə isə cərr ilə (“ərculikum”) oxuya bilərik.

إذا ثبت هذا فنقول : ظهر أنه يجوز أن يكون عامل النصب في قوله : ( وأرجلكم ) هو قوله : ( وامسحوا ) ويجوز أن يكون هو قوله : ( فاغسلوا ) لكن العاملان إذا اجتمعا على معمول واحد كان إعمال الأقرب أولى ، فوجب أن يكون عامل النصب في قوله : ( وأرجلكم ) هو قوله : ( وامسحوا ) فثبت أن قراءة ( وأرجلكم ) [ ص: 128 ] بنصب اللام توجب المسح أيضا

“...Bu sübuta yetdikdən sonra deyirik: Bununla aydın olur ki, “ərculəkum” sözünün son hərəkəsini “ə” edən amil “vəmsəhu” (məsh edin) feli də ola bilər, “vəğsilu” (yuyun) feli də. Lakin, (ərəb qrammatikasına görə) bir sözün iki təsiredici amilinin olduğu fərz edildiyi halda, ən yaxın təsiredici amil əsas götürülər. Buna əsasən, “ərculəkum” sözünə təsir edib onun sonunu “ə” edən amilin “vəmsəhu” (məsh edin) feli olduğu qəbul edilməlidir (çünki bu fel “vəğsilu” felindən daha yaxında yerləşir). Bununla, “ərcul*kum” sözünün sonun “ə” ilə oxunmasının da həmçinin, ayaqlara məsh çəkməyin vacibliyini çatdırdığı aydın olur”.

 

Fotoşəkil: Fəxrəddin ər-Razi, “Təfsirul-Kəbir”, c.1&, səh. 165; “Darul-fikr”, Beyrut, 1401/1981

20. İbn Həzm

200 - مسألة : وأما قولنا في الرجلين فإن القرآن نزل بالمسح . قال الله تعالى : { وامسحوا برءوسكم وأرجلكم } وسواء قرئ بخفض اللام أو بفتحها هي على كل حال عطف على الرءوس : إما على اللفظ وإما على الموضع ، لا يجوز غير ذلك . لأنه لا يجوز أن يحال بين المعطوف والمعطوف عليه بقضية مبتدأة . وهكذا جاء عن ابن عباس : نزل القرآن بالمسح - يعني في الرجلين في الوضوء -

“200-cü məsələ. Ayaqlar məsələsi. Quran ayaqlara məsh çəkməyi əmr etmişdir. Allah-taala buyurmuşdur: “Vəmsəhu bi-ruusikum və ərcul*kum” (“Başlarınıza və ayaqlarınıza məsh çəkin”). İstər “ərcul*kum” sözü “i” ilə oxunsun, istərsə də “ə” ilə, fərq etməz; bu söz istənilən halda “ruus” sözünə aiddir; ya onun zahirinə aiddir, ya da məhəllinə (“i” ilə oxuduğumuz təqdirdə zahirinə, “ə” ilə oxuduğumuz təqdirdə məhəllinə aid olur; hər iki halda “ruus” sözünə aid olur). Bundan başqası düşünülə bilməz! Çünki, üzərinə aid edilən ilə aid edilən arasına müstəqil bir cümlə girə bilməz.* İbn Abbasdan da belə nəql olunmuşdur: “Quran məshi əmr etmişdir”, yəni, dəstəmazda ayaqlara məsh çəkməyi əmr etmişdir”.

________________________________________

* Amma müxaliflərə görə girə bilər... Belə ki, onlar “və ərcul*kum” sözün “vəğsilu vucuhəkum və əydiyəkum iləl-mərafiqi” (“üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun”) cümləsinə aid olduğunu deyirlər. Halbuki, belə olduğu təqdirdə üzərinə aid edilən (“vəğsilu vucuhəkum və əydiyəkum iləl-mərafiqi” cümləsi) ilə aid edilən (“və ərcul*kum” sözü) arasına müstəqil bir cümlə (“vəmsəhu bi-ruusikum” cümləsi) girir. Bu isə, İbn Həzmin də bildirdiyi kimi ərəb dilinin qrammatik qayda-qanunlarına ziddir.

 

Fotoşəkil: İbn Həzm, “Əl-Mühəlla”, səh. 165; “Beytül-Əfkar”, ər-Riyad, Səudiyyə Ərəbistanı; təhqiq: Həssan Əbdül-Mənnan

21. İbn Ərəbi

أن الفتح في اللام لا يخرجه عن الممسوح فإن هذه الواو قد تكون واو مع وواو المعية تنصب تقول قام زيد وعمرا واستوى الماء والخشبة وما أنت وقصعة من ثريد ومررت بزيد وعمرا تريد مع عمرو وكذلك من قرأ وامْسَحُوا بِرُؤُسِكُمْ وأَرْجُلَكُمْ بفتح اللام فحجة من يقول بالمسح في هذه الآية أقوى

“Bizim nəzərimizə görə, “və ərcul*kum” sözünün “ə” ilə oxunması ayənin məshə dəlalət etməsinə xələl gətirmir. Belə ki, buradakı “və” birgəlik bildirən “və” ola bilər. Birgəlik bildirən “və”-dən sonra gələn sözün hərəkəsi isə “ə” olar. Məsələn, deyirik: “Qamə Zeydun və ƏmrA”, yaxud, “istəval-mau vəl-xəşəbətƏ”, yaxud, “və ma əntə və qəs`ətƏ min sərid”, yaxud, “marartu bi-Zeydin və Əmra”. “Vəmsəhu bi-ruusikum və ərcul*kum” ayəsi də belədir. Bu ayədəki “ərcul*kum” sözün də “ə” ilə oxumaq olar. Buna əsasən, bu ayənin məshə dəlalət etdiyini deyənlərin dəlili daha güclüdür”.

 

Fotoşəkil: İbn Ərəbi, “Əl-füthuatul-məkkiyyə”, c.1, səh.518

22. Nasiruddin əl-Əlbani

عن رفاعة بن رافع أنه كان جالسا عند النبي صلى الله عليه وسلم فقال إنها لا تتم صلاة لأحد حتى يسبغ الوضوء كما أمره الله تعالى يغسل وجهه ويديه إلى المرفقين ويمسح برأسه ورجليه إلى الكعبين.

“Nəql olunur ki, Rufaə ibn Rafe Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) hüzurunda əyləşibmiş. Bu zaman Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurub: “Bir kəs Allah-taalanın ona əmr etdiyi şəkildə dəstəmaz almadıqca, namazı tamam olmaz. (Həmin dəstəmaz şəkli belədir:) üzünü yumalıdır, sonra əllərini dirsəklərə qədər yumalıdır, sonra başına məsh çəkməlidir, sonra ayaqlarına çıxıntı olan hissəyə qədər məsh çəkməlidir.”

صحيح ، صحيح الترغيب والترهيب ( 1 / 93 ) ، صحيح أبي داود ( 804 )

(Səhihdir).

“Səhihut-tərğib”: c.1, səh.93, “Səhihi-Əbu Davud”: səh.804.”

 

Fotoşəkil: Nasiruddin əl-Əlbani, “Səhihü-sünəni-İbn Macə”, c.1, səh.151; “Məktəbətül-məarif”, ər-Riyad, Səudiyyə Ərəbistanı

23. Əhməd ibn Hənbəl

حدثنا ابن الأشجعي، حدثنا أبي، عن سفيان، عن سالم أبي النضر، عن بسر بن سعيد، قال أتى عثمان المقاعد فدعا بوضوء فتمضمض واستنشق ثم غسل وجهه ثلاثا ويديه ثلاثا ثلاثا ثم مسح برأسه ورجليه ثلاثا ثلاثا ثم قال رأيت رسول الله صلى الله عليه وسلم هكذا يتوضأ يا هؤلاء أكذاك قالوا نعم لنفر من أصحاب رسول الله صلى الله عليه وسلم عنده‏.‏

Bizə əl-Əşcəi nəql edib dedi: mənə atam Süfyandan, o, Salim ibn Əbun-Nəzrdən, o da Busr ibn Səiddən belə nəql etdi:

Osman dəstəmazxanaya gəlib dəstəmaz (üçün su) istədi. Əvvəlcə ağzına su aldı, sonra isə burnuna su aldı. Sonra üç dəfə üzünü, üç dəfə də əllərini yudu, sonra üç dəfə başına, üç dəfə də ayaqlarına məsh çəkdi. Sonra dedi: “Allah Rəsulunun belə dəstəmaz aldığını görmüşəm.” Bunu deyib yanında olan bir neçə Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) səhabəsində dedi: “Elə deyil, ay camaat?”. Dedilər: “Elədir.”

