Sual: Hansı imamlar fərəc duasını oxuyardı?
Cavab: Fərəc sözü qəm-qüssənin aradan getməsi və xilas olmaq mənasındadır. 1 Hədis kitabında dualar və sonuncu İmamın (ə.c) gəlişi ilə bəşəriyyətin qurtuluşunun tezləşdirilməsi üçün yerinə yetirilməsi gərəkən əməllər barədə qeyd olunan hədislərdə fərəc sözü lüğəti mənada işlədilmişdir. Burada fərəc duası adlanan iki dua və fərəc namazı adlanan bir namaz barədə danışacağıq.
Birinci: Həzrət Rəsulullahdan (s) nəql olunan Fərəc duası.
“Allahummə inni ələlukə ya Allahu, ya Allahu, ya Allah...” 2 (İlahi, mən Səndən diləyirəm! Ya Allah, ya Allah, ya Allah...)
İkinci: İmam Zamanın (ə.c) zuhurunun tezləşməsi üçün nəql olunan məşhur dua:
“Allahummə əzuməl-bəla və bərihəl-xəfa, vənqətər-rəca vən kəşəfəl-ğita və zaqətil-ərzu və muniətis-səma və əntəl-mustəan və ileykə muştəka və aleykəl-muəvvəlu fiş-şiddəti vər-rəxa. Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd ulil-əmril-ləzinə fərəztə aleyna təatəhum və ərrəftəna bizalikə mənzilətəhum. Fəfərric ənna bi həqqihim fərəcən acilən kələmhil-bəsəri au huvə əqrəb. Ya Muhəmmədu, ya Əliyy, ya Əliyyu ya Muhəmməd. İkfiyani fəinnəkuma kafiyan, vənsurani fə innəkuma nasiran. Ya məulana ya Sahibəz-zəman! əl-Ğəus, əl-ğəus, əl-ğəus. əs-Saətə, əs-saətə, əs-saə. əl-Əcələ, əl-əcələ, əl-əcəl. Ya ərhəmər-rahimin bi həqqi Muhəmmədin və Alihit-tahirin”. 3
Duanın tərcüməsi: “İlahi, bəla şiddətli oldu, qeyb müddəti uzandı, ümid kəsildi, (üstümüzdən) örtdük götürüldü, yer (bizə) dar gəldi, səma (bərəkətini) əsirgədi, yarım edəcək və şikayət olunacaq yalnız Sənsən! Rifahda və çətinlikdə etimad ediləcək yalnız Sənsən! İlahi, Muhəmməd və Ali Muhəmmədə mərhəmət lütf et. Onlar itaətlərini biz vacib buyurduğun və bununla da məqamlarını bizə tanıtdırdığın əmr sahibləridir. Onlara xatir bizə göz qırpımında və ya daha tez baş verəcək qurtuluş bəxş elə! Ya Muhəmməd, ya Əli! Ya Əli, Ya Muhəmməd! Mənim işlərimə kifayət edin. Həqiqətən də siz ikiniz işlərə kifayət edənsiniz. Mənə yardım edin! Həqiqətən də siz ikiniz yardım edənsiniz! Ey bizim mövlamız! Ya Sahibəzzaman! Mənə kömək ol! Mənə kömək ol! Mənə kömək ol! Bu anda! Bu anda! Bu anda! Tələs! Tələs! Tələs! Ey rəhimlilərin ən rəhimlisi, Muhəmməd və onun pak əhli beytinin haqqına xatir!”
Üçüncü: Əmirəlmöminin İmam Əli (ə)-dan fərəc namazı adlanan bir namaz nəql olunmuşdur. 4
Amma “Allahummə kun li vəliyyikəl...” duasına gəlincə, mənasına da diqqət etsək bu duanın fərəc duası adlanmaması bizə aydın olacaq. Bu dua mübarək ramazan ayının iyirmi üçüncü gecəsi təkrar-təkrar oxunması müstəhəbdir. Bu duanın oxunması yalnız təkcə həmin gecəyə məxsus deyil. Əksinə bu duanı istənilən ayda və istənilən vaxtda imkan olduqca oxuna bilər. Allah-təalaya həmd və səna söyləyib Peyğəmbər (s) və həli beytinə salam və salavatdan sonra “Allahummə kun li vəliyyikə fulan bin fulan (Huccət bin Həsən) fi həzihis-saəti və fi kullis-saəti vəliyyən və hafuzən və qaidən və nasirən və dəlilən və eynən hətta tuskinəhu ərzəkə tauan və tuməttiəhu fiha tavila” 5 duasını oxumaq müstəhəbdir.
Duanın tərcüməsi: İlahi, bu anda və hər bir zamanda Öz vəlin Höccət bin Həsən üçün – ona və atalarına salam və salavatın olsun – vəli, hifz edən, rəhbər, yardımçı, yol göstərən və nəzarətçi ol! Ta ki, Sənin yerin onu könül xoşluğu ilə öz üzərində daşısın və uzun müddət onu faydalandırsın!
1 - Muhəmməd bin Mukrim İbn Mənzur, “Lisanul-ərəb”, c. 2, səh. 343, fərəc sözünün mənası. Beyrut .1414 h.q; Fəxrəddin Tureyhi, “Məcməul-bəhreyn”, Seyid Əhməd Hüseyninin tədqiqi ilə, c. 2, səh. 322. Tehran. 1416 h.q.
2 - Əli bin Musa ibn Tavus, “Muhəcud-dəavat və minhəcul-ibadat”, səh. 90. Qum. 1411 h.q.
3 - İbrahim bin Əli Kəfəmi, “əl-Misbah”, səh. 176. Qum 1405 h.q. Adı çəkilən kitabda İmam Zamanın (ə.c) müstəhəb namazından sonra cüzi fərqlə bu dua qeyd edilmişdir. Bax; Muhəmməd bin Həsən əl-Hurr Amuli, “Vəsailuş-şiə”, c. 8, səh. 18. Qum 1409 h.q.
4 - Həsən bin Fəzl Təbrəsi, “Məkarimul-əxlaq”, səh. 329. Qum 1412 h.q.
5 - Muhəmməd bin Həsən Tusi, “Təhzibul-əhkam, c. 3, səh. 103; Məfatihul-cinan, mübarək ramazan ayının iyirmi üçüncü gecəsinin əməlləri.