»»

İmamların (ə.s) ictihad etdikləri və ictihadlarında bir-birinə müxalif olmaları haqqında şübhə və cavabı

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Müxaliflər aşağıdakı 2 hədisi yazaraq iddia edirlər ki, güya 2 imam ictihad edib və ictihadlarında ixtilaf ediblər.

Şiə şeyxi Kuleyninin məşhur kitabı “əl-Kafi” (cild 2 səhifə 87)–də belə bir hədis var:

علي بن إبراهيم ، عن أبيه ، عن ابن أبي عمير ، عن حفص بن البختري وغيره عن أبي عبد الله ( عليه السلام ) قال : اجتهدت في العبادة وأنا شاب ، فقال لي أبي : يا بني دون ما أراك تصنع ، فإن الله عز وجل إذا أحب عبدا رضي عنه باليسير
Əli bin İbrahim atasından,o İbni Əbu Umeyrden,o Həfs ibn əl-Buxturi və başqalarından, onlar da Əbu Abdullahdan (ə.s): “Mən gənc olduğum zaman ibadət ictihadlarını çox edirdim. Bu səbəbdən atam (İmam əl-Baqir (ə.s)) mənə dedi ki: “ey Oğlum, bunu etmə. Əgər Allah bəndəsini sevirsə onun bir az etdiyindən belə razı qalacaqdır”

əl-Məclisi dedi ki: “Həsən kimi Səhih” Miratul-Uqul 8/110.
əl-Behbudi dedi ki: Səhih əl-Kafi 1/77.
əl-Nəcəfi əl-Məvsuah: “Bu hədis səhihdir” 1/390.

 

Şübhənin cavabı: Bu hədisi Şeyx Kuleyni (r.ə)-ın “əl-Kafi” kitabında rəvayət etdiyi doğrudur ancaq müxaliflər ya ərəbcə bilmədiklərindən ya da hər zaman təsdiqlədiyimiz kimi təhrifçi olduqlarından hədisi yanlış tərcümə ediblər. Hədisin “əl-Kafi” də originalı və tərcüməsi:

علي بن إبراهيم، عن أبيه، عن ابن أبي عمير، عن حفص بن البختري وغيره عن أبي عبدالله (عليه السلام) قال: اجتهدت في العبادة وأنا شاب، فقال لي أبي: يابني دون ما أراك تصنع، فإن الله عزوجل إذا أحب عبدا رضي عنه باليسير
Əli b. İbrahim mənə atasından, o ibn Əbi Umeyrdən, o Həfs əl-Behtəri və başqalarından belə rəvayət etdi: Əbu Abdullah (imam Cəfər əs-sadiq (ə.s)) dedi ki: “Gənc olduğum zamanlar ibadətlərimi sıx bir şəkildə yerinə yetirirdim. Buna görə atam (imam Baqir (ə.s)) mənə dedi ki: “Ey oğlum! İbadəti gördüyümdən daha az keçir. Həqiqətən, Allah əzzə və cəllə bir qulunu sevsə onun az ibadətindən razı olar””

Kuleyni (r.ə), “əl-Kafi”, 2/87, hədis 5

Müxaliflər hədisin originalında keçən “ibadətdə çox ictihad edirdim” sözünü “ibadət ictihadlarını çox edirdim” şəklində çeviriblər. Halbuki “ictihad” sözünün həm lüğət və həm də istilahi mənası mövcuddur. Lüğət baxımından “ictihad” ın mənası “çalışmaq”, “səy göstərmək” və s.dir. “İctihad” sözünün istilahi mənası isə alimin kitab və sünnətə əsaslanaraq fikir ortaya qoyması və s.-dir. Və hədisdə “ictihad” sözü istilahi deyil, lüğət mənasında istifadə edilmişdir, imam Sadiq (ə.s) gənc olduğu zaman çox ibadət etdiyini, atasının isə buna qarşı “ibadəti gördüyümdən daha az keçir. Həqiqətən, Allah əzzə və cəllə bir qulunu sevsə onun az ibadətindən razı olar” dediyini söyləyir ki, bu nə məsumlar (ə.s)-ın ictihad etdiyi və nə də aralarında ziddiyyət olduğu demək deyil. Bu Allah (c.c)-un Nəbi (s.)-a xitabən buyurduğu bu söz kimidir:

مَا أَنْزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَىٰ

Quranı sənə zəhmət çəkməyin üçün endirmədik.

Taha surəsi 2-ci ayə

Ayənin təfsirindən də məlum olduğu kimi, Nəbi (s.) çox ibadət edərdi və bu ibadətlərə görə ayaqları da şişmişdi. Allah (c.c) bu ayəni ona endirərək bu qədər əziyyət çəkməməsini söyləmişdi. İndi bu Əfəndimiz (s.)-ın peyğəmbər olmadığı anlamına gəlir? Yoxsa onun peyğəmbər deyil də bir müctəhid olduğu anlamına mı?

Vəlhamdulillahi Rəbbil aləmin.

 

(c) saqaleyn.wordpress.com

Рейтинг

В этом разделе