»»

İmam Sadiqin (ə) səhabəsi Hişam ibn Həkəmin (r.a) imamətin isbatı barədə elmi mübahisəsi

Yunis ibn Yəqub deyib: “(Bir gün) İmam Sadiqin (ə) səhabələrindən bir dəstəsi onun yanında idi.

Hümran ibn Əyən, Möminut-taq, Hişam ibn Salim və Təyyar da onların arasında idi. Bir də aralarında hələ yeniyetmə olan Hişam ibn Həkəm olan bir dəstə vardı. İmam Sadiq (ə) (üzünü Hişama tutub) buyurdu: “Ey Hişam! (mötəzilənin başçılarından olmuş) Əmr ibn Übeydə nə etdiyini və ona necə sual verdiyini mənə xəbər vermirsənmi?" Hişam dedi: “Ey Allah Rəsulunun oğlu! Mən sənə dərin hörmət bəsləyir və səndən həya edirəm. Dilim sənin qarşında (bir) iş görə bilmir”. İmam Sadiq (ə) buyurdu: "Sizə bir şey əmr etdiyim zaman, (dediyimi) yerinə yetirin”. Hişam dedi: “Əmr ibn Übeydin mövqeyi və (onun) Bəsrə məscidində təşkil etdiyi məclislər barədə xəbər aldım. Bu mənə ağır gəldi. Onunla görüşmək üçün (yola) çıxdım və cümə günü Bəsrəyə daxil oldum. Bəsrə məscidinə gəldim. Böyük bir çevrə şəklində düzülmüş toplu ilə qarşılaşdım. Əmr ibn Übeyd də həmin çevrənin içində idi. Belinə yundan (hazırlanmış) qara bir parça bürümüş, (başqa) birisini də sinəsinə atmışdı. Camaat ona sual verirdi. Camaatdan (mənə) yol (vermələrini) istədim və mənə yol açdılar. Sonra (Əmr ibn Übeydin oturduğu yerə yaxınlaşıb) camaatın axırında dizlərimin üzərində oturdum. Sonra (üzümü ona tutub) dedim: "Ey alim! Mən (bu şəhərdə) qərib bir adamam. Sənə bir sual verməyimə icazə verirsənmi?” Dedi: “Bəli”. Dedim: “(Mənə de görüm) sənin gözün varmı?” Dedi: “Can oğul, (axı) bunun harası sualdır? Gözlərinlə gördüyün bir şey haqqında necə soruşursan?” Dedim: “Sualım elə budur”. Dedi: “Can oğul, soruş, sualın (hər nə qədər) axmaq olsa da (soruş)”. Dedim: “(O zaman xahiş edirəm, bayaq verdiyim suala) cavab ver”. Mənə dedi: “Soruş”. Dedim: “Gözün varmı?” Dedi: “Bəli”. Dedim: “Onunla nə görürsən?” Dedi: “Onunla (müxtəlif) rəngləri və şəxsləri (sima və vücudları) görürəm”. Dedim: “Burnun da var?” Dedi: “Bəli”. Dedim: “Onunla nə edirsən?” Dedi: “Onun vasitəsilə qoxuları iyləyirəm”. Dedim: “Dilin varmı?” Dedi: “Bəli”. Dedim: “Onunla nə edirsən?” Dedi: “Onun vasitəsilə danışıram”. Dedim: “Qulaqların var?” Dedi: “Bəli”. Dedim: “Onlarla nə edirsən?” Dedi: “Onlarla səsləri eşidirəm”. Dedim: “Əllərin varmı?” Dedi: “Bəli”. Dedim: “Onlarla nə edirsən?” Dedi: “Onlarla (əşyaları) götürür və yumşaq, bərk olduğunu bilirəm (hiss edirəm)”. Dedim: “Qıçların varmı?” Dedi: “Bəli”. Dedim: “Onlarla nə edirsən?” Dedi: “Bir yerdən başqa bir yerə keçirəm”. Dedim: “Ağzın varmı?” Dedi: “Bəli”. Dedim: “Onlarla nə edirsən?” Dedi: “Yeməklərin müxtəlifliyini tanıyıram”. Dedim: “Qəlbin də varmı?” Dedi: “Bəli”. Dedim: “Onunla nə edirsən?” Dedi: “Bu əza( və hiss orqan)larıma daxil olanları onun vasitəsi ilə birbirindən ayırıram (seçirəm)”. Dedim: “Məgər bu bədən üzvləri(nin varlığı) qəlbdən ehtiyacsız deyilmi?” Dedi: “Xeyr”. Dedim: “(Düzgün) və sağlam olduğu halda bu necə olur (nə üçün ehtiyacsız etmir)?” Dedi: “Can oğul, həqiqətən, (bu) əzalar bir şeyi iyləyib, ya dadıb, ya eşidib və ya görüb tərəddüd etsə, yəqinə çatması və şübhəni aradan aparması üçün onu qəlbə göndərir(lər)”. Hişam dedi: “Ona dedim: “Deməli, Allah qəlbi yalnız bədən üzvlərinin şübhəsi(ni aradan aparmaq) üçün var edib?” Dedi: “Bəli”. Dedim: “Ey Əbu Mərvan! Allah-Təala sənin əzalarını – onlar üçün doğruları düzəldən (seçən), şübhəni (və tərəddüdü) yəqinləşdirən bir imam yaratmadan (qərar verib, təyin etmədən) tərk etmədiyi halda, bu məxluqatın hamısını çaşqınlıq, şəkk və ixtilafları arasında buraxaraq, onlar üçün şəkk və heyrətə düşdüklərində yönələcəkləri (müraciət edəcəkləri) bir imam qərar verməyib? Halbuki sənin əzaların üçün bir imam yaratmışdır ki, heyrət və şübhəni ona yönəldir”. Dedi: “(Əmr ibn Übeyd) susdu və mənə bir şey demədi. Sonra mənə tərəf çevrilib, dedi: "Sən Hişam ibn Həkəmsən?” Dedim: “Xeyr”. Dedi: “Onun yaxınlarındansanmı?”

