»»

İmam Məhdi (ə) “əl-Kafi” kitabı bizim şiələrimizə yetərlidir deyib? – şübhəyə cavab

Müəllif iddia edir: “Gəlin şiəlikdəki digər yad ünsürlərə nəzər salaq. Onlar bizim mötəbər kitablarımız və vacib mənbələrimizlə oynamışlar. Oxucunun bu oyunun miqyasının nə qədər uzaqlara getdiyini anlaması üçün nümunələr gətirək.

 

“əl-Kafi” kitabı şiənin mütləq şəkildə ən böyük mənbəyidir. Həmin kitab əsla səhv və xəta etməyən on ikinci məsum imam tərəfindən təsdiqlənmişdir. Kuleyni “əl-Kafi” kitabını qələmə aldıqdan sonra onu Samirədəki sərdabədə (!) on ikinci imama təqdim edib. On ikinci imam da (Allahın salamı ona olsun!) belə demişdir: “əl-Kafi” bizim şiələrimizə yetərlidir” (Bax: “Müqəddimətul Kafi”, səh.25)”.

 

Cavab: “əl-Kafi” kitabının şiələrin ən mühüm mənbələrindən biri olduğu doğrudur. Ancaq onun on ikinci imam (ə.f) tərəfindən təsdiqlənməsi isə yanlış iddiadır. Çünki bu fakt mötəbər bir sənədlə sübuta yetməyib, dillərdə dolaşan bir sözdür və heç bir mənbəyi yoxdur.

 “əl-Kafi” kitabının yeni nəşrinin müqəddiməsində dr.Hüseyn Əli Məhfuzun qeyd etdikləri isə alimlərin bu kitabın İmama (ə) təqdim olunduğuna, onun da kitabı bəyəndiyinə və “Şiələrimiz üçün yetərlidir” dediyinə dair olan düşüncələridir.

 

Bu məlumat isə mürsəl (sənədsiz) olduğu üçün zəifdir. Nəinki, özü-özlüyündə puçdur. Çünki “əl-Kafi” kitabı şiələrə tam olaraq kifayət etmir, alimlər məcbur qalaraq digər hədis kitablarına üz tuturlar. Bu, məlum məsələdir və heç bir inkarı qəbul etmir.

 

Bundan əlavə, “əl-Kafi” kitabının müqəddiməsində müəllifin iddia etdiyi kimi, kitabın Samirədəki sərdabədə İmama (ə) təqdim edildiyinə dair heç bir qeyd yoxdur. lakin müəllif İmam Müntəzərə (ə) üstüörtülü bir tənə vurmaq məqsədilə sərdabə məsələsini ortaya atmışdır. Bu fakt isə bir daha “Allah və tarix naminə” kitabının müəllifinin iddia etdiyi kimi, nəinki şiə alimi, heç sıravi şiələrdən olmadığını bir daha təsdiqləyir.

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе