»»

Mütə nikahının halal olduğunu deyən sahəbə və tabeinlər

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Ötən yazımızda səhabələrin mütə nikahını Ömər b. Xəttabın qadağan etdiyi istiqamətindəki sözlərini şəxsən əhli-sünnənin ən etibarlı qaynaqlarından araşdırdıq. Bu yazımızda da inşəallah əhli-sünnənin ən böyük hədis, təfsir və fiqh kitablarından mütə nikahını halal olaraq görən səhabələrin adlarını deyəcəyik. İlk olaraq adlarını bildirəcək, daha sonra isə hədis kitablarından mütə nikahı haqqında onların nəql etdikləri hədislərdən 1 dənəsini çatdıracağıq. İşimizdə Allaha təvəkkül edir və yalnız Ondan yardım diləyirik.

 

 1 2 3

Şəkildə gördüyünüz nasibilərin böyük imamı ibn Həzmin “əl-Muhalla” adlı kitabının 9-cu cildinin 519-520-ci səhifələridir. İşarələnmiş yerdə ibn Hazm eynilə bunları deyir: 

1858 – مَسْأَلَةٌ‏:‏ قال أبو محمد‏:‏ وَلاَ يَجُوزُ نِكَاحُ الْمُتْعَةِ، وَهُوَ النِّكَاحُ إلَى أَجَلٍ، وَكَانَ حَلاَلاً عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ نَسَخَهَا اللَّهُ تَعَالَى عَلَى لِسَانِ رَسُولِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَسْخًا بَاتًّا إلَى يَوْمِ الْقِيَامَةِ‏.‏ وَقَدْ ثَبَتَ عَلَى تَحْلِيلِهَا بَعْدَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ جَمَاعَةٌ مِنْ السَّلَفِ، رضي الله عنهم، مِنْهُمْ مِنْ الصَّحَابَةِ، رضي الله عنهم، أَسْمَاءُ بِنْتُ أَبِي بَكْرٍ الصِّدِّيقِ، وَجَابِرُ بْنُ عَبْدِ اللَّهِ، وَابْنُ مَسْعُودٍ‏.‏ وَابْنُ عَبَّاسٍ، وَمُعَاوِيَةُ بْنُ أَبِي سُفْيَانَ، وَعَمْرُو بْنُ حُرَيْثٍ، وَأَبُو سَعِيدٍ الْخُدْرِيِّ، وَسَلَمَةُ، وَمَعْبَدٌ ابْنَا أُمَيَّةَ بْنِ خَلَفٍ وَرَوَاهُ جَابِرُ بْنُ عَبْدِ اللَّهِ عَنْ جَمِيعِ الصَّحَابَةِ مُدَّةَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمُدَّةَ أَبِي بَكْرٍ، وَعُمَرَ إلَى قُرْبِ آخَرِ خِلاَفَةِ عُمَرَ‏.‏ وَاخْتُلِفَ فِي إبَاحَتِهَا، عَنِ ابْنِ الزُّبَيْرِ، وَعَنْ عَلِيٍّ فِيهَا تَوَقُّفٌ‏.‏ وَعَنْ عُمَرَ بْنِ الْخَطَّابِ أَنَّهُ إنَّمَا أَنْكَرَهَا إذَا لَمْ يُشْهِدْ عَلَيْهَا عَدْلاَنِ فَقَطْ، وَأَبَاحَهَا بِشَهَادَةِ عَدْلَيْنِ‏.‏ وَمِنْ التَّابِعِينَ‏:‏ طَاوُوس، وَعَطَاءٌ، وَسَعِيدُ بْنُ جُبَيْرٍ، وَسَائِرُ فُقَهَاءِ مَكَّةَ أَعَزَّهَا اللَّهُ‏.‏

