Maidə surəsi, 14-cü ayə
“Biz xristianıq”, - deyənlərdən də əhd almışdıq. Ancaq onlar özlərinə öyrədilən sözlərin bir qismini unutdular. Buna görə də qiyamət gününə qədər Biz onların arasına düşmənçilik və kin saldıq. Allah onlara, etdikləri işləri xəbər verəcəkdir.
Maidə surəsi, 64-cü ayə
Yəhudilər: “Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah isə fitnə-fəsad törədənləri sevməz.
Bu ayələrdən görünən odur ki, hər biri öz aralarında biri-birilərinə kin-küdurətləri olmaqla, xristianlar və yəhudilər qiyamət gününə kimi mövcud ola bilərlər. Belə olduğu halda, “haqq gəldi batil məhv oldu” və “fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun!” ayələri ilə ziddiyyət təşkil etmirmi?
Bu ayələrdə hədəf, xristanların və yəhudilərin Allaha qarşı əhdlərini pozduqlarına və Allahı ittiham etdikərinə görə onları, hər biri öz aralarında olmaqla biri-birilərinə düşmənçiliklə cəzalandırmasıdır. Allah-təala onların bu əməllərinin nə dərəcədə pis olduğunu vurğulamaq üçün bunun “qiyamət gününə qədər” davam etməsini də qeyd etmişdir. Ayələrdən əsas məqsəd xristianları və yəhudiləri qınamaq olsa da, “qiyamətə gününə qədər” onların mövcud olmasını qeyd etmək, İmam Zamanın (ə.f.) qiyamı və batilin məhv olması qarşılığında sual yarada bilər.
Aydınlaşdıraq;
Yuxarıdakı ayələrdə (Maidə 14, 64) qeyd olunan xristianlar və yəhudiləri din anlamında yox millət, topluluq anlamında qəbul etməliyik. Yəni onları qiyamətə kimi dindar bir cəmiyyət kimi yox sadəcə olaraq az sayda da olsa əvvəlki dinlərindən qalma və İslam dininə ikrahları olan təəssübkeşlər olaraq qəbul etməliyik. Onlar da, gizlin şəkildə olmaqla... . Bunu, tarix boyu vədə qarşı çıxaraq Allahla əhdi pozduqlarına, peyğəmbərlərə və canişinlərinə kinayə ilə baxdıqlarına, haqq dinə qarşı olan ikrahlarına görə Allahın, “vədə verilmiş hakimiyyəti” onlara göstərməklə bu cəzanın qiyamətə kimi davam etməsi kimi də qiymətləndirmək olar.
Həmçinin, “haqq gəldi batil məhv oldu” və “fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun!” ayələrində müxatəb kafirlər, müşriklər və batil dövlətlərdir. Eyni zamanda bu ayələrin təvilinə baxdıqda gizlin şəkildə və az sayda da olsa Allahın işinə ikrahla yanaşmaların da ola biləcəyi qeyd olunmuşdur. Bu insanların ixtiyar sahibləri olmalarından irəli gəlir.
İmam Sadiq (ə) buyurub: Qaim (ə.f) zühur etdikdə, Uca Allaha şərik qoşan və kafir olan bir nəfərdə qalmayacaq, yalnız Onun (ə.f) zühurundan xoşu gəlməyənlər qalacaq. (Biharul-ənvar c.52, səh.346, h.94)
Nəticə olaraq, xristian və yəhudilərin din olaraq yox sadəcə xristian və yəhudi köklü azınlıq olaraq qəbul etməli, az sayda və təqib altında olduqları halda qiyamətə kimi mövcud olmalarını isə haqqın tam bərpa olunmamasına və fitnələrin yaranmasına səbəb görməməliyik.
İsra 81
De: Haqq gəldi, batil yox oldu. Şübhəsiz ki, batil yox olmağa məhkumdur.
İmam Baqir (ə) buyurub: Qaimin qiyamı ilə batil dövlətlərin məhv olmasıdır.
(İsbatul-Huda c.5, səh.64, Biharul-Ənavr c.51, səh.62, Burhan təfsiri c.3, səh.576, Üsuli-Kafi (əl-İslamiyyə) c.8, səh.287)
Həcc 41
Onlar o kəslərdir ki, əgər onlara yer üzündə hakimiyyət versək, namaz qılar, zəkat verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Bütün işlərin sonu Allaha aiddir.
İmam Baqir (ələyhis-səlam) buyurub: Bu ayə (Həcc 41) Ali Muhəmmədin şənində nazil olmuşdur. Allah Həzrəti Məhdi və Onun əshabını şərqdən qərəbə qədər (hər yerdə) hakim edəcəkdir və dinini aşkara çıxaracaqdır. Axmaqlar haqqı məhv etdikləri kimi, O və əshabı da bidəti və batili məhv edəcəkdir, hətta o həddə qədər ki, zülmdən heç bir əsər qalmayacaqdır.
(Qummi təfsiri c.2, səh.87, Burhan təfsiri c.3, səh.893, Biharul-Ənvar c.51, səh.47)
Ənfal 39
Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər (şirkə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görür.
İmam Baqir (ə) bu ayənin təfsirində belə buyurur: “Bu ayənin təvili (icrası) hələ gəlməmişdir. Belə ki, Allahın Rəsulu özünün və səhabələrinin ehtiyaclarına (hacətlərinə) görə möhlət verildi. Ayənin təvil olunduğu gün bu möhlət qəbul olunmayacaqdır. Əksinə, Allahın birliyinə (vəhdaniyyət) və heç bir şirk qalmayana qədər ölüdürüləcəklər.”
(Əyyaşinin təfsiri, c.2, səh.56, Burhan təfsiri, c.2, səh.686, Biharul-Ənvar c.51, səh.55, Üsuli-Kafi (əl-İslamiyyə) c.8, səh.201)
Tövbə 33
Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur.
Əbu Bəsir deyir: İmam Sadiqdən (ə) bu ayə barəsində soruşdum, buyurdu: “Allaha and olsun bu ayənin təvili () hələ gəlməmişdir. Qaimin (ə.f.) çıxmasına (zühuruna) kimi də bunun təvili gəlməyəcəkdir. Qaim (ə.f.) çıxan vaxt (zühur zamanı) Allaha kafir olan və İmamın yanında müşrik (Allaha şərik qoşan) qalmayacaqdır. Əgər qalsa belə Onun çıxmasına (zühuruna) ikrahları vardır; Hətta əgər kafir və ya müşrik daş içində gizlənmiş olsa belə, o daş deyər: ! Ey mömin mənim içimdə kafir var, məni parçalayın və onu öldürün.
(Kəmaluddin, c.2, səh.670, Biharul-Ənvar c.51, səh.60)
(c) vedolunmus.com