Bağışlayan və mehriban Allahın adı ilə.
Seyf b. Ömər ət-Təmimidən başqa Abdullah b. Səbə haqqında məlumat verən mənbələr içərisində nasibi mənbələrindən əl-Bəlazurinin (ölüm tarixi: 892) “Ənsab əl-Əşraf” kitabı və İslam/Şiə mənbələrindən İbrahim əs-Səqəfinin (ölüm tarixi: 896) “əl-Ğarat” kitabı da vardır. Bu 2 mənbədə Seyf b. Ömər ət-Təmimi ilə əlaqəsi olmayan məlumat vardır. Haqqında danışdığımız məlumat bu şəkildədir:
دخل عمرو بن الحمق و حجر بن عدىّ و عبد اللَّه بن سبإ على أمير المؤمنين عليه السّلام
فقالوا له: بيّن لنا ما قولك في أبى بكر و عمر؟
Amr b. Hamq əl-Xuzai, Hucr b. Adiyy və Abdullah b. Səbə Möminlərin Əmirinin a.s yanında daxil olaraq dedilər: “Əbu Bəkir və Ömər haqqında fikrin nədir?”
Görüldüyü kimi bu hekayədə Abdullah b. Səbə adlı bir şəxs imam Əliyə a.s sual verən bir dəstə içərisində qeyd edilmişdir. Bəs həqiqətən hekayənin əsl varyantında Abdullah b. Səbənin adı keçirmi?
Bu hekayəni ilk olaraq nasibilərdən ibni Quteybə (ölüm tarixi: 889) qeyd etmişdir. O, özünün “əl-İmamə vəs-Siyasə” kitabında yazır:
قال : فقام حجر بن عدي ، وعمرو بن الحمق ، وعبد الله بن وهب الراسبي ، فدخلوا على علي ، فسألوه عن أبي بكر وعمر : ما تقول فيهما ؟ وقالوا : بين لنا قولك فيهما وفي عثمان . قال علي كرم الله وجهه : وقد تفرغتم لهذا ؟ وهذه مصر قد افتتحت ، وشيعتي فيها قد قتلت ؟
Dedi: Hucr b. Adiyy, Amr b. əl-Hamq və Abdullah b. Vəhb ər-Rasibi Əlinin yanına daxil olaraq ondan Əbu Bəkir və Ömər haqqında soruşdular, “onlar haqqında nə deyirsən? Bizə onlar və Osman haqqındaki sözünü de.” Əli k.v dedi: “Misir işğal olunduğu və tərəfdarlarım orda öldürüldüyü halda siz özünzü buna həsr etmisiniz?”
ibni Quteybə, “əl-İmamə vəs Siyasə”, 1/174
Görüldüyü kimi burada imam Əlinin a.s yanına daxil olan dəstə içərisində adı çəkilən şəxslərdən birisi Abdullah b. Vəhb ər-Rasibidir. Bu şəxs səhabələrdəndir ki, irəlidə haqqında məlumat veriləcəkdir.
ibni Quteybdədən sonra hekayənin qeyd edildiyi ikinci nasibi mənbəsi əl-Bəlazurinin (ölüm tarixi: 892) “Ənsab əl-Əşraf” kitabıdır. əl-Bəlazuri yazır:
وَحَدَّثَنِي عَبَّاسُ بْنُ هِشَامٍ، عَنْ أَبِيهِ، عن أبي مخنف، عن الحرث بْنِ حَصِيرَةَ، عَنْ أَبِي صَادِقٍ، عَنْ جُنْدُبِ بْنِ عَبْدِ اللَّهِ الأَزْدِيِّ
və Abbas b. Haşim mənə atasından, o Əbu Muxnəfdən, o Haris b. Huseyrədən, o Əbu Sadiqdən, o isə Cündəb b. Abdullah əl-Əzdidən nəql etdi, dedi:
وأما حجر بْن عدي الكندي وعمرو بْن الحمق الخزاعي وحبة بْن جوين البجلي ثُمَّ العرني وعبد اللَّه بْن وهب الْهَمْدَانِيّ- وَهُوَ ابْن سبأ– (فإنهم أتوا) عَلِيًّا عَلَيْهِ السلام فسألوه عَن أَبِي بكر وعمر رَضِيَ اللَّهُ عنهما فَقَالَ: أوقد تفرغتم لهذا؟ وَهَذِهِ مصر قد افتتحت وشيعتي بها قد قتلت!
Hucr b. Adiyy, Amr b. Hamq əl-Xuzai, Habbə b. Cuveyn əl-Bəcəli və Abdullah b. Vəhb əl-Həmədani -və o ibni Səbədir- Əlinin a.s yanına gələrək Əbu Bəkir və Ömər haqqında soruşdular. (Əli) dedi: “Misir işğal olunduğu və tərəfdarlarım orda öldürüldüyü halda siz özünzü buna həsr etmisiniz?”
əl-Bəlazuri, “Ənsab əl-Əşraf”, 3/155-156
Görüldüyü kimi, artıq bu ikinci mənbədə Abdullah b. Vəhb ər-Rasibi adlı şəxs Abdullah b. Vəhb əl-Həmədani olaraq qeyd edilib. Daha sonra isə müəllif özü qeyd edib ki, Abdullah b. Vəhb adlı şəxs elə Abdullah b. Səbədir.
