»»

Peyğəmbər (s.ə.a) nə üçün Fatiməni (ə.s) Əbu Bəkr və Ömərə ərə vermədi?

Nasiruddin əl-Albani “Səhih sunən ət-Tirmizi” kitabında Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) belə nəql edir:

إذا خطب إليكم من ترضون دينه وخلقه فزوجوه إلا تفعلوا تكن فتنة في الأرض وفساد عريض


Əgər dinindən və əxlaqından razı qaldığınız bir nəfər sizə elçi düşsə, onu (qızınızla) evləndirin. Əgər belə etməsəniz, yer üzündə fitnə və böyük bir fəsad yaranar.

Albani hədis barədə deyir: “Həsən səhihdir.”

 

Fotoşəkil: Nasiruddin əl-Albani, Səhih Sünən ət-Tirmizi, c.1, s.551, h.1084; Məktəbə əl-Məarif, Riyad, Səudiyyə Ərəbistanı, 1420/2000

Muqbil ibn Hadi əl-Vadiinin “əl-Cami əs-Səhih mimma leysə fi əs-sahiheyn” kitabında isə belə nəql edilir:

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ الْحُسَيْنِ بْنِ وَاقِدٍ ، عَنْ عَبْدِ اللَّهِ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : خَطَبَ أَبُو بَكْرٍ ، وَعُمَرُ رَضِيَ اللَّهُ عَنْهُمَا فَاطِمَةَ ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : "إِنَّهَا صَغِيرَةٌ ، فَخَطَبَهَا عَلِيٌّ ، فَزَوَّجَهَا مِنْهُ ".

Bizə əl-Hüseyn ibn Hureys rəvayət etdi və dedi: əl-Fəzl ibn Musa bizə əl-Hüseyn ibn Vaqiddən, o da Abdullah ibn Bureydədən, o da öz atasından nəql edərək deyir: "Əbu Bəkr və Ömər Fatiməyə elçi düşdülər. Allah Rəsulu (sallallahu əleyhi [və əla alihi] və səlləm) dedi: "O (hələ) kiçikdir." (Lakin) Əli ona elçilik etdi və Allah Rəsulu onu Əli ilə evləndirdi."

Muqbil Hadi əl-Vadii deyir: “Bu, səhih hədisdir. Raviləri “əs-Səhih”in raviləridir.”

 

Fotoşəkil: Muqbil ibn Hadi əl-Vadii, əl-Cami əs-Səhih mimma leysə fi əs-sahiheyn, c.3, səh.58; Məktəbə İbn Teymiyyə, Qahirə, Misir, 1416/1995

Bu rəvayəti həmçinin İbn Hibban, Şueyb əl-Arnaut, Əhməd əl-Baluşi, Hakim ən-Nisaburi, Şəmsuddin əz-Zəhəbi, Muqbil ibn Hadi və s. klassik və müasir alimlər səhih hesab etmişlər. (Hər birinin fotoşəkillərini görmək üçün adların üzərinə tıqlayın.)

Hökm əziz oxucularımızındır...

313news.net

Рейтинг

В этом разделе