»»

İmam Əli (ə) oğulları Həsən və Hüseyini Osman b. Əffanı qorumaq üçün göndərib?

Osman b. Əffanın öldürülməyi haqqındaki rəvayətlərdən birinə görə imam Əli a.s, onu qorumaq üçün oğulları Həsən və Hüseyini göndərmişdir. Bəzi rəvayətlərdə isə buna əlavə olaraq imamın, mühasirədə olan Osmana su göndərdiyi məlumatı da mövcuddur.

Yaxın günlərdə tarixçi Mustafa Bozqurdun “Hz. Əli – Muaviyə mücadiləsi və hakimlər hadisəsi” adlı videosunda bu mövzu haqqında danışdığını (bax: “Hz. Əli – Muaviyə mücadiləsi və hakimlər hadisəsi”, 20:48 – 21:04) gördüm. 1997-ci il tarixli İran istehsalı olan “imam Əli” filmində də (bax: “imam Əli” filmi, 8-ci hissə, 29:00 – 31:15) bu mövzuya yer verilmişdir.

 

Həm tarixi filmlər, həm də tarixçilərin söhbətləri ilə bu məlumatın yayılması, bir əsası olmasa belə İslam tarixi haqqında yanlış və mənfi məlumatların məşhur olmağına, insanların bu məlumatların doğruluğuna inanmağın səbəb olmaqdadır. Bu səbəbdən bu araşdırmanı gecikdirmədən paylaşmaq istədim.

Bu mövzu haqqındaki rəvayət həm İslami/Şiə, həm də Sünnü mənbələrində mövcuddur. İnşaAllah əvvəlcə hər iki tərəfin mənbələrindən rəvayətləri sənəd yönündən təhlil edəcək, daha sonra isə rəvayətin mətnini təhlil edəcəyik.

1. Sənəd təhlili: bu rəvayəti əhli-xilaf tarixçilərindən ibni Şubbə ən-Numeyri (ölüm tarixi: 878) və Bəlazuri (ölüm tarixi: 892) öz əsərlərindən qeyd ediblər. Numeyri rəvayəti bu sənəd ilə rəvayət edir:

حدثنا محمد بن يوسف بن سليمان، وأحمد بن منصور الرمادي قالا: حدثنا هشام بن عمار بن نصير السلمي قال، حدثنا محمد بن عيسى بن القاسم بن سميع القرشي قال، حدثني
ابن أبي ذئب، عن الزهري، عن سعيد بن المسيّب قال: أشرف عثمان ﵁ على الناس وهو محصور فقال: أفيكم عليّ؟ قالوا: لا.
قال: أفيكم سعد؟ قالوا: لا. فسكت ثم قال: ألا أحد يبلّغ فيسقينا ماء؟ فبلغ ذلك عليا ﵁ فبعث إليه بثلاث قرب مملوءة، فما كادت تصل إليه حتى جرح في سببها عدة من موالي بني هاشم وموالي بني أمية حتى وصلت إليه، وبلغ عليا ﵁ أن عثمان يراد قتله فقال: إنما أردنا منه مروان، فأمّا قتله فلا، وقال للحسن والحسين: اذهبا بنفسيكما حتى تقوما على باب دار عثمان، فلا تدعا واحدا يصل إليه. وبعث الزبير ابنه وبعث طلحة ابنه على كره منه، وبعث عدة من أصحاب محمد أبناءهم يمنعون الناس أن يدخلوا على عثمان، ويسألونه إخراج مروان، فلما رأى ذلك محمّد بن أبي بكر ورمى الناس فيهم بالسهام حتى خضّب الحسن بالدماء على بابه، وأصاب مروان سهم وهو في الدار، وخضّب محمد بن طلحة وشجّ قنبر، وخشي محمد بن أبي بكر أن يغضب بنو هاشم لحال الحسن والحسين فأخذ بيد رجلين وقال لهما: إن جاءت بنو هاشم فرأوا الدّماء على وجه الحسن كشفوا الناس عن عثمان، وبطل ما تريدان، ولكن مرّا بنا حتى نتسوّر عليه الدار فنقتله من غير أن يعلم بنا أحد. فتسوّر محمد بن أبي بكر وصاحباه من دار رجل من الأنصار حتى دخلوا على عثمان ﵁، وما يعلم أحد ممّن كان معه؛ لأن كل من كان معه كان فوق البيوت، فلم يكن معه إلا امرأته. فقال لهما محمد بن أبي بكر: مكانكما حتى أبدأ بالدخول، فإذا أنا خبطته فادخلا فتوجئاه حتى تقتلاه. فدخل محمد فأخذ
بلحيته، فقال له عثمان ﵁: أما والله لو رآك أبوك لساءه مكانك مني. فتراخت يده، وحمل الرجلان عليه فوجآه حتى قتلاه، وخرجوا هاربين من حيث دخلوا، وصرخت امرأته فلم يسمع صراخها لما في الدار من الجلبة، فصعدت امرأته إلى الناس فقالت: إنّ أمير المؤمنين قد قتل. فدخل الحسن والحسين ومن كان معهما فوجدوا عثمان ﵁ مذبوحا (فانكبوا (١) عليه يبكون، وخرجوا، ودخل الناس فوجدوه مقتولا، وبلغ عليّا الخبر وطلحة والزبير وسعدا ومن كان بالمدينة، فخرجوا، وقد ذهبت عقولهم للخبر الذي أتاهم، حتى دخلوا عليه فوجدوه مذبوحا، فاسترجعوا. وقال عليّ ﵁ لابنيه: كيف قتل وأنتما على الباب؟ ولطم الحسن وضرب الحسين، وشتم محمد بن طلحة، ولعن عبد الله بن الزّبير، وخرج وهو غضبان يرى أن طلحة أعان على ما كان من أمر عثمان، فلقيه طلحة فقال: ما لك يا أبا الحسن ضربت الحسن والحسين؟ فقال عليك لعنة الله (أبيت إلا أن يسوءني ذاك، يقتل أمير المؤمنين، رجل من أصحاب محمد، بدريّ لم تقم عليه بيّنة ولا حجّة!! فقال طلحة:
لو دفع إلينا مروان لم يقتل. فقال عليّ ﵁: لو أخرج إليكم مروان لقتل قبل أن تثبت عليه حكومة. ودخل منزله.