Nəhayət, hekayəni qeyd edən üçüncü mənbə İslam/Şiə mənbələrindən İbrahim əs-Səqəfinin (ölüm tarixi: 896) “əl-Ğarat” kitabıdır. O, yazır:
عن عبد الرّحمن بن جندب عن أبيه جندب قال:دخل عمرو بن الحمق و حجر بن عدىّ و حبّة العرنيّ و الحارث الأعور و عبد اللَّه بن سبإ على أمير المؤمنين عليه السّلام بعد ما افتتحت مصر و هو مغموم حزين فقالوا له: بيّن لنا ما قولك في أبى بكر و عمر؟- فقال لهم عليّ عليه السّلام: و هل فرغتم لهذا؟ و هذه مصر قد افتتحت، و شيعتي بها قد قتلت؟!
Əbdürrəhman b. Cündən atası Cündəbdən nəql etdi, dedi: Misir işğal edildikdən sonra Amr b. Hamq, Hucr b. Adiyy, Habbə əl-Urrani, Haris əl-Avər və Abdullah b. Səbə Möminlərin Əmiri a.s hüznlü olduğu halda onun yanında daxil olaraq dedilər: “Əbu Bəkir və Ömər haqqında nə deyirsən?” Əli a.s onlara dedi: “Misir işğal olunduğu və tərəfdarlarım orda öldürüldüyü halda siz özünzü buna həsr etmisiniz?”
əs-Səqəfi, “əl-Ğarat”, 1/302
Görüldüyü kimi eyni hekayədə haqqında danışılan Abdullah adlı şəxs ən erkən tarixli mənbə olan “əl-İmamə vəs Siyasə”-də Abdullah b. Vəhb ər-Rasibi olaraq qeyd edilib. Daha sonra, ikinci mənbə olan “Ənsab əl-Əşraf”-da bu şəxs Abdullah b. Vəhb əl-Həmədani olaraq qeyd edilib və müəllif izah verib ki, bu şəxs ibni Səbədir. Nəhayət üçüncü mənbə olan “Ğarat”-da bu şəxsin ata adı, nisbəsi silinib və eyni şəxs artıq Abdullah b. Səbəyə çevrilib. Yəni qısaca Abdullah b. Vəhb ər-Rasibi çevrilib olub Abdullah b. Səbə. Maraqlısı isə odur ki, həm əl-Bəlazuri, həm də İbrahim əs-Səqəfi hekayəni eyni şəxsdən, səhabə Cündəb b. Abdullah əl-Əzdidən nəql edir və eyni hekayəni xəbər verən hər 3 mənbə eyni dövrdə yazılmışdır.
Yaxşı, bəs Abdullah b. Vəhb ər-Rasibi kimdir? Nasibilərin rical alimlərindən ibni Hacər yazır:
عبد اللَّه بن وهب الراسبي:
Abdullah b. Vəhb ər-Rasibi
من بني راسب بن مالك بن ميدعان بن مالك بن نصر بن الأزد.
Bəni Rasb b. Malik b. Midan b. Malik b. Nəsr b. Əzd (qəbiləsind)dən.
له إدراك، وشهد فتوح العراق مع سعد بن أبي وقاص. وذكر الطّبري في التّاريخ أن سعدا أرسله مع المضارب العجليّ وجماعة، وأمّر عليهم ضرار بن الخطاب بأمر عمر إلى أناس اجتمعوا من الذين يقاتلونهم، ثم كان مع عليّ في حروبه، ولما وقع التحكيم فأنكره الخوارج. واجتمعوا بالنّهروان أمّر عليهم عبد اللَّه بن وهب الراسبي
Onun (Rəsulullahı) idrakı vardır. Sad b. Əbu Vaqqas ilə birlikdə İraqın fəthində iştirak etmişdir. Tabəri “Tarix”ində qeyd etmişdir ki, Sad onu Muzarib əl-İcli və bir dəstə ilə göndərmiş, onların üzərinə də Ömərin əmri ilə Drar b. Xattabı əmir təyin etmişdir… Sonra Əli ilə birlikdə döyüşlərdə oldu və təhkim məsələsi baş verdikdə Xaricilər Əlini inkar edərək Nəhrəvanda toplandılar. Abdullah b. Vəhb ər-Rasibi onların əmiri oldu.
ibni Hacər, “əl-İsabə”, 5/78, 6375-ci ravi
Görüldüyü kimi “Ənsab əl-Əşraf” və “əl-Ğarat” kitablarında Abdullah olaraq qeyd edilən, “Ənsab əl-Əşraf”da müəllifin izahı ilə ibni Səbə olduğu deyilən və “əl-Ğarat”da isə Abdullah b. Səbəyə çevrilən şəxs həqiqətdə səhabələrdən olan, imam Əli xəlifə olduğu zaman onun yanında olan, onunla birlikdə döyüşlərə girən, təhkim hadisəsindən sonra xaricilərin əmiri olan və nəhayət Nəhrəvanda imam Əli a.s tərəfindən öldürülən Abdullah b. Vəhb ər-Rasibidir.
(c) saqaleyn.wordpress.com












