Adı: Filip Redinqtion
Ölkə: İngiltərə
Keçmiş dini (Məzhəbi): Ateist
Mənim adim Filip Redinqtiondur, İngiltərədənəm. Vinçesterdə anadan olmuşam. Amma hal hazırda Kanadada Torontoda yaşayıram.
Mən xanımım ilə hansı ki, müsəlmandır ailə qurmamışdan 42 il əvvəl Müsəlman olmuşam və O, mənə dini lap əvvəlindən öyrətdi, mənə öyrətdiyi hər bir şey ağla batan nəsnələr idi və hər şey əməl eləmək üçün çox sadə idi.
Mən müsəlman olandan sonra mənim yaşamım dəyişdi, mənim iqtisadi vəziyyətim, bir sözlə bütün həyatım dəyişdi. Geri baxmadan ancaq irəliyə addımlayırdım və mən düşünmürəm mənim üçün başqa yaşam tərzi ola bilər, bu mənim həyatımdır artıq.
Mənim ilk ziyarətim 14 Məsumu ziyarət etmək olur, 6 dəfə İran və İraqa səfərim olub. 2002-ci ildə Həcc ziyarətim olub, 3 dəfə də Ümrə ziyarətim olub.
Həmd olsun biz onların (Əhli-beytin) yolunu gedirik, onlara ehtiram edirik və əziz tuturuq. Çünki bu şəxslər bizə yolu getməyi öyrədiblər və bizi doğru yolda sabitqədəm edirlər. Əgər onların bizə öyrətdiklərinə əməl eləsək, hər şey bizim üçün çox yaxşı olacaq.
Siz (müsəlmanlar) bu din ilə dünyaya gəlmisiniz, mən isə təkcə ailəm ilə yox bütün qohumlarım və iş yoldaşlarım ilə mübarizə aparmışam.
Bizi İngiltərədə balaca bir əyalətdə yaşayanda mənə və xanımıma çox çətin idi. Hicablı xanımım və uşaqlarımız ilə küçədə gəzəndə insanlar pəncərələrindən bizə baxırdılar ki, bu insanlar kimdi? Sanki biz Marsdan gəlmiş fərqli insanlar idik.
313news.net