Mənə Məhəmməd b. Yusif və Əhməd b. Mənsur danışdılar, dedilər: Bizə Hişam b. Əmmar danışdı, dedi: Mənə Məhəmməd b. İsa əl-Qurəşi danışdı, dedi: ibni Əbi Ziib mənə əz-Zuhridən, o da Səid b. Müseyyibdən danışdı, dedi: Osman muhasirədə ikən insanlara baxdı və dedi: “Əli aranızdadırmı?” (İnsanlar) dedilər: “Yox.” (Osman) dedi: “Sad aranızdadır?” Dedilər: “Yox.” Osman susdu, sonra dedi: “Bu xəbəri Əliyə çatdıracaq və bizə su gətirəcək bir şəxs yoxdurmu?” Bu Əliyə çatdı və ona 3 dolu su tuluğu göndərdi. Su tuluqları ona çatana qədər Haşimoğullarından və Üməyyəoğullarından bir dəstə yaralandı. Əliyə Osmanın öldürülmək istənildiyi çatdıqda dedi: “Biz ancaq Mərvanı istəyirik, Osmanı yox.” Sonra Həsən və Hüseyinə dedi: “Gedib Osmanın evinin qapısından növbədə durun və heç kimin ona yaxınlaşmağına icazə verməyin.” Zübeyr öz oğlunu, Talha da istəməyərək də olsa öz oğlunu və Muhəmmədin səhabələrindən bir çox şəxs öz oğullarını Osmanı qorumaq üçün göndərdi. (Üsyançılar) Mərvanın çölə çıxarılmağını tələb etdilər. Muhəmməd b. Əbu Bəkr bunu gördükdə insanlara ox atmaqlarını əmr etdi. Elə ki, Həsən qanlar içində qaldı, Mərvan evin içində olduğu halda axla vuruldu, Məhəmməd b. Talha və Qənbər yaralandı. Məhəmməd b. Əbu Bəkr, Haşimoğullarının Həsən və Hüseyinin halından qəzəblənəcəyindən qorxaraq (üsyançılara) dedi: “Əgər Haşimoğulları gəlsə və Həsənin üzündəki qanı görsə Osmanı xalqdan qoruyacaqlar və planımız pozulacaqdır. Ancaq biz heç kimin xəbəri olmadan evin divarından çıxıb onu öldürək.” Məhəmməd b. Əbu Bəkr və iki dostu Ənsardan bir adamın evinin divarına çıxaraq Osmanın evinə girdilər. Osman ilə birlikdə olanların hamısı (evin) damında olduğu üçün xəbərləri olmadı. Osmanın yanında arvadından başqa heç kim yox idi. Məhəmməd b. Əbu Bəkr yanındakilərə dedi: “Mən içəri girənə qədər gözləyin.” Sonra Məhəmməd içəri girdi və Osmanın saqqalından tutdu. Osman dedi: “Vallahi əgər atan səni görsəydi bundan razı olmazdı.” (Məhəmmədin) əlləri yumşaldı və (yanındaki) iki adam ona hücum etdilər, öldürənə qədər bıçaqladılar. (Evə) girdikləri yoldan qaçdılar. (Osmanın) arvadı çığırdı ancaq (evdəki) səs-küyə görə heç kim onu eşitmədi. Arvadı insanların yanına qaçıb “möminlərin əmiri öldürüldü” dedi. Həsən, Hüseyin və onlarla birlikdə olanlar Osmanı öldürülmüş halda tapdılar. Ağlayaraq üzərinə qapandılar, sonra evdən çıxdılar. İnsanlar evə girdilər və Osmanın öldürüldüyünü gördülər. Xəbər Əli, Talha, Zübeyr, Sad və Mədinədə olanlara çatdı. Xəbərin təsirindən ağıllarını itirmiş kimi çölə çıxdılar və (Osmanı evində) öldürülmüş halda gördülər. Əli, oğullarına dedi: “Siz qapıda olduğunuz halda o necə öldürüldü?” Həsənə şillə vurdu, Hüseyini döydü, Məhəmməd b. Talhaya söydü və Abdullah b. Zübeyrə lənət etdi. Talhanın bu işlərdə əlinin olduğu fikri ilə qəzəblə çölə çıxdı. Talha onu qarşıladı və dedi: “Ey Əbul Həsən, sənə nə olub? Həsən və Hüseyini niyə vurdun?” Əli dedi: “Allahın lənəti üzərinə olsun…..”

