İhsan Zahir deyir: “Bu isə Salmandır. Peyğəmbərin (s) öz səhabələri barədə belə dediyini söyləyir:
“Əbu Bəkr sizdən namaz və orucla üstün ola bilmədi, lakin qəlbində qərar tutan əzəmətli bir şeylə üstün oldu”. 680
Müzakirə
Bu, Salman Farisinin (r) sözü deyil. Həmçinin şiə mənbələrində də rəvayət edilməyib. Əksinə, bu, bəzi qeyri-mötəbər sünni kitablarında qeyd edilmiş uydurma bir hədisdir. Həqiqətdə isə həmin sözlər Əbu Bəkr Əyyaşiyə məxsusdur. Bunu Qari “əl-Mövzuat” kitabında İbn Qeyyimdən nəql edərək deyir: “Siddiqin fəzilətləri barədə sünilərə nisbət verdiyi uydurma hədislərindən: “Qiyamət günü Uca Allah insanlara ümumən, Əbu Bəkrə isə məxsusi şəkildə təcəlla edəcək”; “Allah qəlbimdə nəyi qərarlaşdırdısa, onu Əbu Bəkrin qəlbində də sabit etdi”; “Cənnətə müştaq olduğum zaman Əbu Bəkrin ağ saçlarını qoxlayıram”; “Mən və Əbu Bəkr bir-birimizlə eyniyik”; “Allah ruhları seçərkən Əbu Bəkrin də ruhunu seçmişdir”; Ömərdən nəql edir: “Peyğəmbərlə (ə) Əbu Bəkr söhbət edərkən mən onların arasında zənci kimi olurdum”; “Əgər Ömərin fəzilətləri barədə Nuhun yaşadığı ömür boyu danışsam, bitməz. Ömərin savabları Əbu Bəkrin savablarına nisbətdə azdır”; “Əbu Bəkr sizdən namaz və orucla üstün ola bilmədi, lakin qəlbində qərar tutan əzəmətli bir şeylə üstün oldu” – rəvayətləri Əbu Bəkr Əyyaşinin sözləridir”. 681
İsmail ibn Muhəmməd Əcluni “Kəşful-xəfa”da deyir: “əl-İhya”da bunu qeyd edib, onu nəql edən İraqi deyir: “Bunun raviləri tam qeyd edilib. Bu, Həkim Tirmizinin və Əbu Yəlanın nəzərində Aişədəndir, Əhməd ibn Mənidə Əbu Bəkrdən nəql edilir. Hər ikisində ravilərindən biri yoxdur. “ən-Nəvadir”də deyilir: “Bu, Bəkr ibn Abdullah Muzninin sözüdür”. 682
Yalan hədisləri yayanların və İhsan Zahirin öyündüyü əsli olmayan bu rəvayətin uydurulmasının səbəbi, bəlkə də camaatın Əbu Bəkrin namaz və orucunun azlığı barədəki hədisləri eşitdikdə təəccübə gəlmələri olub. Ona görə də bu hədisi uydurub, “əhəmiyyətli olan namaz və oruc deyil, qəlbdə olandır” fikrini yaymaq istəyiblər. Necə ki, bu, İbrahim ibn Amir Übeydi Malikininin “Ümdətut-təhqiq” kitabında da qeyd olunur: “Əbu Bəkr siddiq öldükdən sonra Ömər onun yerinə xəlifə oldu. Ömər Əbu Bəkrin yolunu izləyir və hərəkətlərində onun kimi olmağa çalışırdı. Tərəddüd etdiyi hər kiçik məsələdə Aişəyə və Əsmaya müraciət edirdi. (Bir dəfə) deyirdi: “Siddiq gecələr evdə yalnız qalanda nə edirdi?” Ona deyilmişdi: “Onun gecələr çox namaz qıldığını görməmişik...” 683
680 Şiə və Əhli-Beyt, s. 59
681 əl-Mövzuatul-kubra, Qari, s. 132
682 Kəşful-xəfa, Əcluni, c. 2, s. 190
683 Ümdətut-təhqiq, Übeydi Maliki, s. 135
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə