»»

Səhabə Əbdurrəhman b. Ubdeysin əhli-sünnə alimləri tərəfindən cərh olunması

Əbdurrəhman b. Udeys əl-Bəlavi adlı şəxs Nəbinin s.a.a səhabələrindən birisidir, Rizvan beyətində iştirak etmişdir.

Bu şəxs haqqındaki məlumatlar Nəbidən s.a.a sonraki dövrdə İslam cəmiyyətində necə dəyişikliklər olduğunu əks etdirməyi baxımından önəmlidir. Belə ki, bu şəxs səhabə olmağına baxmayaraq əhli-sünnə tərəfindən cərh olunmuş, rəvayətləri tərk edilmiş və yox sayılmışdır.

هو رأس الفتنة

O (Əbdurrəhman b. Udeys) fitənin başıdır.

 

Əbdurrəhman haqqında əhli-sünnənin tarix alimlərindən Zəhəbi (ölüm tarixi: 748/1348) bu məlumatları qeyd etmişdir:

عبد الرحمن بن عديس أبو محمد البلوي، له صحبة، وبايع تحت الشجرة، وله رواية، سكن مصر

Əbdurrəhman b. Udeys Əbu Məhəmməd əl-Bəlavi. Səhabədir, Rizvan beyətində iştirak etmişdir. rəvayətləri vardır, Misirdə yaşamışdır.

 

Zəhəbi, “Tarixul İslam”, 3/531-532

 

Onun səhabə olduğunu və Rizvan beyətində iştirak etdiyi haqqındaki məlumatı Əbu Nuaym (ölüm tarixi: 430/1038) “Mərifətus Səhabə”, 4/1852-də, ibni Əsir (ölüm tarixi: 630/1232) “Usud al-Ğabə”, 3/469, 3358-də qeyd etmişdirlər.

Haqqında danışdığımız şəxsi ilk yalanlayan/cərh edənlərdən birisi Osman b. Əffandır. Əhli-Sünnə tarixçilərindən ibni Şibbə ən-Numeyrinin (ölüm tarixi: 272/877) bu mövzuda qeyd etdiyi məlumat belədir:

حدثنا إبراهيم بن (المنذر (١) قال حدثنا … (٢) عبد الله ابن وهب قال، حدثني ابن لهيعة، عن يزيد بن عمرو المعافريّ، أنه سمع أبا ثور التميمي قال:

Mənə İbrahim b. Munzir danışdı, dedi: Mənə Abdullah b. Vəhb danışdı, dedi: ibni Ləhiə mənə danışdı ki, Yezid b. Amr, Əbu Savər ət-Təmimin belə dediyini eşidib:

فطلع ابن عديس منبر رسول الله فخطب الناس وصلّى لأهل المدينة الجمعة، وقال في خطبته: ألا إنّ ابن مسعود حدّثني أنّه سمع رسول الله  يقول: إنّ عثمان بن عفان كذا وكذا، وتكلّم بكلمة أكره ذكرها، فدخلت على عثمان وهو محصور فحدثته أن ابن عديس صلّى بهم. فسألني ماذا قال لهم؟ فأخبرته، فقال: كذب والله ابن عديس ما سمعها من ابن مسعود، ولا سمعها ابن مسعود من رسول الله  قط

ibni Udeys Rəsulullahın s.a.a minbərinə çıxdı, insanlara xitab etdi və Mədinə əhalisinə cümə namazı qıldırdı. Xutbəsində dedi: Beləliklə ibni Məsud mənə Rəsulullahın belə dediyini eşitdiyini danışıb: “Osman b. Əffan belə-belədir.” Təkrarlamaqdan nifrət etdiyim bir söz dedi. Sonra Osmanın yanına getdim, ibni Udeysin insanlara namaz qıldırdığını danışdım. Mənə “onlara nə dedi?” deyə sual verdi, mən də olanları xəbər verdim. Osman dedi: “Vallahi yalan deyib! (Belə bir sözü) ibni Udeys, ibni Məsuddan eşitmədiyi kimi ibni Məsud da Rəsululladan eşitməyibdir.”

 

ibni Şibbə ən-Numeyri, “Tarixi Mədinə”, 4/1156

 

Əbdurrəhman, daha sonra Muaviyə tərəfindən həbs olunmuş, həbsdən qaçmış ancaq Fələstində Muaviyənin əsgərləri tərəfindən tutularaq öldürülmüşdür. Daha sonrakı dövrdə isə əhli-sünnə hədisçilər tərəfindən cərh edilmişdir. Zəhəbi onun bioqrafiyasının davamında bu məlumatları verir:

وعن محمد بن يحيى الذهلي قال: لا يحل أن يحدث عنه بشيء، هو رأس الفتنة.

Məhəmməd b. Yəhya əz-Zühlü dedi: “Ondan heç bir şey rəvayət etmək halal deyildir. O fitnənin başıdır.”

Zəhəbi, “Tarixul İslam”, 3/531-532

Bəs səhabə Əbdurrəhman b. Udeysi cərh edən, ondan hədis rəvayət etməyi haram edən Məhəmməd b. Yəhya əz-Zühlü kimdir? Bu şəxs Buxari, Müslüm, ibni Macə və Tirmizi başda olmaqla bir çox əhli-sünnə hədis kitabını yazmış alimlərin ustadıdır.

Haqqında ətraflı məlumat üçün linkə baxa bilərsiniz: “TDV İslam Ansiklopedisi”, 44/543, Zühlü maddəsi

 

(c) saqaleyn.wordpress.com

Рейтинг

В этом разделе