 

ibni Şubbə ən-Numeyri, “Tarixi Mədinə”, 4/1303-1306

 

Bu məlumatın qeyd edildiyi ikinci mənbə Bəlazurinin “Ənsab əl-Əşraf” adlı kitabıdır. Bəlazuri bu rəvayəti bu sənəd ilə qeyd edib:

وَحَدَّثَنِي هِشَامُ بْنُ عَمَّارٍ الدِّمَشْقِيُّ أَبُو الْوَلِيدِ حَدَّثَنَا مُحَمَّد بْن سميع عَنْ مُحَمَّد بْن أَبِي ذئب عَنِ ابْن شِهَابٍ الزُّهْرِيِّ عَنْ سَعِيد بْن الْمُسَيِّب

Və mənə Hişam b. Əmmar danışdı, dedi: Məhəmməd b. İsa mənə ibni Əbi Ziibdən, o əz-Zuhridən, o da Səid b. Müseyyibdən danışdı, dedi:

Bəlazuri, “Ənsab əl-Əşraf”, 5/556-559

 

Görüldüyü kimi hər iki mənbədə xəbər eyni sənəd ilə Məhəmməd b. İsa əl-Qurəşi adlı şəxsə çatır. Əhli-xilaf rical alimlərindən Mizzinin verdiyi məlumatlara görə (bax: Mizzi, “Təhzib əl-Kamal”, 26/255-256) Məhəmməd b. İsa adlı bu şəxs Muaviyənin məvalisi olmağından əlavə bu xəbəri ibni Əbi Ziib adlı şəxsdən eşitməmişdir. İbni Əbi Ziib ilə Məhəmməd b. İsa arasında İsmayıl b. Yəhya adlı hədis uyduran bir şəxs vardır. Ancaq Məhəmməd b. İsa bu xəbəri aldığı İsmayıl b. Yəhyanın adını versə rəvayət etibardan düşə bilər deyə fikirləşdiyi üçün İsmayıl b. Yəhyanın adını vermədən hədisi birbaşa ibni Əbi Ziib adlı şəxsdən rəvayət etmişdir.

Rəvayəti öz kitabında qeyd etmiş iki müəllifdən biri olan Numeyri rəvayətin sonunda deyir:

وهذا حديث كثير التخليط، منكر الإسناد، لا يعرف صاحبه الذي رواه عن ابن أبي ذئب، وأما ابن أبي ذئب ومن فوقه فأقوياء.

Bu hədis çox qarışıqdır, isnadı münkərdir. (Hədisi) ibni Əbi Ziibdən rəvayət edən şəxsi (Məhəmməd b. İsa əl-Qurəşini) tanımıram.

Şiə mənbələrinə gəldikdə isə eyni mətni tarixçi Məsudi (ölüm tarixi: 896) “Muruc əz-Zəhəb”, 2/270-də sənədsiz olaraq qeyd etmişdir. Məsudinin ölüm tarixi ilə Osmanın öldürülməsi hadisəsi arasında 240 illik bir vaxt fərqi var. Bu səbəbdən Məsudinin bu məlumatı Numeyri və Bəlazuri kimi nasibi mənbələrindən aldığı aşkardır. Diqqət ediləcək məqam isə hər 3 şəxsin; Məsudi, Numeyri və Bəlazurinin eyni dövrdə yaşamış olmasıdır.

