»»

Hidayət olanlar 50 - David Filip

Adı: David Filip

Ölkə: ABŞ

Keçmiş dini (Məzhəbi): Xristian (Katolik)

 

Adım David Filipdir, amerikalıyam, New York şəhərindənəm. İslamı tanımamışdan əvvəl mən məsihiydim və katolik idim. Həyatım boyu ilahi dinlər haqqında araşdırma aparmışam. Bütün dinləri araşdırdım və gördüm ki, İslam dinlər arasında ən doğru və xalis dindir və qəlbimə daha yaxın hiss etdiyim bir dindir. Mən İslamı qəbul edəndən bir neçə il sonra şiə məzhəbini tapdım. Əhli-Beyt (ə) haqqındakı mütaliələr mənim qəlbimi oxşadı. Düşündüm ki, bu məzhəb daha məntiqli və əqli bir məzhəbdir. Bir dostum mənə Quran bağışladı.

Əvvəl mən elə bilirdim ki, Quranı oxuyanda səhvlər aşkarlayacağam. Bir dəfə oxudum, iki dəfə oxudum, hətta yeddi dəfə oxudum və heç bir səhv tapa bilmədim. Quranda heç bir qüsur tapa bilmədim və başa düşdüm ki, Quran yüz faiz İlahi bir kitabdır və bunu başa düşən kimi də İslamı qəbul etdim. İslam haqqında çox araşdırma apardım və başa düşdüm ki, əgər mən İslam elmlərini daha dərindən öyrənmək istəyirəmsə İslam ölkəsinə getməliyəm və mədrəsədə dərs oxumalıyam. Məktəb haqqında da təhqiqat apardım və düşündüm ki, Qum və Nəcəf şəhəri bu elməri öyrənmək üçün ən unikal məkandır.

Mənim üçün İslam dinində ən ləzzətli dəyər Allahın rəhmətidir. Biz Allahın rəhmətinin böyüklüyünü anlaya bilmərik. O, bizim düşündüyümüzdən daha böyükdür. İslamı qəbul etdikdən sonra dünya barəsindəki düşüncələrimdə böyük dəyişikliklər oldu. İnsan və axirət arasındakı rabitə. Yəni hansı daha mühümdür, dünya yoxsa axirət? Ən çox bunun üzərində düşünürəm. Əvvəllər bu barədə daha az düşünürdüm, amma indi hər gün bu barədə düşünürəm. Öldükdən sonra hara gedəcəyəm? Onlardan hansını daha çox istədiyimi deyə bilmərəm amma bu iki imam insan üçün çox mühümdür. Mənim üçün əmir əl möminin imam Əli (ə) ən dəyərli bir şəxsdir. O, üzərinə düşən bütün vəzifələri kamil şəkildə yerinə yetirdi. İstər hökumət işlərində, istər müharibədə və istərsə də xalq içindən ən üstün bir şəxs idi. Amma imam Hüseynin misli bərabəri yoxdur.

İmam Hüseyn (ə) haqqında ən çox diqqət çəkən və gözəl bir şey var. Bu, müsəlmanların İmam Hüseynə (ə) olan eşqidir. Bu, sanki bir möcüzədir. Əgər qardaşınız dünyadan köçsə bir il, bir il yarım ürəyiniz onun üçün darıxar. Qardaşınızı zamanla unudarsınız və get gedə az ağlayarsınız və yaxud ata və ananız dünyadan köçsə. Amma İmam Hüseyn (ə) üçün həmişə ağlayırsınız. Dünyanın ən maraqlı hadisələrindən biri budur ki, milyonlarla insan Nəcəfdən Kərbəlaya piyada gedir və hər kəs bir-birinə kömək edir. Başqa heç bir yerdə bu cür rəftar görməmişəm. İnsanlardan ümidsiz olduğum vaxt Ərbəini xatırlayıram. Ərbəini xatırlayanda başa düşürəm ki, hələ də ümid itməyib. İmam Hüseyn (ə) eşqi insanlara ümid verir. Bu ümidi dünyanın heç bir yerində tapa bilməzsiniz. Bu, mənim üçün çox təəccüblüdür. Əhli-Beyt (ə) və İmam Hüseyn (ə) sevgisi Allahın bir möcüzəsidir.

Рейтинг

В этом разделе