»»

Hidayət olanlar 75 - Hayrettin Kanlı

Adı: Hayrettin Kanlı

Ölkə: Türkiyə

Keçmiş dini (Məzhəbi): Əhli-Sünnə

 

 

 

Mümkünsə özünüzü tanıdardınızmı?
Adım Hayrəddin Kanlıdır. 53 yaşım var, təqaüdçüyəm və subayam.

Məzhəbinizi dəyişdirməyi necə bacardınız?
Mən məzhəbimi dəyişmədim, bütün məzhəbləri rədd etdim. Peyğəmbər Məhəmməd (s) məzhəbmi gətirib ki, mən də bir məzhəbə inanım? Rəsulullah Allahın dinini gətirdi və bu dinin yalnız bir məktəbi var. 2024-cü ilin Rəcəb ayının əvvəlində Əhli-beyt Məktəbini seçdiyimi və Şiə olduğumu elan etdim. Təbii ki, bunu etdiyim zaman ətrafımdakı hər kəs reaksiya göstərdi və qəbul etmək istəmədi; çünki bu, onların bilmədiyi bir şey idi. Amma zamanla öyrəşəcəklər. Həyatımı bu şəkildə davam etdirəcəyəm və çox xoşbəxtəm.

Əhli-beyt Məktəbi ilə necə tanış oldunuz?
Zatən əvvəldən Əhli-beyt sevgim və İmamət inancım var idi, dualarımdan onları heç vaxt əskik etməzdim. Bu hisslər birləşəndə və sünnilikdəki ziddiyyətlər də zəmin yaradanda, başqa bir seçimim qalmadı. Ağlını işlədən hər kəs anlayacaq ki, Əhli-beyt məktəbinə daxil olmaqdan başqa yol yoxdur.

Türkiyədə Əhli-beyt sevgisi var, bəs niyə insanlar Əhli-beyt məktəbini seçmirlər?
Çünki sünniliyin doğru olduğuna inanırlar. Əgər Əhli-beyt məktəbini bir az araşdırıb anlasalar, inanıram ki, yüzdə yüzə yaxını bu məktəbə daxil olardı. Hər şey o qədər aydındır ki…

Əhli-beyt məktəbini necə haqq olaraq gördünüz?
Bir neçə kitab oxudum, dostum Halis bu mövzuda mənə dəstək oldu və öz baxışlarını izah etdi. Oxuduğum kitablar və yazılardan sonra artıq bu həqiqəti qəbul etməmək inkara girmək səviyyəsinə çatmışdı. Vaxt itirmədən qəbul etməli olduğumu hiss etdim, qərarımı verib bunu elan etdim.

Öz içinizdə qorxu hiss etmədinizmi?
50 ildən artıq bir müddət yanlış yolda olduğumu dərk etdiyim üçün qorxdum və doğru yerə keçdim (Əhli-beyt məktəbini seçdim). Heç şübhə etmədim, sadəcə gec qaldığımı hiss etdim. Həyatımda çoxlu ziddiyyətlərlə qarşılaşmışam. Nə zaman sünni mollalara sual versəm, “Bu, qəlb işidir, ağılla həll olunmaz” deyirdilər. Amma mən içimdə “Allah bizə ağlı boşuna verməyib” deyirdim. Və sonda Əhli-beyt məktəbini ağlımla seçdim, emosional seçimlə yox.

Şiə olmağınız hər hansı bir problem yaratdımı?
Haqqı tapdığım üçün çox xoşbəxtəm, heç bir qorxum yoxdur. Bütün dünya qarşıma çıxa və mən tək qalsam belə, Haqqdan vaz keçmərəm. Mən heç bir problem yaşamadım, amma məni sevən insanlar üzüldü. Mən də onlar üçün üzülürəm. Qarşılıqlı bir üzüntü yaşayırıq, lakin hər gün onların da Şiə olmaları üçün dua edirəm. İnşallah bir gün Allah duamı qəbul edər.

Tarixi araşdırsaq, tarixdə Qədir-Xum kimi çox dərin məqamlar var. Bu hadisəni bilməyən bir müsəlman yanlış yollara düşə bilər. Qədir-Xum, İmam Əlinin imamətinin elan edildiyi hadisə və məkandır. Minlərlə, on minlərlə səhabənin şahid olduğu bir hadisədir. İnsanlar daha hansı dəlilləri gözləyirlər, bunu anlamıram. Rəsulullah vəfat etdikdən sonra xilafət üçün qaçanlar, Qədir-Xum gecəsi İmam Əlini təbrik edənlər idi. Nə tez sözlərindən döndülər. Fatimə anamıza zülm edənlər, övladının düşməsinə səbəb olanlar, qolunu sındıranlar və sinəsinə mıx batıraraq onu şəhid edənlər! Allahın lənəti onların üzərinə olsun. Qədir-Xuma baxmayaraq necə xilafət etdilər? Bunları araşdıran, İmam Hüseynin şəhadət hadisəsini anlayan bir insan necə Şiə olmasın ki? Mən “sünni” demirəm, “süni” deyirəm. Yəni uydurma, sonradan hazırlanmış, orijinal olmayan. Belə minlərlə ziddiyyət sadalamaq olar. Sünni qardaşlarıma səslənirəm: xahiş edirəm bu ziddiyyətləri görün və olmalı olduğunuz tərəfdə yer alın, Yezidin tərəfində yox. Məzhəb imamlarının yazdıqlarını da oxuyun. Oxuyun ki, ziddiyyətlərin mənbəyini görün. 5 yaşlı bir uşaq belə bu ziddiyyətləri rahatlıqla görə bilər. “Ananız-atamız belə dedi” deyərək bu yolu davam etdirməyin. Qurani-Kərim də “Biz atalarımızdan belə gördük” deyənləri xəbərdar edir. Buna baxmayaraq hələ də bu şəkildə davam edirsinizsə, deməli sizdə problem var. Bu vəziyyəti ağıl yolu ilə həll edin.

Sünni olduğunuz dövrdə Şiələrə baxışınız necə idi?
Yaşım az olanda, verilən təlimlərə görə Şiələrin cəhənnəmə gedəcəyini düşünürdüm və Şiə dostlarım üçün çox üzülürdüm. Çünki hədislərə əsasən “Firqeyi-Naciyə” yalnız sünnilər kimi təqdim edilirdi. Amma zaman keçdikcə gördüm ki, əslində ora girəcək olan bizik. Sonra məni oyadan bir ayə oldu: “Ey iman gətirənlər, iman gətirin.” Daxilimdə belə hiss etdim: “Ey sünnilər, Şiə olun!” Mən 53 illik həyatımda boş yerə avar çəkmişəm. Bunu telafi etmək lazımdır.

Ailəniz hələ də sünnidirmi?
Bəli, ailəm hələ də sünnidir. Hətta nəsil-nəcabətimizdə tək Şiə mənəm.

Yeni Şiə olduğunuzu dediniz və birbaşa Hz. İmam Əlinin ziyarətinə gəldiniz. Özünüzü necə hiss edirsiniz?
Əhli-beyt türbəsi insanın öz evinə gəlmiş kimi hiss etdiyi bir yerdir. İnsanlar o qədər gözəl qarşılayıb qonaqpərvərlik göstərirlər ki, içim rahatlıqla dolur. Hərəminə daxil olanda bu hiss daha da güclənir. İnsan doğrudan da içdən titrəyir. Bu hissləri yaşadım və inşallah daha çoxunu yaşayacağam. Hazırda bu hisslərin içindəyik. Sabah inşallah Kərbəlaya doğru yürüşə başlayacağıq. O zaman duyğularımın daha da artacağını düşünürəm. Allahdan xeyirlə tamamlanmış və qəbul olunmuş bir ziyarət diləyirəm.

Aşağıdakı sözlərlə bağlı fikirlərinizi bildirərdiniz:

Əhli-beyt:
Əhli-beyt Allahın ipi deməkdir. Ona sarılmadığımız zaman boşluqda asılı qalırıq. Amma ona sarıldıqda, nə qədər böyük zəlzələ olsa belə, o ip bizi möhkəm və təhlükəsiz şəkildə saxlayar. Əslində bütün dünya insanlarının axtardığı o təhlükəsiz liman yalnız Əhli-beytdir.

Səhabə:
Səhabə Peyğəmbərimizi görən, iman edən və onu izləyənlərdir. Şiədən (yəni Peyğəmbərdən sonra İmam Əliyə itaət edənlərdən) kənar bir səhabə düşünülə bilməz. “Mən İmamı deyil, Peyğəmbəri izləyirəm” deyənlərin yanılması buradadır. Əhli-beytə zülm edən bir insan səhabə ola bilərmi? Bir az araşdırsaq, “səhabə” deyilən bəzi şəxslərin çox zalım olduğunu görərik. Qurani-Kərim də günahkar və zalım səhabələrdən, hətta münafiq səhabələrdən bəhs edir. İmam Əlidən başqa digər xəlifələr yanlışdır və batildir. Üç xəlifə və onların ardınca gələn Müaviyə, Yezid və digərləri də batildir. Bunlar səhabə ola bilməzlər, çünki Əhli-beytin haqqına zülm etmiş və İmam Əlinin haqqını verməmişlər. Hamısı uduzmuşdur və bu uduzma qaçılmazdır. Heç kim bu şəxsləri müdafiə etməməlidir, çünki müdafiə edənlər də uduzacaqlar. Onları müdafiə edənlər həm dünyalarını, həm də axirətlərini məhv edərlər.

İslam tarixi:
İslam tarixi bizə öyrədilən yalanlarla doludur. Demək olar ki, hər şeyin yalan olduğunu gördük. Məsələn, Həzrət Aişənin 8 yaşında Peyğəmbərlə evləndiyi deyilirdi. Halbuki o, 28 yaşında dul bir qadın idi. Həzrət Xədicənin də dul olduğu deyilirdi, halbuki Peyğəmbərdən əvvəl heç evlənməmişdi. Bu cür yalanlarla dolu İslam tarixi təkcə bu iki nümunə ilə məhdudlaşmır, daha çox yalan var. İslam tarixində doğru bir nöqtəyə çatmaq istəyirsinizsə, Qədir-Xuma diqqət edin. Ondan sonra digər yalanlar özünü göstərəcək. Qədir-Xum hadisəsini araşdırın, sonra haqqı tapacaqsınız. O zaman yalanlar bir-bir üzə çıxacaq və özünüzü bir yalan dənizinin ortasında tapacaqsınız, ey sünnilər!

Qurani-Kərim:
Qurani-Kərim Allahın kəlamıdır və hər şey onun içində mövcuddur. Qurani-Kərimi təfsir etmə vəzifəsini Rəsulullah İmam Əliyə vermişdir. Lakin Ömər bunu qəbul etməmişdir, çünki bu onun maraqlarına uyğun deyildi və həqiqətin üzə çıxmasından qorxurdu. İmam Əlidən sonra bu vəzifəni digər imamlar davam etdirdilər. Biz də Əhli-beyt məktəbində bu elmi öyrənirik. Qurani-Kərimi başqa yerdə düzgün öyrənmək mümkün deyil. Hər şey əhlindən soruşulmalıdır. Bunu başa düşün. Bu dörd məzhəbin imamlarını Allahmı təyin edib? Kim bu imamlara vəzifə verib? Allah xatirinə biri bu suala cavab versin. Hansı əsasla insanları yönləndirməyə çalışırlar, özü də yanlış məlumatlarla? Halbuki imamların vəzifəsi insanları doğru yola yönəltməkdir. İmamətə inanmayanın imanı olmaz.

Sünni dostlarınıza tövsiyəniz nədir?
Allahın dediyini yerinə yetirməkdən başqa çarəmiz yoxdur. Sadəcə ağıllarını işlətsinlər. Özlərini ağıllı hesab edirlər, amma hazırda böyük bir səhvin içindədirlər.

 

 

(C) al-mostabserin.com

Рейтинг

В этом разделе