Kitabın mühəqqiqi Şueyb əl-Ərnaut deyir:

إسناده حسن

“Sənədi həsəndir”.

 

Fotoşəkil: Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, c.1, səh.522-523, hədis 487; Müəssisətur-risalə, Beyrut, 1416/1996; təhqiq: Şueyb əl-Ərnaut

24. İbn Kəsir

İbn Teymiyyənin tələbələrindən olan İbn Kəsir yazır:

وحدثنا ابن المثنى ، حدثني وهب بن جرير ، أخبرنا شعبة عن عبد الملك بن ميسرة ، عن النزال بن سبرة قال : رأيت عليا صلى الظهر ، ثم قعد للناس في الرحبة ، ثم أتي بماء فغسل وجهه ويديه ، ثم مسح برأسه ورجليه ، وقال هذا وضوء من لم يحدث .

“Bizə İbn əl-Müsənna nəql edib dedi: mənə Vəhb ibn Cərir nəql edib dedi: bizə Şubə Əbdül-Məlik ibn Meysərədən, o da Nizal ibn Səbrədən xəbər verib dedi:

Əlinin zöhr namazı qılmasını gördüm. Namazdan sonra Rəhbədə camaat(a söz demək və ya camaatın sözlərini dinləmək) üçün oturdu. Sonra su istədi. Əvvəlcə üzünü, sonra əllərini yudu, sonra başına və ayaqlarına məsh çəkdi. Bundan sonra dedi: “Bu, “hədəs” etməyən şəxsin dəstəmazıdır.*”

___________________________________

* Ərəb dilində “hədəs etmək” (“əhdəsə”) dəstəmazı pozan bir iş görmək mənasına gələ bildiyi kimi, “bidət çıxarmaq” mənasına da gələ bilir. Buna əsasən, İmamın məqsədinin “bu, bidət çıxarmayan şəxslərin dəsətmazıdır” – kimi də başa düşmək olar. Əlbəttə, əhli-sünnə məzhəbi bu sözü birinci dediyimiz mənada qəbul edir.

Elə həmin səhifədə İbn Kəsir deyir:

وهذه طرق جيدة عن علي [ رضي الله عنه ] يقوي بعضها بعضا .

“Əli barəsində nəql olunan bu rəvayətlərin sənədləri ceyyiddir (çox yaxşıdır). Bu sənədlər bir-birlərini gücləndirirlər”.

 

Fotoşəkil: İbn Kəsir, “Təfsirül-Quranil-azim”, c.3, səh.45, “Darut-Taybə”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1420/1999; təhqiq: Sami ibn Muhəmməd əs-Saləmə

Səh.52-də deyir:

وقال ابن جرير : حدثنا علي بن سهل ، حدثنا مؤمل حدثنا حماد حدثنا عاصم الأحول ، عن أنس قال : نزل القرآن بالمسح ، والسنة الغسل . وهذا أيضا إسناد صحيح .
وقال ابن جرير : حدثنا أبو كريب ، حدثنا محمد بن قيس الخراساني ، عن ابن جريج ، عن عمرو بن دينار ، عن عكرمة عن ابن عباس قال : الوضوء غسلتان ومسحتان .
وكذا روى سعيد بن أبي عروبة ، عن قتادة .

“Bizə Əli ibn Səhl nəql edib dedi: bizə Müəmməl nəql edib dedi: bizə Həmmad nəql edib dedi: bizə Asim əl-Əhvəl Ənəsdən nəql edib dedi:

“Ənəs dedi: Quran məsh etməyi, sünnə isə yumağı əmr etmişdir.”

Bu, səhih sənəddir.

Bizə Əbu Küreyb nəql edib dedi: bizə Muhəmməd ibn Qeys əl-Xorasani İbn Cüreyhdən, o, Əmr ibn Dinardan, o, İkrimədən, o da İbn Abbasdan nəql edib dedi:

“İbn Abbas dedi: Dəstəmaz iki yumadan və iki məsh çəkmədən ibarətdir”.

Səid ibn Əbu Ərubə də Qətadədən belə nəql etmişdir.”

