»»

Məsumlardan (ə) birbaşa nəsə istəməyin hökmü nədir?

Rəhman və Rəhim olan Allahın adı ilə. Allahın salam və salavatı Peyğəmbərimiz Muhəmməd (s) və pak Əhli-Beytinin (ə) üzərinə olsun. Allahın, mələklərin və bütün möminlərin lənəti olsun öncəkilərdən və sonrakılardan olan bütün düşmən və qatillərinə!

Son zamanlar sosial şəbəkələrdə geniş müzakirə olunan məsələlərdən biri də Məsumlardan (ə) birbaşa nəsə istəməyin hökmüdür. Bu mövzu ətrafında müxtəlif fikirlər səsləndirilir: kimiləri bunu qəbul edir, kimiləri isə etiraz edərək bunun icazəli olmadığını iddia edirlər. Bəs həqiqətən Məsumlardan (ə) birbaşa hacət istəmək icazəlidirmi? Bu əməlin hər hansı dəlili varmı?

Şiə etiqadına görə, varlıq aləmində heç bir məxluq Allahdan müstəqil şəkildə təsir göstərə bilməz. Məsumlar (ə) da Allahdan müstəqil deyillər. Onların hər hansı bir kömək göstərməsi, bir hacəti yerinə yetirməsi və ya bir işə təsir etməsi yalnız Allahın izni və verdiyi qüdrət sayəsində mümkündür.
Buna görə də Məsumlardan (ə) birbaşa nəsə istəmək, onları Allahdan müstəqil təsir sahibi hesab etmək mənasına gəlmir. Əsas məsələ insanın etiqadıdır. Əgər insan Məsumların (ə) yalnız Allahın izni ilə kömək etdiyinə inanırsa, burada onları Allahla eyni səviyyədə görmək və ya müstəqil təsir sahibi hesab etmək yoxdur.
Necə ki, gündəlik həyatda bir insandan kömək istəyərkən onun Allahdan müstəqil olduğuna inanmırıq, Məsumlara (ə) müraciət məsələsində də eyni prinsip nəzərə alınmalıdır. Onların vasitəsilə baş verən hər bir təsir və yardımın həqiqi sahibi Allah-Təaladır.
Məsələn, bir şəxs: “Ya Əli, mənə kömək et” dedikdə, əgər məqsədi “Allahın sənə verdiyi məqam və iznlə mənim üçün dua et və Allahdan kömək istə” mənasındadırsa, bu, şirk hesab edilmir.

“İlahi əzuməl-bəla” (fərəc) duasından:

دعاء صاحب الامر عليه السلام قال الكفعمي في البلد الأمين: هذا دعاء صاحب الامر عليه السلام وقد علمه سجيناً فأطلق سراحه: إلهي عظم البلاء وبَرِحَ الخَفَاءُ وَانْكَشَفَ الغِطَاءُ وَانْقَطَعَ الرَّجاءُ وَضاقَتِ الأَرْضُ وَمُنِعَتِ السَّمَاء وَأَنْتَ المُسْتَعانُ وَإِلَيْكَ الْمُشْتَكَى وَعَلَيْكَ المُعَوَّلُ فِي الشَّدّةِ وَالرَّخاءِ اللَّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ أُولِي الْأَمْرِ الَّذِينَ فَرَضْتَ عَلَيْنَا طَاعَتَهُمْ وَعَرَّفْتَنا بِذلِكَ مَنْزِلَتَهُمْ ، فَفَرِّجْ عَنَّا بِحَقِّهِمْ فَرَجاً عاجلاً قريباً كَلَمْحِ البَصَرِ أَوْ هُوَ أَقْرَبُ: يَا مُحَمَّدُ يَا عَلِيُّ يَا عَلِيُّ يا مُحَمَّدُ إِكْفِيانِي فَإِنَّكُما كافيانِ وَانْصُرَانِي فَإِنَّكُما ناصران يا مولانا يا صاحب الزمان الغَوْثَ الغَوْثَ الغَوث أدركني أدركني أَدْرِكْنِي السَّاعَةَ السَّاعَةَ السَّاعَةَ العَجَلَ العَجَلَ العَجَلَ يا أَرْحَمَ الرَّاحِمِينَ بِحَقِّ مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ

“İlahi, əzuməl-bəla,və bərihəl xəfa, vənkəşəfəlğita, vənqətəər-rəca, və zaqətil-ərzu və muniətis-səma, və əntəlmustəanu və iləykəlmuştəka, və ələykəl-muəvvəlu fiş-şiddəti vər-rəxa. Əllahummə salli əla Muhəmmədin və Ali-Muhəmməd, ulil-əmril-ləzinə fərəztə əleynə taətəhum və ərrəftəna bizalikə mənzilətəhum, fəfərric ənna bihəqqihim fərəcən acilə, qəriba kələmhil-bəsəri əv huvə əqrəb, ya Muhəmmədu ya Əliyy, ya Əliyyu ya Muhəmməd, ikfiyəni fəinnəkumə kəfiyən, vənsurani fəinnəkumə nəsiran, ya Movlanə ya Sahibəz-Zaman, əl-ğavs, əl-ğəvs, əl-ğəvss, ədrikni, ədrikni ədrikni, əssaət, əs-saət, əs-saəh, əl-əcəl, əl-əcəl, əl-əcəl, ya ərhəmər-rahimin, bihəqqi Muhəmmədin və alihit-tahirin”.

Kəfəmi “Bələdul-Əmin” kitabında deyir: “Bu dua, İmam Zamanın (ə) duasıdır. Həzrət onu zindanda olan şəxsə öyrətmişdi. O da, oxuyub azad olmuşdu”. Dua belədir: “İlahi! bəlalar böyüdü (çoxaldı) və sirlər aşkarlandı, pərdələr aradan götürüldü və ümidlər kəsildi, yer (bizə) daraldı, göylər (öz nemətini) əsirgədi,kömək istənilən yalnız Sənsən və şikayətlər yalnız Sənə olunur. Çətinliklərdə və asanlıqda yalnız Sənə güvənilir. İlahi! Muhəmməd və Ali-Muhəmmədə salam və salavat göndər. Bizlərə, əmr sahiblərimizin itaətlərini vacib etdin. Bununla da onların məqamını bizə tanıtdırdınız. Onların haqqına xatir bizləri tezliklə və təcili olaraq çətinliklərdən qurtar. Bir göz qırpımında və ondan da tez. Ya Muhəmməd! Ya Əli! Ya Əli! Ya Muhəmməd! Mənə kifayət edin. Həqiqətən də Siz kifayət edənsiniz Mənə kömək edin. Həqiqətən də Siz kömək edənsiniz. Ey mənim Mövlam, ey Sahibəz-Zaman! Fəryadıma çat, fəryadıma çat, fəryadıma çat! Məni dərk edin, Məni dərk edin, Məni dərk edin. Elə bu saatda, elə bu saatda, elə bu saatda. Təcili, təcili, təcili. Ey rəhimlilərin ən rəhimlisi, Muhəmməd və Ali-Muhəmmədin haqqına xatır”.

Şeyx Abbas Qummi, “Məfatihul-Cinan”, səhifə 184. (Şəkil 1)

Bu duada Peyğəmbərə (s) və Əmirəl-Mömininə (ə), həmçinin İmam Zamana (ə.f) birbaşa müraciət edilərək kömək istənilir. Bu isə onların Allahdan müstəqil hesab edilməsi demək deyil. Məqsəd onların Allahın izni və verdiyi qüdrətlə kömək etmələrinə etiqad etməkdir.

