BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ
Əhli-xilafın meydana çıxartdıqları şübhələrdən biri də Rəsulullahın (s) namazda səhv etməsi mövzusudur. Bildiyimiz kimi əhli-xilafın mənbələrində Əbu Hüreyrədən rəvayət edilən hədisə görə Rəsulullah (s) günorta namazını 4 rükət əvəzinə səhvən 2 rükət qılmış, bundan başqa özünə “namazı 2 rükət qıldın” deyə məlumat verilməsindən sonra Rəsulullah (s) namazı tamamlamış və səcdeyi-səhv etmişdir. Bax əhli-xilaf öz mənbələrində qeyd olunan bu rəvayətləri şiə mənbələrdə göstərməyə çalışır və şiə mənbələrdə rəvayət edilən öz mənbələrində qeyd olunan Əbu Hureyrə rəvayətinə oxşar bəzi rəvayətləri təqdim edirlər. Digər tərəfdən bəzi qardaşlarımız da şiə mənbəli bu hədislərə rast gəldiklərində çaşırlar. Ona görə bu şübhəyə cavab olaraq bir iş görmək qərarına gəldik. Lakin alkafi.net saytına baxdıqda Cabirul Muhəmmədi nikli qardaşımızın bu mövzuda bir araşdırma apardığını gördüm. Ona görə bu araşdırmanın ancaq özümə görə əhəmiyyətli olduğunu düşündüyüm qismini tərcümə edib, sizinlə paylaşmağa qərar verdim. Cabirul Muhəmmədi qardaşın çalışması bu linkdədir: http://www.alkafi.net/vb/showthread.php?t=17
Mövzuya keçəcək olsaq, bu məsələ haqqında İslami / Şiə mənbələrdə rəvayət edilən hədislərin bir qisminin sənədi zəif, bir qisiminin sənədi isə səhihdir. Ona görə biz burda sənədi zəif olan hədisləri yox, ancaq səhih hədisləri qeyd edib, cavablandıracağıq. Haqqında danışdığımız hədislər aşağıdakılardır:
محمد بن يحيى، عن أحمد بن محمد بن عيسى، عن عثمان بن عيسى، عن سماعة ابن مهران قال: قال أبوعبدالله (عليه السلام): من حفظ سهوه فأتمه فليس عليه سجدتا السهو فإن رسول الله (صلى الله عليه وآله) صلى بالناس الظهر ركعتين ثم سها فسلم فقال له ذو الشمالين: يارسول الله أنزل في الصلاة شئ؟ فقال: وما ذاك، قال: إنما صليت ركعتين، فقال رسول الله (صلى الله عليه وآله): أتقولون مثل قوله؟ قالوا: نعم، فقام (صلى الله عليه وآله) فأتم بهم الصلاة وسجد بهم سجدتي السهو؟ قال: قلت: أرأيت من صلى ركعتين وظن أنهما أربع فسلم وانصرف ثم ذكر بعد ما ذهب إنما صلى ركعتين؟ قال: يستقبل الصلاة من أولها، قال قلت: فما بال رسول الله (صلى الله عليه وآله) لم يستقبل الصلاة وإنما أتم بهم ما بقي من صلاته؟ فقال إن رسول الله (صلى الله عليه وآله) لم يبرح من مجلسه فان كان لم يبرح من مجلسه فليتم ما نقص من صلاته إذا كان قد حفظ الركعتين الاولتين
Muhəmməd b. Yəhya mənə Əhməd b. Muhəmməd b. İsadan, o Osman b. İsadan, o da Səmaə b. Mehrandan rəvayət edərək dedi: Əbu Abdullah (imam Cəfəri-Sadiq (ə)) dedi: Şübhəyə düşməkdən qorunmağının bir dəlili də budur ki, Rəsulullah (s.a.a) səcdeyi-səhv etməkdə hökmlü deyildi. Lakin, O (s) günorta namazını iki rükət qılanda Züş-Şimaleyn ona dedi: “Ya Rəsulullah (s)! Namaz haqqında yeni hökm nzil oldu?” Rəsulullah (s) dedi: “Nəsə bir şey oldu?” Züş-Şimaleyn dedi: “Namazı iki rükət qıldın.” Rəsulullah (s) (əshabına) dedi: “Siz də onun kimi düşünürsünüz?” Dedilər: “Bəli.” Bundan sonra Rəsulullah (s) namazı tamalayaraq onlara səcdeyi-səhv etdirdi.” İmama (ə) dedim: “Kim dörd rükət qıldığını zənn etdiyi halda iki rükət qılsa, salam versə və ayrılsa, ayrıldıqdan sonra da iki rükət qıldığı yadına düşsə, qalan iki rükət qılaraq tamamlaması haqqında nə buyurursunuz?” İmam (ə) dedi: ” Namaza başdan başlasın.” Dedim: “Bəs, Rəsulullah nə üçün namaza yenidən başlamadı və namazının qalan hissəsini səhabə ilə tamamlayaraq qıldı?” İmam (ə) dedi: “Çünki, Rəsulullah (s) məclisindən ayrılmamışdı. Məclisdən ayrılmadıqca ilk iki rükəti qoruduğun müddətcə namazının əksik olan hissəsini tamamlayarsan.”
