Adı: Əsəd Vahid Qasim
Ölkə: Fələstin
Keçmiş dini (Məzhəbi): Əhli-sünnə (Hənəfi)
O, 1965-ci ildə Fələsində Hənəfi məzhəbindən olan bir ailədə anadan olmuşdur. Mülkü mühəndislik üzrə bakalavr diplomunu və tikinti iradəçiliyi üzrə macistratura diplomunu almış, ümumi idarəçilik üzrə isə doktorantura pilləsinə yüksəlmişdir. Əhli-beyt (Allahın salamı onların üzərinə olsun) məzhəbinə hücum edən bəzi vəhabi kitabları onu bəzi şiə kitablarını ozumağa, sonra da bu kitablarda qeyd edilən səhih sünnə barəsində təhqiqat aparmağa vadar etmişdir. Elə bu məsələ də onu iki il sürən elmi axtarışdan sonra şiəçiliyini elan etməsinə gətirib çıxarmışdır.
Onun şiəlyi tanımasına ilk baxış:
Doktor Əsəd deyir: “1987-ci ildə Fələstində universitetdə oxuduğum zamanlar bəzilərin şiə və şiəçiliyə qarşı yönəltdikləri çirkin təkfirçi həmlələri mülahizə etdikdən sonra məzhəblər arasındakı ixtilafları öyrənməyə (təhlil etməyə) başladım. O vaxta qədər ixtilaflı məsələlərin anlamına ehtiyac duymadığım üçün bu kimi məsələləri gözdən keçirməyə bir o qədər də əhəmiyyət vermirdim. Şiələr barəsində bildiyim tək şey Əlinin (əleyhis-səlamın) digər səhabələrdən üstün tutmaları və İmamların zərihlərinin ziyarət edilməsinə böyük önəm vermələri kimi kafirliklərinə gətirib çıxarmayan bəzi məsələlərdə Əhli-sünnəyə xilaf çıxsalar belə onların müsəlman olmaları idi. Buna görə Şiə ilə Sünnə arasındakı fərq barəsində axtarış aparmağa heç bir lüzum görmürdüm. Çünki mən bu axtarışları bəzən heç bir nəticəyə gətirib çıxarmayan bir labirintə daxil olmaq hesab edirdim”.
Məzhəblərə obyektiv yanaşma prinsipinə inanmaq:
Doktor Əsəd Vahid əl-Qasim inanır ki, həqiqətən də hər hansı bir dinə (və ya məzhəbə) mənsub olanlar müştərək problemi həll etmək və həqiqəti axtarmaq üçün ilk olaraq onlara fikirdə və ya etiqat məsələsində xilaf çıxanlara yönəlməli və hər iki tərəf bir-birinə ehtiram göstərməlidir ki, aralarında baş utan dialoq obyektiv olsun və təəssüf və eqaizmdən uzaq olsun. Bu da onlar arasında sakit bir mühitin meydana gəlməsi və bunun kölzəsində həqiqətlərə aydın baxış imkanı əldə etmələri üçündür. Çünki kor-koranə asılılıqdan meydana gələn subyektiv dialoq və təəssüfkeşlik müxtəlif məzhəblərin nümayəndələri arasındakı bütün əlaqələri qırır və hər bir etiqadın nümayəndəsini özündə (etiqadında) olanla kor-koranə təəssüfkeşliyə sürükləyir. Bununla da İslam arenası tikinti, inkişaf və tərəqqi məsələlərində eneji və bacarıqlardan faydalanması bütün səviyyələrdə mümkün olan bir vaxtda həmin o kütləvi enerjini və çoxlu sayda bacarıqları udan bir arenaya çevrilir. Amma vəhabi məzhəbinin bəzi davamçıları bu barədə doktor Əsədə irad bildirmiş, sonra onu açıq fikir irəli sümək kimi bu üslübdan geri çəkilməsi üçün onu hər bir tərəfdən sıxışdırmağa çalışmışlar. Belə ki, doktor əl-Qasim deyir: “Bunun da mənası odur ki, mən ya şiəni təkfir edən sünni olmalıyam, ya da ki, şiələrin etiqad etdikləri hər bir şeyə etiqad edən şiə olmalıyam. Beləliklə də məni daim incidirdilər ki, onların rəyinə görə heç bir qarışığı və ortaq məxrəci olmayan aydın bir yol seçim. Onlar daim tələbələrə şiələri təkfir edən və onların İslam ümmətinə yəhudilərdən daha təhlükəli olduqlarını göstərən kitablar paylayardılar. Beləliklə də İslami tariximiz ətrafında cərəyan edən çoxlu sayda hadisələrə və məsələlərə cavab tapmaq üçün məndə təhqiqat və axtarış üçün stimul yarandı. Xüsusən də xilafət və İslamda hakimiyyətin tənzimlənməsi ilə bağlı məsələdə qane edən bir cavab tapmırdım.