Dedim: “Xeyr”. Dedi: “Bəs onda haralısan?” Dedim: “Kufəliyəm”. Dedi: “Sən elə onun (Hişamın) özüsən”. Sonra məni bağrına basdı, yerində otuzdurdu. Mən (yerimdən) qalxana qədər də danışmadı”. İmam Sadiq (ə) güldü və dedi: “Ey Hişam, bunu sənə kim öyrədib?” Dedi: “Ey Allah Rəsulunun oğlu, dilimə cari oldu”. İmam Sadiq (ə) buyurdu: “Allaha and olsun ki, bu, İbrahim (ə) və Musanın (ə) səhifələrində yazılmışdır”.

Şeyx Səduq, “Kəmalud-Din”, bab 21, səhifə 304-306, hədis 23.

 

 

Bu kitabın müəllifi Şeyx Səduq – Allah ondan razı olsun – deyir: “Aləmin salamatlığı üzərində qalması üçün imama ehtiyacı vardır” – deyə söylədiyimiz sözün təsdiqi budur ki, Allah-Təala heç bir qövmə Peyğəmbərinə onların arasından çıxmasına dair göstəriş vermədən əzab göndərməmişdir. Necə ki, Allah-Təala Nuhun (ə) əhvalatında buyurur: “Nəhayət Bizim əmrimiz yetişən və (su) təndir(dən) qaynayan zaman dedik: “O gəmiyə hər bir heyvandan bir cüt (bir erkək və dişi) və həmçinin (həlak olması) barəsində (Bizim əzəli) hökmümüz verilmiş (zövcən və bir oğlun) istisna olmaqla öz ailə (üzvləri)ni və iman gətirənləri mindir”. (Hud surəsi, 40) Allah-Təala ona göstəriş vermişdir ki, möminlərlə birlikdə onlardan uzaqlaşsınlar və onlara qarışmasınlar. Yenə də buyurmuşdur: “Zülm edənlər barəsində Mənimlə danışma ki, onlar mütləq suda boğulmalıdırlar”. (Hud surəsi, 37) Habelə Lutun (ə) əhvalatında buyurmuşdur: “Buna görə də, gecədən bir qədər keçmiş ailənlə birgə (məntəqədən çölə) yola düş, sizdən heç kəs yerdə qalmasın və heç kim arxasına dönüb baxmasın – zövcəndən başqa ki, şübhəsiz sənin qövmünə yetişəcək şey ona da yetişəcəkdir”. (Hud surəsi, 81) Deməli, Allah-Təala Luta (ə) da üzərilərinə əzab nazil olmamışdan qabaq onların aralarından çıxması üçün göstəriş vermişdir. Çünki Allah-taala Peyğəmbəri Lut (ə) onların arasında olduğu müddət ərzində onları əzaba düçar etmirdi. Həmçinin Allah-taala həlak etməsini istədiyi hər bir ümmətin Peyğəmbərinə göstəriş vermişdir ki, onların arasından çıxsın və onlardan uzaq dursun. Necə ki, İbrahim (ə) öz qövmünü təhdid edərək onlara belə buyururdu: “Və mən sizdən və Allahın yerinə çağırdıqlarınızdan uzaqlaşır və Rəbbimi çağırmaqda məhrum olmayacağım ümidi ilə öz Rəbbimi çağırıram. Elə ki, (İbrahim) onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşdı”. (Məryəm surəsi, 48 və 49) Allah-Təala İbrahimə (ə) əziyyət verənləri, zəhmətə salanları, alovun içinə atanları həlak etdi, onları ən rəzil kəslər etdi, həmçinin “Biz ona və Luta nicat verdik ki, aləmdəkilər üçün çox bərəkətli etdiyimiz yerə doğru hərəkət etsinlər”. (Ənbiya surəsi, 71) Allah-Təala İshaqı (ə) və Yəqubu (ə) İbrahimə (ə) bəxş etdi, necə ki, buyurmuşdur: “Və (oğlu) İshaqı və (nəvəsi) Yəqubu əlavə bəxşiş kimi ona əta etdik və