Şiə mənbələr içərisində bu mövzuda bir rəvayət olmamaqla birlikdə imamın, Osmana su göndərdiyini göstərən tarixi bir xəbəri Məhəmməd b. Rüstəm ət-Tabəri (ölüm tarixi: 1020) “Dəlailul İmamə” adlı kitabında qeyd etmişdir:

قال أبو جعفر: حدثنا أبو محمد سفيان، عن أبيه، عن الأعمش، قال: قال فقير بن عبد الله بن مجاهد، عن [ابن] الأشعث، قال: كنت مع الحسن بن علي (عليهما السلام) حين حوصر عثمان في الدار، وأرسله أبوه ليدخل إليه الماء، فقال لي: يا بن الأشعث، الساعة يدخل عليه من يقتله، وإنه لا يمسي. فكان كذلك، ما أمسى يومه ذلك.

Əbu Cəfər dedi: Əbu Məhəmməd b. Süfyan mənə atasından, o da Aməşdən danışdı, dedi: Fəqir b. Abdullah b. Mücahid mənə ibni Əşəsdən danışdı, dedi: Osman evində mühasirədə olduğu vaxt mən Həsən b. Əli a.s ilə birlikdə idim, atası onu (Osmana) su  gətirməyi üçün göndərmişdi. (Həsən) dedi: “Ey ibni Əşəs, indi bəzi şəxslər içəri girib onu öldürəcəklər və o axşamı görməyəcək.” Həqiqətən də dediyi kimi oldu.

 

 

Məhəmməd b. Rüstəm Tabəri, “Dəlailul İmamə”, səhifə 167-168

 

Bu xəbərin uydurma olmağında şübhə yoxdur. Xəbərin sənədindəki Əbu Məhəmməd Süfyan (bax: Şeyx Şahrudi, “Müstədrəkat”, 4/95, 6371-ci ravi) və Fəqir b. Abdullah b. Mücahid (bax: Şeyx Şahrudi, “Müstədrəkat”, 6/226, 11651-ci ravi) rical kitablarında qeyd edilməmiş, məchul şəxslərdirlər. Hadisəni danışan Məhəmməd b. Əşəsə gəldikdə isə Seyyid Xoyi onun haqqında bu məlumatları verir:

محمد بن أشعث بن قيس : الكندى: تقدّم في أبيه، أشعث الملعون الخارجى، أنه ابن أخت أبي بكر، أمّ فروة، وهو قد ورث الخبث من أبيه

Məhəmməd b. Əşas b. Qeys əl-Kindi: atası olan lənətli xarici Əşasın biqrafiyasında da qeyd etdiyimiz kimi o (Məhəmməd) Əbu Bəkirin bacısı Ümmü Fərvənin oğlu idi. Xəbisliyi atasından miras almışdır.

Seyyid Xoyi, “Mucəm ricalil hədis”, ravi 10301

 

2. Mətn təhlili: Numeyri və Bəlazurinin kitablarında qeyd olunan rəvayət mətni öz-özünü təkzib edir və çox sonradan səhnələşdirildiyini göstərir. Məsələn, eyni anda fərqli səhnələrdən danışan bu rəvayət, ravisinin (Səid b. Müseyyibin) eyni anda bir neçə yerdə birdən mövcud olmağını da gərəkdirməkdədir. Ravinin eyni anda həm Osmanın müraciət etdiyi kütlə içərisində, həm oğulları ilə danışan imam Əlinin yanında, həm də Əli ilə Təlhənin danışdığı məkanda mövcud olmağı necə mümkündür? Ravi, Məhəmməd b. Əbu Bəkir ilə 2 dostunun gizlincə danışdığını, gizlincə evə girdikləri məlumatını kimdən və haradan almışdır? Bunlar öz aralarında gizlincə danışır və evə gizli şəkildə girirlərsə ravi bunları haradan bilir? Görəsən bu məlumatları Məhəmməd b. Əbu Bəkir özü raviyə xəbər verib? Yaxud Məhəmməd b. Əbu Bəkir ilə Osmanın danışdığı səhnəsini ravi hardan əldə etmiş ola bilərdi? Bir halda ki, ravinin özü evdə ancaq Osman, Məhəmməd b. Əbu Bəkir və onun 2 dostunun olduğunu deyir. Osman, Məhəmməd b. Əbu Bəkir və onun 2 yoldaşından başqa heç kimin bilmədiyi, şahid olmadığı bir səhnəni bu şəxslər özləri danışmadığı halda ravi haradan bilə bilərdi? Açıqca görünür ki, rəvayət çox sonradan səhnələşdirilmiş və saxta sənəd ilə Səid b. Müseyyibə isnad edilərək rəvayət edilmişdir.

 

(c) saqaleyn.wordpress.com

Рейтинг

В этом разделе