»»

Məhəmməd b. Tahir əl-Bərzənci və ibni Səbə Cəməl döyüşündə?

Bağışlayan və mehriban Allahın adı ilə.

Məlum olduğu kimi imam Əliyə (ə) tabe olanlar ilə ona qarşı üsyan qaldırmış Aişə, Təlhə və Zübeyrin rəhbərlik etdiyi ordu arasında Bəsrədə Cəməl döyüşü deyə bilinən döyüş baş vermişdir. Döyüşün səbəbi olaraq nasibilər tərəfindən verilən izah belədir ki, Aişə, Təlhə və Zübeyr imam Əliyə qarşı çıxmamış, onlar Osmanın qisası üçün üsyan etmişdilər. “Bəs nə üçün onlar ilə Əlinin ordusu arasında döyüş oldu?” sualı qarşısında isə verilən cavablardan birisi budur ki, bu 2 orduya gizlicə daxil olmuş Abdullah b. Səba və adamları əvvəlcədən hazırladıqları planı həyata keçirmiş, hər bir tərəf qarşı tərəfin hücuma keçdiyi zənn etmiş və beləliklə müharibə baş vermişdir.

 

Bu mövzu haqqındaki məlumat bizlərə nasibi tarixçilərdən Tabərinin “Tarix ət-Tabəri” deyə adlandırdığımız  kitabında, Seyf b. Ömər vasitəsi ilə gəlmişdir. Bu məlumat haqqındaki araşdırmanı linkdən oxuya bilərsiniz: Cemel savaşı Abdullah b. Sebe’nin kışkırtması ile mi olmuştur?

Bu gün isə Seyf b. Ömərin verdiyi bu məlumatlar haqqında nasibi təhqiqatçılardan Məhəmməd b. Tahir əl-Bərzəncinin fikirlərini sizlərlə paylaşacam.

Məhəmməd b. Tahir əl-Bərzənci nasibilərin təhqiqatçılarından birisidir, Tabərinin “Tarix” kitabını təhqiq etmiş, kitabdaki səhih və zəif rəvayətləri işləmiş və öz işini “Səhih və Zəif Tarix ət-Tabəri” adı ilə nəşr etmişdir. əl-Bərzənci həmən bu kitabında Tabərinin “Tarix” kitabında Seyf b. Ömərdən aldığı və Abdullah b. Səbənin Cəməl döyüşünə müdaxilə etdiyini dediyi rəvayətlər haqqında yazır:

إسناده ضعيف وفي متنه نكارة، ومن هذه النكارات أن الصحابي الجليل عدي بن حاتم كان ممن اجتمع إلى ابن سبأ ولم يصح هذا سندًا عند الطبري ولا عند غيره وهو متنًا مخالف لما أجمع عليه العلماء من عدالة الصحابة والحمد لله على نعمة الإسناد.

(Rəvayətin) isnadı zəifdir və mətnində münkərliklər var. Bu münkərliklərdən birisi böyük səhabə Adiyy b. Hatəmin (Abdullah) b. Səbə ilə bir yerə toplaşanlar içərisində olmağıdır. Bu sənəd nə Tabəri, nə də bir başqası nəzərində səhih deyildir. Rəvayətin mətni də alimlərin üzərində icma etdiyi səhabənin ədaləti inancına müxalifdir. İsnad nemətinə görə Allaha həmd olsun.

وكيف يجلس صحابة رسول الله – صلى الله عليه وسلم – إلى رجل مشبوه كعبد الله بن سبأ، علمًا بأن مرويات سيف نفسها ذكرت بأن الصحابة شكو في كونه يهوديًا لا مسلمًا.

Necə mümkün ola bilər ki, Rəsulullahın -Allahın salam və salavatı üzərinə olsun- səhabələri elə Seyfin özünün rəvayətlərinə görə bu səhabələr Abdullah b. Səbənin müsəlman deyil yəhudi olduğundan şübhələndikləri halda Abdullah b. Səbə kimi şübhəli bir insan ilə birlikdə necə toplaşa bilərdilər?

Məhəmməd b. Tahir əl-Bərzənci, “Səhih və Zəif Tarix ət-Tabəri”, 8/683-684

 

Həmçinin, əl-Bərzənci mövzu ilə əlaqəli olaraq “Tarix ət-Tabəri” kitabındaki ikinci bir rəvayət haqqında deyir:

إسناده ضعيف وفيه نكارة

(Rəvayətin) sənədi zəifdir və orada münkərliklər var.

 

Məhəmməd b. Tahir əl-Bərzənci, “Səhih və Zəif Tarix ət-Tabəri”, 8/683-684

Doğrudur, tarixi olaraq səhabələr dövründə səhabənin ədaləti deyə bir inancın varlığına dəlalət edəcək hansısa bir məlumat yoxdur. Lakin nasibilər üçün bu gün belə bir inanc var. Bu səbəbdən də əl-Bərzənci özü dolayı olaraq burada “əgər bu rəvayətləri qəbul etsək səhabələrin bir yəhudiyə tabe olduğunu iddia etmiş olarıq”deyir. Yəni bir növ bu rəvayətləri rədd etməyə məcbur olduqlarını, əks təqdirdə üzərinə inanclarını inşa etdikləri təməli sarsacaqlarını etiraf edir.

 

(c) saqaleyn.wordpress.com

Рейтинг

В этом разделе