 

Fotoşəkil: İbn Kəsir, “Təfsirül-Quranil-azim”, c.3, səh.52; “Darut-Taybə”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1420/1999; təhqiq: Sami ibn Muhəmməd əs-Saləmə

Səh.53-də deyir:

وقال ابن أبي حاتم : حدثني أبي ، حدثنا أبو معمر المنقري ، حدثنا عبد الوهاب ، حدثنا علي بن زيد ، عن يوسف بن مهران ، عن ابن عباس : ( وامسحوا برءوسكم وأرجلكم إلى الكعبين ) قال : هو المسح . ثم قال : وروي عن ابن عمر وعلقمة وأبي جعفر ، [ و ] محمد بن علي والحسن - في إحدى الروايات - وجابر بن زيد ومجاهد - في إحدى الروايات - نحوه .
وقال ابن جرير : حدثنا يعقوب حدثنا ابن علية ، حدثنا أيوب قال : رأيت عكرمة يمسح على رجليه ، قال : وكان يقوله .
وقال ابن جرير : حدثني أبو السائب ، حدثنا ابن إدريس ، عن داود بن أبي هند ، عن الشعبي قال : نزل جبريل بالمسح . ثم قال الشعبي : ألا ترى أن " التيمم " أن يمسح ما كان غسلا ويلغي ما كان مسحا؟
وحدثنا ابن أبي زياد ، حدثنا يزيد أخبرنا إسماعيل قلت لعامر : إن ناسا يقولون : إن جبريل نزل بغسل الرجلين؟ فقال : نزل جبريل بالمسح .

“İbn Əbu Hatim demişdir: mənə atam nəql edib dedi: bizə Əbu Məmər əl-Mənqiri nəql edib dedi: bizə Əbdül-Vəhhab nəql edib dedi: bizə Əli ibn Zeyd Yusif ibn Mehrandan, o da İbn Abbasdan nəql edib dedi:

“İbn Abbas “Vəmsəhu bi-ruusikum və ərculəkum” ayəsi barədə belə dedi: Ayə ayağa məsh çəkməyi əmr edir.”

Bunun ardınca İbn Əbu Hatim demişdir:

İbn Ömər, Əlqəmə, Əbu Cəfər, Muhəmməd ibn Əli, Həsən (ondan nəql olunan rəvayətlərin birində), Cabir ibn Zeyd və Mücahid də (ondan nəql olunan rəvayətlərin birində) belə demişlər.

Bizə Yaqub nəql edib dedi: bizə İbn Ulyə nəql edib dedi: bizə Eyyub nəql edib dedi:

“İkrimənin ayağına məsh çəkdini gördüm. O, dəstəmazın belə olduğunu deyirdi (yaxud: ayağa məsh çəkməyin vacibliyinə inanırdı)”.

Mənə Əbus-Saib nəql edib dedi: bizə İbn İdris Davud ibn Əbu Hinddən, o da Şabidən belə nəql etmişdir:

“Cəbrail məsh əmrini gətirib”. Sonra dedi: “Məgər görmürsən ki, təyəmmüm yuyulan yerlərə məsh çəkməkdən, məsh çəkilən yerlərin isə ləğvindən ibarətdir?*”.

Bizə İbn Əbu Ziyad nəql edib dedi: bizə Yezid nəql edib dedi: bizə İsmayıl xəbər verib dedi:

Amirə dedim: “Bəzi şəxslər “Cəbrail ayaqların yuyulması əmrini gətirib”, - deyirlər”. Amir dedi: “[Xeyr]. Cəbrail məsh əmrini gətirib”.

_____________________________________

* Dəstəmazda yuyulan yerlər təyəmmümdə məsh ilə əvəz olunur; məsh çəkilən yerlər isə çıxarılır. Məhz bu səbəbdən təyəmmümdə üzümüzə və əllərimizə məsh çəkir, başımıza və ayaqlarımıza isə heç bir şey etmirik. Əgər ayaqları yumaq vacib olsaydı, onda təyəmmümdə ayaqlara da məsh çəkmək lazım gələrdi. [Tərc.]

 

Fotoşəkil: İbn Kəsir, “Təfsirül-Quranil-azim”, c.3, səh.53; “Darut-Taybə”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1420/1999; təhqiq: Sami ibn Muhəmməd əs-Saləmə

Ayaqlara məsh çəkilməsi Allah Rəsulunun (salllahu əleyhi və alihi və səlləm), İmam Əli (əleyhissəlam), İbn Abbas, Ənəs ibn Malik, Qətədə, Abdullah ibn Ömər, Əlqəmə, Həsən əl-Bəsri, Cabir ibn Zeyd, Mücahid, İkrimə, Şabi, Əmir və 5-ci Əhli-beyt imamı Əbu Cəfər Muhəmməd ibn Əli əl-Baqirin (əleyhissəlam) mövqeyi olmuşdur. Hər bir halda, əhli-sünnə vəl-cəmaat məsh mövzusunda da Əhli-beytə (əleyhimussəlam), o cümlədən bir çox səhabə və tabeinə zidd olmuşlar. Şiə isə Əhli-beytə (əleyhimussəlam) tabe olmuşdur.

ALTINCI ZİDDİYYƏT:

25. İbn Rüşd əl-Qurtubi

وأما المسألة الثانية ( وهي الحامل التي يتوفى عنها زوجها ) : فقال الجمهور وجميع فقهاء الأمصار : عدتها أن تضع حملها ، مصيرا إلى عموم قوله تعالى : ( وأولات الأحمال أجلهن أن يضعن حملهن ) . وإن كانت الآية في الطلاق . وأخذا أيضا بحديث أم سلمة أن سبيعة الأسلمية ولدت بعد وفاة زوجها بنصف شهر وفيه : " فجاءت رسول الله صلى الله عليه وسلم فقال لها : قد حللت فانكحي من شئت " . وروى مالك عن ابن عباس أن عدتها آخر الأجلين ، يريد أنها تعتد بأبعد الأجلين : إما الحمل ، وإما انقضاء العدة عدة الموت ، وروي مثل ذلك عن علي بن أبي طالب رضي الله عنه ، والحجة لهم أن ذلك هو الذي

“İkinci məsələ: Əri ölən hamilə qadının gözləmə müddəti.

Cümhur və bütün diyarların fəqihləri hamilə qadının gözləmə müddətinin uşağı dünyaya gətirinə qədər olduğunu demişlər. Onlar dəlil olaraq aşağıdakı ayənin ümumi məzmununu göstərmişlər:

“Hamilə qadınların (gözləmə) müddəti uşaqlarını dünyaya gətirənə qədərdir”. (Talaq surəsi, 4-cü ayə).

Düzdür, bu ayə talaqla bağlı olsa da, onun məzmunu ümumi olduğuna görə alimlər ona əsaslanmışlar.

Həmçinin, alimlər Ümmü-Sələmənin Səbiə əl-Əsləmiyyənin ərinin ölümündən yarım ay sonra övlad dünyaya gətirməsi ilə bağlı nəql etdiyi hədisə əsaslanmışlar. Həmin hədisdə deyilir ki: “Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Səbiənin yanına gəlib dedi: “Artıq halallıqdasan, kimlə istəsən evlən”.

Malik isə İbn Abbasdan nəql etmişdir ki, əri ölən hamilə qadının gözləmə müddəti iki müddətin ən sonuncusu qədərdir, ardınca (İbn Abbas) əlavə edərək demişdir ki: belə qadın iki müddətin ən uzaq olanı qədər; ya uşağı dünyaya gətirənə, ya da vəfat iddəsi bitənə qədər gözləməlidir.*

Bu məsələ Əli ibn Əbu Talibdən də (Allah ondan razı olsun) nəql olunmuşdur”.

______________________________

* Başqa sözlə: əri vəfat etmiş hamilə qadının iki gözləmə müddəti vardır:

1) Uşağı dünyaya gətirənədək olan gözləmə müddəti;

2) Vəfat iddəsinin bitməsinədək olan gözləmə müddəti. (Vəfat iddəsi 4 ay 10 gündür).

Əri vəfat etmiş qadın bu iki müddətdən ən uzun olanını gözləməlidir. Yəni, 4 ay 10 gündən qabaq övlad dünyaya gətirən qadın 4 ay 10 günün tamam olmasını gözləməlidir (övlad dünyaya gətirmə ilə kifayətlənə bilməz). Hamiləliyi 4 ay 10 gündən çox çəkən qadın isə övladının dünyaya gəlməsini gözləməlidir (4 ay 10 gün ilə kifayətlənə bilməz). [Tərc.]

