»»

Səhabələrin Ömərdən bezarlıq (bəraət) etməsi (Əhli-sünnə mənbələrində)

BİSMİLLƏHİR RAHMƏNİR RAHİM

Əhli-sünnə alimlərindən bir çoxu belə nəql etmişlər: “İbn Səd deyir: “Əbu Cəhm Mədinədə bir ev tikdi və Ömər ibn Xəttab onun dilindən amanda qalmaq üçün onu qorxutdu və hədələdi. Ömər vəfat etdikdə Əbu Cəhm, o öldüyünə görə sevindi və o gün öz evində (sevincdən) rəqs edirdi".

Əhli-sünnə mənbələri:

1. Şəmsuddin Zəhəbi, “Tarixul-İslam”, c.2, səh.738, çap: “Darul-ğurbil-İslami”

2. “ət-Təbəqatul-kubra”, c.6, səh.103, çap: “Məktəbətul-Xanəci”

3. “Siyəru-əlamin-nubəla”, c.2, səh.557, çap: “Muəssəsətur-risalə”

4. “Tarixu-mədinəti-Dəməşq”, c.38, səh.177, çap: “Darul-fikr”

Kitabların şəkilləri:

Əhli-sünnənin böyük alimlərindən olan İbn Əsakir, sünnilərin hədis öndərlərindən olan Əuzaidən nəql edir ki, Peyğəmbərin (sallallahuəleyhi və alih) azançısı və böyük səhabələrdən olan Həzrət Bilal Həbəşi (r.ə) Ömər ibn Xəttabın yanına gəlib ona dedi: “Namaz!” Bunu neçə dəfə təkrar etdi. Ömər ona dedi: “Biz namazın vaxtını səndən daha yaxşı bilirik”. Bilal Ömərə dedi: "Həqiqətən mən namazın vaxtına səndən daha yaxşı agaham. Çünki, sən öz ailənin ulağından daha çox zəlalətdəsən".

Əhli-sünnə mənbəsi: İbn Əsakir ,“Muxtəsəru-tarixi-Dəməşq”, c.5, səh.266, 267

 

Səhabələrin hamısını adil bilən muxaliflər, onlardan hansı birinə iqtida etsən, nicat taparsan deyənlər, Ömər ibn Xəttabı təhqir edənləri azğın, dindən çıxmış, fasiq və sair adlarla adlandıranlar, cürət edib bu iki səhabəni də, bu adlarla adlandıracaqlarmı?

Qəzavəti ağıl sahiblərinin öhdəsinə buraxırıq.

"De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?” (Ənam surəsi, ayə 50)

 

Mürtəza Heydəri

Besiret.az

Рейтинг

В этом разделе