Həmçinin:

عن المفضل بن عمر، عن الصادق (عليه السلام) قال: إذا كانت لك حاجة إلى الله، وضقت بها ذرعا، فصلّ ركعتين، فإذا سلّمت كبّر الله ثلاثا، وسبّح تسبيح فاطمة (عليها السلام)، ثم اسجد وقل مائة مرّة: يا مولاتي فاطمة أغيثيني، ثم ضع خدّك الأيمن على الأرض، وقل مثل ذلك، ثم عد إلى السجود، وقل ذلك مائة مرّة وعشر مرّات، واذكر حاجتك، فإنّ الله يقضيها.

Mufəzzəl ibn Ömər nəql edir ki, İmam Sadiq (ə) buyurdu: “Əgər Allaha bir hacətin olsa və bu iş sənə ağır gəlsə, iki rəkət namaz qıl. Salam verdikdən sonra üç dəfə "Allahu Əkbər" de və Fatimənin (ə) təsbihini de. Sonra səcdəyə get və yüz dəfə de: "Ya Movlati Fatimə, əğisini!" (Ey mənim mövlam Fatimə, mənə kömək et!). Sonra sağ yanağını yerə qoy və eyni sözü yüz dəfə de. Daha sonra yenidən səcdəyə qayıt və bunu yüz on dəfə de. Sonra hacətini dilə gətir. Həqiqətən, Allah onu yerinə yetirər”.

Şeyx Mirzə Huseyn Nuri, “Mustədrəkul-Vəsail”, cild 6, səhifə 313, hədis 6891. (Şəkil 2)

Bu rəvayətdə isə İmam Sadiq (ə) Allahdan hacət istəyən şəxsə Xanım Fatiməyə (s.ə) birbaşa müraciət edib ondan yardım istəməyi öyrədir:

يَا مَوْلَاتِي فَاطِمَةُ أَغِيثِينِي

“Ey mənim mövlam Fatimə, mənə kömək et!”

Bu, Məsumlardan (ə) birbaşa yardım istəməyin onların Allahdan müstəqil hesab edilməsi mənasına gəlmədiyini göstərən açıq nümunələrdəndir.

 

ŞİƏ ALİMLƏRİNİN SÖZLƏRİ:

 

Seyid Xoinin (r.a) nəzərində:

السؤال: هل يجوز طلب الولد، أو الرزق، أو الحفظ والأمان إلخ .. من المعصومين عليهم السلام مباشرة لا لانهم يخلقون أو يرزقون وإنما لانهم الوسيلة إلى الله تعالى والشفعاء إليه بقضاء الحاجات، ولانهم لا يفعلون شيئا إلا بإذنه جل شأنه، فهم يسألونه فيخلق ، ويسألونه فيرزق ، ولا ترد لهم مسألة أو دعاء لمنزلتهم منه جل شأنه، ولولايتهم علينا، وقد قال تعالى: { وابتغوا إليه الوسيلة} و {يبتغون إلى ربهم الوسيلة}؟

الجواب : لا بأس بذلك القصد.

Sual: “Övlad, ruzi, qorunma və ya əmin-amanlıq kimi istəkləri birbaşa Məsumlardan (ə) diləmək olarmı? Qeyd edim ki, biz onları xaliq (yaradan) və ya ruzi verən hesab etmirik, sadəcə onları Allaha çatmaq üçün vasitə və hacətlərimizin yerinə yetirilməsində şəfaətçi sayırıq. Onlar Allahın izni olmadan heç bir iş görmürlər; belə ki, Allahdan istəyirlər, O da yaradır; Allahdan istəyirlər, O da ruzi verir. Allah dərgahındakı məqamlarına və bizə olan vilayətlərinə görə, onların heç bir duası və istəyi rədd olunmur. Axı Allah-Təala buyurub: “Ona çatmaq üçün vasitə axtarın” və “Rəbbinə yaxınlaşmaq üçün vasitə axtarırlar”.

Cavab: “Bu niyyətlə (yəni vasitə bilərək) edilməsində heç bir maneə yoxdur”.

