»»

İmam Məhdi (ə) çoxlu qətillər törədəcək? – şübhəyə cavab

Müəllif iddia edir: “Bu paraqrafı rəvayət edilən qorxunc bir hədislə başa vurmaq istəyirik. Məclisi Əbu Abdullahdan (r.a) rəvayət edir: “Əgər camaat Qaimin zühur etdikdə nələr edəcəyini bilsəydi, onun (bəzi insanlara qarşı) törədəcəyi qətlləri görməmək üçün onların əksəriyyəti zühuru görməməyi arzulayardı... hətta camaatın çoxu deyəcək: “Bu, Muhəmmədin ailəsindən deyildir. Əgər Muhəmməd ailəsindən olsaydı, mərhəmətli davranardı” (“əl Bihar”, 52/353; “əl-Ğeybə”, səh.135)”.

 

Cavab: Rəvayətin sənədinə göz yumasaq, deyə bilərik: Müasir dövrdə baş verənləri mülahizə etsək, bunun reallıqla heç bir ziddiyyət təşkil etmədiyini müşahidə edərik. Belə ki, idarəçilik, əxlaq və din sahəsindəki fəsadlar pik həddinə çatmış və dünyanın hər yerində zahir olmaqdadır.

Məlumdur ki, İmam Mehdi (ə.f) ədaləti bərqərar edəcək və zülmü aradan qaldıracaqdır. Bu isə öz növbəsində zalım, inadkar hakimiyyətlər və onların yardımçıları ilə çox sayda insanın qətlə yetiriləcəyi müharibələrin baş verməsini qaçılmaz edəcək. Bundan əlavə, cinayətkarlar barəsində cəzalar tətbiq ediləcək, alınmamış qisaslar icra ediləcək və cəzası ölüm olan bir çox haram əməllərə görə hədd cəzaları yerinə yetiriləcək.

İnsanların çoxunun belə mövqe tutmasına gəldikdə, onlar özləri, yaxınları və əzizləri barəsində məhkəmələrin ədalətli qərarlar çıxaracağından qorxduqları üçün belə mövqe tutacaqlar.

Hərçənd rəvayət də İmam Mehdi (ə) tərəfindən çox sayda qətlin törədiləcəyinə dəlalət etmir, sadəcə bəzilərini qətlə yetirəcəyinə görə, bir çoxlarının onu görmək istəmədiklərinə dəlalət edir. Belə ki, rəvayətdəki “...onun (bəzi insanlara qarşı) törədəcəyi qətlləri görməmək üçün onların əksəriyyəti zühuru görməməyi arzulayardı...” sözü buna dəlalət edir.

 

Müəllif iddia edir: “Mən Seyid Sədrdən bu rəvayətə izah verməsini xahiş etdim. O dedi: “Qətlə yetirəcəyi insanlar əsasən müsəlmanlar olacaq”. Sonra o mənə özünün “tarixu ma bədəz-zuhur” (“Zühurdan sonrakı tarix”) kitabını hədiyyə etdi. Belə ki, bu məsələni öz kitabında açıqlamış və hədiyyə etdiyi nüsxədə də öz əlilə yazmışdı”.

 

Cavab: Seyid Muhəmməd Sədr (r.ə) İmam Mehdinin (ə) zühurundan sonra çoxsaylı qətllərin baş verəcəyinə dəlalət edən müxtəlif rəvayətləri sadaladıqdan sonra bu sözləri yazır:

“Lakin biz həmin zamanda qətlə yetirilənlərin kimliyini araşdırsaq görəcəyik ki, bu addımlar zühurdan əvvəl ümumi planların əsas hissəsini təşkil edənlərin ziddinə yönəlmişdir. Belə ki, nəticədə həmin dövrdə batil tərəfində səf tutan şəxslərin qətlə yetirilməməsi mümkünsüzdür. Ona görə də rəvayətlərdə İmamın (ə) Allahın düşmənlərini, hər bir münafiq və inkar əhlini qətlə yetirəcəyi, onların tövbə etmələrini tələb etməyəcəyi, həmçinin onun qiyamını inkar edib “Geri qayıt, bizim Fatimə övladına ehtiyacımız yoxdur!” deyənləri öldürəcəyi qeyd olunur”. Bütün bu şəxslər zühurla bərabər uğursuzluğa düçar olanlardır”. (“Tarixu ma bədəz-zuhur”, səh.398)

Buradan aydın olur ki, iddiaçı müəllifin Seyid Muhəmməd Sədrə (r.ə) nisbət verdiyi və onun adına bağladığı hər bir sözü rəzil bir yalan və aşkar iftiradır. Çünki İmamın (ə.f) dəvətini rədd edib, batil tərəfə yönələnlərin əksəriyyəti qeyri müsəlmanlardır. Hər bir dövrdə müsəlmanların sayı az, digərlərinin isə çox olmuşdur, bu da məlum faktdır.

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе