Adı: Yuri Kabisov
Ölkə: Türkmənistan
Keçmiş dini (Məzhəbi): Əhli-sünnə (Şafei)
Doğulması və böyüyüb başa çatması:
O, hicri təqvimi ilə 1373-cü ilində, miladi təqvimi ilə isə 1959-cu ildə Türkmənistan respublikasının Mərv şəhərində anadan olmuşdur. Energetika mühəndisliyi institutunda təhsil almışdır. Həmçinin o, bir il müddətində Dağıstanın Məhacqala şəhərindəki İmam Şafiyi adına İslam universitetində təhsil almışdır. Russiyada yerləşən Şimali Asetiyadakı müsəlmanların müftisinin müavini vəzifəsində çalışmışdır. Rusiyada dini idarələrin koordinasiyası şurasının üzvü olmuşdur. Bəzi fars dilli kitabları rus dilinə və rus dilindən fars dilinə tərcümə etmişdir. Qum şəhərində bir neçə dini məqalələr yazmışdır. Yuri Kabisov İranda dini təhsil üçün icazə alaraq Qum şəhərinə səfər etdi və oradakı qədim hövzələrin birinə daxil oldu. Elə orada da onunla müəllimlər, tələbələr və ondan əvvəl şiəliyi qəbul edənlər arasında dərin və geniş dialoqlar başladı. Həmçinin o, ixtilaflı məsəllər əsasında qurulmuş bəzi əqidə kitablarını oxudu və bunun vasitəsi ilə Əhli-beyt (əleyhimus-səlam) məzhəbinin Quran və Əhli-beytdən (əleyhimus-səlam) yapışdığı üçün onun haqlı olduğunu, bu məzhəbə tabe olmağın və ondan möhkəm yapışmağın vacibliyini anladı. Necə ki, əzmətli Peyğəmbər (s) bunu “Səqəleyn” hədisində əmr etmişdir. Belə ki, Allah Rasulunun (s) vəfatından sonra imamət və mərcəiyyət onlara məxsusdur. O da 1998-ci ildə şiəliyini elan etdi. Çox mərhələli dərin axtarışlardan sonra haqq olan əqidəni təbliğ etməyə başladı və onun ailəsindən və dostlarından çoxları hidayət oldular və pak imamlara sevgilərini elan etdilər.
Əhli-beytin (əleyhimus-səlam) imaməti:
Allah rəsulu (sallallahu aleyhi va alihi va səlləm) Rəbbinin risalətini kamil şəkildə çatdırdı və çatdırılmasında heç bir qüsrura yol vermədi. Ondan sonrakı vilayət məsələsi mühüm məsələlərdəndir. Hansı ki, onu heç aqil bir kimsə tərk etməz, nəyin ki, aləmlərin Rəbbi tərəfindən göndərilmiş məsum bir peyğəmbər olsun. Hər bir eyib v nöqsandan pak olan uza Allah Əli ibn Əbu Talibi müsəlmanların vəlisi seçdi və əzəmətli peyğəmbərə bu risaləti çatdırmağı əmr etdi. Allah rəsulu (s) öncədən heç bir təhdid olmadan bunu insanlara çatdırmaqdan çəkindi. Çünki o, ərəblərin, xüsusən də Qureyşin bu məsələyə xilaf çıxacaqlarını təxmin etmişdi. O da onlardan xəbərdar idi. Belə ki, onlar arasında 23 il davamlı təbliğat aparmışdı. Qurxurdu ki, camaat onu əmisi oğluna sevgisi ilə ittiham etsinlər. Kafirlər və münafiqlər də bu fürsətdən istifadə edib camaatı iztiraba düçar etmələrini və onları əzəmətli peyğəmbərə qarşı qaldırmalarını ehtimal edirdi. Belə bir çətin vaxtda ilahi nida gəldi: “Ey Peyğəmər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”.1 Allah Rasulunun (s) Həcc ziyarətindən qayıdarkən müsəlmanları Qədirxumda bir yerə toplayıb onlara Əli ibn Əbu Talib barəsindəki ilahi əmri çatdımaqdan və onlara belə buyurmaqdan başqa çıxış yolu olmadı: “Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır”.2 Beləliklə də o, açıq-aşkar və rəsmi şəkildə Əlinin (əleyhis-səlam) vilayətini elan etdi, sonra isə buyurdu: “İlahi, ona dost olana dost, düşmən olana düşmən ol”.3 Bununla da Allah Rasulu İmam Əli və ona itaət üçün müsəlmanların köməyini tələb etdi. Sonra müsəlmanlar Əlinin (əleyhis-səlam) vilayətinə beyət etmək üçün qalxdılar və onu bu münasiətlə təbrik etdilər. Lakin buna baxmayaraq Allah Rasulunun qorxduğu elə Qədirxum günü bir nəfərin irad bildirməsi oldu. Belə ki, səhabələrdən biri bu barədə heç bir ilahi əmr gəlmədən peyğəmbəri nəfsi istəkdən qaynaqlanaraq əmisi oğlunu vəli təyin etməsi ilə ittiham etdi. Bu zaman möcüzəvi şəkildə ilahi bir iradə müdaxilə edərək göydən həmin üsyankarın üzərinə daşdan yağış yağdırdı və onu elə yerində də öldürdü.4 Beləliklə də bu səhabənin alovlandırmaq istədiyi fitnə dərhal söndü. Allah Rasulunun vəftından hardasa yetmiş gün sonra bəzi səhabələr Allah Rasulunun xilafətinə hakim olmağı qərara aldılar və Əli (əleyhis-səlam) müsəlmanlar üzərindəki vilayətindən məhrum edildi. Onlar fitnədən qorxduqlarını zənn etdilər. Allah rasulunun (sallallahu aleyhi va alihi va səlləm) qızı Fatimə (əleyhəs-səlam) isə onlara belə cavab verdi: “Bilin ki, onlar fitnəyə düşüblər”5 Onun xəbərdarlığı doğru çıxdı və o təsdiq edilmiş doğruçudur. Həmin fitnə böyük fitnə idi. Hansı ki, onda müsəlmanlar Əli-beytinin (əleyhim-səlam) vilayətini itirdilər (əlbən buraxdılar) və onu pislik alimlərinin vilayəti ilə əvəz etdilər. Ucuz qiymətə dini satmaq da elə bu cür olur. Camaat alçaqlarının ağa etdilər və fitnə sanki gecənin zülmət qaranlığı kimi bir-birinin ardınca gəldi. Beləliklə də müsəlmanlar əməllərinin aqibətinə görə bu günümüzə qədər ardı-arası kəsilməyən yeni-yeni qanlar axıtmağa davam edir. Əhli-beytin (əleyhis-səlam) imaməti əzəmətli nemət, hidayətə aparan rəhmət və təfriqəyə düşməkdən amanlıq idi. Lakin insanlar Allahın seçdiyini seçmədilər və özlərinə zülm etdilər, şanslarını qaçırdılar və dağım-dağım olub parçalandılar. “Cəhənnəm odunun əhli! Ölüm olsun onlara”6
Haşiyələr:
1- Maidə surəsi: 67.
2- Musnəd Əhməd: cild:1, səh: 84, hədis:118. Cild:4, səh:281: hədis:370. Mustədrakul-Hakim: cild:3, səh:109, hədis:116, 371. Habelə, şeyx Əmininin “əl-Ğədir” kitabı.
3- Əvvəlki məsdər.
4- Təfsirul-Qurtubi: cild:18, səh:278, 279. Sələbinin “Təfsirul-Kəşf val-bəyan” kitabı, səh: 10, 35.
5- əs-Səqifətu va Fədək: səh:143. Şərhu Nəhcul-bəlağa: cild:16, səh:251.
6- Mulk surəsi: 11.