Kuleyni (r.ə), “əl-Kafi”, 3/201, Namaz kitabı, bab 42, hədis 1
محمد بن يحيى، عن أحمد بن محمد بن عيسى، عن على بن النعمان، عن سعيد الاعرج قال: سمعت أبا عبدالله (عليه السلام) يقول: صلى رسول الله (صلى الله عليه وآله) ثم سلم في ركعتين فسأله من خلفه يارسول الله أحدث في الصلاة شئ؟ قال: وما ذلك؟ قالوا: إنما صليت ركعتين، فقال: أكذلك ياذا اليدين؟ وكان يدعى ذا الشمالين فقال: نعم، فبنى على صلاته فأتم الصلاة أربعا. وقال: إن الله هو الذي أنساه رحمة للامة الا ترى لو أن رجلا صنع هذا لعير وقيل: ما تقبل صلاتك فمن دخل عليه اليوم ذاك قال: قد سن رسول الله (صلى الله عليه وآله) وصارت اسوة وسجد سجدتين لمكان الكلام
Muhəmməd b. Yəhya mənə Əhməd b. Muhəmməd b. İsadan, o Əli b. Numandan, o da Səid əl-Ərracdan rəvayət etdi və dedi: Əbu Abdullahın (İmam Cəfəri Sadiq (ə)) belə dediyini eşitdim: “Rəsulullah (s) namazı iki rükət qıldı. Onun arxasında duran şəxs dedi: “Ya Rəsulullah (s)! Namazda dəyişiklik olub?” Rəsulullah (s) dedi: “Nə oldu ki?” Dedilər: “Namazı iki rükət qıldın.” Rəsulullah (s) dedi: “Ya Zülyədeyn (bu şəxs Züş-Şimaleyn kimi də çağırılırdı), dedikləri kimidir?” Dedi: “Bəli.” Rəsulullah (s) namazına qaldığı yerdən davam edərək dörd rükətə tamamladı və sonra belə buyurdu: “Allah-Təala ümmətimə rəhmət olsun deyə onu (mənə) unutdurmuşdur. Görmürsünüz ki, bir nəfər bunu etsə, şübhəsiz utandırılar və ona “namazın qəbul olmadı” deyilər. Kim o gün Onun (s) hüzuruna gəldisə dedi: “Rəsulullah (s) bir sünnə meydana çıxartdı, bir nümunə oldu. Danışdığına görə iki rükət səhv səcdəsi yerinə yetirdi.”
Kuleyni (r.ə), “əl-Kafi”, 3/202, Namaz kitabı, bab 42, hədis 6
وروى سعد عن محمد بن الحسين عن جعفر بن بشير عن الحرث بن المغيرة النصرى قال قلت لابي عبدالله عليه السلام: انا صليت المغرب فسها الامام فسلم في الركعتين فاعدنا الصلاة فقال: ولم اعدتم؟ ! أليس قد انصرف رسول الله صلى الله عليه وآله في ركعتين فأتم بركعتين الا أتممتم؟
Və Səd b. Abdullah Muhəmməd b. Hüseyndən, o Cəfər b. Bəşirdən, o da Haris b. Muğirədən belə rəvayət etmişdir: Əbu Abdullaha (imam Cəfəri Sadiq (ə)) dedim: “Biz axşam namazını qılırdıq, (camaat) imamı səhvən iki rükət qıldı. Biz də bundan sonra namazı təhvil verdik.” İmam (ə) dedi: “Namazı niyə təhvil verdiniz? Rəsulullah (s) ikinci rükəti tamamladıqdan sonra namazı bitirib, sonra da iki rükət əlavə qılaraq tamamlamamışdımı? Siz də tamamlayaydınız.”
Şeyx Tusi (r.ə), “Təhzibul Əhkam”, 2/180, hədis 26
الحسين بن سعيد عن ابن أبي عمير عن جميل قال سألت
أبا عبدالله عليه السلام: عن رجل صلى ركعتين ثم قام قال: يستقبل، قلت: فما يروي الناس؟ فذكر له حديث ذي الشمالين فقال: ان رسول الله صلى الله عليه وآله لم يبرح من مكانه ولو برح استقبل
Hüseyn b. Səid İbni Əbu Ümeyrdən, o da Cəmildən rəvayət etdi: Əbu Abdullaha (İmam Cəfəri Sadiq (ə)) iki rükət namaz qılıb, sonra ehtiyacı üçün gedən şəxsin vəziyyətini soruşdum. İmam (ə) dedi: “Namaz üçün qibləyə dönərək tamamlayar.” Bundan sonra dedim: “İnsanlar bu mövzuda Züş-Şimaleyn hədisini rəvayət edirlər.” İmam (ə) dedi: “Rəsulullah (s) əsla yerindən ayrılmadı.”
Şeyx Tusi (r.ə), “Təhzibul Əhkam”, 2/345-346, hədis 22 (1434)
عنه عن فضالة عن الحسين بن عثمان عن سماعة عن أبي بصير قال سألت أبا عبدالله عليه السلام: عن رجل صلى ركعتين ثم قام فذهب في حاجته قال: يستقبل الصلاة، فقلت: ما بال رسول الله صلى الله عليه و؟ له لم يستقبل حين صلى ركعتين؟ فقال: إن رسول الله صلى الله عليه وآله لم ينفتل من موضعه
Fudalədən, o Hüseyn b. Osmandan, o Səmaədən, o da Əbu Bəsirdən rəvayət edərək dedi: Əbu Abdullaha (İmam Cəfəri Sadiq (ə)) iki rükət namaz qılıb sonra ehtiyacı üçün gedən şəxsin vəziyyətini soruşdum. İmam (ə) dedi: “Namaz üçün qibləyə yönələrək tamamlayar.” Bundan sonra dedim: “Bəs Rəsulullah (s) niyə namazı iki rükət qıldıqda qibləyə dönmədi?” İmam (ə) dedi: “Rəsulullah (s) əsla yerindən ayrılmadı.”
Şeyx Tusi (r.ə), “Təhzibul Əhkam”, 2/346, hədis 23 (1435)
Yuxarıda paylaşdığımız peyğəmbərin (s) namazda xəta etdiyini göstərən bu hədislərin sənədindəki ravilər siqə (etibarlı) şəxslərdir və hədislərin isnadı müttəsildir. Yəni, sənəd baxımından hədislər səhihdir. Lakin, mətn baxımından vəziyyət belə deyil. Çünki, nəbi, rəsul və vəsilərin məsum olduqları, xəta və unutqanlıqdan uzaq olduğu mövzusu mütəvatir hədislərlə sabitdir. İndi bu hədislərin bəzisini burda paylaşacağıq.