Seyid Xoi, “Siratun-Nəcat”, cild 1, səhifə 466. (Şəkil 3)

 

 

Şeyx Mirzə Cavad Təbrizinin (r.a) nəzərində:

ما هو رأي سماحة المرجع في صحة العبارة الواردة في دعاء الفرج المنسوب للحجة، وهي: يا محمد يا علي، انصراني فإنكما ناصراني واكفياني فإنكما كافياني. حيث يشكك بها بعض المعممين من الشيعة، ويدعي بأنها من مدسوسات المغالين في أهل البيت عليهم السلام ، وأن الناصر والكافي هو اللَّه تعالى فقط؟
التوسل بأهل البيت عليهم السلام في مقام طلب الحاجات مشروع ومنصوص عليه ، ولا يعتد بتشكيك المشككين وإن كانوا ممن ينتسبون لمذهب أهل البيت عليهم السلام ، واللَّه المسدد والعالم.

Sual: “Həzrət Höccətə (ə.f) nisbət verilən “Fərəc” duasında keçən bu ifadənin səhihliyi barədə həzrət mərcənin rəyi nədir:
“Ya Muhəmməd, ya Əli, mənə kömək edin. Həqiqətən də Siz kömək edənsiniz. Mənə kifayət edin. Həqiqətən də Siz kifayət edənsiniz”.

Belə ki, şiələrdən olan bəzi əmmaməli şəxslər bu ifadəyə şübhə ilə yanaşır və iddia edirlər ki, bu, Əhli-Beyt (ə) barəsində ğuluv edənlərin (həddi aşanların) uydurub duaya daxil etdiyi sözlərdəndir. Onların fikrincə, həqiqi kömək edən və kifayət edən yalnız Uca Allahdır.

Cavab: “Hacətlərin istənilməsi məqamında Əhli-Beyti (ə) vasitəçi etmək şəriətə uyğundur və mətnlərdə (hədislərdə) buyurulmuşdur. Şübhə yayanların şübhələrinə, hətta onlar Əhli-Beyt (ə) məzhəbinə mənsub olan şəxslərdən olsalar belə, əhəmiyyət verilmir. Doğru yola yönəldən və hər şeyi bilən Allahdır”.

Şeyx Mirzə Cavad Təbrizi, “Siratun-Nəcat”, cild 9, səhifə 78. (Şəkil 4)

 

  1. Seyid Sadiq Ruhaninin (r.a) nəzərində:

السؤال (٦١) : أريد أن أسأل المراجع الكرام عن قولنا: يا علي، أو اللهم بحق فاطمة الزهراء عليلا أن تشفيني؟

الجواب: بسمه جلت أسماؤه لا مانع من استعمال كلا الأسلوبين، فانه كما يصحالتوجه إلى الله تبارك وتعالى في طلب الحوائج والتوسل بمحمد وآل محمد (ع)، كذلك يصح طلبها مباشرة من الذوات النورية للمعصومين (ع) لأن الله سبحانه وتعالى لما جعلهم واسطة فيضية، وأعطاهم الولاية على عالم الوجود من أصغر ذرة فيه إلى أكبر مجرة، أصبحت لهم (ع) القدرة على إغاثة جميع الخلق وقضاء حوائجهم، وقد أرشدت النصوص الشريفة إلى هذه الحقيقة، ومنها ما ورد عن الإمام الصادق (ع) في بيانه لكيفية صلاة الاستغاثة بالصديقة الزهراء (ع) حيث قال فيها (ع): ثم اسجد وقل مئة مرة: يا مولاتي يا فاطمة أغيثيني). وكذا ما ورد عنه (ع) حينما قال له أحد أصحابه: (إني اخترعت دعاء) حيث أجابه عالية: دعني من اختراعك اذا نزل بك أمر فافزع الى رسول الله (ص)... إلى أن قال (ع): ثم خذ لحيتك بيدك اليسرى وابك أو تباك، وقل: يا محمد يا رسول الله أشكو إلى الله وإليك حاجتي. والروايات في هذا المعنى كثيرة جدا.

