Adı: Anton Qustov
Ölkə: Rusiya
Keçmiş dini (Məzhəbi): Xristianlıq
Gələcək həyat yoldaşımla internet vasitəsilə tanış olduq. O, rus dilini öyrənirdi və internet vasitəsilə öz dil biliklərini inkişaf etdirirdi. Mən ona rus dili ilə bağlı yardım etməyə başladım və eyni zamanda da, İslamın necə bir din olduğunu öyrəndim.
Bunadək heç kəs mənimlə bu mövzu üzrə danışmamışdı. Maraqlanmağa başladım, lakin yenə də, İrana gedənədək İslam barədə heç nə bilmirdim.
Öz gələcək xanımımla birlikdə İrana gəldik ki, buradakı insanların necə yaşadıqları ilə tanış olaq.
Biz Qum şəhərinə, burada da Xanım Fatimeyi-Məsumənin (Salam olsun ona!) hərəminə getdik; sübh namazı vaxtı idi.
Səhər tezdən böyük insan kütləsinin birlikdə ibadət etdiyi gördükdə ilk şokumu yaşadım. Çünki bizdə - Rusiyada belə bir şey yoxdur.
İranda insanların merhibancasına və qonaqpərvərcəsinə ünsiyyət qurduğunun şahidi oldum. Əslində, bu, dindən - İslamdan qaynaqlanır.
İslamın bütün gözəl keyfiyyətləri insanları bu cür olmağa ilhamlandırır.
Bu, mənim üçün təəccüblü idi, çünki daha öncə bizə KİV vasitəsilə deyirdilər ki, "İslam terror dinidir".
Daha sonra isə mən Məşhədə getdim və İmam Rzanın (Salam olsun ona!) hərəmini ziyarət etdim. Burada alimlə görüşdüm və ondan İslamı necə qəbul edə biləcəyim barədə soruşdum.
Mənə dedi ki, "İslamı qəbul edə bilərsiniz, amma indi yox, çünki İslam haqda heç nə bilmirsiniz, mən sizə sadəcə müzakirə etməyi və daha sonra yenidən gələrək bu barədə danışmağı məsləhət görürəm". İslamın kimisə bu dini qəbul etməyə məcbur etmək kimi bir məqsədi yoxdur.
Rusiyaya geri döndüm, İslamın prinsiplərinə dair çox sayda kitablar oxudum və internetdə axtarışlar apardım.
Mən yenidən Məşhədə gəldim və nəhayət, İslamı qəbul edərək şəhadəteyni iqrar etdim. Bu, mənim üçün olduqca gözəl bir yoldur!
Mənbə: al-mostabserin.com