Bağışlayan və mehriban Allahın adı ilə.
Bu gün X platformunda Əmmar Müslüm əd-Dodomi qardaşın bir yazısı ilə qarşılaşdım. Yazı hədis alimlərindən Kuleyninin cənazə namazı haqqında idi. Yazını çox bəyəndim və faydalı bir yazı olduğunu düşündüyüm üçün sizinlə paylaşmağa qərar verdim. Əmmar Müslüm əd-Dodomi qardaşın yazısı bu linkdədir: Əmmar Müslüm: “Kuleyninin cənazı namazını kim qıldırdı?”
İmami hədis alimi Məhəmməd b. Yəqub əl-Kuleyni (ö. hicri 329) ömrünün sonlarında Bağdad şəhərinə köçümş və “əl-Kəfi” kitabını orada nəql etməyə başlamışdır. Kuleyninin həyatı haqqında məlumat azdır lakin biz onun cənazə namazını kimin qıldırdığını bilirik.
Nəcaşi (ö. hicri 450) qeyd etmişdir ki, bu şəxs Əbu Qirat Məhəmməd b. Cəfər əl-Həsəni olmuşdur. Nəcaşi yazır:
ومات أبو جعفر الكليني رحمهالله ببغداد ، سنة تسع وعشرين وثلاثمائة ، سنة تناثر النجوم ، وصلى عليه محمد بن جعفر الحسني أبو قيراط ، ودفن بباب الكوفة.
Əbu Cəfər əl-Kuleyni -Allah ona rəhmət etsin- 329-cu ildə öldü. Onun namazını Məhəmməd b. Cəfər əl-Həsəni Əbu Qirat qıldırdı. (Bağdadın) Kufə qapısında (deyilən ərazisində) dəfn edildi.
Nəcaşi, “Fihrist”, səhifə 377-378, 1026-cı ravi
Bəs Əbu Qirat Məhəmməd b. Cəfər əl-Həsəni kimdir? Nasibilərin rical və tarix alimlərindən Xətib əl-Bağdadi onun haqqında yazır:
محمد بن جَعْفَر بن مُحَمَّدِ بْنِ جَعْفَر بن الحسن بن جعفر بن الحسن ابن الحسن بن عليّ بن أبي طالب عليهم السّلام، أبو الحسن العلوي، يعرف بأبي قيراط : كان نقيب الطالبيين ببغداد، وحدث عن أبيه، وعن سليمان بن علي الكاتب. روى عنه مُحَمَّد بْن إِسْمَاعِيل الْوَرَّاق.
Məhəmməd b. Cəfər…. b. Həsən b. Əli b. Əbu Talib -ələyhiməssələm- Əbul Həsən əl-Ələvi, Əbu Qirat kimi tanınır. O, Bağdadda talibilərin nəqibi (başcısı) idi. O, öz atasından və Süleyman b. Əli əl-Katibdən rəvayət etmişdir. Ondan isə Məhəmməd b. İsmayıl əl-Varraq rəvayət etmişdir.
Xətib əl-Bağdadi, “Tarix əl-Bağdad”, 2/525-526, 513-cü ravi
“Nəqib” Abbasi idarəçiliyində rəsmi titul idi. İlk dəfə xəlifə Musa (ö. hicri 252) tərəfindən təsis edilmişdi və adətən hər şəhərdə Taliblərin işlərini idarə etmək vəzifəsi daşıyan imam Əlinin nəslindən olan şəxsə verilirdi. Faktiki olaraq Kuleyninin cənazə namazını qıldıran şəxsin bir nəqib olması onun yaşadığı dövrdə Bağdadda öz izini qoymuş olması deməkdir.
Mənim (Elməddin İmamquluoğlu) fikrimcə bu həm də müxaliflər üçün şiələr ilə Peyğəmbər ailəsi arasındaki əlaqənin hansı həddə olduğunu göstərməyi baxımından düşünülməli bir məqamdır.
(c) saqaleyn.wordpress.com