Şəkildəki kitab İmam Həsən Əskəri (ə)-ın səhabəsi və Şeyx Kuleyninin (r.ə) müəllimi Muhəmməd b. Həsən əs-Səffarın “Bəsair əd-Dərəcat” adlı kitabıdır. İşarələnmiş yerdə bu ifadələr var:
حدثنا الحسن بن علي عن أحمد بن هلال عن أمية بن علي عن حماد بن عيسى عن إبراهيم بن عمر اليماني عن أبي الطفيل عن أبي جعفر ع قال قال رسول الله ص لأمير المؤمنين ع اكتب ما أملي عليك قال علي ع يا نبي الله و تخاف النسيان قال لست أخاف عليك النسيان و قد دعوت الله لك أن يحفظك فلا ينساك لكن اكتب لشركائك قال قلت و من شركائي يا نبي الله قال الأئمة من ولدك بهم يسقى أمتي الغيث و بهم يستجاب دعاؤهم و بهم يصرف البلاء عنهم و بهم تنزل الرحمة من السماء و هذا أولهم أومأ بيده إلى الحسن ثم أومأ بيده إلى الحسين ثم قال الأئمة من ولدك
Həsən b. Əli mənə Əhməd b. Xəllaldan, o Üməyyə b. Əlidən, o Həmmad b. İsadan, o İbrahim b. Ömər əl-Yəmənidən, o Əbu Tufeyldən, o da Əbu Cəfərdən (İmam Baqir (ə)) nəql edərək dedi: “Rəsulullah (s) möminlərin əmirinə (İmam Əli (ə)) “Sənə dediklərimi yaz.” deyə buyurdu. Əli (ə) “Ya Rəsulullah! Unudacağıma görə narahat olursunuz?” deyə soruşdu. Rəsulullah dedi: “Xeyr! Unudacağından narahat deyiləm. Çünki, mən Allahdan sənin yaddaşını gücləndirməsini və sənin yaddan çıxartmamağını istədim. Bunları şəriklərin üçün yaz.” Bundan sonra Əli (ə) dedi: “Ya Rəsulullah (s)! Şəriklərim kimlərdir?” Rəsulullah (s) dedi: “Şəriklərin sənin övladlarından olan imamlardır; Allah onların səbəbi ilə ümmətə yağış yağdırar. Onlara görə duaları qəbul olar. Allah onlara görə ümmətimdən bəlaları uzaqlaşdırar və onlara görə göydən rəhmət enər.” Sonra Həsənə (ə) işarə edərək, “Bu onların birincisidir” dedi və ardınca da Hüseynə (ə) işarə edərək “İmamlar bunun övladlarındandır.” deyə buyurdu.”
Səffar (r.ə), “Bəsair əd-Dərəcat”, 4/202-203, hədis 22
Hədisi 1-ci Səduq (Əli b. Hüseyn b. Babaveyh) “İmamə vət-Təbsira”, səhifə 54, hədis 38–də ravi Həmmad b. İsaya qədər fərqli bir sənəd ilə, ondan sonra isə yuxarıdakı sənəd; onun oğlu 2-ci Səduq (Muhəmməd b. Əli b. Hüseyn b. Babaveyh) “Əmali”, səhifə 292-293, 63-cü məclis, hədis 1 də atasından nəql etmişdir.
Hədis haqqında Şeyx Hadi ən-Nəcəfi deyir:
الرواية حسنة سندا
Rəvayətin sənədi həsəndir.
Şeyx Hadi Nəcəfi (r.ə), “Məvsuat əhadisi Əhli Beyt (ə)”, 11/33
İmamlardan (ə) unutqanlığın, yalnışlığın götürüldüyü və onların məsum olduğu haqqında hədislər yuxarıda qeyd etdiyimiz kimi mütəvatirdir.
Əgər hətta nəbi, rəsul və imamların ümumi olaraq xətalardan, unutqanlıqdan, hər cür səhvdən uzaq olduğu haqqındakı bütün bu hədisləri kənara qoysaq da, yenə də Nəbi (s)-ın namazda səhv etdiyi deyilən hədislər qəbul olunmayacaqdır. Çünki, yenə İmamlardan (ə) Nəbinin (s) namazda heç vaxt səhv səcdəsi yerinə yetirmədiyi mötəbər hədis ilə rəvayət olunmuşdur.
