Vəhhabilərin (sələfilərin) saxtakarlıqlarından birini təqdim edirik. TikTok sosial şəbəkəsində yaydıqları bir paylaşımda, həmişə olduğu kimi, hədisi yenə təhrif ediblər. Guya İmam Cəfər əs-Sadiq (ə) buyurub ki, Allah “Munafiqun” surəsini bizim şiələrimiz üçün endirmişdir.
CAVAB:
Hədisin doğru tərcüməsi:
قَالَ أَبُو عَبْدِ اللَّهِ عمَا أَنْزَلَ اللَّهُ سُبْحَانَهُ وَ تَعَالَى آيَةً فِي الْمُنَافِقِينَ إِلَّا وَ هِيَ فِيمَنْ يَنْتَحِلُ التَّشَيُّعَ
İmam Sadiq (ə) buyurdu: “Sübhan olan Allahın münafiqlər haqqında endindiyi hər bir ayə, yalnız şiəlik iddia edənlər haqqındadır”.
Əllamə Məclisi, “Bihərul-Ənvar”, cild 65, səhifə 166, hədis 20.
Qeyd:
Hədisin mətnindəki ən mühüm məqam İmam Sadiqin (ə) istifadə etdiyi “yəntəhilu” (ینتحل) felidir. Bu fel “intihal” (انتحال) məsdəri ilə eyni kökdəndir və mənası bir şeyi əslində başqasına aid olduğu halda özünə aid kimi iddia etməkdir. Necə ki, “əl-Qamus” lüğətində deyilir:
وانْتَحَلَهُ وَ تَنَحَّلَهُ: ادْعَاهُ لِنَفْسِهِ وهو الغيره.
“İntəhələhu, tənəhhələhu – “Başqasına aid olan şeyi özünə aid etdiyini iddia etmək”.
Məcdəddin Muhəmməd ibn Yəqub əl-Firuzabadi, “əl-Qamusul-Muhit”, səhifə 1589.
Deməli, İmam Sadiqin (ə) “şiəliyi iddia edənlər” (yəntəhilu-təşəyyu) ifadəsindən məqsəd həqiqi şiələr deyil, şiəlik xüsusiyyətlərinə malik olmadığı halda özünü yalandan şiə kimi təqdim edən şəxslərdir.
Şiələr arasında münafiqlərin olması onların hamısının münafiq olduğu demək deyil. Necə ki, Peyğəmbərin (s) səhabələri arasında da münafiqlər var idi, lakin bu, bütün səhabələrin münafiq olması mənasına gəlmir. Bu məsələ aydındır və əlavə izaha ehtiyac yoxdur.
Xülasə, hədisin hədəfi həqiqi şiələr deyil, şiəlik iddiasında olan münafiq xarakterli insanlardır. Lakin vəhhabilər hədisin həqiqi mənasını bilərəkdən gizlədir, onu kontekstdən çıxararaq sadə insanları aldatmağa çalışırlar. Bu isə elmi yanaşma deyil, açıq-aşkar təhrif və saxtakarlıqdır!
(C) t.me/imamrza_xadimi