 

Fotoşəkil: İbn Rüşd əl-Qurtubi, “Bidayətül-müctəhid və nihayətül-müqtəsid”, səh.623; “Beytül-Əfkar”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 2007; təhqiq: Yusif ibn Əhməd əl-Bəkri

İbn Rüşd qeyd edir ki, əhli-sünnə qadınların gözləmə müddəti barədə İbn Abbas və İmam Əlinin (əleyhissəlam) fikirləri ilə razılaşmamışlar.

Ancaq şiə bu məsələdə İmam Əliyə (əleyihissəlam) tabe olmuşdur. Bunu şiə alimi Şeyx Tusinin də sözlərindən görmək olar.

26. Şeyx Tusi

وإن كانت حاملا فعدتها أقصى الأجلين عندنا من الوضع أو أربعة أشهر وعشرة أيام وقال جميع المخالفين تعتد بالوضع، فإذا وضعت انقضت عدتها

“Əgər əri ölən qadın hamilə olsa, bizim nəzərimizdə onun gözləmə müddəti iki müddətin ən uzaq olanı qədərdir, yəni ya uşağı dünyaya gətirənə qədərdir, ya da 4 ay 10 gün bitənə qədər. Müxaliflərin hamısı demişlər ki, belə qadının gözləmə müddəti uşağı dünyaya gətirənə qədərdir. Əgər uşağı dünyaya gətirsə, gözləmə müddəti bitər”.

 

Fotoşəkil: Şeyx Tusi, “Əl-Məbsut fi fiqhil-imamiyyə”, c.5. səh.251; “Müəssəsətül-ğəry”

Nəticə olaraq, əgər 4 ay 10 gündən qabaq övlad dünyaya gətirən qadın 4 ay 10 günün bitməsini gözləmədən yenidən ərə getsə, bu zaman o, bilmədən olsa da, zina etmiş sayılacaq. Təbii ki, iki fikir də düz ola bilməz. Ya Əhli-beyt (əleyhimussəlam) düzgün fikirdədi, ya da əhli-sünnə.

Qeyd etməliyik ki, şiələr Əhli-beyt imamlarının (əleyhimussəlam) əhli-sünnə kitablarındakı fikirlərinə deyil, öz kitablarında nəql edilmiş fikirlərə tabedirlər. Hətta İbn əl-Qeyyim də etiraf edir ki, şiə kitablarında həqiqətən də Əhli-beytin (əleyhimussəlam) doğru fikirləri yer alıb.

27. İbn Qəyyim əl-Cəvziyyə

الوجه التاسع : أنّ فقهاء الإمامية من أولهم إلى آخرهم ينقلـون عـن أهل البيت أنه لا يقع الطلاق المحلوف به ، وهذا متواتر عندهم عن جعفر بن محمد وغيره من أهل البيت .
وهب أنّ مكابراً كذبهم كلهم وقال : قد تواطئوا على الكذب عن أهل البيت ففي القوم فقهاء وأصحاب علم ونظر واجتهاد ، وإنْ كانوا مخطئين مبتدعين في أمر الصحابة ، فلا يوجب ذلك الحكم عليهم كلهم بالكذب والجهل ، وقد روى أصحاب الصحيح عن جماعة من الشيعة وحملوا حديثهم ، واحتج به المسلمون

“İmamiyyə məzhəbinin fəqihləri əvvəlincilərindən tutmuş axırıncılarına qədər Əhli-Beytdən and içilmiş talağın keçərli olmadığını nəql etmişlər. Bu, onların yanında Cəfər ibn Muhəmməd və başqa Əhli-Beyt üzvlərindən mütəvatir şəkildə nəql olunmuşdur.

Fərz edək ki, təkəbbürlünün biri onların hamısını təkzib edib, “hamısı sözü bir yerə qoyub Əhli-Beytin adından yalan danışıblar”, - dedi, lakin bu şəxslər arasında fəqihlər, elm sahibləri və ictihadda nəzər sahibi olan kəslər vardır. Onların səhabələr barəsində xətakar və bidətçi olmaları onların hamısının yalançı və cahil olmalarına hökm etməyə səbəb ola bilməz. “Səhih” kitablarının müəllifləri bir qrup şiədən hədis nəql etmiş, müsəlmanlar onların hədislərinə əsaslanmışlar”.

