»»

Atasının vəfatından sonra Xanım Zəhranın (s.ə) halı

Rəvayətlərə görə, hz. Fatimə (s.ə) hz. Peyğəmbərimizin (s.ə.a) vəfatından sonra onun qəbri üstə gələr, onun qəbrinin torpağından bir ovuc götürüb üzünə və gözünə qoyar, uzun-uzun iyləyər, öpər, bununla rahatlıq tapardı. Rəvayətlərə görə, xanım xeyli ağlayar və belə bir şer oxuyardı:

ما ذا على من شمّ تربة أحمد

أن لا يشمّ مدى الزّمان غواليا

صبّت عليّ مصائب لو أنّها

صبّت على الأيّام صرن لياليا

Əhmədin qəbrinin torpağın iyləyən kəs

Bir ömür ən gözəl ətirləri iyləməsə nə olar?!

Başıma elə bəla və müsibətlər gəldi ki

Gündüzlərin başına gəlsə, dönüb gecə olarlar.

Atasının vəfatından sonra hz. Fatimə (s.ə) çox qəm çəkirdi. Rəvayətlərin birinə görə, Peyğəmbəri (s.ə.a) son mənzilə yola salan nadir şəxslərdən olan Ənəs ibn Malik başsağlığı vermək üçün onun evinə gəlmək istədikdə, hz. Fatimə (s.ə) “Gələn Ənəs ibn Malikdir?”, - demiş, o, “Bəli, ey Peyğəmbərin qızı”, - dedikdə hz. Fatimə, “Allahın rəsulunun üzərinə necə torpaq atdınız?”, - demişdir. Bundan sonra Ənəs heç bir söz deməmiş, dərin bir hüzünlə göz yaşlarına qərq olmuşdur.

313news.net
Рейтинг

В этом разделе