Şiəçilik barəsindəki araşdırmanın bəhrəsindən faydalanmaq:
Doktor Əsəd Şiə əleyhinə yazılmış bir çox kitabları oxuduqdan sonra həmin məsələlərə cavab tapmaq üçün bəzi şiə kitablarını oxumağa başladı. Xüsusən də “əl-Muracəat” kitabını, hansı ki, onu yazan şiə alimi ilə əl-Əzhər universitetindən olan Sünni alimi ilə dialoqdan söhbət açır. Bu barədə doktor Əsəd deyir: “Bunda və şiələrin digər kitablarında diqqətimi daha çox çəkən onların iddia etdiklərinə Quran ayələri və mötəbər hədislərdən, xüsusən də Səhih Buxari və Müslimdən dəlil gətimələri idi. Səhih Buxaridən dəlil gətirilən bəzi rəvayətlər həddən artıq güclü və aydın olması vəhabiliyə dəvət edən bəzi dostlarımı “əgər Səhih Buxaridəki bu kimi rəvayətlər barəsində onların həqiqət olduğu söylənilsə, o zaman əhli-sünnə alimlərinin səhih hesab etidiyi kimi bu səhihlər topulusu kitabına bütünlüklə küfr etməyə hazır olardınız” söyləməyə vadar etdi. Belə ki, bizdən heç birmizdə bu kitabın nüsxəsi yox idi. Uzun-uzadı axtarışdan sonra onun bir nüsxəsini Filippin təhsil ocaqlarının nəzdindəki İslam araşdırmaları institutunda tapdım. Beləliklə də dəlil gətirilən mühüm rəvayətlərin məsdərlərini araşdırmaq üçün həmin nüsxənin incələməyə başladım və onun işarə edildiyi kimi toplu olduğunu gördüm. Yalnız o zaman şiələrin Əhli-beytdən (ə) olan Əlidən (əleyhis-səlam) başlayaraq Mehdidə (ə.f) bitən on iki imamın xilafəti iddiasının səhih olmasında yəqinliyə yetişdim.
Məzhəb ayrı-seçkilik mərhələsini keçmək:
Doktor Əsəd Sünnə məzhəbini tərk edib mənsubiyyəti şiəliyə tərəf necə dəyişdiyi barədində belə deyir: “Başlanğıcdan Sünnə məzhəbini tərk etməyimin labüd olduğunu hiss etmədim və heç onu tərk etdiyimə də etiqad belə etiqad etmirəm. Habelə, başlanğıcda Peyğəmbərin (sallallahu aleyhi va alihi) xilafətinə Əhli-beytin (əleyhim səlam) daha çox layiq olduğlarına inanmağım Sünnə məzhəbini tərk etməyim demək deyildi. Sadəcə olaraq bu inamı tarixi məlumatlarımın və İslami yollarımın dəyişməsi hesab edirdim. Deməli, Sünnə məzhəbi peyğəmbər sünnəsinə əməl etmək deməkdir. Həqiqətən Əhli-beytin yolunu daha yaxından tanmağın peyğəmbər sünnəsinə daha çox əməl etməyimə gətirib çıxardı. Çünki onlar bu sünnəyə digər insanlardan daha çox yaxındırlar. Buna baxmayaraq ətrafımdakılar məni şiə adlandırmağa başladılar. Mən buna heç əhəmiyyət də vermədim və bunda heç bir narahatçılıq da görmədim. Çünki bu ada qarşı məndə bundan əvvəl heç bir kin-küdurət olmamışdı. Çünki mən müsəlmanları məzhəblərə bölünməsinin əleyhinə idim. Sadəcə olaraq onları düzgün səmtə yönəlmələri, əməlin orijinallığı və ixlası baxımdan bir neçə qismə bölürdüm. Beləliklə də bizdə İslam ya bəzilərinin əməl etdiyi mənasız boş ayinlərdən və bu ayinlər uğrunda kor-koranə təəssüfkeşlikdən başqa bir şey olmayan zahiri İslam, ya da ki, davamçıları qəlbən və ruhən haqq olan hər şeyə təslim olanlardan, bütün ixlas və sevgi ilə ona edənlərdən və təəssüf üçün heç bir yol buraxmayanlardan ibarət həqiqi İslam olmalıdır”.
Ailənin və cəmiyyətin reaksiyası:
Doktor Əsəd ailəsi və cəmiyyət tərəfindən üzləşdiyi reaksiyalar barəsində belə deyir: “Bir an belə ailəmin və cəmiyyətin mənə qarşı reaksiyaları haqda düşünmədim. Çünki burada məsələ olduqca şəxsi məsələdir və bu məsələdə yalnız ağlın qane olduğunu hesab edirdim. Allah da bizi buna görə mühakim edəcəkdir. Ailənin, nə də ki, qəbilənin heç kimə şəfaət etməyəcəyi hesab günündə. Hər bir halda xoşbəxtlikdən ailəm və yaxınlarım bu məsələni bildiklərində olduqca anlayışlı oldular və indiyə qədər də onlarla çox yaxın əlaqəm vardır. Amma cəmiyyətin reaksiyasına gəlincə, biz hələ də qəbilə düşüncələrinin, dini və məzhəbi təəssüfkeşliyin əsarəti altındakı bir cəmiyyət olaraq qalmaqdayıq. Dindən və ya məzhəbdən dönmək başlanğıcdan hələ də rədd edilməkdir və çox vaxt bunu edən nifrətlə qarşılanır. Cəmiyyətimizdə din və məzhəb irsi məsələlərdəndir. Çox nadir halda kimsə onu axtarə və təhqiqat diasporasından hesab edir. Buna görə də məndən başqa bəzi dostların xəsarət etdi, digərləri isə qazanc əldə etdilər. Onlar (xəsarət edən dostlarım) arasında bu məsələlərə yönəlik optimizim, mədəniyyət və marifliyə dəvət edən çoxlu sayda elit təbəqələr vardır ki, müəyyən vaxta ehtiyacları vardır”.
Kitabları:
1-“Əzəmətul-xilafəti val-imaməti va asaruhal-muasira” (Xilafət və imamət böhranı və bunun müasir təsirləri)
2-“Haqiqətuş-şiə əl-İsney əşəriyyə” (On iki imam şiələrinin həqiqəti)
3-Təhlilu nizamul-idarəti fil-İslam (İslamda idarəetmə qanunlarının təhlini)