hamısını saleh və (peyğəmbərlik məqamına) layiq etdik”. (Ənbiya surəsi, 72) Həmçinin Allah – Peyğəmbəri Muhəmmədə (s) belə buyurmuşdur: “Nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir”. (Ənfal surəsi, 33) İmamlarımızdan (ə) rəvayət olunan səhih xəbərlərdə varid olmuşdur ki, hər kim Allah Rəsulunu (s) və ya İmamlardan (ə) birini bir şəhərə və ya kəndə daxil olduqlarını yuxuda görərsə, onun yozumu budur ki, həmin şəhər və ya kənd sakinləri üçün ora qorxduqlarından və çəkindiklərindən əmin-amanlıqdadır, həmçinin nəyə ümidvar olublarsa, mütləq yetişəcəkdir. Hişamın Əmr ibn Üdey ilə əlaqədar hədisində Qaim Höccətdən (ə) faydalanma haqqında bir dəlil vardır. O da budur ki, qəlb digər əzalardan qeybdədir; gözlə görülmür, burunla iylənmir, ağızla dadılmır, əllə toxunulmur. Ancaq qeybdə olmasına baxmayaraq, bu əzalar barədə tədbir görəndir. Onların baqi qalması onun salamat olmasına görədir. Əgər qəlb olmasaydı, əzaların tədbiri pozular və işləri möhkəm qalmazdı. Elə isə, əzaların (sabit və düzgün) qalması üçün qəlbə duyulan ehtiyac, elə onların salamatlığına görədir, necə ki, imama duyulan ehtiyac aləmin salamatlıq üzərində qalması üçündür. Allahdan başqa bir qüvvə yoxdur! Qəlbin cismdəki mövqeyi xəbər vasitəsilə bilindiyi kimi, eləcə də qeybdə olan Höccətin (ə) mövqeyi də xəbər vasitəsilə bilinmiş olur. O da İmamlardan (ə) varid olan xəbərlərdir ki, onun varlığı Məkəddədir (və ya zühur əsnasında orada olacaqdır) və zühuru zamanı oradan zühur edəcəkdir. Qəlb deyərkən nəzərdə tutduğumuz (köksün daxilində olan) bir parça ət deyil. Çünki onun vasitəsilə bədən əzalarına fayda əldə etmə düşmür. Bəlkə də qəlb deyərkən, elə lətif bir cövhər nəzərdə tuturuq ki, Allah-Təala həmin bu ət parçasının daxilində qərar vermişdir ki, nə gözlə görülür, nə toxunmaq olur, nə də dadmaq olur; həmin qəlbdən xəbər verilsə də, (bu xəbərin əldə olunması) toxunmaq, dadmaq və ya tapmaqla deyil, yalnız bədən əzalarındakı tədbirin düzgün olması və fərq qoymanın hasil olması barədə bilgi vasitəsilə hasil ola bilər. O lətifdə olan höccət hiss olunduqca əzaların üzərində durmuşdur və qaldıqca da onlar barədə məsuliyyəti öz üzərinə götürməsi lazımdır. Əgər həmin lətif varlıq yox olarsa, əzaların tədbiri (və idarəçiliyi) fəsada uğrayar və təklif üzərilərindən düşər. Allahın hisslər üzərindən qeybdə olan bu lətif varlıq vasitəsilə əzalara dəlil gətirməsi keçərli sayıldığı kimi, həmçinin bütün yaradılışa onlardan qeybdə olan höccət vasitəsilə dəlil gətirməsi də keçərlidir. Məhz onun vasitəsilə (bəlaları) onlardan uzaqlaşdırar, ruzilərini verər və rəhmət yağışını başlarına tökər. Allahdan başqa heç bir qüvvə yoxdur!”

Şeyx Səduq, “Kəmalud-Din”, səhifə 306-308.

 

 

 

(c) t.me/imamrza_xadimi

Рейтинг

В этом разделе