1858-ci məsələ: Əbu Məhəmməd dedi: Mütə nikahı caiz deyil, bu müvəqqət nikahdır. Rəsulallah (s) zamanında halal idi. Sonra Allah Təala onu Rəsulunun (s) dili ilə qiyamətə qədər nəsx etdi. Rəsulullah (s)-dan sonra sələfdən bir qrup mütənin halal olduğunu dedilər. Onlardan səhabələr Əsma b. Əbu Bəkir, Cabir b. Abdullah, ibn Məsud, ibn Abbas, Amr b. Hureys, Əbu Said əl Hudri, Sələmə və Məbəd b. Üməyyə b. Xələfdir. Bunu Cabir b. Abdullah Rəsulullah (s), Əbu Bəkir və Ömərin xilafətinin sonuna yaxın zamanda səhabədən rəvayət etmişdir. Mütənin mübah olması barədə ibn Ömərdə ixtilaf, Əlidə isə təvəkkuf edilmişdir. Ömər b. Xəttab 2 ədalətli şəxs şəhadət verənə qədər inkar etmiş, şəhadət verdikdən sonra mübah bilmişdir.

Tabeinlərdən Tavus, Ata, Səid b. Cübeyr və Məkkənin digər fəqihləri mütənin halal olduğunu dedilər.

İbn Həzm, “əl-Muhalla”, 9/519-520, Nikah kitabı, 1854-cü məsələ

Göründüyü kimi ibn Hazm bu səhabə və tabeinlərin mütə nikahını halal və caiz gördüklərini aşkar şəkildə bildirir. İnşəallah indi də digər mənbələrə nəzər salaq:

İbn Əbdülbərr mütə nikahı haqqında əvvəldən bəri xilaf olduğunu qeyd etdikdən sonra: “Səhabəyə gəlincə: Onlar mütə nikahı haqqında ixtilaf etmişlər. İbn Abbas bunun caiz və halal olduğuna qaildir. Bu məqamda ondan rəvayət edənlər arasında xilaf yoxdur. Ata b. Əbi Rəbah, Səid b. Cübeyr və Tavus da daxil olmaq üzrə İbn Abbasın əksəri səhabələrinin bu qənaətdədirlər, Əbu Səid Hudri ilə Cabir b. Əbdillah (Radiyallahu anh) Həzəratnın belə mütə nikahını caiz və helal gördükləri rəvayət olunur”. deyir.

Müslim, “əs-Səhih”, Nikah kitabı, hədis 17, mühəqqiqin qeydi

İndi də son olaraq Qurtubinin Təfsirinə nəzər salaq:

 

4 5 6

 

Şəkildə gördüyünüz əhli sünnənin böyük alimlərindən Qurtubinin “əl-Cəmiul-Əhkam” adlı təfsiridir:

وقال أبو بكر الطرطوسي : ولم يرخص في نكاح المتعة إلا عمران بن حصين وابن عباس وبعض الصحابة وطائفة من أهل البيت

Əbu Bəkr ət-Tartusi deyir ki: “Mütə nikahına İmran b. Hüseyn, İbn Abbas, bəzi əshab və Əhli Beytdən bir təbəqədən başqa, rüsxət verən yoxdur”.

وقال أبو عمر : أصحاب ابن عباس من أهل مكة واليمن كلهم يرون المتعة حلالا على مذهب ابن عباس وحرمها سائر الناس

Əbu Ömər deyir ki: “Məkkə xalqından olsun, Yəmənlilərdən olsun, İbn Abbasın əshabı, hamısı da mütənin İbn Abbasın fikrinə görə halal olduğunu, digər İnsanların isə onu haram etdiyini qəbul edirlər”.

Qurtubi, “əl-Camiul-Əhkamil-Quran”, 6/220-221, Nisa surəsinin təfsiri

Bu yazdıqlarımızın hamısı sünnilərin ən etibarlı və mötəbər mənbələrindəndir. Göründüyü kimi, Əhli Beyt (ə.s), səhabə və tabein mütə nikahını halal və caiz görmüşlər, bu nikahı sadəcə Ömər b. Xəttabın qadağan etdiyini deyiblər və onunda qadağasını qəbul etməmişdirlər.

 

(c) saqaleyn.wordpress.com

Рейтинг

В этом разделе