»»

Hz Məhdi (ə) digər inanclarda

Xilaskar anlayışı təkcə İslama məxsus deyil. Demək olar ki, bütün səmavi və qeyri-səmavi inanclarda dünyanın sonunda bir şəxsin gəlib Yer üzünü ədalətlə dolduracağına işarə olmuşdur:

Zəburda:

 

"Biz Zikrdən sonra Zəburda da yazmışdıq ki, yer üzünə Mə­­nim əməlisaleh qullarım varis olacaqlar." (Ənbiya surəsi, 105-ci ayə) Bu ayədə deyildiyi kimi, Zəburda da salehlərin yer üzünə varisliyi bildirilir:

 

 

Çünki şər adamlar kəsilib atılacaq,

 

Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq.

 

Bir az gözlə, pis yox olacaq,

 

Yerini axtarsan belə, tapılmayacaq.

 

 Həlimlər yer üzünü mülk olaraq alacaq,

 

Əmin-amanlığın bolluğundan zövq tapacaq.

 

Davudun nəğmələri, 37-ci fəsil, 9-11-ci ayələr

 

“Salehlər ölkəni mülk olaraq alacaq,

 

Onlar orada əbədi məskən salacaq.”

 

Davudun nəğmələri, 37-ci fəsil, 29-cu ayə

 

Kamil adama bax, əməlisaleh insana nəzər yetir,

 

Gələcək sülhsevən adama bəxş ediləcək.

 

Amma bütün üsyankarlar birlikdə yox olacaq,

 

Pislərin kökü kəsiləcək.

 

Davudun nəğmələri, 37-ci fəsil, 37-38-ci ayələr

 

 

Tövratda:

 

 

O gün qurdla quzu bir yerdə yaşayacaq,

 

Bəbirlə çəpiş birgə yatacaq,

 

Dana, gənc aslan və bəslənmiş mal-qara

 

Yan-yana duracaq,

 

Onları balaca uşaq gəzdirəcək.

 

Tövrat, Yeşaya, 11-ci fəsil, 6-cı ayə

 

Heç kimə zərər dəyməyəcək,

 

Heç bir kəs o birisini məhv etməyəcək.

 

Çünki sular dənizi bürüdüyü kimi

 

Dünya Rəbbin biliyi ilə dolacaq.

 

Tövrat, Yeşaya, 11-ci fəsil, 9-cu ayə

 

O gün yalnız Rəbb ucaldılacaq.

 

Bütlər tamamilə aradan götürüləcək.

 

Tövrat, Yeşaya, 2-ci fəsil, 18-ci ayə

 

 

İncildə:

 

 

Matta incili

 

5-ci fəsil

 

4 Nə bəxtiyardır yaslı olanlar!
Çünki onlar təsəlli tapacaq.
5 Nə bəxtiyardır həlimlər!
Çünki onlar yer üzünü irs alacaq.
6 Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar!
Çünki onlar doyacaq.
7 Nə bəxtiyardır mərhəmətli olanlar!
Çünki onlara mərhəmət ediləcək.

 

 

10 Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər!
Çünki Səmavi Padşahlıq onlarındır.

 

24-cü fəsil

 

(Qeyd: Xristianlara görə Bəşər oğlu İsa özüdür,lakin eyni zamanda,nəuzu billəh, Tanrının da oğludur.Bu da onların məntiqə uymayan batil əqidəsidir.Bəşər oğlunun gəliş əlamətləri İmam Məhdinin əlamətləridir.)

 

27 Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq.

 

 

30 O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək.  31 O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq.  32 Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır.  33 Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.

 

 

37 Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq.  38 Daşqından əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi.  39 Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq.  40 O zaman tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq.  41 Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq. …44 Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.  45 Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir?  46 Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür!  47 Sizə doğrusunu deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq.  48 Amma həmin qul pis olub ürəyində “ağam gec gələcək” deyərsə,  49 öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib-içməyə başlayarsa,  50 o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək,  51 ona ağır cəza verəcək və onu ikiüzlülərlə bir yerdə saxlayacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq …

 

(Həqiqi müntəzir belə olmalıdır: Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür!)

 

25-ci fəsil

 

31 Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq.  32 Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq.

 

Yəqubun məktubu

 

2-ci fəsil

 

5 Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?

 

İbranilərə məktub

 

8-ci fəsil

 

11 Bir kəs öz həmvətənini yaxud qardaşını

 

‹Rəbbi tanı› deyib öyrətməyəcək.

 

Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq.

 

 

Zərdüştlükdə Xilaskar:

 

 

Zərdüşt təliminin müxtəlif kitablarında dünyanın sonunda Sauşyant adlı bir şəxsin gələcəyindən söhbət açılır. Sauşyant “fayda verən” deməkdir.

 

“Bundan sonra Suşyant dünyanı paklayar və sonra qiyamət qopar.”

 

(Avestanın şərhi olan “Zənde Bəhmən Yəsn”, səh. 19)

 

“Sonra Suşyant 3 ayin yerinə yetirər, dirilər ölümsüz olar, ölülər dəyişməz qalar, sonra bəzi ölülər dirilər(Rəcət anlayışı)

 

...Sonra insanlıq paklanar, ölümsüz olar, 15 yaşlı cavan olar, istədikləri hər şey baş verər.”

 

(Avestanın şərhi olan“Camasp Namə”, 6-cı fəslin sonu)

 

 

Hindu mənbələrində xilaskar

 

 

Hindulara görə dünyanın sonunda, ağ atın belində, əlində qılınc Kalki adlı şəxs gələcək. O zalımlara qalib gəlib Qızıl Əsri quracaq (Satya Yuqa).

 

Siqh təlimində də bu Kalkidir. Onların müdriklərinin deyimlərində Kalkinin Şambala şəhərində doğulacağından söz açılır.O dağdan əzəmətlə enən şir kimidir,düşmənləri güclü küləklə sovrulan yarpaqlar kimi məhv olacaq ,o döyüş meydanında atını oynadacaq, nəhəngləri (şər qüvvələri ) məğlub edib dharma (ali həqiqəti ) yayacaq, günahları axtarsan belə tapılmayacaq. Siqhlərə görə “Kalki” -“günahları məhv edən ” deməkdir.

 

 

Buddizmdə xilaskar

 

 

Buddistlər Maytreya adlı şəxsi gözləyirlər. Sanskrit dilində “O şəxs ki, məhəbbətdir.”- deməkdir, “Sevən” mənası da var. Hind dillərindən olan Pali dilində Metteya deyilir.Maytreya səmada gözləyir və vaxtı çatanda gəlib yer üzündə müharibələrə, aclığa, ehtiyaclara son qoyacaq, insanlar kamilliyə çatacaq.

 

Bəzi monqollar Çingiz Xanın qayıdacağına inanırlar.

 

Orta əsrlərdə Britaniyada Kral Arturun qayıdacağına inanırdılar. Hətta bəzi krallar söz verirdi ki, Artur qayıdanda taxtı ona təhvil verəcəklər (İspan kralı 2-ci Filipp Britaniya kraliçası 1-ci Meri ilə evlənəndə and içmişdi).

 

Hər bir insan da fitri olaraq kamil bir insana rəğbət bəsləyir, filmlərdə də bu cür universal, insanüstü personajlardan istifadə edirlər.

 

Kommunistlər belə hamının bərabər olacağı ideal bir cəmiyyətin qurulacağı günü gözləyirlər.

 

İlahi müdaxilə olmadan bu cəmiyyətin qurulması mümkün deyil, mövcud ziddiyyətlər özü bunu göstərir. Nəticə olaraq, hələ qədim dövrlərdən ideal bir cəmiyyət və vəd olunmuş bir xilaskarın gəlişi demək olar ki, bütün inanclarda var. Təhrif olunsalar da, ümumi məna olaraq bu həqiqətlər hələ də inanclarında qalıb. Bu da ona işarədir ki, hər bir peyğəmbər insanlara Xilaskar barədə müjdə vermişdir və çox önəmli bir mövzudur.

 

(c) Mahdi.az

Рейтинг

В этом разделе