BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ
Bu yazımızda isə inşəAllah Osman b. Əffanın qətlinə nəyin səbəb olduğunu araşdıracağıq. Görəsən həqiqətən Əməvi mollası Seyf b. Ömərin iddia etdiyi kimi Osman b. Əddana qarşı insanları ibni Səba mı ayaqlandırırdı?
Şəkildə gördüyünüz əhli sünnə alimi, kutubi sittə imamlarından Nəsainin “Xəsais” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:
أخبرنا إسماعيل بن مسعود البصري قال حدثنا خالد عن شعبة عن أبي إسحاق عن العلاء قال سأل رجل ابن عمر عن عثمان قال كان من الذين تولوا يوم التقى الجمعان فتاب الله عليه ثم أصاب ذنبا فقتلوه وسأله عن علي فقال لا تسال عنه ألا ترى قرب منزله من رسول الله
Mənə İsmayıl b. Məsud əl-Bəsri xəbər verdi, dedi ki: Xalid mənə, Şöbədən, o Əbu İshaqdan, o da Əla b. Ərardan rəvayət etdi, dedi ki: Bir insan Abdullah b. Ömərə Osmanın vəziyyətini soruşdu. Abdullah bu cavabı verdi: “İki ordu qarşılaşarkən arxasını çevirib qaçanlardandı; ama Allah onu əfv elədi. Sonra bir günah elədi, o da ölümünə səbəb oldu!” Ona Əlinin vəziyyətini soruşduqda dedi: “Onun Rəsululahın (s) yanındakı məqamı və mövqeyini bilmirsən ?!”(1)
أخبرني هلال بن العلاء بن هلال قال حدثنا حسين قال حدثنا زهير عن أبي إسحاق عن العلاء بن عرار قال سألت عبد الله بن عمر قلت ألا تحدثني عن علي وعثمان قال أما علي فهذا بيته من بيت رسول الله ولا أحدثك عنه بغيره وأما عثمان فإنه أذنب يوم أحد ذنبا عظيما فعفى الله عنه وأذنب فيكم ذنبا صغيرا فقتلتموه
Mənə Həllal b. Əla xəbər verdi, dedi ki: Züheyr mənə Əbu İshaqdan, o da Əla b. Ərardan rəvayət etdi, dedi ki: Abdullah b. Ömərdən soruşdum və: “Əli və Osman haqqında bir şey deməyəcəksən?” dedim. O da bu cavabı verdi: “Əlinin evi Rəsulullahın (s) evinə yaxındır. Sənə onun haqqında bundan başqa bir şey deməyəcəm! Osmana gəldikdə isə, Uhud günü böyük bir günah işlədi; Allah özünü əfv elədi. Lakin aranızda kiçik bir günah işlədi; siz onu həmən öldürdünüz!
أخبرنا أحمد بن سليمان الرهاوي قال حدثنا عبيد الله قال حدثنا إسرائيل عن أبي إسحاق عن العلاء بن عرار قال سالت ابن عمر وهو في مسجد رسول الله عن علي وعثمان فقال أما علي فلا تسألني عنه وانظر إلى منزله من رسول الله ليس في المسجد بيت غير بيته وأما عثمان فإنه أذنب ذنبا عظيما يوم التقى الجمعان فعفى الله عنه وغفر له وأذنب فيكم ذنبا دون ذلك فقتلتموه
Mənə Əhməd b. Süleyman xəbər verdi, ded ki: Mənə Ubeydullah rəvayət etdi, dedi ki: İsrail, o da Əbu İshaqdan, o da əl-Ala b. Arar rəvayət edir ki, bunu mən İbn Ömərdən, Allah Rəsulu (s)– in məscidində soruşdum. O: «Məsciddə onun evindən başqa ev yoxdur, Osman ya gəldikdə isə, kiçik bir xəta etdiyinə görə onu öldürdünüz»
“Xəsais” kitabını təhqiq etmiş olan Əbu İshaq əl-Huveyni hədislərin hər üçü haqda deyir ki:
إسناده صحيح
Sənədi səhihdir.
Nəsai, “Xəsais”, səhifə 89-90, hədis 99-101
(1)- Hədis səhihdir. Hədisi Əbdürrazzaq «Mussənnəf» 12/232-də, Əhməd də «Fədailus-Sahabə» 2/595-də səhih sənədlərlə rəvayt etmişdirlər.
İbni Ömərdən rəvayət edilən bu səhih hədislərin də bildirdiyi kimi Osman b. Əffanın öldürülməsinin səbəbi onun özünün etdiyi bəzi günahlardır. Xəyali qəhrəman İbn Səbanın nifaq cəhdləri, insanları Osmana qarşı təşviq etməsi və s. Deyil. Bs Osman b. Əffanın ölümünə səbəb olan və İbni Ömər tərəfindən “kiçik günah” formasında qeyd edilən günah nə idi ? Bunu əhli sünnə tarixçisi İbni Sad belə rəvayət etməkdədir:
قال: أخبرنا محمد بن عمر، حدثني محمد بن عبد الله عن الزهري قال: لما ولي عثمان عاش اثنتي عشرة سنة أميرا يعمل ست سنين لا ينقم الناس عليه شيئا، وإنه لأحب إلى قريش من عمر بن الخطاب لأن عمر كان شديدا عليهم، فلما وليهم عثمان لان لهم ووصلهم، ثم توانى في أمرهم واستعمل أقرباءه وأهل بيته في الست الأواخر، وكتب لمروان بخمس مصر، وأعطى أقرباءه المال، وتأول في ذلك الصلة التي أمر الله بها، واتخذ الأموال، واستسلف من بيت المال وقال: إن أبا بكر وعمر تركا من ذلك ما هو لهما وإني أخذته فقسمته في أقربائي، فأنكر الناس عليه ذلك
Mənə Məhəmməd b. Ömər xəbər verdi, dedi ki: Məhəmməd b. Abdullah mənə əz-Zühridən rəvayət etdi, dedi ki: “Osman xəlifə təyin olunmuş və altı il insanlar heç bir etiraz göstərmədən vəzifəsini icra etmişdi. Elə ki, ümmət nəzərində Ömərdən daha sevimli olmuşdu. Çünki Ömər xalqa sərt davranırdı. Osman idarəçiliyi ələ alıdqdan sonra onlara yumşaq davranıb onlarla əlaqəsini yaxşı davam etdirirdi. Daha sonra ümmət idarəsində səhlənkarıq göstərməyə başladı. Son altı ilində əqrəbalarını və ailəsindən olanları dövlət vəzifəsinə təyin etməyə başladı. Misir və Afrikanın xümsunu Mərvana verilməsini yazdı. Mal bölgüsündə əqrəbalarına üstünlük verməyə başladı. Bu mövzuda Allahın əmr etdiyi sıla-i rəhim əmrini təvil edərək, əqrabalara mal vermə formasında başa düşdü. Çoxlu var-dövlət yığdı. Beytül-maldan borc aldı və : “Əbu Bəkir ilə Ömər bu xüsusda öz haqlarından istifadə etməkdən imtina etdilər. Mən isə oları alıb əqrabalarım arasında böldüm.” dedi. İnsanlar da onun bu işini xoş qarşılamadı.
(c) saqaleyn.wordpress.com