Sual: Tarixçilәr vә mühәddislәr yazırlar ki, imam Hәsәnin (ә) xeyli zövcәsi olmuşdur. Bu mәlumat doğrudurmu?
Cavab: Hәr bir şәxsin hәyatındakı qaranlıq nöqtәlәri aydınlaşdırmaq üçün onun hәyatını vә şәxsiyyәtini araşdırmaq lazım gәlir. Uyğun suala cavab vermәzdәn әvvәl, imam Hәsәnin (ә) hәyatı vә әxlaqi keyfiyyәtlәri ilә tanış olmaq yerinә düşәr. Müxtәsәr şәkildә dә olsa, hәzrәtin şәxsiyyәtinin hәqiqi çöhrәsi üzәrindәn pәrdәni qaldırıb mәsәlәnin mahiyyәti ilә tanış olaq.
İkinci imam bәşәr tarixinin әn pak vә üstün bir ailәsindә dünyaya göz açmış, hәzrәt Әmirәl-möminin Əlidən (ә) vә hәzrәt Fatimәdәn (s) tәrbiyә almışdır. Hәzrәt Müctәbanın (imam Hәsәnin (ә)) müxtәlif cәhәtlәrdәn üstün bir şәxsiyyәti olmuşdur. İlahi bir mәnәviyyata malik olan bir insan bütün imkanlarından dünya lәzzәtlәrindәn faydalanmaq üçün yox, Allahın razılığını qazanmaq, mәhrumların әlindәn tutmaq yolunda istifadә etmişdir.
İmam Hәsәn (ә) 25 dәfә Allah evini ziyarәt etmişdir. İxtiyarında minik olduğu halda, Allah hüzurunda әdәb vә tәvazö göstәrәrәk hәmin yolu piyada vә ayaqyalın adlamışdır. 1
İbadәt, dua, Allaha diqqәt baxımından әsrindә onun misli olmamışdır. Allah adı çәkilәndә, qiyamәt günü vә ölümdәn sonrakı hәyat xatırlananda hәzrәtin halı dәyişәrdi. Dәstәmaz aldığı vaxt, dua etdiyi mәqam onda yalnız ilahi insanlara mәxsus hal yaranardı. Allahla razniyaz mәqsәdi ilә mәscidә gәldikdә yanıqlı bir qәlblә münacat edәrdi. Bu insan heç vaxt Allahı unutmazdı. 2
Hәzrәtin şәxsiyyәtinin böyüklüyü vә paklığı haqqında әlaqәdar mәnbәlәrdәn yetәrincә mәlumatlanmaq olar. Onun şәxsiyyәti ilә dәrindәn tanış olduqdan, bütün hәyatının ibadәtdә keçdiyini bildikdәn sonra tarixçilәrin şişirdilmiş mәlumatları insana qәrәzli görünür.
İncә bir mәsәlәyә toxunmaq lazım gәlir ki, hәmin dövrün müsәlmanları Peyğәmbәr (s) vә onun Әhli-beytini xüsusi bir mәhәbbәtlә sevdiklәrindәn onlarla qohum olmağı özlәri üçün iftixar bilirdilәr. Hәmin dövrdә “iftixari zövcә” deyilәn bir mәfhum var idi. Bәzilәri sevdiklәri insanlara yaxın olmaq üçün iftixar olaraq öz qızlarının әqdini hәmin ailә üzvünә oxutdurardılar. Belә qadınlar bugünkü anlamdakı “zövcә” yox, “iftixari zövcә” sayılardı. Belә әqdlәrdә nikah kәsilәr, evlәnәnlәr arasında yaxınlıq olmazdı.
Bundan әlavә hәzrәtin arvadları siyahısına salınmış qadınlar imamla әqd oxutdurmaqla onun himayәsini qazanırdılar.
1 “Mәnaqib”, c. 4, s. 14.
2 Әyanuş-şiә”, c. 4, s. 12.
“Dini suаllаrа cаvаblаr”, Аyәtullаh-üzmа Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni, səh. 118-119