 

İbn Qəyyim əl-Cəvziyyə, “Əs-səvaiqul-mursələ ələl-cəhmiyyəti vəl-muəttilə”, c.2, səh.616; “Darul-asimə”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1408/1987

Şiələr öz kitablarında Əhli-beytdən (əleyhimussəlam) nəql edilmiş, doğruluğu isbat edilmiş rəvayətlərə əməl edirlər. Ancaq bununla belə, əhli-sünnə kitablarından da göstərmək istəyirik ki, iddia edilənin əksinə olaraq, əhli-sünnə vəl-cəmaat Əhli-beytə (əleyhimussəlam) tabe deyil və hətta Əhli-beytin (əleyhimussəlam) əhli-sünnə mənbələrində nəql edilmiş fikirlərinin bir çoxuna əməl etmirlər. Bunun əksinə olaraq, şiələr öz kitablarında Əhli-beytdən (əleyhimussəlam) nəql edilmiş hədislərə tabedirlər.

28. İbn Xəldun

İbn Xəldun etiraf edir ki, Əhli-beyt (əleyhimussəlam) yolunu sadəcə və sadəcə şiələr davam etdirir və əhli-sünnə bu yola fikir verməmişdir.

وشذ أهل البيت بمذاهب ابتدعوها وفقه انفردوا به، وبنوه على مذهبهم في تناول بعض الصحابة بالقدح، وعلى قولهم بعصمة الأئمة ورفع الخلاف عن أقوالهم، وهي كلها أصول واهية. وشذ بمثل ذلك الخوارج. ولم يحفل الجمهور بمذاهبهم بل أوسعوها جانب الإنكار والقدح. فلا نعرف شيئاً من مذاهبهم ولا نروي كتبهم، ولا أثر لشي، منها إلا في مواطنهم. فكتب الشيعة في بلادهم وحيث كانت دولهم قائمة في المغرب والمشرق واليمن، والخوارج كذلك. ولكل منهم كتب وتآليف وآراء في الفقه غريبة.

“Əhli-Beyt özlərindən qondardıqları bir məzhəb və özlərinə məxsus olan bir fiqh ilə (digər məzhəblərdən) ayrılmışdır. Onlar məzhəblərini bəzi səhabələrə tənə vurmaq, imamların məsumluğuna inanmaq və imamların sözləri ilə muxalifət etməmək kimi inanclar əsasında qurmuşlar. Bütün bu inanclar hamısı əsassız və zəifdir.

Onlar kimi xəvaric də (digər məzhəblərdən) ayrılıb fərqli yol seçmişdir. Lakin, cümhur onların məzhəbinə önəm verməmiş, əksinə bu məzhəbi inkar və tənə atəşinə tutmuşlar. Biz onların məzhəblərindən heç bir şey bilmir, kitablarını nəql etmirik. Onların öz yaşadıqları yerlərdən başqa heç bir yerdə bu kitablardan bir əsər-əlamət yoxdur.

Şiələrin kitabları öz yaşadıqları yerlərdə və eləcə də qərbdə, şərqdə və Yəməndə qurulan dövlətlərində mövcuddur. Xəvariclərinki də belədir.

Onların hər birinin fiqhə dair qəribə kitab və fikirləri vardır”.

 

Fotoşəkil: Vəliyyəddin Əbdür-Rəhman ibn Muhəmməd ibn Xəldun, Tarixu İbn Xəldun, c.1, səh.564; “Darul-Fikr”, Beyrut, 1421/2000; təhqiq: Cəlil Şəhadə və Süheyl Zəkkar

Xatırlatmaq istərdik ki, bu kitabın bir sıra nəşrlərində "Əhli-beyt" sözü "Əhli-beyt şiələri" sözləri ilə dəyişdirilmişdir. Bu barədə dəlilləri növbəti məqalələrmizdə təqdim edəcəyik inşallah.

Əlbəttə ki, bu siyahını uzatmaq da olardı. Ancaq düşünürük ki, yuxarıda gətirilən faktlar Əhli-beytə (əleyhimussəlam) tabe olan yeganə toplumun şiələr olmasını isbat edir. Əhli-sünnənin əvvəldə qeyd etdiyimiz iddiası isə batil və əsassızdır.

313news.net

Рейтинг

В этом разделе