Şəkildəki kitab Şeyx Tusinin (r.ə) “Təhzibul Əhkam” kitabıdır. İşarələnmiş yerdə bu ifadələr var:
عنه عن أحمد بن محمد عن الحسن بن محبوب عن عبدالله ابن بكير عن زرارة قال سألت أبا جعفر عليه السلام: هل سجد رسول الله صلى الله عليه وآله سجدتي السهو قط؟ فقال: لا ولا يسجدهما فقيه
O (Muhəmməd b. Əli b. Məhbub) mənə Əhməd b. Muhəmməddən, o Həsən b. Məhbubdan, o Adullah b. Buqeyrdən, o da Zürarədən rəvayət etdi və dedi: Əbu Cəfərə (İmam Baqir (ə)) “Görəsən Rəsulullah səhv səcdəsi edibmi?”deyə soruşdum. İmam (ə) dedi: “Xeyr! Heç səhv səcdəsi etməyib.”
Şeyx Tusi (r.ə,) “Təhzibul Əhkam”, 2/306, Namaz kitabı, Səhv hökmləri babı, hədis 42 (1454)
Bu hədisin sənədi mötəbərdir. Bütün ravilər etibarlıdır və isnadı müttəsildir. Sadəcə ravilərdən Abdullah b. Buqeyr Fətəhi məzhəbinə mənsubdur və bu zaman hədis müvəssəq vəziyyət alar. Seyyid Xoi (r.ə) hədis haqqında deyir:
على أنها معارضة في موردها بموثقة زرارة
(Rəsulullahın (s) namazda səhv etdiyi) bu rəvayətlərə qarşılıq kimi Zürarənin müvəssəq (rəvayəti) mövcuddur.
Seyyid Xoi (r.ə), “Namaz kitabı”, 6/329
İndi, əgər “necə ola bilər ki, imamlardan (ə) səhih sənədlə bir mövzuda bir-birinə zidd olan iki hədis rəvayət edilir?” deyə etiraz edən olsa, cavabımız budur: Bəzən imamlarımız (ə) əhli-xilafın krallarına görə təqiyyə edib və əhli-xilaf rəvayətlərinə uyğun gələn fikirlər söyləmişdirlər. Lakin imamlarımız (ə) səhabələrinə daha sonra təqiyyə və ya buna bənzər səbəblərə görə deyilənləri əsl əqidədən ayıra bilmələri üçün bəzi qaydalar öyrədiblər. Bu qaydalardan biri də “eyni mövzuda bir-birinə zidd iki hədis mövcuddursa, onu əmma (sünni) rəvayətləri ilə qarşılaşdırın və onlara müxalif olanı qəbul edin” kimidir. Bu qayda imamlarımızdan (ə) mütəvatir olaraq rəvayət edilmişdir. Şeyx Hürr Amuli (r.ə) bu hədislər haqqında deyir:
أقول: والأحاديث في ذلك متواترة، ذكرنا جملة منها في كتاب وسائل الشيعة.
[876] 5 – فمن ذلك قول الصادق ع في الحديثين المختلفين: اعرضوهما على أخبار العامة فما وافق أخبارهم فذروه وما خالف أخبارهم فخذوه
Mən (Hürr Amuli) deyirəm: Bu mövzudakı hədislər mütəvatirdir, bunları “Vəsailuş-Şiə” kitabımızda qeyd etdik. Eyni şəkildə Sadiqin (ə) ixtilaflı iki hədis haqqındakı “onları əmma (sünni) rəvayətləri ilə qarşılaşdırın, əmmaya uyğun olanı kənara atın, onlara müxalif olanı qəbul edin” sözü də belədir.
Hürr Amuli (r.ə), “Füsulul Muhimmə fi Usulil Əimmə (ə)”, 1/577
Biz burdan görürük ki, ortada bir mövzuda bir-birinə zidd iki hədis var. Sünnilər Peyğəmbərin (s) səhv etdiyini deyir. Biz isə imamların (ə) dediyinə görə bunun əksini, yəni peyğəmbər və imamların məsum olduğunu qəbul edirik.
Vəlhəmdulillahi Rəbbil Aləmin.
(c) saqaleyn.wordpress.com