Görəsən bu təsadüfidir ya bir səbəbi vardır? Biz bu məqaləmizdə həzrət Zəhranın (s.ə) qəbrinin gizlin qalmasının səbəbini təkcə əhli-sünnə mənbələrindən təqdim etməyə çalışacağıq.
İbn Quteybə Deynəvəri “Təvilu-muxtələfil-hədis” kitabında yazır:
وقد طالبت فاطمة رضي الله عنها أبا بكر رضي الله عنه بميراث أبيها رسول الله صلى الله عليه وسلم فلما لم يعطها إياه حلفت لا تكلمه أبدا وأوصت أن تدفن ليلا لئلا يحضرها فدفنت ليلا.
"Fatimə Əbu Bəkrdən atasının mirasını tələb etdi, lakin Əbu Bəkr qəbul etmədi.(Fatimə) and içdi ki, daha onunla (Əbu Bəkrlə) danışmayacaq və gecə dəfn olunmağını vəsiyyət etdi ki, Əbu Bəkr onun dəfnində iştirak etməsin".[1]
İbn Bəttal, “Şərhu-Səhihil-Buxari” kitabında yazır :
أجاز أكثر العلماء الدفن بالليل... ودفن علىُّ بن أبى طالب زوجته فاطمة ليلاً، فَرَّ بِهَا من أبى بكر أن يصلى عليها، كان بينهما شىء.
“Alimlərin əksəriyyəti, cənazənin gecə dəfn olunmasına icazə vermişdir... Əli ibn Əbu Talib, həyat yoldaşı Fatiməni gecə dəfn etdi ki, Əbu Bəkr ona namaz qılmasın. Çünki, o, ikisi arasında nəysə (münaqişə) baş vermişdi”.[2]
İbn Əbil-Hədid, “Şərhu-Nəhcil-bəlağə” kitabında yazır :
وأما إخفاء القبر، وكتمان الموت، وعدم الصلاة، وكل ما ذكره المرتضى فيه، فهو الذي يظهر ويقوي عندي، لأن الروايات به أكثر وأصح من غيرها، وكذلك القول في موجدتها وغضبها.
“Fatimənin qəbrinin gizli, ölümünün məxfi saxlanılması Əbu Bəkr və Ömərin ona namaz qılmaması və Seyid Murtəzanın bu barədə dediyi hər bir şey, mənim nəzərimdə qüvvətli və aşkar məsələdir. Çünki, bununla bağlı nəql olunan rəvayətlər bundan qeyri nəql olunan rəvayətlərdən daha çox və daha səhihdir. Həmçinin Fatimənin (Əbu Bəkr və Ömərə) qəzəblənməsi məsələsidə nəzərimdə belədir”.[3]
Sonda həm əhli-xilaf (sünni), həm də şiə mənbələrində mötəbər sənədlərlə nəql olunan bu hədisi yalnız iki əhli-sünnə mənbəsindən qeyd etməyi məqsədə uyğun görürük:
Əhli-xilaf (sünni) alimi Hakim Nişapuri, Peyğəmbərdən (s) belə nəql edir:
یافاطمة ان الله یغضب لغضبک و یرضی لرضاک
"Ey Fatimə, Allah sənin qəzəbinlə qəzəblənir və sənin razı qalmağınla razı qalır".
O, bu hədisi nəql etdikdən sonra yazır:
هذا حدیث صحیح الإسناد
“Bu hədisin sənədi səhihdir”[4]
Əhli sünnənin digər böyük alimlərindən biri Heysəmi də, özünün "Məcməuz-Zəvaid" kitabında bu hədisi Təbəranidən nəql edir və axırda bu hədisin mötəbər olmağını vurğulayaraq belə qeyd edir:
واسناده حسن
“Bu hədisin sənədi həsəndir”[5]
Və həmçinin əhli-xilafın (sünnilərin) digər böyük alimləri də bu hədisi nəql etmişlər.
Siddiqeyi-Kubra Fatimeyi-Zəhranın (salamullahi əleyha) əzəmətli məqamına və həm əhli-sünnə, həm də şiə rəvayətlərində nəql olunmuş hədislərə əsasən onun qəzəbinin Allahın qəzəbi olmasına diqqət yetirməklə, birinci və ikinci xəlifə haqqında qəzavət etməyi siz əziz oxucuların öhdəsinə buraxırıq.
Xanım Zəhranın (s.ə) qəbrinin gizlin qalmasının səbəbi barədə biraz təfəkkür etməklə haqq batildən ayırd ediləcəkdir.
Niyə axı Allah rəsulunun yadigarının qəbri gizlindir?!
Xanımlar xanımı həzrət Zəhra (s.ə) Peyğəmbərdən sonra bir neçə gün yaşadı və məzlumanə şəhadətə yetdi. Həzrət Zəhra (ə.s) gizlin dəfn olunmaqla və qəbrinin məxfi saxlanılmasını vəsiyyət etməklə, haqqı nifaqdan ayırıb, bu dünyanı tərk etdi. Allah təbarəkə və təala bizi xanımın layiqli tərəfdarlarından etsin, Xanımın hörmətinə zəmanə İmamımızın zühurunu təcil etsin.
Mürtəza Heydəri
besiret.az
[1] Əd-Deynəvəri, Əbu Muhəmməd Əbdullah ibn Muslim ibn Quteybə (vəfatı 276 hicri), Təvilu-muxtələfil-hədis, c.1, səh.300, naşir: “Darul-Ceyl”, Beyrut, 1393 hicri, 1972 miladi
[2] İbn Bəttal Əl-Bəkri Əl-Qurtubi, Əbul-Həsən Əli ibn Xələf ibn Əbdul-Məlik (vəfatı 449 hicri), Şərhu-Səhihil-Buxari, cild 3, səh.325, təhqiq: Əbu Təmim Yasir ibn İbrahim, naşir: “Məktəbətur-ruşd” Səudiyyə/ ər-Riyad, çap: 2, 1423 hicri, 2003 miladi.
[3] Şərhu-Nəhcil-Bəlağə, cild 16, səh 170.
[4] Elektron mənbələr: http://bayanbox.ir/view/7916602311349807083/mostadrak.1.jpg
http://bayanbox.ir/view/3248396997043244717/mostadrak.3.jpg; həmçinin, “Əl-Mustədrək ələs-Səhiheyn” c.3, səh.167.
[5] Elektron mənbələr: http://bayanbox.ir/view/6773998754687365265/majma.1.jpg
http://bayanbox.ir/view/7653316690085955986/majma.2.jpg, həmçinin, “Məcməuz-Zəvaid”, c.9, səh.203