Sual: “Uca mərcələrə (müctəhidlərə) belə deməyimiz barədə sual vermək istəyirəm: “Ya Əli” demək və ya “Allahım, Fatimə-Zəhranın (ə) haqqı xatirinə mənə şəfa ver” demək olarmı?

Cavab: “Uca Allahın adı ilə. Hər iki üslubdan istifadə etməyin heç bir maneəsi yoxdur. Çünki hacətlərin istənilməsində Uca Allaha yönəlmək və Muhəmməd (s) ilə Ali-Muhəmmədi (ə) vasitəçi etmək doğru olduğu kimi, hacətləri birbaşa Məsumların (ə) nurani zatlarından istəmək də doğrudur. Çünki Uca Allah onları bir feyz vasitəsi etmiş və onlara varlıq aləminin ən kiçik zərrəsindən tutmuş ən böyük qalaktikasına qədər bütün mövcudat üzərində vilayət vermişdir. Beləliklə, onların bütün məxluqata kömək etmək (Allahdan bunu istəyərək) və hacətlərini rəva etmək qüdrəti yaranmışdır. Şərəfli mətnlər (hədislər) də bu həqiqətə yönəltmişdir. Onlardan biri, İmam Sadiqin (ə) Siddiqeyi-Zəhraya (s.ə) istiğasə namazının qaydasını bəyan edərkən buyurduğu bu sözlərdir: “Sonra səcdəyə get və yüz dəfə de: “Ya movlatu ya Fatimətu əğisini”. Həmçinin səhabələrindən birinin İmama (ə): “Mən özümdən bir dua uydurmuşam” dedikdə, İmamın (ə) ona verdiyi cavab da bu qəbildəndir: “Öz uydurduğun duanı kənara qoy. Başına bir iş gəldikdə Rəsullahın (s) hüzuruna tələs (ona sığın)...” ardınca İmam (ə) buyurur: “Sonra sol əlinlə saqqalından tut, ağla ya özünü ağlamağa məcbur et və de: “Ya Muhəmməd, ya Rəsulallah, hacətimi Allaha və sənə şikayət edirəm (ərz edirəm)”.
Bu mənada olan rəvayətlər həddindən artıq çoxdur”.

Ayətullah Seyid Muhəmməd Sadiq Ruhani, “Əcvibətul-məsailil-etiqadiyyə”, səhifə 96-97. (Şəkil 5)

 

Lakin əgər bir şəxs İmamın (ə) Allahdan tam müstəqil şəkildə kainatda təsir etdiyinə, hacətləri öz qüdrəti ilə yerinə yetirdiyinə inanarsa, bu, ğulat (ifratçı) olanların etiqadıdır və batildir. Çünki Quranda belə bir ayə var ki, Allah həmin ayədə Peyğəmbərə (s) əmr edərək, buyurur:

قُلْ لَا أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلَا ضَرًّا إِلَّا مَا شَاءَ اللَّهُ ۚ وَلَوْ كُنْتُ أَعْلَمُ الْغَيْبَ لَاسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ ۚ إِنْ أَنَا إِلَّا نَذِيرٌ وَبَشِيرٌ لِقَوْمٍ يُؤْمِنُونَ

“De: “Mən, Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, (özüm üçün) xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir camaat üçün qorxudan və müjdələyənəm”. (Əraf surəsi, 188)

Bu ayə göstərir ki, Peyğəmbərin (s) özü belə müstəqil qüdrət sahibi deyildir. İmamlar (ə) da eyni prinsip əsasında Allahın izni ilə fəaliyyət göstərirlər.

وكان الرضا - (عليه السلام) - يقول في دعائه: اللهم إني أبرأ إليك من الحول والقوة، فلا حول ولا قوة إلا بك. اللهم إني أبرأ إليك من الذين ادعوا لنا ما ليس لنا بحق. اللهم إني أبرأ إليك من الذين قالوا فينا ما لم نقله في أنفسنا. اللهم لك الخلق ومنك الأمر، وإياك نعبد وإياك نستعين. اللهم أنت خالقنا وخالق آبائنا الأولين وآبائنا الآخرين. اللهم لا تليق الربوبية إلا بك، ولا تصلح الإلهية إلا لك، فالعن النصارى الذين صغروا عظمتك، والعن المضاهين لقولهم من بريتك. اللهم إنا عبيدك وأبناء عبيدك، لا نملك لأنفسنا ضرا ولا نفعا ولا موتا ولا حياة ولا نشورا. اللهم من زعم أننا أرباب فنحن إليك منه براء، ومن زعم أن إلينا الخلق وعلينا الرزق فنحن إليك منه براء كبراءة عيسى - عليه السلام - من النصارى. اللهم إنا لم ندعهم إلى ما يزعمون، فلا تؤاخذنا بما يقولون واغفر لنا ما يزعمون

İmam Rza (ə) öz duasında belə buyurur: “İlahi, mən güc və qüdrət iddiasından Sənə sığınıram! Çünki Səndən başqa heç bir güc və qüdrət sahibi yoxdur. İlahi, haqqımız olmayanı bizim barəmizdə iddia edənlərdən Sənə sığınıram. İlahi, öz barəmizdə söyləmədiklərimizi bizim barəmizdə söyləyənlərdən Sənə sığınıram. İlahi məxluqlar da, əmr də Sənə məxsusdur. 

Biz yalnız Sənə ibadət edir, yalnız Səndən yardım diləyirik. İlahi, Sən bizim, bizdən əvvəlki ata-babalarımızın və sonrakı nəsillərimizin Xaliqisən. İlahi, rəblik Səndən başqasına layiq deyildir, ilahlıq səlahiyyətinə yalnız Sən maliksən. Sənin əzəmətini kiçildən nəsranilərə və Səni məxluqlarına bənzədənlərə lənət elə! İlahi biz Sənin bəndələrin və bəndələrinin övladlarıyıq. Özümüzə nə bir zərər, nə də bir xeyir verə bilərik, nə öldürməyə, nə həyat verməyə və nə də diriltməyə qadirik. İlahi, bizim Rəbb olduğumuzu, məxluqları yaratmağın, onlara ruzi verməyin bizə aid olduğunu iddia edənlərdən İsanın (ə) xristianlardan bezar və uzaq olduğu kimi biz də bezar və uzağıq. İlahi, onlara bu iddiaları söyləməyə biz rəvac verməmişik. Onların bu sözlərinə görə bizi cəzalandırma və bizi bağışla”.

Şeyx Səduq, “əl-Etiqadat”, bab 37, səhifə 99-100. (Şəkil 6)

NƏTİCƏ:

İmamiyyə Şiə əqidəsinin qəbul etdiyi əsas prinsip budur ki, kainatda müstəqil təsir sahibi yalnız Allahdır. Məsum İmamlar (ə) Allahın seçilmiş ən üstün bəndələri və Onun izni ilə şəfaət edən müqəddəs şəxslərdir. Buna görə də onlardan birbaşa hacət istəmək, əgər bu müraciət onların Allah yanında vasitəçi olması və bütün təsirin Allahdan qaynaqlandığı etiqadı ilə edilərsə, şiə alimlərinin böyük əksəriyyəti tərəfindən caiz hesab olunur.


İSTİNAD:

 

Şəkil 1:

 

Şəkil 2:

 

Şəkil 3:

 

 

Şəkil 4:

 

 

Şəkil 5:

 

 

Şəkil 6:

  

 

 

(C) t.me/imamrza_xadimi

Рейтинг

В этом разделе