»»

Şeyx Səduq: “Mütə nikahı mənim və ata-babalarımın dinidir" deyib?

“Allah, sonra da tarix naminə” kitabının müəllifi Hüseyn əl-Musəvi yazır: “Şeyx Səduq Sadiqdən (r.a) rəvayət edir: “Mütə nikahı mənim və ata-babalarımın dinidir. Ona əməl edən şəxs dinimizə riayət etmiş,inkar edən də dinimizi inkar etmiş və başqa bir dinə uyğun davranmışdır” (“Mən la yəhzuruhul-fəqih”, 3/366). Bu sözlər mütə nikahını qəbul etməyən şəxsləri təkfir (kafirlikdə ittiham) etməkdir”.

Cavab: Həmçinin belə bir “hədis” də bizim kitablarımızda, nə “Mən la yəhzuruhul-fəqih” və nə də başqa mənbələrdə mövcud deyildir. Buna bənzər rəvayət yalnız budur: “Təqiyyə mənim və ata-babalarımın dinidir. Təqiyyəsi olmayanın dini də yoxdur”.

Fəqihlik və ictihad iddiaçısı olan bir kəsin yalandan hədis uydurmağı və sonra da zülm, sitəm və böhtanla onu şiələrə nisbət verməyi özünə necə rəva bildiyinə diqqət yetirin!!!

Müəllifin iddiasının yalan olduğunun dəlillərindən biri onun hədis uydurması, sonra onu şiəyə nisbət verməsi, ardınca uydurduğu hədisə əsaslanıb hökm çıxarması və bununla da şiələri ittiham etməsidir. Nəticədə şiələrin bu hədisə istinad edərək mütə nikahı bağlamayan şəxsləri küfrdə ittiham etdiklərinə hökm verir. Halbuki şiələr əsla belə bir söz söyləmirlər. Möhtərəm oxucu, dövran səni hələ necə təəccüblü işlərə şahid edəcək!

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе