İkinci xəlifə Ömər bin Xəttab 10 illik xilafəti ərzində dinə bir çox bidətlər gətirmişdir. Onlardan bəzisini diqqətinizə çatdırırıq.
Bunu da qeyd edək ki "əl-Ğədir" kitabından gətirilən nümunələr Əllamə Əmininin (r.ə) səyləri nəticəsində muxaliflərin mənbələrindən yığılmışdır.
Əbu Bəkrin ölümünün ardınca, onun vəsiyyətinə əsasən çərşənbə axşamı, 22 Cəmadiussani, 13-cü hicri ilində, Xəttabın oğlu Ömər xilafət kürsüsünə əyləşir.
O, özünün məşhur qamçısı ilə məscidə daxil olub orada olanların sakit olması üçün başlarına vurur. Sonra Osmanı Peyğəmbər (s) minbərinə çıxıb birinci xəlifənin vəsiyyətini oxumağa göndərir. Vəsiyyətdə elan edilir ki, Xəttab oğlu Ömər müsəlmanların növbəti rəhbəridir.(1)
➡O, bir çox işlərdə Peyğəmbərin (s) hökm və sünnələrini dəyişdirir. Belə ki, onlardan çoxu "Ömərin sünnəsi"(2) adı ilə məşhurlaşır.
➡O, hətta öz bəzi dəyişiklikləri və bidətlərini açıq-aşkar "Niməl-bidət" (yaxşı bidət) adlandırır və aşkar şəkildə bir sıra yerlərdə belə deyirdi:
"Bu əməl Peyğəmbər zamanında belə idi və mən onu dəyişdirirəm "(3)...
Bu işlərindən bəzilərinə aşağıda işarə edirik:
Təravih adında yeni bir namaz bidəti.(4)
Meyyit namazının təkbirini azaldıb 5-dən 4-ə salmaq.(5)
Üç təlaq verməkdə yeni nəzəriyyə.(6)
Məqami-İbrahimin yerini dəyişməsi.(7)
Qadınların mütəsini və təməttö ümrəsini qadağan etməsi.(8)
Namazlarda əllərin bağlanması və o əməlin vacib edilməsi.(9)
Su olmadığında namaz qılmamağa əmr eləməsi.(10)
Bismillahı namazların və fatihə surəsindən başqa digər surələrin qabağından yığışdırması.(11)
Ayyaqqabıya məsh etməyi caiz bilməsi.(12)
Bütün namazların azanlarından "Həyyə əla xəyril əməl" cümləsini yığışdırması.(13)
Sübh azanına "Əssəlatu xayrun minən navm"(Namaz yatmağdan xeyrlidir) cümləsini əlavə etməsi.(14)
Namaza Amin kəlməsini əlavə etməsi.(15)
Ölüyə ağlamağı haram etməsi və ağlayanlara mane olması .(16)
İslam irsi nizamında dəyişiklik.(17)
Rəcəb ayının orucunu qadağan etməsi.(18)
Qadınların mehriyyəsini məhdudlaşdırması.(19)
Daşqalaq olunma üçün mənasız və səhv bir hökm yaratması.(20)
Övladını altı aylıq dünyaya gətirmiş qadına daşqalaq hökmünü verməsi.(21)
Dəli qadın haqqında daşqalaq hökmünü verməsi.(22)
Məcbur olaraq zina etmiş qadına daşqalaq hökmünü verməsi. Beləki axırıncı hər dörd yerdə Əmirulmuminin (ə.s) hökmü icra etməyə mane olur.(23)
Cədd sözünün mənasında ictihad edib irs hökmünü dəyişməsi.(24)
Zinakar valilərdən birinə şəri həddi icra etməməsi.(25)
Özünə "Allah rəsulunun xəlifəsi" və "Əmirulmuminin" adını verməsi.(26)
Dəlilsiz olaraq Həmd və surənin qiraətində və səcdeyi-səhvdə dəyişiklik.(27)
Bütün işlərdə ərəbi əcəmdən (qeyri ərəbdən) qabağa salması.(28)
Ərəb qadınların əcəmlərlə evlənməsinə qadağa qoyması.(29)
Nəbəvi sünnənin (Peyğəmbər sünnəsinin) xilafına olaraq beytul-mal verməyin dəyişdirilməsi.(30)
...Və digər saysız-hesabsız yerlər.
1. Usdul-Ğabə 3/666
2.Cəmiyyətdə belə bidətlər o qədər yayılmışdı ki, Əmirulmuminin (ə.s) nə etdilərsədə Təravih namazı kimi bir bidəti dəyişə bilmədilər:Vəsailuş-şiə 8/47
3.Musnədu Əhməd Hənbəl 5/143.Səhihu Buxari 4/218.Camiul usul ibn Əsir 6/122.
4.Camiul usul ibn Əsir 6/122 hədis 4222.
5. Əl-Ğədir 12/92
6. Əl-Ğədir 11/359
7. Təbəqatu İbn Səd 3/284.Tarixul xuləfa Suyuti səh137.Fəthul Bari 9/236(O açıq-aşkar yazır ki,Ömər Məqami İbrahimin yerini cahiliyyətdə olduğu yerə geri qaytardı !)
8. Musnədu Əhməd Hənbəl 5/143
9. Mustənədul Urvətul vusqa ,Muhaziratu Ayətullah Xoi 4/445.
10.Səhihu Muslim 1/193
11. Əssiratul mustəqim Bəyazi .
12. Təbəqat ibn Səd 6/155.
13. Şərhu Məqasid hədis 3835.
14. Muvətta Malik ibn Ənəs 1/72 hədis 154
15. Əssiratul mustəqim Bəyazi.
16. Əl-Ğədir 11/317
17. Əl-Ğədir 11/315
18. Əl-Ğədir 12/270
19. Əl-Ğədir,cild 11,səh 185-192
20. Əl-Ğədir 11/180
21. Əl-Ğədir 11/284
22. Əl-Ğədir 11/196
23. Əl-Ğədir 11/236
24. Əl-Ğədir 11/227
25. Əl-Ğədir 11/274
26. Təbəqat ibn Səd 3/292,1-ci qism,Tarixu Təbəri 5/15,Şərhu nəhcil bəlağə ibn Əbil Hədid 2/274
27. Əl-Ğədir 11/212
28. Tarixu Təbəri 3/513
29. Muhaziratil Udəba 3/208,Əl-İzah səh 280,286.
30. Kamil ibn Əsir 3/502,Tarixu Yəqubi 2/106,İstiab 3/471.
Mürtəza Heydəri
besiret.az